TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə161/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   157   158   159   160   161   162   163   164   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      332 
yetirmək  lazımdır.  Çünki,  biz  günümüzdə  də  bu  məsələlərlə,  suallarla 
rastlaşırıq.  Allaha  şərik  qoşan  insanın  görürsən  ki,  qəsdi  Allahı  təzim 
etməkdir.  O  kimsə öz-özündə  fikirləşir  ki,  Allah   əzəmətli olduğu  üçün  biz 
onun yanına yalnız vasitəçilərlə daxil ola bilərik. Necə ki, padşahların (böyük 
bir  vəzifədə işləyənlərin)  yanına  daxil olduqda onlara  yaxın olan,  sözü  keçən 
kimsələr  vasitəsilə yaxınlaşırıq.  Buna  görə  də  deyirlər  ki,  biz günahkarıq, ola 
bilər ki, Allah bizim dualarımızı qəbul etməyib bizi rədd edər. Bunun üçün də 
Nəbilər, Rəsullar, şəhidlər, salehlər vardır. Onlar Allaha yaxın olduqları üçün 
onların  istəkləri  geri  qaytarılmaz.  Müşrik  insan  öz-özlüyündə  Allahın   
Rububiyyətini aşağı saymamışdır. Onun diqqətsizliyi Allahı təzim etməkdədir. 
O  deyir  ki:  "Mən  bu  vasitələrə  ibadət  edirəm  ki,  onlar  məni  Allaha 
yaxınlaşdırsınlar  və  ona  aparan  yolu  göstərsinlər".  Bunlar  isə  vasitələrdir. 
Baxmayaraq  ki, o insanın  öz-özlüyündə  niyyəti yaxşıdır.  Bəs onda nəyə görə 
bu  əməl  Allahın  qəzəbini,  o  kimsənin  Cəhənnəmdə  əbədi  qalmasını,  onun 
qanını  halal  edir?  Bunun  üzərində  də  başqa  bir  sual  da  doğur  ki,  Allah 
bəndələrinə özünə şəfaətçilərlə, vasitəçilərlə yaxınlaşmağı buyurarmı? Belə bir 
vasitəçiliyin  haramlığı  şəriətdən  götrülmüşdür,  yoxsa  bu  insanın  ağlında, 
fitrətində  olan  çirkin  bir  şeydir?  Cavab  olaraq  deyirik  ki:  "Bu  əməli  insanın 
fitrəti də çirkin görür, həmçinin şəriət də. Bunun sirri nədir ki, Allah bu qədər 
günahın  içərisindən  məhz  şirki  bağışlamır?  Sən  onda  bu  sualı  fikirləş,  fikrini 
və  zehnini  bu  sualın  cavabına  topla.  Bununla  da  müşriklərlə  tövhid  əhli 
arasında  fərq  ortaya  çıxır.  Allahı  tanıyanlarla,  tanımayanlar,  Cənnət  ilə 
Cəhənnəm əhli arasında fərq bilinir.  
Şeyx əl-Albani  "Təvəssül" adlı əsərində deyir: "Göylərin və yerin tək və 
mütləq  Qoruyucusu,  hakimlər  Hakimi,  Adil,  mərhəmətlilərin  Mərhəmətlisi 
olan  Allahı  o  zalım,  işğalçı,  qəddar  olan  insanlara  bənzətmək  olarmı?  Bunlar 
əmrləri  altında  olanların  haqlarını  yerinə  yetirmir,  maaşlarını  vaxtı-vaxtında 
vermirlər, aralarında elə bir məsafə saxlayırlar ki, arada kimsə olmadan onlara 
yaxınlaşmaq  mümkün  deyildir.  Sən  bu  insanları  rüşvət  və  hədiyyələrlə  razı 
edirsən,  ona  boyun  əyirsən,  onu  razı  etməyə  çalışırsan.  Heç  düşünürsən,  ey 
miskin! Bunu etməklə Rəbbini tənqid etmiş və nifrət etmiş olduğu şeylərlə onu 
vəsfləndirirsən.  Sən  Rəbbini  zalım  insanlarla  qiyas  etdiyin  zaman  Onu  ən 
çirkin  sifətlərlə  vəsfləndirmiş  olursan.  Sizin  dininiz  bunu  sizə  necə  mübah 
görür? Düşünün! Bir insan arada vasitəçi olmadan idarəçi ilə görüşə bilirsə, bu 
onun  üçün  şərəf  sayılar.  Siz  belə  bir  hökmü  necə  verirsiniz?  Ağlınız 
başınızdadır?"  "Müşriklər  (Allaha  qoşduqları)  şəriklərini  gördükdə:  “Ey 
Rəbbimiz!  Bunlar  bizim  Səninlə  yanaşı  (bizi  Sənə  yaxınlaşdırmaq  məqsədilə) 
ibadət  etdiyimiz  şəriklərimizdir”–  deyəcəklər.  Bütlər  də  onlara:  “Siz 
yalançısınız!  (Biz  sizi  Allahı  tərk  edib  bizə  tapınmağa  dəvət  etməmişdik)”–  deyə 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      333 
cavab  verəcəklər".  (ən-Nəhl  86).  "(Qiyamət  günü)  hamı  Allahın  hüzurunda 
peyda  olacaqdır.  Zəiflər,  acizlər  (iman  gətirməyi)  özlərinə  sığışdırmayan 
(başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa 
bizdən  dəf  edə  bilərsinizmi?”  Onlar  belə  cavab  verəcəklər:  “Əgər  Allah  bizə 
doğru yolu göstərsəydi, biz də sizə göstərərdik. İndi ağlayıb sızlasaq da, səbr 
etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir qurtuluş, heç 
bir  sığınacaq  yoxdur”.  İş  bitdikdə  (Cənnətliklər  Cənnətə,  Cəhənnəmliklər 
Cəhənnəmə  daxil  olduqda)  şeytan  (onu  məzəmmət  edən  kafirlərə)  belə  deyəcəkdir: 
“Allah  (Peyğəmbərlər  vasitəsilə)  sizə  (pis  əməllərinizə  görə  Cəhənnəmə  düşəcəyiniz 
barədə) doğru  vəd  vermişdi.  Mən  də  sizə  vəd  vermişdim.  Amma  sonra  vədimə 
xilaf  çıxdım.  Əslində  mənim  sizin  üzərinizdə  heç  bir  hakimiyyətim  yox  idi. 
Lakin mən sizi (günah etməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. 
İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz 
mənim  dadıma.  Mən  öncə  (dünyada)  sizin  məni  Allaha  şərik  qoşmağınızı  da 
inkar etmişdim. Həqiqətən zalimləri şiddətli bir əzab gözləyir". (İbrahim 21-22). 
Son olaraq Muvahhid bir qulun üzərinə düşən onu böyük şirkə, kiçik şirkə 
və ya bidət bir əmələ aparan bidət təvəssüldən çəkinməsidir. Çünki, bu duada 
həddi  aşmaqdır.  Allah  isə  yalnız  şəriətin  əmr  etdiyi  formada  olan  duaları 
qəbul edir. Qul dualarını Quran və Sünnədə seçməyə səy göstərməlidir. Çünki, 
bu qəbul edilməsi tərəfdən daha münasibdir.  
 
QİYAMƏTƏ YAXIN ŞİRKİN ZÜHUR ETMƏSİ 
 
Qiyamətin  əlamətlərindəndir  ki,  Peyğəmbərin    ümmətində  şirk  zühur 
edəcəkdir.  Artıq  İslam  gəldikdən  sonra,  peyğəmbərlik  verildikdən  sonra 
Peyğəmbər    ümmətini  Tövhidə  dəvət  etdi.  Ümməti  İslamı  qəbul  edərək 
şirkdən çəkindilər. Artıq Məkkənin fəthindən sonra Məkkədə müşrik qalmadı. 
Ərəbistan  yarımadası  bütünlüklə  İslamı  qəbul  etdilər.  Peyğəmbər    bunun 
üçün  göndərildiyi  və  Quran  bunu  qadağan  etdiyi  halda  çox  keçmədi  ki, 
insanlar yenidən bu çirkin əməli işləyərək Allaha şəriklər qoşmağa başladılar. 
Səuban  rəvayət edir ki, Peyğəmbər  buyurdu:  "Mən ümmətim üçün haqq 
yoldan  azdıran  imamlardan  qoxuram.  Ümmətimin  arasına  qılınc  davası 
düşdüsə bu Qiyamət gününədək davam edəcəkdir. Ümmətimin bəzi tayfaları 
müşriklərə  qoşulmadıqca  və  bəzi  tayfaları  bütlərə  ibadət  etmədikcə  Qiyamət 
qopmayacaqdır".
742
 "(Ya  Muhəmməd!)  Kitabdan  özlərinə  az  bir  şey  verilənləri 
(yəhudiləri)  görmürsənmi?  Onlar  Cibt  və  Tağuta  inanır  və  kafirlər  üçün  də: 
“Bunlar  möminlərdən  daha  doğru  yoldadırlar”–  deyirlər".  (ən-Nisa  51).  Əbu 
Hureyra      rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Dəvs  qəbiləsinin  qoca 
                                                        
742
 Muslim 4/2215, Əbu Davud 4202,4252, İbn Məcə 3952, Əhməd 5/278,284.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə