TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 319
dostlarım (vəlilərim) deyildir. Mənim dostlarım Allah və saleh (təqvalı)
möminlərdir"
710
. Həsənul-Bəsri deyir: "Bir dəstə kimsələr Allahı sevdiklərini
iddia etdilər. Uca Allah: "De ki: “Əgər Allahı sevirsinizsə mənə uyun ki, Allah
da sizi sevsin…". (Ali İmran 31). İmam Şafii deyir: "Siz bir adamın su
üzərində yeridiyini və ya havada uçduğunu görsəniz belə, onun Peyğəmbərə
tabe olması haqqında bir bilgi sahibi olmadığınız müddətdə onu
təsdiqləməyin. Onun bu halına aldanmayın".
Kəramət Və Sehr - 1. Kəramət insanın istəyi ilə gəlmir. Onu Allah istədiyi
vaxt və istədiyi saleh quluna verir. 2. Kəramət mömin bəndə üçün olur. 3.
Kəramət sahibi təkəbbürlü olmaz və onu insanlar arasında yaymaz. 4.
Kəraməti heç nə məhv edə bilməz. Möcüzə Və Sehr - 1. Bu dünyada möcüzə
yoxdur. Kəramət və ya sehr vardır. Peyğəmbərlər yoxdursa möcüzə də
yoxdur. 2. Möcüzə qeyri adi bir şey olur. Allah elə bir möcüzə göstərir ki,
insanlar dəhşətə gəlirlər. 3. Möcüzə iman gətirən şəxs üçün olur. Sehr isə kafir,
fasiq və s. üçün olur. 4. Möcüzənin qarşısını heç nə ilə almaq olmaz. Sehrin isə
Quran ayələri, dualarla qarşısını almaq olar. Sehirbazın Əlamətlərindən -
mənası başa düşülməyən sözləri donquldaması, “Ananın adı nədir? Atanın adı
nədir?” və s. mənasız suallar verməsi, murdar yerlərdə xoruz və s. heyvanı
qurban kəsməyi tələb etməsi, boynundan Quran ayələrindən ibarət olan
amuletlərin asılması. Maraqlı orasıdır ki, belə şeyləri asan kimsələr bu
tilsimlərin Qurandan olan ayələrdən ibrət olduğunu söyləyirlər. Lakin açıb
içinə nəzər saldıqda heç də belə olmadığını və əksinə qarmaqarışıq sözlərdən
ibarət olduğunun şahidi olurlar. Aç və yoxla!
710
Muslim 215.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 320
TƏVƏSSÜL
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 321
TƏVVƏSÜL – VƏSİLƏ
Təvəssül – məqsədə (qayəyə) sürətlə - Vəsilə ilə çatmaq, istənilən şeyə
yaxınlaşmaq və ona arzulu bir şəkildə çatmaq deməkdir. Həmçinin tələb
edilənə yaxın olmaq, ona arzu ilə çatmaq, hökmdarın yanında yer, yaxınlıq
mənasındadır. Vəsilə isə məqsədə çatılan şeydir. Biz Allahın razılığına necə
çata bilərik? Bunun üçün hansı yollar vardır? Allah və Rəsulunun şəriət
etdiyi yollar hansılardır? “Onların yalvardıqları məbudların özləri də Rəbbinə
– hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar,
əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir”. (əl-
İsra 57). İbn Abbas deyir: “Bu ayə bir dəstə ərəblər barəsində nazil
olmuşdur. Onlar cinlərə ibadət edirdilər. Cinlər Allaha iman gətirdikən sonra
Onun razılığını qazanmaq üçün Ona yollar axtarırdılar. İnsanlar isə bunu
bilmədikləri halda onlara ibadət edirdilər”.
711
Azandan sonra oxunan duada da
deyilir: "Allahım, Muhəmmədə vəsiləni ver".
712
Burada vəsilə ilə qəsd Allaha
yaxınlıq, Qiyamət günündə şəfaətdir. Həmçinin bunun Cənnətdə bir mərtəbə
olduğu da söylənilmişdir.
713
Firuzabadi deyir: “Allaha yaxınlaşdırıcı bir iş
etdi” mənasında Vəssələ İlləllahi Təalə Təvsilən – deyilir”.
714
"Ey iman
gətirənlər! Allahdan qorxun. Ona yol axtarın. Allah yolunda cihad edin ki,
bəlkə nicat tapasınız". (əl-Maidə 35). Allaha vəsilə axtarmaq elm və ibadətlə
Onun yolunu getmək və şəriətin əxlaqi gözəlliklərini axtarıb tapmağa
çalışmaqdır. Vəsilə Allahı arzu edən deməkdir".
715
İmam Təbəri deyir: “Ey
iman gətirənlər! Allahdan qorxun, Onun əmrlərini yerinə yetirin və
qadağalarından çəkinin. Allaha Onun razı olduğu şeylərlə yaxınlıq axtarın”.
İstilahi mənası – Allaha yaxınlaşdırıcı məşhur bir səbəbə sarılmaq və Allah
rizası üçün olan bir ibadəti Allah Rəsulunun tərif etdiyi şəkildə etməkdir.
Allaha yaxınlaşmaq isə yalnız Allahın əmr etdiyi və Peyğəmbərin
buyurduğu formada saleh əməllərlə mümkündür.
Qayda - Allah nəticəni əldə etmək üçün müəyyən səbəblər qoymuşdur. Bu
səbəblər Şəri və Kovni (dünyəvi) ola bilər. Məs: 1. Şəri səbəb - Şəhadət kəliməsi
İslam dininə girmək üçün vasitədir, Peyğəmbərin şəfaətinə nail olmaq
istəyirsənsə azandan sonra onun üçün Vəsiləni dilə. Fatihə surəsi şəri bir
səbəbdir. Nədən? Gözdən, bədnəzərdən, ilan və əqrəb sancmasından
711
İbn Abbas deyir: “Bu İsa, Uzeyr, Məryəmdir”. Bəzi təfsirçilər: “Cinlər, Mələklər, Günəş, Ay” demişlər.
İbn Teymiyyə deyir: “Bütün bu deyilənlər haqdır. Bu ayə özündə Allahdan qeyri bütün ibadət olunanları
əhatə edir. Çünki, onların hər biri Allaha yaxın olsunlar deyə yol axtarırlar”.
712
Muslim.
713
Lisanul-Arab 9/ 724.
714
Qamusul-Muhit 1379.
715
Rağib əl-İsfəhani "Mufrədətu Əlfazil-Quran" s. 871.
Dostları ilə paylaş: |