TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 315
Muavizateyn surələrini oxuyardı”.
694
Aişə deyir ki, özü xəstələndikdə isə
onun üçün mən oxuyur və öz əli ilə bədəninə məsh edərdi".
695
İbn Abbas
rəvayət edir ki, Peyğəmbər nəvələri olan Həsən və Hüseyn üçün dua
oxuyar və deyərdi ki, bu duanı atanız olan İbrahim öz oğulları İsmail və
İshaqı Allaha sığındırırdı: "Hər şeytandan, zərərli həşəratlardan və hər pis
gözdən qorunmaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm".
696
Peyğəmbər buyurdu: "Kim səhər-səhər Mədinənin ən yaxşı xurma
növündən yeddi ədəd (Başqa rəvayətdə: “Mədinənin iki dağı arasındakı acva
xuma növündən) yesə, həmin gün ona nə zəhər, nə də cadu zərər gətirə
bilər".
697
2) Ovsunla müalicə ya ərəb dilində, ya da başqaları tərəfindən başa
düşülən bir dildə olmalıdır (Bəziləri deyirlər ki: Ərəb dilində olmasa da dua
etmək olar). 3) Tam əminliklə hər iki tərəf də etiqad etməlidir ki, ovsunla
müalicə biləvasitə deyil Allahın qüdrəti sayəsində təsir göstərir və o, insanın
şəfa tapmasında sadəcə olaraq bir vasitə rolunu oynayır. Qurani-Kərim qəlb və
bədən, dünya və axirət xəstəliklərinin tam dərmanıdır. Heç bir xəstəlik, cadu,
sehr, göz dəymə və s. Quranın qarşısında əsla tab gətirə bilməz. Aişə
rəvayət edir ki, Bəni Zureyq yəhudilərindən Ləbid ibn əl-Əsləm adında bir
yəhudi Peyğəmbərə sehr etdi. Hətta Peyğəmbər bəzi işləri etmədiyi halda
ona elə gəlirdi ki, bu işləri edib. Nəhayət günün birində, yaxud da gecənin
birində Peyğəmbər dua etdi, sonra təkrar dua etdi, sonra təkrar yenə də dua
etdi. Sonra mənə buyurdu: "Ey Aişə! Allahdan fətva istədiyim şey haqqında
Allahın mənə fətva verdiyini bildinmi? Mənim yanıma iki nəfər gəldi (Cəbrail
və Mikail). Bunlardan biri baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu. Baş
tərəfimdə olan ayaq tərəfimdə olana və ya ayaq tərəfimdə olan baş tərəfdə
olana: "Bu kimsənin xəstəliyi nədir?"- deyə soruşdu. O da: "Sehrlənmişdir"-
deyə cavab verdi. O: "Kim onu sehr etmişdir?"- deyə soruşdu. Digəri: "Ləbid
ibn əl-Əsləm"- deyə cavab verdi. O dedi: "Sehr nə ilə edilib?" Digəri:
"Daraqdan götrülmüş saç, saqqal tükü və erkək xurmanın tumurcuğunun
qurusu ilə"- deyə cavab verdi. Digəri dedi: "Harada edilmişdir?" O: "Zu-
Zərvan quyusunda"- deyə cavab verdi. Səhəri Peyğəmbər səhabələrdən
bəziləri ilə çıxıb, o quyunun yanına getdi. Qayıtdıqdan sonra mənə buyurdu:
"Ey Aişə! Allaha and olsun ki, quyunun suyu xına suyu kimi qırmızı, ətrafdakı
xurma ağacının budaqlarının ucları isə şeytanın başları kimi idi". Mən: "Ya
Rəsulullah! Sən o sehri çıxarıb basdırdınmı?"- deyə soruşdum. Peyğəmbər
buyurdu: "Xeyr, basdırmadım. Çünki, Allah mənə şəfa verdi. Bir də sehri
çıxarmaqla insanlar arasında sehrin şərinin yayılmasını istəmədim”. Quyunun
694
əl-Fələq və ən-Nəs surələri.
695
Muslim 2192.
696
əl-Buxari 4/ 119.
697
əl-Buxari 10/ 247, Muslim 3/ 1618.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 316
ağzının bağlanmasını əmr etdi və quyu basdırıldı".
698
İbn Abbas rəvayət edir
ki, Peyğəmbər buyurdu: "Göz dəymə sabit bir həqiqətdir (Başqa rəvayətdə:
“Göz dəymə həqiqətdir”). Əgər qədərin önünə keçən bir şey mövcud olsaydı,
onun önünə göz dəymə keçərdi…".
699
Aişə rəvayət edir ki, Peyğəmbər
göz dəymədən ruqiyyə etməyi əmr edərdi". Aişə rəvayət edir ki,
Peyğəmbər Ənsardan olan bir ev əhlinə zəhərli heyvanlardan (zəhərli
şeylərdən, ilan, əqrəb sancmasından, yan tərəfdə çıxan yaralardan və göz
dəymədən) ruqiyyə etmək xüsusunda rüxsət verdi".
700
Peyğəmbərin zövcəsi
Ummu Sələmə evində üzü saralmış bir qız uşağını gördü və: "Bu uşaqda
nəzər vardır, onun üçün ruqiyyə edin"- deyə buyurdu.
701
Allah Qurani-Kərimdə qəlb və bədən xəstəliklərini və onların müalicəsini
qeyd etmişdir. Vəhb ibn Munəbbih deyir: “Yeddi ədəd Sidr ağacının
yarpağı daş arasında üyüdülür və suyun içinə 1) Yunus 79-82. 2) Əraf 117-122.
3) Taha 65-70. 4) Ayətul-Kursi. 5) əl-Kəfirun. 6) əl-İxlas. 7) əl-Fələq. 8) ən-Nəs
surələri və ayələri su ilə dolu qabın içinə oxunduqdan xəstə üç qurtum
içdikdən sonra qalan su ilə qüsl alır”. İbn Bəzz deyir: “Sınanılmış
(yoxlanılmış) bir şeydir”.
Qəlb Xəstəlikləri - 1. Şəkk-şübhə. 2. Şəhvət və azğınlıq. Bədən xəstəliklərinə
gəldikdə isə bunlar üçdür. 1. Səhhəti qorumaq. 2. Zərərli amillərdən çəkinmək.
3. Bədəni zərərli və əziyyət verən maddələrdən təmizləmək.
702
Peyğəmbər
ilan və əqrəb sancmasından da ruqiyyə etməyi tövsiyə edərdi. Peyğəmbər
buyurdu: "Bunda bir maneə görmürəm. Sizdən hər kim qardaşına bir mənfəət
etməyə gücü yetərsə ona mənfəət versin".
703
Peyğəmbər buyurdu:
"Ruqiyyəniz mənə göstərildi. Ruqiyyə etməkdə şirk olmadığı müddətdə heç
bir maneə yoxdur"- deyə buyurdu.
704
Əbu Səid əl-Xudri rəvayət edir ki,
Peyğəmbərin səhabələrindən bir dəstə insan səfərdə idilər. Ərəb
qəbilələrindən birinə yetişdilər və onlara müsafir olmalarını istədilər. Lakin o
qövm onları müsafir olaraq qəbul etmədilər. (Bu vaxtı qövmün başçısını ilan
və ya əqrəb sancmışdı). Bir qadın bizə yaxınlaşaraq dedi: "İçinizdə ruqiyyə
edən varmı? Qövmün başçısı ilan və ya əqrəb tərəfindən sancılmışıdır". Bizdən
bir kimsə qadınla bərabər getdi. Biz o kimsənin ruqiyyəni gözəl edəcəyini zənn
etmirdik. Nəhayət, o səhabə qövmün başçısını Fatihətul-Kitab ilə ruqiyə etdi.
O, da sağaldı. Qövm ona bir sürü qoyun verdi və biz də süddən doyunca içdik.
Səhabə bu hədiyyəni qəbul etmək istəməyərək dedi: “Bu məsələni Peyğəmbərə
698
Muslim 2189.
699
Muslim 2187.
700
Muslim 2196.
701
Muslim 2197.
702
İbn Qeyyim “Zədul-Məad” 4/ 352.
703
Muslim 2199.
704
Muslim 2200.
Dostları ilə paylaş: |