TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 345
namaza gedərdik. Bir gün səhər Əbu Musa əl-Əşari də gəldi və İbn Məsuda
: "Bir az bundan əvvəl məsciddə bir hadisə ilə qarşılaşdım ki, heç xoşuma
gəlmədi. Gördüm ki, bir dəstə insan dairə şəklində toplaşıb namazı
gözləyirdilər və hər bir kəsin əlində də xırda daşlar var idi. İçərilərindən bir
nəfər: “Yüz dəfə Lə İləhə İlləllah deyin” və onlar da yüz dəfə zikr edərdilər.
Sonra yenə də: “Yüz dəfə Subhənəllah deyin”- deyirdi. İbn Məsud : "Sən
onlara nə dedin"- deyə soruşdu. Əbu Musa : "Sənin fikrini bilmədiyimə görə
heç bir söz demədim"- dedi. Məscidə gəldik. İbn Məsud camaatdan birinə
yaxınlaşdı və: "Sizin halınız nədir?"- deyə soruşdu. Onlar: "Bu daşlar vasitəsilə
biz nə qədər zikr etdiyimizi sayırıq"- dedilər. İbn Məsud : "Daha gözəl olardı
ki, siz öz pis əməllərinizi sayasınız. O ki qaldı sizin yaxşı əməllərinizə, mən
zaminəm ki, onların heç biri itməyəcəkdir. Vay sizin halınıza, ey Muhəmməd
ümməti! Səhabələr sizin arasında olduğu vaxt siz nə tez uçuruma doğru
getdiniz…” Onlar: "Ey AbdurRahmən! Biz yalnız xeyir istəyirdik!"- dedilər. O:
"Sizin kimi nə çox xeyir istəyənlər, lakin bu xeyirdən məhrumdurlar.
Həqiqətən, Peyğəmbər buyurmuşdu: “İnsanlar vardır ki, onların oxuduqları
Quran boğazlarından aşağı enməz. Allaha and olsun ki, bəlkə də sizin çoxu
onlardansınız". Amr ibn Salam deyir ki: "Həqiqətən də biz onların çoxunu
Nəhrəvanda Xəvariclərin dəstəsində gördük".
749
Baxın İbn Məsud Allahın
dinini qoruyur, baxın səhabələr Allahın dinini necə qoruyur, baxın
Muhəmməd Allahın dinini necə qoruyurdu. Onlar çalışırdılar ki, bu Tövhid
çayına zərrə qədər də bir zibil, bir çirkablıq atmasınlar. Çalışırdılar ki, Tövhid
çayını qorusular, bilirdilər ki, müsəlmanların izzət, şan-şöhrət tapmasında,
qüvvətli, qüdrətli olmasında səbəb yalnız və yalnız bu Tövhid çayını
qorumalarıdır.
O qövmün cavanları və otra nəsili ağsaqqallara dedilər: "Siz bizim
düşmənlərə qalib gəlməyimizi istəmirsiniz". Ağsaqqallar: "Vallahi, biz sizdən
də çox xeyir istəyirik və istəyirk ki, bizim bu qövm əvvəlki halına qayıtsın,
izzətlənsin, şöhrətlənsin. O qövmlər ki, onlara hücum ediblər, onlar geri
qayıtsınlar". Cavanlar dedilər: "Onda siz bizim düşmənlərimizin cəsuslarısız,
onlara tərəf işləyirsiniz ki, biz onlara qalib gəlməyək".
Bu gün müsəlmanların halı ilə müqayisə etdikdə Şeyx Useymin, Şeyx
Albani, İbn Bazz kimi ağsaqqallara, saç saqqalları İslam dinini öyrənməkdə
ağarmış insanlara, o cavanlar - Qolda Güc, Başda Ağıl Olmayanlar - eyni
kəlimələri deyirlər: "Siz bizim xeyrimizi istəmirsiniz, siz istəmirsiniz ki,
müsəlmanlar qalib gəlsinlər. Siz bizim düşmənlərimizin cəsuslarısınız". Amma
Vallahi, o alimlər, saç-saqqalları bu yolda ağarmış Peyğəmbərlərin varisləridir,
Peyğəmbərlərin qoyduğu elmi daşıyanlardır.
749
əd-Dərimi.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 346
Şeyx Useymin deyir: "... Bəs biz müsəlmanlar nə etməliyik?
Döyüşməyimiz axmaqlıqdır. Bu Allahın qoyduğu (Quran və Sünnədə)
hikmətə ziddir. Lakin biz Allahın əmr etdiyini etməliyik: "Onlara qarşı
gücünüz çatdığından hazırlayın…". Bu bizim üzərimizə düşən ən xeyirli
olanıdır. Ən böyük güc də İman və Təqvadır. İman və Təqva – bizim nəfsi-
istəklərimizə qarşı, tənbəlliyimizə qarşı və dünyaya olan sevgimizə qarşı
mübarizə aparmaq üçün ən böyük gücdür". O deyir: "Üzərimizə düşən ən
vacib olan əməl özümüzdə imanı və təqvanı tərbiyələndirmək və bu yolda
bütün gücümüzü sərf etməkdir. O ki qaldı gücümüz çatmayan işlərə, bu bizim
üzərimizə vacid deyildir".
Şeyx Albaninin Təqva studiyası tərəfindən, 1579-cu kasset, Kuveytdə
"İhyə ət-Turas əl-İslam – İslam irsinin dirçəlişi cəmiyyəti" tərəfindən İordaniya
şəhərində verdiyi moizəsindən götürülmüşdür. Mövzunun adı isə, Xalis
Tövhid və zəlalət firqələridir. Şeyx Albani bu moizəsində Tövhid haqqında,
zəlalat firqələri haqqında müsəlmanlara xəbər verdikdən sonra, zalda iştirak
edən bir nəfər Şeyxə, müsəlmanların bu günkü halı barəsində sual verir. Şeyx:
"Şübhəsiz ki, hər bir müsəlmana məlumdur ki, bu gün müsəlmanlar İslam
tarixində misli bərabəri görülməyən zəlillik, acizlik içərisindədirlər. Ona görə
də biz müsəlmanların bu halına qarşı yalnız qəzəb və sərt hislərimizi bildiririk.
Lakin bu kifayət deyildir. Bu qəzəbimiz müqabilində öz hazırlığımızı,
tədarükümüzü görməliyik… Şeyx burada ayə oxuyur; "Onlara qarşı
döyüşmək üçün, onlara qarşı çıxmaq istədikləri zaman, hazırlılıq görərlər…"
Ona görə də biz döyüşə çıxmazdan öncə, hər tərəfli silahlanmalıyıq. Hər
birimiz Allahın bu ayəsini oxuyuruq, (xütbələrdə) bu ayələr deyilir, divarlar
bu ayə ilə bəzədilir: "İntənsurullahə Yənsurukum – Əgər siz Allaha (Onun
dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər...”. (Muhəmməd 7). Qızıl
saplarla bu ayə yazılaraq divarlardan asılır. Çox təəssüf ki, divarlar bu ayə ilə
bəzədilsə də müsəlmanların qəlblərində bu ayədən əsər-əlamət belə yoxdur.
Hətta fərqinə də varmırıq ki, bu ayə nəyə işarə edir. Müsəlmanların bu günki
acizliyini görürük, halbuki bu ayə acizlikdən çıxmağı bizə bəyan edir. Hər
birimiz: "Əgər siz Allaha kömək etsəniz" ayəsinin cavabının nə olduğunu
bilirik: "Allah da sizə kömək edər". Sanki: "Əgər sən qidalansan, yaşayacaqsan,
əgər yemək və içməkdən imtina etsən öləcəksən"- sözlərinə bənzəyir. Bu da
ayədə olan kəlmələrə bənzəyir. Alimlər bu ayənin əksi olaraq: "İnləm
Tənsurullahə ləm Yənsurukum – Əgər Allaha kömək etməsəniz, Allah da sizə
kömək etməz". Bu da müsəlmanların bu günkü halıdır. Hər bir müsəlman
mənimlə razılaşar ki, bu gün İslam ümməti elə bir haldadır ki, İslam tarixində
heç bir zaman belə bir şey görünməmişdir. Biz nədən başlamalıyıq?
Müsəlmanları idarə edən əmirlərə qarşı müharibədən, yoxsa yer üzündə olan
Dostları ilə paylaş: |