TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə164/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   160   161   162   163   164   165   166   167   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      338 
Allah  Öz  Kitabında  belə  bir şeyləri özünə  caiz görəni inkar  etmişdir.  Belə  bir 
hökm  verənləri  ən  pis  hökm  verənlərdən  saymışdır;  “Biz  heç  iman  gətirib 
yaxşı  işlər  görənləri  yer  üzündə  fitnə-fəsad  törədənlərə  tay  tutarıqmı?  Ya  da 
Allahdan qorxanları günahkarlara tay tutarıqmı?” (Sad 28).  "Yoxsa dünyada 
pis  əməllər  edənlər  (axirətdə)  onları  iman  gətirib  yaxşı  işlər  görənlərlə  bir 
tutacağımızı,  onların  həyatlarının  və  ölümlərinin  eyni  olacağını  güman 
edirlər! Onlar nə pis mühakimə yürüdürlər". (əl-Casiyə 21).  
Həmçinin - Allah ölüləri diriltməyəcəkdir, Allah Qiyamət günü bəndələrini 
bir  yerə  toplamayacaqdır,  sorğu-sual  olunmayacaqdır  deyənlər  Allahı 
lazımınca  qiymətləndirməmişlər.  Belə  bir  söz  deyənlər  Allahın  hikmətinə  də 
böhtan  atmışlar.  Əgər  ölümdən  sonra  dirilmək  yoxdursa  onda  insanların 
yaradılışında  bir  məqsəd  də yoxdur.  Əgər ölümdən sonra  dirilmək  yoxdursa 
bu qədər Peyğəmbərlərin, kitabların nazil olması nəyə görə idi? Bütün bunlar 
bizə  xəbər  verir  ki,  ölümdən  sonra  dirilmək  vardır.  O  günü  hər  bir  kəs  nə 
etdiyini biləcəkdir, o günü yalan sayanlar da peşmançılıqlarından, yalanlarına 
görə  barmaqlarını  gəmirəcəklər.  Vay  olsun  o  günü  yalan  sayanların  halına. 
Vay  olsun!  "Kafirlər  onlar  öldükdən  sonra  əsla  dirilməyəcəklərini  iddia 
edirlər.  (Ya  Peyğəmbər!)  De  ki:  “Bəli,  Rəbbimə  and  olsun  ki,  siz  mütləq 
diriləcəksiniz.  Sonra  da  etdiyiniz  əməllər  sizə  (bir-bir)  xəbər  veriləcəkdir.  Bu 
Allah üçün çox asandır". (ət-Təğabun 7).  
Həmçinin  -  Allahın  əmrinə  səhlənkar  yanaşaraq,  Allahın  əmrinə  asi  olan 
kəs,  Allahın  haramlarını  edən  insan  Allahı  lazımınca  qiymətləndirməmişdir. 
Həmçinin də Allahın qadağanı ona yüngül gələrək, Allahın haqqı ona elə-belə, 
boş  bir  şey  kimi  gəlir.  Allahın  haqqını,  zikrini  zay  edir.  Həmçinin  də  qəlbi 
Allahın zikrindən qafil olan kimsə də Allahı lazımınca qiymətləndirməmişdir. 
Onun öz  nəfsi istəyi,  arzuları  Allahın  razılığını  tələb  etməkdən,  axtarmaqdan 
üstün  olmuşdur.  Belə  bir  kimsənin  məxluqa  olan  itaəti  Allaha  olan  itaətdən 
daha  mühümdür.  Ona  görə  məxluqun  əmrini,  buyuruğunu  yerinə  yetirmək 
Allahın əmrlərini yerinə yetirməkdən daha mühümdür. Elə bil ki, Allah onun 
dilində, qəlbində artıq bir şeydir. Allahdan qeyrisi isə ona görə daha üstündür. 
O  kimsə  Allahın  onun  üzərindəki  baxışını  aşağı  görür.  Halbuki  o,  Allahın 
Ovcundadır.  Onun  ixtiyarı  Allahın  Əlindədir.  İnsanların  baxışını  isə  üstün 
sayır. İnsanlardan utanır, Allahdan isə utanmır. İnsanlardan qorxur, Allahdan 
isə  qorxmur.  İnsanlarla  münasibətdə  olduqda  bacardığı  qədər  güc  və 
qüvvəsindən  istifadə  edərək  çalışır.  Allah  ilə  münasibətdə  olduqda  (Allahın 
əmrlərini  yerinə  yetirdikdə)  isə  ən  aşağı,  dəyərsiz  şəkildə  hərəkət  edir. 
İnsanlardan  sevdiyi  bir  kəsin  xidmətində  durduqda  ciddiliklə,  çalışqanlıqla 
onun qarşısında durur. Onun xidmətində həm qəlbi, həm də əzaları ilə çalışır. 
O  insana  olan  xidmətini  öz  işlərindən  də  belə  üstün  tutur.  Allahın  haqqını 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      339 
yerinə yetirdikdə isə elə bir şəkildə edər ki, özü kimi bir məxluq bundan razı 
qalmazdı.  Allah  üçün  elə  mal  sərf  edər  ki,  o  malı  özü  kimi  bir  məxluqa  sərf 
etməz.  Belə  bir  sifəti  olan  insan  Allahı  lazımınca  qiymətləndirmişdirmi? 
Əlbəttə ki, yox. Görürsən ki, insan ən qiymətli şeylərini dünya üçün, Allahdan 
qeyrisi üçün  edir,  vaxtının  ən  çox  hissəsini  dünya  üçün,  faydasız şeyləri  əldə 
etmək  üçün  ayırır.  Lakin  Allaha  gəldikdə  isə  çox  az  bir  hissəsini  Allaha  sərf 
edir.  
Həmçinin  - İçki içir  – Allah  bağışlayır,  rüşvət  verir,  alır  – Allah  bağışlayır, 
Allah  mənə  qarşı  ədalətsizdir,  mənə  zülm  edir,  haqqımı  tapdalıyır  deyənlər 
Allahı  lazımınca  qiymətləndirməmişdir.  Onun  Allah  barəsində  olan 
düşüncələri  pisdir, şərdir. Dua  edir  və qəbul olmadığını  gördükdə  dərhal pis 
zənn  edir.  Lakin  insan  bilməlidir  ki,  bütün  bunlarda  böyük  hikmət  vardır. 
Allahın qadağalarını edib sonra da Allah barəsində - “Allah bağışlayar” deyən 
kimsə  Rəbbi  barəsində  pis  zənn  edir.  Münafiqlər  Uhud  döyüşündə  zənn 
edirdilər  ki,  Allah  bu  dinə  kömək  etməyəcəkdir,  Peyğəmbərinə  yardım 
etməyəcəkdir, bu iş yox olub gedəcəkdir, küfr və şirk qalib gələcəkdir, bütün 
bunlar hikmətsiz olaraq baş vermişdir və s. Allahdan onun əməlləri barəsində 
heç  nə  soruşulmur.  O,  istədiyini  edəndir.  Allahın  rəhm  etdiyi  kimsələrdən 
başqa  çox  az  bir  qism  insanlar  bu  pis  zəndən  qurtulmuşlar.  Ona  görə  sən 
özünə nəzər sal və gör bundan qurtulmusan, yoxsa?  
Həmçinin - Allahla yanaşı Allahın düşmənini, Allaha şərik qoşan bir kimsə 
Allahı  lazımınca  qiymətləndirməmişdir.  Ona  Allaha  təzim  etdiyi  kimi  təzim 
edir, ona itaət edir, onu ümid edir, ondan qorxur. Allahın düşmənini, Allahın 
gözündən  düşən  birisini  Allaha  şərik  qoşur.  Müşriklər  mələklərə  ibadət 
etdikləri  vaxt  öz  iddialarına  görə  onlar  elə  zənn  edirdilər  ki,  onlar  mələklərə 
ibadət  edirlər.  Həqiqətdə  isə  onlar  şeytana  ibadət  edirdilər;  “O  gün  Allah 
onların  hamısını  toplayacaq,  sonra  da  mələklərə  buyuracaq:  "Bunlar  sizəmi 
ibadət  edirdilər?"  Mələklər  deyəcəklər:  "Sən  paksan,  müqəddəssən!  Onlar 
deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti 
də  məhz  onlara  iman  gətirmişdi".  (Səba  40-41).  Şeytan  insanı  özünə  ibadətə 
çağırır  və  elə  ilham  etdirir  ki,  o  mələkdir.  Həmçinin  günəşə,  aya,  ulduzlara 
ibadət edənlər də belədir. Buna görə də günəş doğanda şeytanın iki buynuzu 
arasında  doğur  və  kafirlər  günəşə  səcdə  edirlər.  Həqiqətdə  isə  günəşə  deyil 
şeytana  səcdə  edirlər.  Həmçinin  günəş  batdığı  zaman,  İsaya,  Məryəmə, 
övliyalara,  pirlərə,  seyyidlərə  ibadət  edənlər  də  onlara  deyil  şeytana  ibadət 
edirlər;  "Ey  Adəm  övladı!  Məgər  Mən  sizə:  “Şeytana  ibadət  etməyin,  o  sizin 
açıq  düşməninizdir”–  deyə  buyurmadımmı".  (Yasin  60).  Bütün  bunlar  şirkin 
Allah qatında böyük günahlardan olmasının sirrini bildirir. Allah onu tövbəsiz 
qəbul etmir. Şirk insanın əbədi əzabda qalmasını vacib edir. Allah bizi şirkdən 
qorusun! Amin!  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə