TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə171/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   164   165   166   167   168   169   170   171   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      353 
yaratmamış  və  heç  bir  hökm  də  verməmişdir.  Onun  hökmləri  mütləq  şəkildə 
bir hikmət və fayda olaraq buyurulmuşdur.  
6.  Əhli  Sünnə  -  Allahın  tövbələri  qəbul  edən,  əfv  edən  və  bağışlayandır. 
Qullarının  tövbəslərini  qəbul  edər,  pisliklərini  əfv  edər.  Ona  dönərək  tövbə 
edən böyük günah sahiblərinin günahlarını bağışlayar.  
7. Əhli Sünnə - Allahın edilən az şeylərə belə bol-bol əvəz verəndir. Verdiyi 
nemətlərə görə şükr edənlərin nemətlərini isə artırandır.  
8. Əhli Sünnə - Uca Allahı Özünün və Peyğəmbərini xəbər verdiyi sifətləri 
ilə  tanıyırlar.  Onun  həyat  sahibi,  eşitməsi,  görməsi,  əzəməti,  qüdrəti,  cəlal  və 
camal, mütləq həmd sahibi olması zatı sifətlərindəndir.  
9.  Əhli  Sünnə  -  Allahın  Mərhəmət  etməsi,  rıza  göstərməsi,  danışması  feli 
sifətlərdəndir.  Allah  necə  diləyərsə  danışar.  Onun  sözləri  bitib-tükənməz  və 
yox olmaz.  
10. Əhli Sünnə - Quranın yaradılmış olmaması və Allahın kəlamı olmasına 
etiqad edir. Quran Ondan başlamış Ona da dönəcəkdir. Allah dilədiyini etmə 
sifətinə  əvvəl  də  sahib  idi,  indi  də  və  gələcəkdə  də  sahibdir.  Dilədiyi  şəkildə 
danışır. O, malik olan və hökm edəndir. Ondan başqa nə varsa Onun mülkü və 
Onun haqqında hökm verdikləridir. Qullarından heç biri Onun mülkündən və 
hökmündən kənar deyildir.  
11.  Əhli  Sünnə  -  Quranda  bildirildiyi  və  sünnətdə  təvatur  dərəcədə  xəbər 
verildiyi  kimi  möminləri Axirətdə Allahı görəcəklərinə,  Onu görmə  və  Onun 
rızasına qovuşmaq nemətinin nemətlərin ən böyüyü olduğuna inanırlar.  
12.  Əhli  Sünnə  -  İmansız,  Tövhid  olmadan  ölən  (böyük  şirk  üzərə)  əbədi 
Cəhənnəmlikdir.  Lakin  böyük  günah  edən  kimsə  tövbə  etmədən,  etdiyi 
günahlara  kəffarə  olan  bir  şey  etmədən  və  onun  üçün  şəfaət  ediməzsə 
cəhənnəmə  girsə  belə  əbədi  qalmaz.  Qəlbində  zərrə  qədəər  iman  olan  kimsə 
Cəhənnəmdən qurtulacaqdır.  
13. Əhli  Sünnə  - İmanın qəlbin  etiqadı,  dilin söyləməsi  və əməllərin  etdiyi 
işlər  olduğuna  inanırlar.  İmanın  çərçivəsinə  daxil  olan  şeyləri  ən  mükəmməl 
şəkildə  yerinə  yetirən  mömindir.  Belə  bir  mömin  savab  əldə  etməyə  haqq 
qazanır,  cəzaya  uğramaqdan  qurtulur.  İman  çərçivəsinə  girən  şeyləri  naqis 
edən  kimsənin  imanı  zəifləyər.  Buna  görə  də  iman  edilən  xeyir  və  itaətlərlə 
artar, pislik və günahlarla azalar.  
14.  Əhli  Sünnə  -  etiqadında  olanlar  Allahdan  kömək  diləməklə  din  və 
dünyəvi işlərində çalışaraq səy göstərərlər. Beləcə bütün hərəkətlərində Allah 
üçün ixlaslı hərəkət edərlər. Allahın Rəsuluna itaət edərlər.  
15.  Əhli  Sünnə  -  Muhəmmədin    Allahın  qulu  və  peyğəmbəri  olduğuna 
şahidlik edərlər. Allah onu aləmlərə rəhmət, bütün dinlərə üstün olaraq haqq 
din ilə göndərmişdir. Peyğəmbər möminlərə canlarından da üstün və əzizdir. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      354 
O,  Peyğəmbərlərin  sonuncusudur.  Allah  onu  insan  və  cinlərə  müjdələyən  və 
qorxudan  olaraq  göndərmişdir.  Allah  onu  din  və  dünyanın  islahı  üçün  və 
yaradılmışların Allaha ibadət vəzifəsini yerinə yetirməsi üçün göndərmişdir.  
16. Əhli Sünnə - bilirlər ki, Muhəmməd  insanların ən biliklisi, ən doğrusu, 
ən səmimi olandır. Müsəlmanlar onu böyük sayar və sevərlər. Onun sevgisini 
bütün  yaradılmışların  sevgisindən  önə  salar.  Dinin  bütün  sahələrində  ona 
uyarlar.  Onun  söz  və  davranışını  hər  kəsin  davranış  və  sözlərindən  önə 
keçirərlər.  
17.  Əhli  Sünnə  -  etiqad  edir  ki,  Allah  Muhəmmədin    simasında  bütün 
fəzilətləri,  özəllikləri  və  mükəmməlikləri  onda  toplamışdır.  O,  məqam 
baxımından  yaradılmışların  ən  uca  məqama  sahib  olanıdır.  Nə  qədər  xeyir 
qapıları  varsa  onu  ümmətinə  bəyan  etmiş,  nə  qədər  pislik  varsa  onu  da 
ümmətinə göstərmişdir.  
18.  Əhli  Sünnə  -  Allahın  nazil  etdiyi  bütün  kitablara,  göndərilmiş  bütün 
Peyğəmbərlərə  inanırlar.  Allahın  göndərdiyi  Peyğəmbərlər  arasında  ayırım 
etməzlər.  
19. Əhli Sünnə - qədərə iman edərlər. Qədər ilə baş verən bütün xeyir və şər 
Allahın  təqdir  etdiyi  ilə  baş  verməsinə  iman  edir.  Allah  qullarından  hə  biri 
üçün  güc  və  iradə  yaratmışdır.  Onlar  bu  güc  və  iradə  ilə  istədikləri  söz  və 
əməllərini  edirlər.  Allah  qullarını  əməl  etmək  və  söz  söyləmək  baxımından 
məcbur  etməmişdir.  İnsanlar  etdiklərini  öz  seçimləri  ilə  edirlər.  O,  mömin 
qullarına  imanı  sevdirmiş  və  qəlblərinə  salmışdır.  Usyan,  küfr  və  fahiş  işləri 
onlara pis göstərmişdir.  
20.  Əhli  Sünnə  -  Yaxşılığı  əmr  edib,  pislikdən  çəkindirər,  valideyinlərə, 
qohum  əqrabaya,  qonşuya,  əmri  altında  olanlara,  əmir  sahiblərinə,  haqq 
sahiblərinə yaxşılıq etməyi əmr edərlər.  
21.  Əhli  Sünnə  -  gözəl  əxlaqa  dəvət  edər,  pis  və  çirkin  əxlaqdan 
çəkindirərlər.  
22. Əhli  Sünnə  -  etiqad  edir  ki,  müsəlmanların iman  baxımından  ən  kamil 
olanı əxlaqı ən gözəl olan, sözü ən doğru olan, xeyir və fəzilətə ən çox yönələn 
və hər bir rəzillikdən uzaq olan kimsədir.  
23. Əhli Sünnə - Allah yolunda cihad etməyi əmr edər. Çünki cihad dinin ən 
yüksək zirvəsidir və iki qismdir: Elm və dəlil cihadı və silahlı (kafirlərə) qarşı 
olan cihad.  
24.  Əhli  Sünnə  -  müsəlmanları  birlik  və  bərabərlikdə  olmağa  çağırarlar. 
Parçalanmaqdan  və  düşmənçilikdən  uzaqdırlar.  Bunun  üçün  hər  bir  yola  əl 
atarlar.  
25.  Əhli  Sünnə  -  etiqadına  görə  ümmətlərin  ən  fəzilətlisi  Muhəmməd   
ümməti,  bu  ümmətin  ən  fəzilətlisi  Rəsulullahın  səhabələridir.  Səhabələr 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə