TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə166/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   162   163   164   165   166   167   168   169   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      343 
gücümüz yoxdur. Axı biz özümüzü necə müalicə edə bilərik ki, biz yenə də o 
çirkab  sudan  içirik.  Bir  tərəfdən  özümüzü  müalicə  edək  və  sonra  da  gedib  o 
çirkab  sudan  içək.  Bizim  xəstələnməyimizə  səbəb  çayı  qorumamağımız  və 
onun suyunu bulandırmağımızdır". Onlar dedilər: "Biz yalnız və yalnız o çayı 
təmizləməliyik.  Çayı  təmizləmək  üçün  ata-babalarımızın  (Sələfi  Salehlərin) 
dediklərinə  qayıtmalıyıq,  onlar  bu  çaya  atılan  nəcasətdən,  zibildən  qorumağı 
vəd almışdılar. Biz çayı mənbəsindən təmizləməliyik. Ondan sonra Allah bizə 
güc də verəcək, qüvvət də. O ağsaqqallar cavanlara da, orta nəsilə də nəsihət 
verərək:  "Vallahi,  heç  döyüşməyə  də  ehtiyac  olmayacaq.  Allah  bizim 
düşmənlərimizin qəlblərinə qorxu salacaqdır. Onlar bizim gücümüzü görərək 
geri  çəkiləcəklər.  Düşmənlərin  bizə  qalib  gəlməsi,  bizim  zəifləməyimizə 
görədir, onların güclü olmasına görə deyildir. (Məs: "20 yaşında bir gənci hamı 
döyür, söyür heç kəsə gücü çatmır cavab versin. 20 yaşı olsa da zəif və acizdir. 
Onun  yanına  5  yaşında  bir  uşaq  gətirirlər.  20  yaşında  olan  cavan  5  yaşında 
olan uşağı öz gücünə görə döyəcək, yoxsa 5 yaşında uşağın zəif olmasına görə 
ona gücü çatacaq? Sözsüz ki, 5 yaşında uşağın zəif olmasına görə uşağa qalib 
gəldi,  öz  gücünə  görə  deyil).  Ağsaqqallar  da  o  qrupları  başa  salmağa 
çalışırdılar ki, düşmənlərin bizə qalib gəlmələrinə səbəb yalnız və yalnız, bizim 
zəif olmağımıza görədir, onların güclü olmalarına görə deyildir. Vallahi, əgər 
biz çayı qorusaq, bu çayı təmizləsək Allah bizə güc də verəcək, əvvəlki izzəti, 
şan-şöhrəti,  qüdrəti  də  verəcəkdir.  Düşmənlər  bizim  bu  güclənməyimizi 
gördükdən sonra, özləri qorxub geriyə çəkiləcəklər".  
Həqiqətən  də  bu  ağsaqqalların  nəsihətində  ağıllı  insanlar  üçün  böyük 
faydalar vardır. Çünki, onlar dünya görmüş kimsələr idi. Bu cavanlara və orta 
nəsilə  verdikləri  böyük  nəsihət  həqiqətən  də  doğru  idi.  Onları  başa  salmağa 
çalışdılar  ki,  bizim  bu vəziyyətdən  çıxmağımızın yolu  yalnız  və  yalnız  birdir: 
Tasfiyyə Vət Tarbiyyə  Təmizlənmək və Tərbiyyə olunmaqdır.  
O  çay  –  Tövhid  –  çayıdır.  Bu  çayı  şirkdən,  küfürdən,  bidətdən,  nifaqdan, 
cürbəcür  günahlardan  təmizləməliyik.  Biz  o  çayı  təmizlədikdən  sonra 
özümüzü  tərbiyə  etməliyik.  Tərbiyə  etdikdən  sonra  da,  Allah  bizə  qələbə 
verəcəkdir. 
İmam Malik  deyir: "Bu ümmətin başı nə ilə islah olunmuşsa (düzəlmişsə, 
nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla islah olunar. 
O gün din olmayan heç bir şey bu gün də din olmaz".
747
 Vallahi, doğurdan da 
bu  belədir.  Müsəlmanların  bu  hala  düşmələrinə  səbəb  yalnız  və  yalnız 
özümüzük, düşmənlərimiz deyildir. Biz özümüz bu Tövhid çayını günahlarla, 
şirklərlə,  bidətlərlə  o  qədər  bulandırmışıq  ki,  Allah  bizi  zalımlarla  imtahana 
çəkib.  Ona  görə  də  biz  mütləq  öz  Sələflərimizin,  Allahın  və  Peyğəmbəri 
                                                        
747
 Qadi-İyad "əş-Şifa" 2/ 88.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      344 
Muhəmmədin    yoluna  qayıtmalıyıq.  Səhabələrin  dediklərini  etməliyik  ki, 
Allah onlara şan-şöhrət, izzət, şərəf verdiyi kimi, bu şan-şöhrəti, izzəti bizə də 
versin. Peyğəmbərimiz Muhəmmədin  bir çox moizələrində oxuduğu məşhur 
Xutbətul-Hacə  adlanan  duasında  belə  bir  kəlamlar  vardır:  "Şübhəsiz  ki, 
sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi  Muhəmmədin   
yoludur.  Əməllərin  ən  pisi  sonradan  uydurulanlardır.  Sonradan  uydurulub 
dinə salınan hər bir əməl bir bidətdir, hər bir bidət isə zəlalətdir, hər bir zəlalət 
isə oddadır”.
748
  
Bir  düşün?  Peyğəmbər    bu  sözləri  nə  zaman  demişdi?  Məgər 
Peyğəmbərimizin    zamanında  bidət  var  idi?  Xeyr!  Peyğəmbər    öz 
ümmətinə,  səhabələrinə  daima  xatırladırdı  ki:  "Tövhid  çayını,  tövhidi 
bidətlərlə  zibilləməyin.  Bidətlərdən  çəkinin,  necəki,  o  ağsaqqallar  öz 
qövmlərinə  deyərdilər  ki:  "Bu  çayı  təmiz  saxlayın.  Çünki,  bizim  izzət  və 
qüvvət tapmağımıza səbəb yalnız və yalnız bu çaydır. Bu çaya görə Allah bizə 
güc-qüvvət  verib".  Eyniylə  bizə  də  Peyğəmbərimiz Muhəmmədin    sözlərini 
insanlara  çatdıraraq:  "Allaha  şərik  qoşmayın,  bidət  etməyin,  küfr  etməyin. 
Bunlarla  Tövhidi  bulandırmayın  kı,  Allah  da  bizə  güc,  qüvvət,  izzət  versin". 
Səhabələr  bu  yolu  necə  qoruyurdular?  Ömərin    dövründə,  Ömərə    xəbər 
gəlir ki, Subaya adında bir nəfər Allahın mütəşəbih ayələri barəsində insanlar 
arasında  şübhə  yayır.  Ömər    onu  yanına  çağırtdırır  və  ondan  əqidəsi 
(fikirləri)  barəsində  soruşur.  O,  da  Ömərə    öz  əqidəsindən  xəbər  verir.  Bu 
vaxt  Ömər    əlində  olan  xurma  ağacının  çubuğu  ilə  onun  başına  o  qədər 
vurur ki, başı yarılır. Deyir ki, aparın onu zindana salın. Bir müddətdən sonra 
yenə deyir ki, onu mənim yanıma gətirin. Yarası yenicə sağalmışdı ki, Ömər  
yenə  çubuqla  onun  başına  vurur,  başı  yenə  qanayır  və  deyir  ki,  aparın  salın 
zindana.  Bir  müddətdən  sonra  yenə  onu  yanına  çağırtdırır,  yarası  təzə 
sağalmışdı  ki,  yenədə  çubuqla  onun  başına  vurmağa  başlayır.  Bu  vaxt:  "Ya 
Ömər! Bəsdir artıq, ya məni xeyirli ölümlə öldür, ya da  əgər sən istəyirsən ki 
məni təmizləyəsən, Vallahi, artıq sən məni (bu fikirlərdən) təmizlədin". Ömər 
  Allahın  dinini  necə  qoruyurdu.  Ömərin    xəlifəliyindən  sonra  Xəvariclər 
çıxır.  Onlar  toplanaraq  Ömərin    cəzalandırdığı  kimsənin  yanına  gəlirlər  və: 
"Ey Subay, sənin fikirlərini dəstəkliyənlər çıxıb, get onlara qoşul". Həmin şəxs: 
"Vallahi,  xeyirli  insan,  artıq  məni  islah  etmişdir,  məni  artıq  bu  fikirlərdən 
təmizləmişdir,  mən  o  yola  heç  vaxt  dönmərəm".  Baxın,  görün  səhabələr 
Allahın dinini necə qoruyurdular.  
Ömər ibn Yəhyə öz atasından, o da öz atasından rəvayət edir ki, hər gün biz 
sübh  namazından  öncə  İbn  Məsudun    evinin  ətrafında  yığışar  və  birlikdə 
                                                        
748
 Muslim "Şərhu Nəvəvi" 6/ 153-156, Əhməd 3/ 319,371, ən-Nəsai 3/ 188-189, əl-Beyhəqi "Sunənul-Kubra" 3/ 
214 Cabir ibn Abdullah  yolu ilə: əl-Albani "Muxtəsər Səhih Muslim" 409, "Mişkətul Məsabih" 3149, 5860. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə