TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə168/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   164   165   166   167   168   169   170   171   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      347 
bütün kafirlərə qarşı döyüşməkdən və ya bizi zülmə sürükləyən nəfsimizdən? 
Bundan  da  başlamaq  lazımdır.  Buna  görə  də  müsəlmanlar  bu  gün  kafirlərə 
qarşı  döyüşə  bilməzlər,  onlar  ilk  öncə  Allaha  və  Rəsuluna    həqiqi  şəkildə 
iman gətirməlidirlər. Lakin insanların çoxu bunu bilməz.  
Yaxşı,  biz  Allaha  nə  ilə  kömək  edirik?  (Şeyxin  sözləri  deyil:  "Misirdə  bir 
kənd var və o kənddə saleh bir insan yaşayırdı. O insan öldükdən sonra onun 
qəbri  üzərində  böyük  bir  ibadətgah  tikiblər.  İnsanlar  onun  ad  günündə  ora 
gələrək, ondan  kömək  istəyirlər  və həmin o  ad  günü  o  kəndə  7  milyon  insan 
gəlir,  ondan  kömək  istəyirlər.  Bundan  sonra  biz  Allahın  hansı  köməyindən 
danışa  bilərik?  Yer  üzündə  bu  gün  Allahdan  qeyri  ibadət  olunan  nə  qədər 
yerlər  var.  Peyğəmbər    Meracı  günü  minlərlə  insan  Peyğəmbərin   
Peyğəmbərlərə  namaz  qıldırdığı  yerə  gələrək  oradan  kömək,  şəfa  diləyirlər, 
övlad istəyirlər. Bundan sonra biz Allahın hansı köməyindən danışa bilərik).  
Şeyx  sözünə  davam  edərək  deyir:  "İkinci  isə  "Onlara  qarşı  gücünüz 
çatdığından hazırlayın…". Biz ittifaqa gəldik ki, bizdə nə maddi silah var, nə 
də  mənəvi  silah.  Bəs  onda  onlara  qarşı  necə  vuruşmalıyıq?  Daha  yaxşı 
olmazmı  biz  ağıllarımızla  hökm  verməyi,  öz  hislərimizə  qapanaraq  hökm 
verməyi  buraxaraq,  bir  az  özümüzü  boğub,  daha  bir  az  öncəyə,  keçmişə, 
sələfilərimizin yoluna qayıdaq və deyək ki:  "Vallahi, döyüş üçün gərək bizim 
imanımız olsun, həm maddi, həm də mənəvi silahımıza ehtiyacımız var. Ona 
görə  də  gəlin  birinci  öz  imanımızı  düzəldək,  sonra  da  özümüzü  silahlarla 
təchiz  edərik.  Lakin  biz imanımızı  düzəltməyə  qadirik.  Allah  Peyğəmbərimiz 
Muhəmmədə  ,  onun  səhabələrinə  onların  silahlarının  çox  olmasına  görə 
qələbə verməmişdir. Onların saylarının çox olmasına görə qələbə verməmişdir. 
Məgər  tarix  bunu  sübut  etmir?”  Həmin  şəxs  dedi:  "Düz  deyirsiniz  Şeyx". 
Tariximiz  sübut  etmir  ki,  Peyğəmbərimiz  Muhəmməd    döyüşlərdə  həmişə 
say  etibarı  ilə  az  olub,  güc  etibarı  ilə  zəif  olub,  lakin  çox  sayda  güclü 
düşmənlərə  qalib  gəlirdilər.  (Məgər  Peyğəmbərimiz  Muhəmməd    bizə 
buyurmayıb ki:  "Məndən əvvəl heç bir Peyğəmbərə verilməyən beş şey mənə 
verilib;  Mən  bir  yerə  hücum  etməmişdən  bir  ay  qabaqcadan  Allah  mənim 
düşmənlərimin  qəlblərinə  qorxu  salır".
750
 Bəs  indi  düşmənlərin  qəlblərində 
olan  o  qorxu  hanı?  Vallahi,  yoxdur.  Əksinə  müsəlmanların  qəlbləri  qorxu  ilə 
bürünmüşdür.  Çünki,  tövhid  əqidəsi  əmin-amanlıq  əkir.  Əmin-amanlığı 
dağıtmır. Həm daxildə, həm də düşmənlərin qəlbində. Əgər biz Allaha haqqı 
ilə  iman  gətirsək,  bu  əqidə  həm  bizdə,  həm  də  cəmiyyətdə  əmin-amanlıq 
yaradar.  Əgər  əmin-amanlıq  istəyiriksə,  gərək  biz  düzgün  əqidəyə,  Allaha 
qayıdaq. Əgər istəyiriksə əmin-amanlığımız qorxu ilə əvəz olunsun, onda biz 
ixtiyar  sahibiyik.  Çünki,  qorxunun  məsdəri  şirkdir;  "Haqqında  heç  bir  dəlil 
                                                        
750
 əl-Buxari, Muslim.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      348 
nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu 
saldıq". (Ali-İmran 151). Əmin-amanlığın məsdəri isə Tövhiddir; "İman gətirib 
imanlarını  zülmlə  qarışdırmayanlar  əmin-amanlıqdadırlar.  Haqq  yola 
yönəlmişlər də onlardır". (əl-Ənam 82). İnsanların dindən uzaq düşdükləri bir 
gündə,  şirkin  baş  alıb  getdiyi  bir  gündə,  yad  adət-ənənələrin  İslam  adı  ilə 
dinimizə  daxil  edildiyi  bir  gündə  hansı  əmin-amanlıqdan  danışmaq  olar. 
Dünyaya  nəzər  salsaq  görərik  ki,  müsəlmanların  saylarının  çox  olmasına 
baxmayaraq  zəlil  gündədilər.  Cürbəcür  təzyiqlərə,  işgəncələrə,  hücumlara 
məruz  qalıblar.  Çünki,  müsəlmançılıqdan  (İslamdan)  yalnız  adı  qalıb.  Əli   
deyir:  "Vaxt gələcək  ki, İslamdan  yalnız onun  adı  qalacaqdır,  vaxt  gələcək  ki, 
Qurandan  yalnız  onun  şəkili  qalacaqdır,  məscidlər  boş  qalacaqlar,  qondarma 
alimlər  çıxacaqdır".  Peyğəmbər    buyurur:  "Ümmətlərin  (dövlətlərin) 
birləşərək  sizin  üzərinizə  vəhşi  heyvanların  öz  şikarlarının  üzərinə  hücum 
etdikləri kimi hücum etmələri artıq yaxındır”. Səhabələr: "Ya Rəsulallah! Bizim 
sayımızın  az  olduğuna  görə  belə  olacaqdır?"-  deyə  soruşdular.  Peyğəmbər   
buyurdu:  "Əksinə,  sizin  sayınız  onda  çayın  gətirdiyi  çör-çöp  kimi  çox 
olacaqdır.  Lakin  Allah  düşmənlərin  qəlbindən  sizə  qarşı  olan  qorxunu 
çıxaracaqdır.  Sizin  qəlbinizdə  isə  Allah  Vəhm  yerləşdirəcəkdir".  Səhabələr: 
"Vəhm  nədir,  ya  Rəsulullah!"  Peyğəmbər    buyurdu:  "Dünyaya  sevgi,  ölümə 
isə  nifrət".
751
 Ömər    deyir:  "Biz  elə  bir  ümmətik  ki,  Allah  bizi  İslam  ilə 
izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq 
Allah  bizi  zəlil  edər.  Ona  görə  də  insan  Allahdan    nə  qədər  qorxarsa, 
düşmənləri də bir o qədər ondan qorxarlar. İnsan özü ilə Allah arasında olanı 
nə qədər islah edərsə, Allah da onunla başqaları arasında olanları islah edər). 
Şeyx  sözünə  davam  edərək  deyir:  "Tarixçilərin  bu  sözünü  təhlil  etmək 
lazımdır.  Vallahi,  tarix  təkrarlanır,  müsəlmanlar  öz  həqiqi  imanlarına 
döndükləri  zaman,  Allahın  və  Peyğəmbərin    buyurduqlarına  döndükləri 
zaman,  Allah  onları  qələbə  ilə  sevindirəcəkdir.  Qələbə  ilə  onlara  sevinc  bəxş 
edəcəkdir, onları izzətli, şərəfli, hörmətli edəcəkdir".  
Vallahi, bu gözəl sözlərdir. Həqiqətən, biz imanımıza Allahın və Rəsulunun 
 buyurduqlarına qayıtsaq, Allah bizə o qələbəni vəd buyurub. Vallahi, bizim 
zəifliyimiz, acizliyimizdir ki, biz elm almırıq, elm oxumuruq, elm öyrənmirik. 
Hətta  öyrədirlər  də  belə  gedib  o  dərslərdə  iştirak  etmirik.  Bu  bizim 
acizliyimizdir.  Bu  gün  müsəlmanların  bu  hala  düşmələrinə  səbəb  də  onların 
cahillikləridir  ki,  biz  Allahın  və  Rəsulunun    dediklərini  üstün  tutmuruq. 
Hansısa bir şeyxlərin, imamların, axundların dedikləri sözləri üstün tuturuq.  
Allah ən-Nur surəsinin 55-ci ayəsində buyurur:  “Allah sizdən iman gətirib 
yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi 
                                                        
751
 Əbu Davud 4297, Əhməd 5/ 278.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə