TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə153/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   149   150   151   152   153   154   155   156   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      315 
Muavizateyn  surələrini  oxuyardı”.
694
 Aişə    deyir  ki,  özü  xəstələndikdə  isə 
onun  üçün  mən  oxuyur  və  öz  əli  ilə  bədəninə  məsh  edərdi".
695
 İbn  Abbas   
rəvayət  edir  ki,  Peyğəmbər    nəvələri  olan  Həsən  və  Hüseyn    üçün  dua 
oxuyar  və  deyərdi  ki,  bu  duanı  atanız  olan  İbrahim    öz  oğulları  İsmail  və 
İshaqı  Allaha sığındırırdı: "Hər şeytandan, zərərli həşəratlardan və hər pis 
gözdən  qorunmaq  üçün  sizi  Allahın  tam  kəlmələrinə  həvalə  edirəm".
696
 
Peyğəmbər    buyurdu:  "Kim  səhər-səhər  Mədinənin  ən  yaxşı  xurma 
növündən yeddi ədəd (Başqa rəvayətdə: “Mədinənin iki dağı arasındakı acva 
xuma  növündən)  yesə,  həmin  gün  ona  nə  zəhər,  nə  də  cadu  zərər  gətirə 
bilər".
697
 2)  Ovsunla  müalicə  ya  ərəb  dilində,  ya  da  başqaları  tərəfindən  başa 
düşülən  bir  dildə  olmalıdır  (Bəziləri  deyirlər  ki:  Ərəb  dilində  olmasa  da  dua 
etmək  olar).  3)  Tam  əminliklə  hər  iki  tərəf  də  etiqad  etməlidir  ki,  ovsunla 
müalicə  biləvasitə  deyil  Allahın  qüdrəti  sayəsində  təsir  göstərir  və  o,  insanın 
şəfa tapmasında sadəcə olaraq bir vasitə rolunu oynayır. Qurani-Kərim qəlb və 
bədən, dünya və axirət xəstəliklərinin tam dərmanıdır. Heç bir xəstəlik, cadu, 
sehr,  göz  dəymə  və  s.  Quranın  qarşısında  əsla  tab  gətirə  bilməz.  Aişə   
rəvayət  edir  ki,  Bəni  Zureyq  yəhudilərindən  Ləbid  ibn  əl-Əsləm  adında  bir 
yəhudi Peyğəmbərə  sehr etdi. Hətta Peyğəmbər  bəzi işləri etmədiyi halda 
ona  elə  gəlirdi  ki,  bu  işləri  edib.  Nəhayət  günün  birində,  yaxud  da  gecənin 
birində Peyğəmbər  dua etdi, sonra təkrar dua etdi, sonra təkrar yenə də dua 
etdi.  Sonra  mənə  buyurdu:  "Ey  Aişə!  Allahdan  fətva  istədiyim  şey  haqqında 
Allahın mənə fətva verdiyini bildinmi? Mənim yanıma iki nəfər gəldi (Cəbrail 
və Mikail). Bunlardan biri baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu. Baş 
tərəfimdə  olan  ayaq  tərəfimdə  olana  və  ya  ayaq  tərəfimdə  olan  baş  tərəfdə 
olana:  "Bu  kimsənin  xəstəliyi  nədir?"-  deyə  soruşdu.  O  da:  "Sehrlənmişdir"- 
deyə cavab  verdi.  O:  "Kim  onu sehr  etmişdir?"-  deyə soruşdu.  Digəri:  "Ləbid 
ibn  əl-Əsləm"-  deyə  cavab  verdi.  O  dedi:  "Sehr  nə  ilə  edilib?"  Digəri: 
"Daraqdan  götrülmüş  saç,  saqqal  tükü  və  erkək  xurmanın  tumurcuğunun 
qurusu  ilə"-  deyə  cavab  verdi.  Digəri  dedi:  "Harada  edilmişdir?"  O:  "Zu-
Zərvan  quyusunda"-  deyə  cavab  verdi.  Səhəri  Peyğəmbər    səhabələrdən 
bəziləri ilə  çıxıb, o quyunun  yanına  getdi.  Qayıtdıqdan sonra  mənə  buyurdu: 
"Ey Aişə! Allaha and olsun ki, quyunun suyu xına suyu kimi qırmızı, ətrafdakı 
xurma  ağacının  budaqlarının  ucları  isə  şeytanın  başları  kimi  idi".  Mən:  "Ya 
Rəsulullah!  Sən  o  sehri  çıxarıb  basdırdınmı?"-  deyə  soruşdum.  Peyğəmbər   
buyurdu:  "Xeyr,  basdırmadım.  Çünki,  Allah  mənə  şəfa  verdi.  Bir  də  sehri 
çıxarmaqla insanlar arasında sehrin şərinin yayılmasını istəmədim”. Quyunun 
                                                        
694
 əl-Fələq və ən-Nəs surələri. 
695
 Muslim 2192.  
696
 əl-Buxari 4/ 119.  
697
 əl-Buxari 10/ 247, Muslim 3/ 1618.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      316 
ağzının bağlanmasını əmr etdi və quyu basdırıldı".
698
 İbn Abbas  rəvayət edir 
ki, Peyğəmbər  buyurdu:  "Göz dəymə sabit bir həqiqətdir (Başqa rəvayətdə: 
“Göz dəymə həqiqətdir”). Əgər qədərin önünə keçən bir şey mövcud olsaydı, 
onun  önünə  göz  dəymə  keçərdi…".
699
 Aişə    rəvayət  edir  ki,  Peyğəmbər   
göz  dəymədən  ruqiyyə  etməyi  əmr  edərdi".  Aişə    rəvayət  edir  ki, 
Peyğəmbər    Ənsardan  olan  bir  ev  əhlinə  zəhərli  heyvanlardan  (zəhərli 
şeylərdən,  ilan,  əqrəb  sancmasından,  yan  tərəfdə  çıxan  yaralardan  və  göz 
dəymədən) ruqiyyə etmək xüsusunda rüxsət verdi".
700
 Peyğəmbərin  zövcəsi 
Ummu Sələmə  evində üzü saralmış bir qız uşağını gördü və: "Bu uşaqda 
nəzər vardır, onun üçün ruqiyyə edin"- deyə buyurdu.
701
  
Allah  Qurani-Kərimdə  qəlb  və  bədən  xəstəliklərini  və  onların  müalicəsini 
qeyd  etmişdir.  Vəhb  ibn  Munəbbih    deyir:  “Yeddi  ədəd  Sidr  ağacının 
yarpağı daş arasında üyüdülür və suyun içinə 1) Yunus 79-82. 2) Əraf 117-122. 
3) Taha 65-70. 4) Ayətul-Kursi. 5) əl-Kəfirun. 6) əl-İxlas. 7) əl-Fələq. 8) ən-Nəs 
surələri  və  ayələri  su  ilə  dolu  qabın  içinə  oxunduqdan  xəstə  üç  qurtum 
içdikdən  sonra  qalan  su  ilə  qüsl  alır”.  İbn  Bəzz    deyir:  “Sınanılmış 
(yoxlanılmış) bir şeydir”.  
Qəlb Xəstəlikləri - 1. Şəkk-şübhə. 2. Şəhvət və azğınlıq. Bədən xəstəliklərinə 
gəldikdə isə bunlar üçdür. 1. Səhhəti qorumaq. 2. Zərərli amillərdən çəkinmək. 
3.  Bədəni  zərərli  və  əziyyət  verən  maddələrdən  təmizləmək.
702
 Peyğəmbər   
ilan  və  əqrəb  sancmasından  da  ruqiyyə  etməyi  tövsiyə  edərdi.  Peyğəmbər   
buyurdu: "Bunda bir maneə görmürəm. Sizdən hər kim qardaşına bir mənfəət 
etməyə  gücü  yetərsə  ona  mənfəət  versin".
703
 Peyğəmbər    buyurdu: 
"Ruqiyyəniz  mənə  göstərildi.  Ruqiyyə  etməkdə  şirk  olmadığı  müddətdə  heç 
bir  maneə  yoxdur"-  deyə  buyurdu.
704
 Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki, 
Peyğəmbərin    səhabələrindən  bir  dəstə  insan  səfərdə  idilər.  Ərəb 
qəbilələrindən birinə yetişdilər və onlara müsafir olmalarını istədilər. Lakin o 
qövm  onları  müsafir  olaraq  qəbul  etmədilər.  (Bu  vaxtı  qövmün  başçısını  ilan 
və  ya  əqrəb  sancmışdı).  Bir  qadın  bizə  yaxınlaşaraq  dedi:  "İçinizdə  ruqiyyə 
edən varmı? Qövmün başçısı ilan və ya əqrəb tərəfindən sancılmışıdır". Bizdən 
bir kimsə qadınla bərabər getdi. Biz o kimsənin ruqiyyəni gözəl edəcəyini zənn 
etmirdik. Nəhayət, o səhabə qövmün başçısını Fatihətul-Kitab ilə ruqiyə etdi. 
O, da sağaldı. Qövm ona bir sürü qoyun verdi və biz də süddən doyunca içdik. 
Səhabə bu hədiyyəni qəbul etmək istəməyərək dedi: “Bu məsələni Peyğəmbərə 
                                                        
698
 Muslim 2189.  
699
 Muslim 2187.  
700
 Muslim 2196.  
701
 Muslim 2197.  
702
 İbn Qeyyim “Zədul-Məad” 4/ 352.  
703
 Muslim 2199. 
704
 Muslim 2200.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə