TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə145/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   141   142   143   144   145   146   147   148   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      299 
bizim içərimizdə elə kimsələr var ki, kahinlərin yanına gedirlər". Peyğəmbər : 
"Kahinlərin  yanına  getməyin.  (Başqa  rəvayətdə:  "Bizdən cizgilər  çəkib  yazılar 
yazan  bir  qrup  kimsələr  vardır"-  dedi.  Peyğəmbər  :  "Peyğəmbərlərdən  bir 
Peyğəmbər  cızıb  yazardı.  Hər  kmin  yazısı  onun  yazısına  uyğun  olarsa 
qurtulan  odur)"-  deyə  buyurdu.  Mən:  "Biz  təşəum  edərdik  (bəzi  şeyləri 
uğursuz sayardıq)"- dedim. Peyğəmbər : "Bu hər hansı birinizin qəlbində hiss 
etdiyi əsli olmayan bir şeydən ibarətdir. Əsla bu əsli olmayan şeylər sizi kəsb 
edib getdiyiniz işlərdən uzaqlaşdırmasın"- deyə buyurdu”.
643
 Aişə  rəvayət 
edir  ki,  mən:  "Ya  Rəsulullah!  Kahinlər  bizə  bəzi şeyləri söyləyirlər  ki, onların 
dedikləri  doğru  çıxır".  Peyğəmbər  :  "Bu  doğru  (sabit)  olan  kəliməlrdir  ki, 
cinlər  oğrun-oğrun  qulaq  asaraq  (bu  kəlimələri)  oğurlayaraq  öz  dostlarının 
(sehrbazların,  falçıların,  kahinlərin)  qulağına  sözlərə  yüz  dənə  yalan  əlavə 
edərək  pıçıldayarlar  (Başqa  rəvayətdə:  “Toyuğun  qaqqıldaması  kimi  sözləri 
onların  qulağına  əyilərək  boşaldarlar.  Onlar  heç  bir  şey  deyillər)"-  deyə 
buyurdu”.
644
 Qabisə ibn əl-Mubarək  rəvayət edir ki, Peyğəmbər  buyurdu: 
"Cizgilər çəkərək fala baxan, quşun ötməsini uğur və ya uğursuzluq sayan və 
quşun sağa-sola uçmasından (sağ tərəfə uçarsa xeyir, sol tərəfə uçarsa şər kimi) 
mənalar çıxarmaq küfrün əlamətidir".
645
  
Sehirbazın Qazancının Haram Olması - Əbu Məsud əl-Bədri  rəvayət edir 
ki,  Peyğəmbər    itdən  gələn  pulu,  zinakarın  qazancını  və  falçılıqdan  gələn 
pulu götürməyi qadağan etmişdir".
646
 Zeyd ibn Ərqam  rəvayət edir ki, Əbu 
Bəkrin  bir qulluqçusu var idi. Onunla şərt kəsmişdi ki, özünü satın alıb azad 
edəcəkdir.  Hər  dəfə  o,  bir  şey  gətirdikdə  Əbu  Bəkr    ondan  soruşardı:  “Bu 
haradandır?”  Əgər  cavab  onu  qane  edərdisə  yeyərdi,  qane  etmədikdə  isə 
yeməzdi. Oruclu günlərin birində qulluqçusu ona yemək gətirdi. Əbu Bəkr  
yeməyin haradan olduğunu soruşmağı unudaraq yeməkdən bir loxma ağzına 
qoydu.  Xatırladığı  zaman:  “Bu  yemək  haradandır?”-  deyə  soruşdu.  O: 
“Cahiliyyə  vaxtı  mən  kahinliklə  (gələcəyi  xəbər  verməklə)  məşğul  idim. 
Həqiqətdə isə bu belə deyildi və mən sadəcə (insanları) aldadırdım. Bu yemək 
də (həmin işin) əmək haqqıdır. Əbu Bəkr : “Sənin etdiyin əməl necədə pis bir 
işdir.  Məni  həlak  edəcəkdin?”  Sonra  yediyini  qusmağa  çalışdı.  Lakin 
bacarmadı.  Ona  su ilə çıxacağını  dedilər.  O  da  su  içərək  qaytarmağa  başladı. 
Mədəsində olan  hər  bir şeyi  qaytarmaqla  təmizlədi.  Ona:  “Sən  bütün  bunları 
bir  loxmaya  görə  edirsən?”-  dedilər.  Əbu  Bəkr    dedi:  “Əgər  bu  məndən 
canımla  birlikdə  çıxsaydı  belə  mən  bunu  edərdim.  Həqiqətən  mən 
                                                        
643
 əl-Buxari 5762, Muslim 2228.  
644
 Muslim 2229.  
645
 Əbu Davud 3907, əl-Albani zəif adlandırmışdır.  
646
 əl-Buxari 2237, Muslim 1567.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      300 
Peyğəmbərin    belə  buyurduğunu  eşitdim:  “Cəhənnəm  oduna  ən  layiqli 
bədən haram ilə qidalanandır".
647
  
Bəlağət  Sehirdimi?  -  Sehr  ümumi  bir  addır.  Bunun  içərisinə  sehrin  digər 
növləri  də  daxildir.  Hər  biri  də  bir-birindən  hökmünə  görə  fərqlənir.  Bəlağət 
də  sehr  adlanmışdır.  Burada  şeytandan  kömək  yoxdur.  Lakin  dil  cəhətdən 
sehrin içərisinə  daxildir.  Gizli olaraq  insanların  qəlblərinə  təsir  edir.  Bəlağətli 
insan  danışığı  ilə  yalanı  doğru  olaraq  insanlara  çatıra  bilər  və  bununla 
insanların  qəlblərinə  təsir  edərək onları  əsir  alır. İnsanlar  artıq onun yalanına 
inanmağa başlayırlar. Bu sehr hökümdə də birincidən fərqlənir. Sehrdə böyük 
şirk  vardır.  Lakin  bu  sehr  digərinin  hökmündə  deyildir.  Qılıncla  öldürülmək 
həddi də bu sehr növünə aid deyildir. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər 
 buyurdu: "Bəlağətdə də sehrdən bir pay vardır".
648
 İbn Ömər  rəvayət edir 
ki,  bir  gün  şərq  tərəfdən  iki  nəfər  gəlmişdi  və  onlar  öz  bəlağətli  sözlərilə 
insanları  məst  etmişdilər.  Bu  xəbər  Peyğəmbərə    çatdıqda  buyurdu: 
"Həqiqətən də bəlağətli danışıq (insana) sehrin təsiri kimi təsir göstərə bilər".
649
 
Həmçinin – Nəmmamlıq da insanlara sehr kimi təsir edir. Sehr iki sevən insanı 
bir  birindən  ayırdığı  kimi,  nəmmamlıq  edərək  müsəlmanların  arasını  vuran 
kimsə də sehr kimi təsir edir. Qəlblər arasında düşmənçilik, kin, nifrət yaradır. 
Ən  böyük  sehirbazlar  bilirsizmi  kimdir?  İslam  alimlərini  gözdən  salmağa 
çalışanlar, insanlar arasında onlara qarşı nifrət yaratmaq istəyənlərdir. Tövhid 
insanın  gözünü  açır,  bizə  kimin-kim olduğunu öyrədir. İbn  Məsud   rəvayət 
edir ki, Peyğəmbər  buyurdu: "Mən sizə nəyin sehrə aid olduğunu deyimmi? 
Bu nəmmamlq və insanlar arasında söz gəzdirməkdir".
650
  
Kahinlər Kimlərdir? - gələcəkdə baş verəcək hadisələrdən (qeybdən) xəbər 
verən,  (falçılıq  etmək  mənasındadır).  Bu  falçılar  sadəlövh  insanları  özlərinə 
inandırmağa məcbur edirlər, onların pullarını və mallarını haram yolla onların 
əlindən  alırlar.  Qum  üstünədə  cizgi  çəkməklə,  əl  içinin  xətlərini  oxumaqla, 
balıqqulağı,  kofe  stəkanı  ilə,  fincan,  güzgü  və  s.  üsullar  tətbiq  edirlər. 
Gələcəyini  bilmək,  nigahda  və  ticarətdə  xoşbəxtmi  və  yaxud  bədbəxtmi 
olacaqlarını öyrənmək, ulduzlar vasitəsilə gələcəyi xəbər vermək, yer üzündə 
krizisin olacağını, qiymətlərin qalxıb enməsini, kimiləri də onların yanına nə 
zaman  evlənəcəklərini  bilmək,  kimə  ərə  gedəcəyini,  kiminsə  ailəsini 
dağıtmağı, itirilmiş əşyaları tapmaq və buna oxşar məqsədlərlə sehirbazların 
yanına  gedirlər.  Guya  ki,  oğurlanmış,  itmiş  şeylərin  yerlərini  göstərə  bilən 
                                                        
647
 əl-Buxari 3843, Əbu Nuym 1/ 31, əl-Beyhəqi 5760, əl-Albani “Səhih”.  
648
 əl-Buxari  5146,  Muslim  869,  Əbu  Davud  5007,  ət-Tirmizi  2028,  İbn  Hibban  5795,  Əbu  Yəla  5639.  Gözəl 
danışmaq  sehr  kimi  təsir  edir.  Çünki,  gözəl  danışan  adam  həqiqəti  yalan,  yalanı  isə  həqiqət  kimi  təqdim 
edir. Cahil insanların ürəkləri buna meylli olur və onlar yalanı qəbul edib həqiqəti inkar etməyə başlayırlar.  
649
 əl-Buxari 5767.  
650
 Muslim 2606, əl-Beyhəqi 10/ 246, Əbu Yəla 5363.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə