TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə163/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   159   160   161   162   163   164   165   166   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      336 
qorxub  (günah  işləməkdən)  çəkinmir,  etdiyiniz  əməllərin  çoxunu  isə  Allahın 
bilməyəcəyini  zənn  edirdiniz.  Sizin  öz  Rəbbiniz  barəsindəki  bu  zənniniz  sizi 
məhv  etdi  və  ziyana  uğrayanlardan  oldunuz!"  (Fussilət 22-23). Onlar elə zənn 
etdilər  ki,  Allah  etdiyi  hər  bir  işi  bilmir  və  bununla  da  Allahın  elm  sifətini 
inkar etdilər. Həmçinin də; “Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz? 
Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?" (əs-Saffət 86-87). Yəni siz Allahın 
Rububiyyətində,  Uluhiyyətində,  İsim  və  Sifətlərində  pis  bir  şey  zənn  etdiniz 
ki, bu da sizi Allahdan qeyrisinə qulluq etməyə vadar etdi. Sizə vacib olan isə 
Allaha layiq olduğu şəkildə zənn etmək idi.  
Həmçinin  -  Biz  günahkar  bəndələrik,  onlar  isə  övliyalardır.  Biz  bu 
kimsələrin  vasitəsi  ilə,  padşahların  yanına  daxil  olduqda  birbaşa  daxil  ola 
bilmədiyimiz  kimi  elə  övliyalarla  Allaha  yaxınlaşırıq.  Belə  bir  kimsə  Allahı 
layiqincə  qiymətləndirməmişdir.  Belə  bir  kimsə  Allahın  Rububiyyətinə, 
Uluhiyyətinə, Allahın təkliyinə tən etmişdir. Allahın vasitəyə ehtiyacı yoxdur. 
Onlar  isə  acizdirlər.  Belə  bir  pis  zənn  gətirən  insan  Allaha  qarşı  pis  bir  zənn 
etmişdir. Belələrinin cazası əzab, lənət və Cəhənnəmdir. Allahın belə bir çirkin 
şeyi əmr  etməsi  qeyri  mümkündür. Ağıl, fitrət  bu  cür  şeyi  qəbul  edə  bilməz. 
Ən çirkin zülmdür ki, insan Allahın haqqını özü kimi bir insana versin və ya 
onu  özü  ilə  Allah  arasında  şərik  tutsun.  Bu  şərik  qoşulan  da  Allahın  öz 
quludur. Nə qədər insanlar vardır ki, Allahdan qeyrisinə ümid edir, dua edir 
və  təvəkkül  edirlər.  Görürsən  ki,  namazlarını  heç  xuşu  ilə  qılmırlar.  Namaz 
qıldıqda  fikirləri  orada-burada  olur.  Lakin  kiminsə  qəbrinin  yanında 
durduqda  isə  xuşu  ilə,  zəlil  olaraq  dua  edir.  Allahın  qarşısında  isə  bu  cür 
zəlillik yoxdur, nəinki qəbrin, hansısa bir məxluqun yanında.  Belə insan artıq 
onu Allahdan üstün tutmuşdur; "Allah sizə özünüzdən bir məsəl çəkir. Sahib 
olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq 
olan,  özünüzdən  (bir-birinizin  haqqına  toxunmaqdan)  çəkindiyiniz  kimi  o 
kölələrdən  də  çəkindiyiniz  şərikləriniz  varmı?  Biz  ayələrimizi  ağılla  düşünən 
bir qövm üçün belə ətraflı izah edirik". (ər-Rum 28). Necə ola bilər ki, insanlar 
mallarında,  dövlətlərində  Allahın  onlara  verdiyi  bu  ruzidə  kiminsə  onlara 
şərik  olmasını  istəmirlər.  Onda  nə  üçün  siz  Mənim  qullarımı,  bəndələrimi 
Mənə  şərik  tutursunuz.  Kim  belə  bir  zənndə  olarsa,  Məni  lazımınca 
qiymətləndirməmişdir, 
lazımınca 
təkləşdirməmişdir, 
lazımınca 
təzim 
etməmişdir;  "(Ey  insanlar!)  Bir  məsəl  çəkildi,  ona  qulaq  asın!  Şübhəsiz  ki, 
Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap 
hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb 
aparsa,  onu  milçəkdən  geri  ala  bilməzlər.  İstəyən  də  aciz,  istənilən  də! 
Müşriklər Allahı lazımınca qiymətləndirmədilər". (əl-Həcc 73-74).  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      337 
Həmçinin  -  Allahı  lazımınca  qiymətləndirməmişdir;  Allah  Peyğəmbərlər 
göndərməyib,  kitablar  nazil  etməyib.  O  insan  Allahı  layiq  olmayan  bir  şeyə 
nisbət  etmişdir.  Çünki,  belə  bir  iş  məxluqatı  yaratdıqdan  sonra  onları  başlı-
başına buraxmaq Allaha yaraşmaz. Bu sözləri işlədən insan artıq küfr etmişdir; 
"Biz  göyü,  yeri  və  onların  arasında  olanları  boş-boşuna  yaratmadıq.  Bu 
kafirlərin pis zənnidir. Vay olsun onlara və onları Cəhənnəmdə əzab gözləyir". 
(Sad 27).  
Həmçinin  -  Allahın  İsim  və  Sifətlərini  inkar  edən  şəxs  Allahı  layiqincə 
qiymətlən-dirməmişdir;  Qədərilər,  Cəbərilər  və  s.  firqələr  kimi.  Allah  onların 
bu  sözlərindən  uzaqdır;  "(Müşriklər)  Allahı  lazımınca  qiymətləndirmədilər. 
Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunun içində olacaq, göylər isə 
Onun sağ Əli ilə büküləcəkdir. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən 
təmamilə uzaq və ucadır". (əz-Zumər 67).  
Həmçinin - Allah Ərşə yüksəlməyib, Allah göydə deyildir hər yerdədir və s. 
deyənlər  Allahı  lazımınca  qiymətləndirməmişdir;  Həmçinin  də  Allahın 
hikmətini,  məhəbbətini,  rəhmətini,  qəzəbini,  qısqanmasını,  təəccüblənməsini, 
gülməsini,  Qiyamət  günü  görünməsini,  Ayaq  sifətini  və  s.  inkar  edənlər  də 
Allahı  lazımınca  qiymətləndirməmişlər.  Həmçinin  də  Allaha  övlad  nisbət 
edənlər,  hər  bir  şeyin  Allah  olmasını  söyləyənlər  (Hüluliyyə)  və  s.  İbn  Arabi 
deyir: "Qul Allahdır, Allah isə quldur". Bunlar hamısı azğın firqələrdir.  
Həmçinin - Allah Peyğəmbərin  düşmənlərini yüksəldib, onların ailələrini 
yüksəldib,  zikirlərini  ucaldıb  -  bu  da  Allahı  layiqincə  qiymətləndirməmişdir. 
Mülkü,  xəlifəliyi,  izzəti  Peyğəmbərin    düşmənlərində  etmişdir  deyənlər  də 
Allahı lazımınca qiymətləndirməmişdir. Peyğəmbərin  əhli-beytini alçaltmış, 
onlara zəlillik vermişdir - deyənlər də Allahı lazımınca qiymətləndirməmişdir. 
Kim belə bir fikirdədirsə o, Allaha qarşı böhtan atmışdır. Bu sözlər yəhudi və 
nəsranilərin  Allah  barəsində  sözündən  alınmışdır.  Onlar  deyirlər  ki,  “Allah 
zalım  bir  padşah  göndərmiş  və  o,  özündən  Peyğəmbərlik  iddia  etmişdir. 
Allaha  qarşı  yalan  danışmışdır.  Onun  adından  əmr  etmiş,  qadağan  etmiş  və 
çəkindirmişdir.  O,  Peyğəmbərlərin  şəriətini  nəsx  etmişdir”.  Bəllidir  ki,  bu 
böyük  bir  böhtan,  Allaha  olan  tənədir.  Allahın  elminə,  hikmətinə, 
Rububiyyətinə  olan  böhtanı  əhatə  edir.  Allah  bu  inkarçıların  sözlərindən 
uzaqdır.  
Həmçinin  -  Allah  öz  övliyalarına,  dostlarına  cəza  verə  bilər,  asilik 
etməyənləri  cəzalandıra  bilər  və  onları  Cəhənnəmə  daxil  edər  deyənlər  də 
Allahı layiqincə qiymətləndirməmişdir; Həmçinin də “Allah öz düşmənlərinə, 
Ona iman gətirməyənlərə nemət verər və onları Cənnətlərə daxil edər”. Əksinə 
Quran  ayələri  və  hədislər  bu  deyilənlərin  əksinə  gəlmişdir.  Allah  öz 
övliyalarına  nemət  verər  və  düşmənlərinə  isə  nemət  verməyəcəkdir.  Artıq 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə