TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə170/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   164   165   166   167   168   169   170   171   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      351 
iman  etdik!"-  dedilər.  Daha  sonra  hökmdarın  adamları:  "Gördünmü? 
Qorxduğun  şey  başına  gəldi.  Artıq  camaat  iman  etdi!"-  dedilər.  Hökmdar 
dərhal  yol  ağızlarında  xəndəklər  qazılmasını  əmr  etdi.
754
 Xəndəklər  qazıldı, 
içərsində od qalandı. Hökmdar: "Özünüzü xəndəklərə atın! Hər kim dinindən 
dönməzsə onu xəndəyə atın!"- deyə əmr etdi. Hökmdarın adamları əmri yerinə 
yetirərək  insanları  odla  dolu  xəndəklərə  atmağa  başladılar.  Nəhayət  növbə 
yanında  körpə  uşaq  olan  bir  qadına  gəldi.  Qadın  odla  dolu  xəndəyə 
düşməkdən  qorxaraq  geri  çəkildi.  Bu  an  körpə  uşaq  dilə  gələrək:  "Anacan! 
Səbr et, şübhəsiz ki, sən haqq üzərindəsən!"- dedi”.
755
  
Bu padşah nə Allah qəbul edirdi, nə də hər hansı bir din. Oxu çəkib, atır və 
ox gedib uşağa dəyir və uşaq ölür. Lakin uşaq ondan sonra baş verən nəticəni 
görmür, amma uşaq dəvətini etdi. Nəticəsi nə oldu? Bütün qövm əllərini göyə 
qaldıraraq:  "Biz  bu  uşağın  Rəbbinə  iman  gətirdik".  Padşah  təəccübləndi  və 
dedi  ki:  “Gör  üşaq  nə  etdi.  Mən  bir  uşağa  qalib  gələ  bilmirdim,  amma  indi 
bütün qövm mənə qarşıdır”.  
Biz  də  yalnız  və  yalnız  dəvət  etməliyik.  Heç  bir  sözlərdən,  təhqirlərdən 
qorxmamalıyıq.  Əgər  biz  düz  deyiriksə,  əgər  haqqı  deyiriksə  nədən 
çəkinməliyik!  Məgər  bizdən  yaxşıları,  bizdən  xeyirliləri  dəvət  edərək  əzab-
əziyyətlərlə  qarşılaşmayıblar?  Məgər  Peyğəmbər  Muhəmmədə    sehirbaz, 
şair,  məcnun  deməyiblər?  Məgər  Peyğəmbərimiz  Muhəmməd    Meraca 
gedərkən, orada yanında heç kəs olmayan Peyğəmbərlər görmədimi? Nuh  
doqquz  yüz  əlli  il  dəvət  etdi,  əlli-altmışa  yaxın  insanı  dəvətini  qəbul  etdi. 
Allaha çox şükür olsun ki, Allah bizə bu neməti verib, biz insanları dəvət edə 
bilirik.  Kimisə  İslama  gətirə  bilirik.  Biz  buna  görə  Allaha  şükr  etməliyik. 
İnsanlara  Əmr  bil  mərufu,  Nəhyi  ənil  munkəri  bildirməliyik.  İnsanlara 
yaxşılığı əmr edib, pisliklərdən çəkindirməliyik. Yalnız və yalnız bundan sonra 
Allah qələbəni, zəfəri, qüdrəti, şan-şöhrəti bizə nəsib edəcək. Yalnız və yalnız 
Tövhid  çayını  təmizlədikdən  sonra  küfrdən,  şirkdən,  bidətdən,  nifaqdan 
təmizlədikdən sonra Allah bizə güc verəcək. Allah bizə elə bir güc verəcək ki, 
düşmənlərimiz  qorxularından  geri  çəkiləcəklər.  Vallahi,  bu  belədir!  "Allah 
sizdən iman gətirənlərə və yaxşı işlər görənlərə onları özündən əvvəlkilər kimi 
yer  üzünün  varisləri  edəcəklərini,  möminlər  üçün  onların  Allahın  özü 
bəyəndiyi  dini,  İslamı  möhkəmləndirəcəyini  və  onların  qorxusunu  əmin-
amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr 
edənlər şübhəsiz ki, əsl fasiqlərdir". (ən-Nur 55).  
Allaha  dua  edirəm  ki,  Allah  bu  qısa  moizəni  İslam  ümməti,  Muhəmməd 
ümməti üçün xeyirli və faydalı etsin! Allah bizə haqqı haqq olaraq göstərsin və 
                                                        
754
 əl-Buruc surəsinin 4-10-cu ayələrinə baxa bilərsiniz.  
755
 Muslim 3005.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      352 
haqqa  tərəf  yönəlməkdə,  haqq  əhli  ilə  birlikdə  olmağa  yardımçı  olsun!  Allah 
bizə batili batil olaraq göstərsin və batildən batil əhli ilə birlikdə uzaqlaşmaqda 
kömək  etsin!  Allah  bütün  əməllərimizi  ixlasla  Onun  üçün  Sünnəyə  uyğun 
olaraq  edənlərdən  etsin!  Allah  bizi fitnədən  və fitnə əhlindən  qorusun! Allah 
bizim  yaşadığımız  bu  dövlətimizi,  məmləkətimizi  cürbəcür  fitnələrdən, 
bəlalardan  qorusun!  Bizim  dövlətimizə  hidayət  versin!  Allah  bizə 
torpaqlarımızı  düşmənlərdən  tezliklə  almaqda  yardımçı  olsun.  Allah  bizi 
dünyada və axirətdə möhkəm bir kəlimə olan Lə İləhə İlləllah ilə sabit qədəm 
etsin! Bizi yalnız və yalnız müsəlman olduğumuz halda öldürsün! Amin! 
 
ƏHLİ SÜNNƏ VƏL CƏMAAT SƏLƏFİ SALİHİN 
ETİQADI 
 
AbdurRahman  əs-Səədi    deyir  ki:  “1.  Əhli  Sünnə  -  etiqadında  olanlar 
Allaha, Onun Peyğəmbərinə, kitablarına, mələklərinə, Axirət gününə, Qədərə, 
xeyir və şərin Allahdan olduğuna iman edirlər.  
2.  Əhli  Sünnə  -  ibadət  edilməyə  layiq  sadəcə  Allah  olduğuna,  hər  bir 
kamilliyin Ona aid olduğuna inanaraq yalnız Ona ibadət edirlər.  
3.  Əhli  Sünnə  -  Yaradan,  var  edən,  surət  verən,  ruzi  və  digər  nemətləri 
verən, mane olan və bütün işləri ən gözəl şəkildə idarə edən sadəcə Odur.  
4.  Əhli  Sünnə  -  Allah  tək  maqsud  olan  və  ibadət  ediləndir.  O,  Əvvəldir  – 
Ondan öncə heç bir şey yoxdur. O, Axırdır – Ondan sonra heç bir şey yoxdur. 
O, Zahirdir – Onun üzərində heç bir şey yoxdur. O, Batindir – Ondan o tərəfə 
heç bir şey yoxdur. O, həm zatı, həm də sifətləri ilə Ucadır. O, ərşə istiva etmiş. 
Bu  istiva  Onun  əzəmət  və  cəlalına  yaraşan  bir  halda  mütləq  ucalığı  və 
üstünlüyü ilə bərabərdir. Onun elmi gizli və aşkar olan, uca və aşağı olan hər 
bir  şeyi  əhatə  etmişdir.  O,  elmi  ilə  qulları  ilə  bərabərdir,  onların  bütün 
hallarından  xəbərdardır.  O,  qullarına  yaxındır  və  onların  bütün  istəklərinə 
cavab  verəndir.  O,  zatı  ilə  bütün  yaratdıqlarından  Mustəğni  (heç  birinə 
ehtiyacı olmayandır).  Bütün yaradılmışlar  hər  bir  etdikləri  işdə  (həyatları  ilə) 
Ona möhtacdırlar. Yaradılmışlar bir göz qırpımı belə Ona möhtac olmadan var 
ola bilməzlər. O, kəramətli və rəhmət sahibidir. O dərəcədə ki, qullarına gələn 
hər  bir  dini  və  dünyəvi  nemət  və  pislikləri  qoruma  ancaq  Ondandır.  Neməti 
verən  və  pislikləri  uzaqlaşdıran  Odur.  Rahmətindəndir  ki,  hər  gecə  dünya 
səmasına  enərək  qullarının  ehtiyaclarını  ödəyir.  Allah  dilədiyi  kimi  enər. 
“Onun bənzəri heç bir şey yoxdur. O, eşidən və görəndir”. (əş-Şura 11).  
5.  Əhli  Sünnə  -  etiqad  edir  ki,  Allah  hikmət  sahibidir.  Onun  təqdir 
etməsində  və  hökm  verməsində  hikmət  vardır.  Boş  yerə  heç  bir  şey 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə