TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə159/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   155   156   157   158   159   160   161   162   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      328 
edərək  yaxınlaşmaq  deməkdir".
728
 Allah:  "Ey  Muhəmməd!  Allahı  buraxıb, 
yaratdıqlarına  ibadət  edən  qömünün  müşriklərinə  de  ki:  “Ey  qövmüm 
başınıza  bir  bəla  gəldikdə  Allahı  buraxıb  Rəbb  və  İlah  (övliya,  seyyid,  daş, 
ağac) zənn etdiklərinizə yalvarırsınız? Gəlin baxaq görək sizdən bu zərəri dəf 
edə  biləcəklərmi.  Siz  onlara  müqəddəs,  ilah  olaraq  yalvarırsınız.  Halbuki 
onların buna gücləri çatmaz və əllərindən bir şey gəlməz. Buna ancaq onları və 
sizi Yaradanın gücü çatar. Sizin yalvarıb-yaxardığınız o kimsələr özləri Allaha 
yaxınlaşmaq,  Onun  rəhmətini,  mərhəmətini,  günahlarının  bağılanmasını 
qazanmaq  üçün  yol  axtarırlar.  Onlar  qəbirlərində  öz  hallarını  düşünürlər. 
Gələn  mələklərin  suallarına  nə  cavab  verəcəklərini  düşünürlər,  sizin  onlara 
yalvarıb-yaxarmanızdan isə xəbərsizdirlər; “Biz hər bir elçini, Allahın izni ilə, 
ona  məhz  itaət  edilsin  deyə  göndərdik.  Əgər  onlar  özlərinə  zülm  etdikləri 
zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də 
onlar  üçün  bağışlanma  diləsəydi,  əlbəttə  ki,  Allahın  tövbələri  qəbul  edən  və 
Rəhmli  olduğunu  görərdilər”.  (ən-Nisa  64).  Bu  ayə  Peyğəmbərin    verdiyi 
hökmdən  uzaqlaşıb  tağuta  müraciət  edən  bəzi  münafiqlər  haqqında  nazil 
olmuşdur. Əgər onlar günahlarını etiraf edərək Peyğəmbərin  yanına gələrək 
tövbə  edərlərsə,  bu  günahdan  ötrü  Allahdan  bağışlanma  diləyərlər, 
Peyğəmbər    də  onlara  şəfaətçi  olaraq  onlar  üçün  Allahdan  bağışlanma 
diləyərsə  onların  tövbələrini  qəbul  edəcəyini  bəyan  edir.  Ayədə  zaman 
mənasına  gələn  z"  kəliməsi  keçmiş  zamana  dəlalət  edir.  Gələcəyə  dəlalət 
etməz.  Allah  "İzə"  kəliməsini  işlətmədi.  Əksinə  z"  kəliməsini  işlətdi.  Bütün 
bunlar da Peyğəmbər  həyatda ikən baş vermişdir, ölümündən sonra yox.
729
 
"Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. (Tövbə 
edib)  bağışlanmalarını  diləyərkən  də  Allah onlara  əzab verməz".  (əl-Ənfal 33). 
Zəlalət  əhli  bu  ayədən  Peyğəmbərin    həm  həyatında,  həm  də  ölümündən 
sonra  ümməti  üçün  istiğfar  edəcəyini  zənn  etmişlər.  Allah  Peyğəmbərə   
onların içində ikən və onların arasında onları Allaha ibadətə dəvət edərkən, o 
topluluğa əsla əzab etməyəcəkdir. Çünki, Peyğəmbər  onların içində olduğu 
müddətdə  ümməti  üçün  bir  əmin-amanlıq  sığortasıdır.
730
 "Onlara  Allah 
tərəfindən  əllərindəkini  (Tövratı)  təsdiq  edən  bir  kitab  (Quran)  göndərildiyi 
zaman  onu  qəbul  etmədilər.  Halbuki  əvvəlcə  kafirlərə  qələbə  çalmaq  üçün 
Allaha  yalvarırdılar.  Bildikləri  (Peyğəmbər)  gəldikdə  isə  ona  inanmadılar. 
Allah kafirlərə lənət eləsin". (əl-Bəqərə 89). Bir qrup insan bu ayənin təfsirində 
İbn  Abbas    haqqında  yalan  uyduran  bir  ravinin  dəlilini  də  gətirirlər.  Bu 
yalançının  rəvayətinə  görə  Xeybər  yəhudiləri  Qatafanla  döyüşlərində  səhəri 
                                                        
728
 Təbəri 4/226, 9/103-106, Alusi "Təfsiri Qurani Azim" 3/124, Şingiti "Advaul-Bəyan" 2/97-99, 3/598, İbn Kəsir 
"Təfsir" 2/55.  
729
 Təbəri 4/ 157, Abdur-Rahmən əs-Səədi "Təfsir – ən-Nisa 64".  
730
 İbn Kəsir 2/ 319-320.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      329 
yola  çıxarkən  bu  dua  ilə  Allaha  yalvarırdılar:  "Allahım!  Axır  zamanda  bizə 
göndərəcəyini vədd etdiyin ummi Peyğəmbər haqqı üçün səndən onlara qarşı 
bizə zəfər nəsib etməyini istəyirik".
731
  
Osman  ibn  Hənif    rəvayət  edir  ki,  kor  bir  kimsə  Peyğəmbərin    yanına 
gələrək:  "Mənim  üçün  Allaha  dua  et!  Mənə  şəfa  versin"-  dedi.  Peyğəmbər  : 
"Əgər istərsən dua edim, istərsən səbr et bu sənin üçün daha xeyirlidir"- deyə 
buyurdu.  Adam:  "Allaha  dua  et!"-  dedi.  Peyğəmbər    ona  gözəl  şəkildə 
dəstəmaz alıb iki rükət namaz qılmasını və bu şəkildə dua etməsini əmr etdi: 
"Allahım,  mən  Səndən  istəyirəm  və  Sənin  Peyğəmbərin,  rəhmət  Peyğəmbəri 
Muhəmməd ilə Sənə yönəlirəm. Ey Muhəmməd! Bu ehtiyacım üçün Rəbbimə 
səninlə yönəldim. Diləyimi yerinə yetir. Allahım, onu mənə şəfaətçi et!"- dedi. 
Adam  Peyğəmbərin    dediklərini  etdikdən sonra  gözləri  açıldı.
732
 Bu hədisdə 
bidət  əhli  üçün  heç  bir  əsas  yoxdur.  Əksinə  bu  hədis  elə  onların  özlərinə  bir 
dəlildir. Çünki, kor kişi Peyğəmbərin  yanına onun üçün dua etməsinə görə 
gəlmişdi və bilirdi ki, Peyğəmbərin  duası dərhal qəbul olur və Peyğəmbər  
də  ona  necə  dua  etməsini  öyrədir.  Bu  duada  da  heç  bir  məqamı,  haqqı  ilə 
sözləri  də  yoxdur.  Həmçinin  Peyğəmbər    də  sağ  idi.  Diri  insandan  dua 
etməsini  istədi.  Peyğəmbər    də  ona  daha  böyük  bir  xeyrin  verilməsini 
diləyərək  ona  dəstəmaz  alıb  iki  rükət  namaz  qılaraq  özü  üçün  dua  etməsini 
əmr  etdi.  Bu  əməllərin  hər  biri  də  Allaha  yaxınlaşmaq  üçün  itaət  yollarıdır. 
Peyğəmbər  kor kişiyə dua etməklə kifayətlənmədi, üstəlik onu Allaha itaətə 
və yaxınlıq ifadə edən əməllərlə məşğul etdi. Əbu Səid əl-Xudri  rəvayət edir 
ki,  Peyğəmbər    buyurdu:  "Kim  namaz  üçün  evdən  çıxarkən  –  Allahım! 
Səndən  istəyənin  haqqı  üçün  istəyirəm.  Mən  təkəbbürlüklə  və  istəksiz 
çıxmadım  –  şəkilində  dua  edərsə  Allah  onun  duasını  olduğu  kimi  qəbul 
edər".
733
 Peyğəmbər    buyurdu:  "Allahın  adıyla  Allaha  iman  etdim.  Ona 
arxalandım.  Güc  və qüvvət  Allahdandır.  Allahım!  Sənə  dua  edən  və  bu çıxış 
səbəbinin haqqı üçün, şübhəsiz ki, mən şəfaətsiz çıxmadım".
734
 Əlinin  anası 
Fatimə  bint  Əsədi  dünyasını  dəyişdikdə  Peyğəmbər    onun  qəbrinin  yanına 
gələrək:  "Dirildən  və  öldürən  də  Allahdır.  O,  ölümsüz  bir  həyata  sahibdir. 
Anam Fatimə bint Əsədin günahlarını bağışla. Öz Peyğəmbərinin və məndən 
əvvəlki Peyğəmbərlərin haqqı ilə onun qəbrini genişləndir. Sən rəhmlilərin ən 
Rəhmlisisən".
735
 Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Adəm  xəta 
etdiyi  zaman  dedi:  “Ey  Rəbbim!  Muhəmmədin  haqqı  üçün  məni  bağışla". 
Allah:  "Mən  hələ  onu  yaratmamışam.  Sən  haradan  bilirsən?"-  deyə  buyurdu. 
                                                        
731
 İbn Kəsir "Təfsir", əl-Beyhəqi "Dəlailun-Nubuvvə" 2/ 76, əl-Hakim "Mustədrək" 2/ 263 zəif hədis.  
732
 Əhməd 4/ 138, ət-Tirmizi 3831, əl-Albani "Səhih ət-Tirmizi" 3/ 172, "Səhih İbn Məcə" 1/ 231.  
733
 Əhməd 3/ 21, əl-Albani “Zəif” hədis 24.  
734
 əl-Albani “Zəif” hədis.  
735
 əl-Albani zəif hədis.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə