TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə165/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   161   162   163   164   165   166   167   168   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      340 
 

 
 
TÖVHİDİN 
QORUNMASI 
 
 
 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      341 
TÖVHİDİN QORUNMASI 
 
Müsəlmanların  bu  günkü  hallarına  baxsaq  görərik  ki,  onlar  çox  zəlil  bir 
vəziyyətdədirlər.  İslam  tarixi  boyu  müsəlmanlar  bu  günkü  kimi  ağır 
vəziyyətdə olmamışlar  və  qəlbində  zərrə qədər iman  olan hər  bir  müsəlman, 
müsəlmanların  bu  vəziyyətinə  baxdıqda  (əgər  onun  qəlbində  iman  varsa) 
mütləq onun qəlbi ağrımalı, acı çəkməlidir. Müsəlmanların 80-90 % demək olar 
ki,  müsəlmanların  bu  halına  baxdıqda  yalnız  və  yalnız  öz  hisləri,  qəzəb  və 
nəfsi-istəkləri tərəfdən baxırlar. Və bəd dua edərək: "Allah kafirlərə lənət etsin, 
Allah onların bəlalarını versin, Allah onların başlarına daş yağdırsın"- deyirlər. 
Lakin  çox  az  bir  qism  insanlar  -  Allahın  Rəhm  Etdiyi  Kimsələr  -  onlar 
müsəlmanların  bu  hallarına  öz  hisləri,  qəzəb  və  nəfsi-istəkləri  tərəfdən  deyil, 
elm tərəfdən baxırlar və elm tərəfdən baxaraq müsəlmanların bu halına doğru 
düzgün diaqnoz qoya bilirlər. Lakin kim ki, bu məsələlərə qəzəb, kin-küdurət 
tərəfdən  baxırsa,  onlar  bu  məsələyə  doğru  düzgün  diaqnoz  və  düzgün  fikir 
yürüdə  bilmirlər.  Ona  görə  də  fiqhi  məsələlərdə  belə  bir  qayda  var:  "Əl-
Hukmu  Farun  Anid  Tasavvur  -  Əgər  sən  bir  məsələni ətraflı  şəkildə  təsəvvür 
etməsən,  o  məsələ  haqqında  bir  hökm,  qərar  verə  bilməzsən".  Ona  görə  də 
mütləqdir  ki,  biz  müsəlmanların  bu  halına  elm  tərəfdən  baxaq  və  görək 
müsəlmanlar nə üçün bu vəziyyətdədirlər? Axı onlar nə ediblər və nə edirlər 
ki,  bu  cür  zəlil  və  sınmış  bir  vəziyyətə  düşüblər.  Dinin  zəifləməsi,  cahilliyin 
baş  alıb  yayılması,  yad  adətlərin  dinə  daxil  olması,  kafir  dövlətləri  tərəfdən 
əzilmələr və s. Biz bu məsələni araşdırmalıyıq.  
Həqiqətən də müsəlmanların bu günkü halı misal olaraq sizə söyləyəcəyim 
bir hekayədədir. Bu hekayə bir qövmlə bağlıdır ki, onlar dağların əhatəsində, 
gözəl bir guşədə yaşayırdılar. O qövmün məskunlaşdığı yerdə yağış suları ilə 
yığılaraq, təmiz saf bir çay dağların ətəyindən axaraq onların ərazisində bir göl 
yaratmışdı.  Bu  qövmün  camaatı  gölün  suyundan  içər,  mal-qaralarını  suvarar 
və əkin sahələrində istifadə  edərdilər.  Və o gölün suyunun  səbəbilə Allah  bu 
qövmə  izzət,  şan-şöhrət,  şərəf,  qüdrət,  qüvvət  vermişdi.  O  qövmün 
ağsaqqalları  daima  öz  camaatlarına  deyərdilər:  "Bu  gölü  qoruyun,  göz 
bəbəyiniz  kimi  qoruyun.  Bu  gölə  nə  çör-çöp,  nə  də  zibil  atmayın".  Hətta  o, 
qövmün camaatı o çaya nə isə atıb onu zibilləməyi heç düşünmürdülər. Buna 
baxmayaraq  ağsaqqallar  onlara  daima  nəsihətlər  edir,  daimə  xatırladaraq 
yadlarına salardılar ki, “bu çaya heç bir şey atmayın. Bu çayı canınızdan da çox 
qoruyun”. Çünki, onlar bilirdilər ki, onların bu cür qüvvətlənməsi, qüdrətlən-
məsi, izzət, şan-şöhrət, şərəf tapmalarına səbəb yalnız və yalnız bu göldür. Bu 
qövmün  ətrafında  bir  çox  tayfalar  yaşayırdılar.  O  tayfalar  bilirdilər  ki,  bu 
qövm  güclü  və  qüvvətlidir.  Onlara  hörmət  edir  və  sayırdılar.  Bilirdilər  ki, 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      342 
onlara  heç  bir  şey  edə  bilməzlər.  Hətta  o  qövmlər  heç  düşünmürdülər  ki, 
onlara hücum edib qalib gələ bilərlər. Çünki bilirdlər ki, bu mümkün olan şey 
deyil.  Onların  güclü  və qüvvətli olmalarına  səbəb  yalnız  və  yalnız  bu çaydır. 
Lakin  vaxt  ötür,  illər  keçir,  ağsaqqallar,  bu  qövmün  ağıllı,  dünya  görmüş 
insanları dünyalarını dəyişirlər. Yeni nəsillər gəlir. Yeni nəsillər gəldikcə, onlar 
o  vədi  (əhdi)  unutmağa  başlayırlar.  O  vəd  ki,  bu  qövmün  ağsaqqaları 
nəsillərdən-nəsillərə ötürərək bu çayın qorunması barəsində öz qövmlərindən 
əhd alırdılar.  
Bir gün bu qövmün cahil bir sakini heç kəsin onu görmədiyini zənn edərək 
çayın içinə  bir çöp  atır.  Görür  ki, ona heç  kəs güldən  artıq  bir  söz  demədi  və 
bundan sonra bu qövmün camaatı bu çaya istədikləri zir-zibili, istədikləri çör-
çöpü,  istədikləri  ölmüş  heyvanların  leşlərini  atmağa  başlayırlar.  Öz 
ehtiyaclarını  belə  o  çayda  ödəməyə  başlayırlar  və  nəticədə  bu  çayın  suyu 
çirkab,  bulanmış  bir  hala  gəlir.  Allah  bu  çayı  qorumadıqlarına  görə  onlara 
dəhşətli  xəstəliklər  göndərir.  Qövmün  camaatı  xəstəlik  tapır.  Bu  xəstəlik 
nəticəsində  camaat  zəifləyərək  çox  aciz  bir  hala  gəlirlər.  Buna  baxmayaraq 
onlar  çayı zibilləməyə  davam  edirdilər  və  düşmənlər  bu  qövmün  zəiflədiyini 
artıq  hiss  etmişdilər  və  düşündülər  ki,  artıq  vaxt  yetişib  onlara  qalib  gəlmək 
olar.  Düşmən  hücumlara  başlayır.  Onları  öz  əsarətləri  altına  alaraq  başlarına 
istədikləri  oyunu  gətiritlər,  mal-qaralarını  məhv  edir,  dövlətlərini  əllərindən 
alır, ailələrini dağıdır, özlərini də zəlil bir vəziyyətə qoyurlar. Elə bir vəziyyətə 
ki, artıq bu qövm çox zəifləmiş, heç bir sözləri də keçmirdi, heç bir şey də edə 
bilmirdilər. O qövmlər istədikləri zülmü onların başlarına gətirirdilər. Bir gün 
bu  qövmün  sağ  qalmış  adamları  bir  yerə  toplanaraq:  "Biz  qərar  verməliyik, 
sözü  bir  yerə  qoyub  camaatımızı  bu  zülmkarlardan  necə  qurtarmağı 
düşünməliyik". Bu fikirlərə əsasən qövmün camaatı üç yerə bölündü.  
Birinci  qrup:  Bu  qövmün  cavan  nəsli  toplanır.  (Qollarında  güc,  başda  ağıl 
olmayanlar).  Onlar  deyirlər:  "Bizim  bu  vəziyyətə  düşməyimizin səbəbi  yalnız 
düşmənlərimizdir.  Onlar  bizi  bu  hala  salıblar.  Biz  onlara  qarşı  silah  toplayıb 
döyüşərək  qalib  gəlməyə  çalışmalıyıq.  Bu  yolda  ölsək  də,  məhv  olsaq  da, 
kökümüz kəsilsə də belə onlara qarşı döyüşməliyik. Bu cavanların fikri idi.  
İkinci  qrup:  Orta  nəsil  toplanır.  Onlar  deyirlər:  "Xeyir  biz  onlara  qarşı 
vuruşa bilmərik. Biz zəif və çarəsizik. Hər bir vasitəyə əl ataq ki, özümüzü bu 
xəstəlikdən təmizləməliyik. Özümüzü müalicə etdikdən sonra biz onlara qalib 
gələ bilərik. Bu orta nəslin fikiri idi".  
Üçüncü  qrup:  Bu  qrup  isə  ağsaqqallardan  ibarət  idi.  Dünya  görmüş,  saç 
saqqalları  bu  yolda  ağarmış  insanlar  idi.  Onlar:  "Bizim  gücümüz  yoxdur,  biz 
düşmənə qarşı nə ilə vuruşa bilərik? Bizim indi vuruşmağa taqətimiz yoxdur. 
Çünki, xəstəlik bizi çox zəiflətmişdir. Bizim indi özümüzü müalicə etməyə də 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə