TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə162/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   158   159   160   161   162   163   164   165   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      334 
qadınları Zul-Xalasa (bütü) ətrafında tavaf edə-edə quyruqlarını titrətmədikcə 
qiyamət  qopmayacaqdır.  Zul-Xulasa  Dəvs  qəbiləsinin  cahiliyyə  dövründə 
ibadət  etdikləri  bütdür".
743
 Peyğəmbər    buyurdu:  "Gecə  və  gündüz,  Lat  və 
Uzzaya ibadət edilmədikcə yox olub getməz".
744
 Artıq şirk insanların əqidəsinə 
çevrilmişdir.  Haradan  bir  səs  eşitsələr,  harada  bir  işıq  görsələr  (istər  ağac 
olsun,  istər  daş  olsun,  istər  qəbir  olsun  onlara  fərq  etməz)  dərhal  oranı 
ibadətgaha çevirirlər. Ağacın üzərinə əskilər, parçalar bağlayaraq niyyət edən 
kim,  təvaf  edən  kim,  övlad  diləyən  kim.  Peyğəmbərin    dövründə  də 
səhabələr  Peyğəmbərdən    belə  bir  ağac  istədilər.  Lakin görün  Peyğəmbər   
onlara nə cavab verdi: Əbu Vaqid əl-Leysi  rəvayət edir ki, Peyğəmbər  ilə 
birlikdə  Məkkədən  Huneynə  tərəf  yola  çıxmışdıq.  Biz  o  vaxtlar  təzə 
müsəlmanlardan  idik  və  küfrdən  yenicə  çıxmışdıq.  Müşriklərin  üstündən 
silahlarını  asaraq  (ibadət  etdikləri)  bir  Sidr  ağacı  vardı.  Onun  ətrafında 
yığışaraq  öz  adət  ən-ənələrini  (mərasim,  ayin)  yerinə  yetirir  və  o  ağacı  "Zətu 
Ənvat" deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: 
"Ey  Allahın Rəsulu!  Onların  "Zətu  Ənvatı" olduğu  kimi  bizim üçün  də  "Zətu 
Ənvat"  düzəlt”-  dedik.  Peyğəmbər    buyurdu:  "Allahu  Əkbər!  Şübhəsiz  ki, 
bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and olsun ki, siz 
İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: "…Bizə 
onların  sitayiş  etdikləri  bütlər  kimi  bir  büt  düzəlt!"  (əl-Əraf 138)  Həqiqətən, 
siz  əvvəlkilərin  adət  ənənəsi  ilə  gedəcəksiniz”.
745
 Bu  səhabələr  İslamda  yeni 
olduqları  üçün  bir  çox  tövhid  məsələlərini  bilmirdilər.  Məhz  buna  görə  də 
Peyğəmbərdən    müşriklərin  uğur  gətirmək  üçün  dilədikləri  bir  büt  kimi, 
onlar  üçün  də  uğur  diləmək  üçün  bir  büt  düzəltmələrini  istəmişlər;  "Allahı 
qoyub  özlərinə  dost  tutanlar:  "Biz  onlara  bizi  Allaha  yaxınlaşdırmaq  üçün 
ibadət  edirik!"-  deyirlər”.  (əz-Zumər  3).  "Onlar  Allahı  qoyub  özlərinə  nə  bir 
xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında 
bizdən  ötrü  şəfaət  edənlərdir!"-  deyirlər.  De  ki:  "Allaha  göylərdə  və  yerdə 
bilmədiyi  bir  şeyimi  xəbər  verirsiniz?  Allah  Özünə  şərik  qoşulan  bütlərdən 
uzaqdır və ucadır". (Yunus 18).  
Şeytan öz Rəbbinə vəd vermişdir ki, insanları haqq yoldan azdıracaqdır və 
hər  bir  vəchlə,  fitnə  və  hiylə  ilə  insanları  Allaha  ibadət  etməkdən 
yayındırmağa  çalışır.  Təki  insanlar  Allaha  ibadət  etməsinlər.  Şeytana  qulluq 
edənlər  də  belə  bir  ibadətgahlar  qurmaqla  insanları  azdırmağa  çalışırlar.  Siz 
deyirsiniz  ki:  “Onlar  salehlərdir,  övliyalardır,  Allahın  sevimliləridir.  Biz  isə 
günahkarlarıq,  Allah  yanında  heç  bir  qədir-qiymətmiz  yoxdur.  Onlara  qarşı 
                                                        
743
 əl-Buxari 13/76, Muslim 4/2230,2906.  
744
 Muslim 4/2230,2907.  
745
 ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani “Səhih Cəmi” 1063.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      335 
məndə  olan  sevgiyə,  məhəbbətə  görədir  ki,  mən  onun  vasitəsilə  Allaha 
yaxınlaşıram”.  Mənim sizə  bir  neçə  sualım  vardır.  Bizə İslam  dinini çatdıran, 
hər  bir  şeyi  ətraflı  şəkildə  xəbər  verən  kim  olub?  Sözsüz  ki,  deyəcəksiniz 
Peyğəmbər . Məgər Peyğəmbər  bizə əmr edib ki, “mən öləndən sonra məni 
Allah ilə öz aranızda vasitəçi tutun” və ya Peyğəmbər  bunu özü edib və ya 
səhabələrinə tövsiyə edib ki, ölüləriniz vasitəsilə Allaha yaxınlaşın və onlardan 
nə istəyirsinizsə diləyin və ya Əbu Bəkr, Ömər, Osman, Əli  və s. səhabələr 
hansı  ki,  cüzi  bir  yaxşı  əməl  olduqda  onu  dərhal  etməyə  çalışardılar.  Heç 
olmasa  bir  ayə,  bir  hədis  də  belə  gətirin  ki,  biz  də  iman  edək.  Əgər  gətirə 
bilməsəniz  bilin  ki,  onda  siz  özünüzü  onlardan  ağıllı  sayırsınız.  Çünki,  onlar 
bu  böyüklükdə  əfzəl  əməli  görmürdülər  və  ya  bilmirdilər,  amma  siz  bundan 
xəbərdarsınız. Allah bizi və əhli-əyalımızı şirkə tapınmaqdan qorusun. Amin! 
 
ALLAHA  QARŞI PİS ZƏNNDƏ OLMAQ
746
 
 
Allah    barəsində  zənn  iki  cürdür:  1.  Xeyir  zənn  etmək.  Bu  da  iki  şeylə 
bağlıdır:  1)  Allahın  kainatda  etdiyi  əməllərə,  müsəlaman  bir  kimsə  etiqad 
etməlidir ki, bunlarda hikmət vardır. 2) İnsan Rəbbi barəsində, Allah nə edirsə 
gözəl  zənndə  olmalıdır.  İnsan  dua  edir  və  gözəl  zənn  bəsləyir  ki,  Rəbbi  onu 
eşidir və duasını da qəbul buyuracaqdır. Bir şərtlə ki, Allahın qoyduğu şəriətə 
uyğun  olsun;  "Onlar  Allaha,  axirət  gününə  inanır,  (insanlara)  yaxşı  işlər 
görməyi  əmr  edir,  (onları)  pis  əməllərdən  çəkindirir  və  xeyirli  işlər  görməyə 
tələsirlər.  Onlar  əməlisaleh  şəxslərdəndirlər".  (Ali İmran 114).  2.  Pis,  şər  zənn 
etmək;  "Allah  Onun  barəsində  bədgüman,  bədniyyət  olan  münafiq  kişi  və 
qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz 
başlarında çatlasın!" (əl-Fəth 6).  
Əgər bu məsələ sənə bəyan olarsa, burada məsələnin sirrini açan böyük bir 
əsas vardır. Bu da Allahın qatında günahların  ən böyük olanı Allah haqqında 
pis  zəndə  olmaqdır.  Allah  haqqında  pis  zəndə  olan  Allahın  kamilliyinə, 
Allahın  İsim  və  Sifətlərinə  qarşı  pis  zənn  etmişdir.  Allah  barəsində  pis  zənn 
etmək  (Allahı  layiqincə  qiymətləndirməmək)  Tövhidin  kamilliyinə  ziddir. 
Buna görə  də  Allah özünə  qarşı  belə  zəndə olanları hədələmiş,  bundan qeyri 
heç  kəsi  bu  cür  hədə  ilə  hədələməmişdir;  "Allah  Onun  barəsində  bədgüman, 
bədniyyət olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar 
etsin.  Onların  bədniyyətliyi  öz  başlarında  çatlasın!"  (əl-Fəth  6).  "Siz 
qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərindən 
                                                        
746
 "Zənn  əsla  həqiqət  ola  bilməz".  (ən-Nəcm  28).  "Ey  iman  gətirənlər!  Çox  zənnə-gümana  qapılmaqdan 
çəkinin.  Şübhəsiz  ki,  zənnin  bəzisi  günahdır…".  (əl-Hucurat  11).  Peyğəmbər    buyurdu:  "Zəndən  çəkinin. 
Çünki, sözün ən yalanı zəndir". əl-Albani "Səhihul-Cəmi" 1/ 45.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə