TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 317
xəbər vermədikcə bunları götürmərəm”. Nəhayət Peyğəmbərin yanına
gəldik və hadisəni ona danışdıq. Peyğəmbər təbəssüm edərək buyurdu: "Sən
onun ruqiyyə olduğunu nə bildin? O qoyunları onlardan götürün və mənə də
sizinlə bərabər bir pay verin".
705
Qurani-Kərim möminlər üçün rəhmət və
şəfadır. İbn Qeyyim deyir: "Mən bir müddət Məkkədə qalmalı oldum.
Mənə xəstəliklər üz verirdi. Nə dərman, nə də həkim var idi. Özümü Fatihə
surəsi ilə müalicə edirdim. Bunun da möcüzəvi təsirini görürdüm. Bir az Zəm-
zəm suyu götürür və dəfələrlə ona Fatihə surəsini oxuyur sonra da içərdim.
Beləliklə də tam sağalardım. Sonralar bir çox ağrıları müalicə edərkən bu üsula
əsaslanır və faydasını da görürdüm. Ağrıdan şikayətlənənlərə də bu müalicə
üsulunu deyirdim. Əksəriyyəti də tez bir müddətdə sağalırdı”. Bir məsələ də
vardır ki, bu zikirlər, ayələr, dualar öz-özlüyündə fayda verəndir. Lakin qəbul
edən də olmalıdır. Əgər şəfa gecikərsə ya onu edəndə zəiflik vardır, ya da
şəfaya mane olan güclü maneə vardır. Şəfanın verilməsi üçün tək dua kifayət
deyildir. Dua edənin də iradəsi güclü olmalıdır. Bəzən görürsən ki, dua özü
zəif olduğuna görə duanın nəticəsi gecikir. O dua Allahın sevmədiyi dua
olduğuna görə. Bəzən də dua güclü olur, lakin qəlb zəif olduğuna görə. Dua
etdiyi zaman qəlb bütünlüklə Allaha yönəlmir. Bu dua da zəif yaya oxşayır.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: "Siz Allaha yəqinliklə
dua edin. Allah qafil, ayıq olmayan qəlbdən duanı qəbul etməz".
706
Həmçinin
də duanın qəbul olmasına mane olan səbəblərdən haram yemək, içmək, zülm,
qəlbin pas ilə bağlanması da vardır. Əbu Hureyra rəvayət edir ki,
Peyğəmbər buyurdu: "Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak
olanı da qəbul edir. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini
möminlərə də əmr etmişdir. Allah buyurur: "Ey Peyğəmbərlər! Təmiz və halal
nemətlərdən yeyin və yaxşı işlər görün". (əl-Muminun 51). Yenə Allah buyurur:
"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin". (əl-
Bəqərə172). Sonra Peyğəmbər buyurdu: "Saçı-saqqalı bir birinə qarışmış, üst-
başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və
haram ilə bəslənən birisini xatırladaraq, bu kişi əllərini səmaya qaldıraraq “ya
Rəbbim, ya Rəbbim”- deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul
olunsun”.
707
705
Muslim 2201.
706
əl-Hakim "Mustədrək".
707
Səhih Muslim 1015. Dua – Dua ən faydalı dərmandır. O, bəlanın, müsibətin düşmənidir. Onunla vuruşur,
onun enməsinə mane olaraq onu qaldırır və ya nazil olanı yüngülləşdirir. Bu da möminin silahıdır. Əli
rəvayət edir ki, Peyğəmbər buyurdu: "Dua möminin silahıdır, dinin dayağıdır, göylərin və yerlərin
nurudur. Duanın bəla ilə yanaşı üç mövqeyi vardır: 1) Bəladan güclü olaraq bəlanı dəf etməsi. 2) Bəladan
zəif olur ki, bəla da ona qalib gəlir. Bəla bəndəyə toxunur lakin onu zəif olsa da belə yüngülləşdirərək. 3)
Onlar bir-birilərinin arasında çarpışırlar. Peyğəmbər buyurdu: "Dua nazil olan və olmayan bəlalar üçün
xeyirlidir. Odur ki, ey Allahın qulları Allaha dua edin". ət-Tirmizi, əl-Hakim, Əhməd, əl-Albani "Səhuhul-
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 318
Möcüzə – insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin
varlığına qəti bir dəlildir. Onları göndərən isə Allahdır. Çünki, bunlar
bəşəriyyətin güc və taqətindən kənar olan xüsuslardır. Allah möcüzələri
Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək üçün meydana gətirir.
Kəramət – Allahın saleh (yalnız saleh) qullarına Allahdan onlara bir ikram
olaraq verdiyi bir şeydir. Bu kəramət Quran ayələri, hədislərdən və əsərlərdən
məlum olduğu kimi Allah bir çox qullarına bunu ikram etmişdir. Məs: İsanın
dünyaya gəlməsi möcüzə, onun anası üçün isə kəramətdir. Zəkəriyyənin
Məryəmin yanına gəldikdə orada yayda qış meyvələrinin olduğunu, qışda
isə yay meyvələrinin olduğunu görməsi, Allah Musanın anasına vəd verir
ki, “Biz uşağı sənə qaytaracağıq”. Ömər xütbə verərkən öz göndərdiyi
qoşunun uduzduğunu görərək onlara qışqırır ki: "Ey Səriyə! Dağa tərəf çəkil".
Və həqiqətən də onlar qalib gəlib qayıtdıqda deyirlər ki, biz hamımız sənin
səsini eşitdik". Həmçinin, Rahib Cureycin hadisəsi,
708
mağarada qalan üç
kişinin halı və s.
709
Kəramət də yalnız Allahın vəlilərinə məxsusdur.
Allahın Vəliləri (Övliyaları) Kimlərdir? – Vəli – əmr olunanı yerinə yetirən,
qadağandan çəkinən, təqdir edilənlərə qarşı səbr edən, Allahın sevdiyi və
Allahı sevən, Allahdan razı olan kimsədir; "Bilin ki, Allahın dostlarının heç
bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O, kəslər ki, iman gətirmiş
və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır.
Allahın sözləri heç vaxt dəyişməz. Bu ən böyük qurtuluş və uğurdur". (Yunus
62-63). “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura
çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar.
Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”. (əl-Bəqərə 257). "Sizin
haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki,
(Allaha) boyun əyərək namaz qılar və zəkat verərlər". (əl-Maidə 55). Amr ibn əl-
As rəvayət edir ki, Peyğəmbər buyurdu: "Diqqət edin! Filankəslər mənim
Cəmi" 3/ 151, H. 3403. Peyğəmbər buyurdu: "Qəza və qədəri dəyişdirən yalnız duadır, ömür isə yalnız
yaxşılığın sayəsində uzanır". əl-Albani "Səhih Hədislər Silsiləsi" 1/ 76, H. 154. İmam Əhməd "Zühd"
kitabında rəvayət edir ki: “Bəni İsrailin başına müsibət gəlir. Onlar bir yerə çıxırlar. Allah onların
Peyğəmbərinə vəhy edərək buyurur: “Siz bu düzənliyə nəcis, murdar bədəninizlə çıxmısınız. Siz mənə qan
tökmüş əllərinizi qaldırırsınız. Bu əllərinizlə evlərinizi haramla doldurursunuz. Mənim qəzəbimin sizə
şiddətləndiyi vaxt əllərinizi qaldırırsınız. Məndən uzaq olun". Duanı etdikdə israrla etmək, duanın qəbul
olunmasına tələsməmək. Artıq duanın qəbul olunmasının gec olmasındandır ki, bununla bezərək duanı tərk
edirlər. Bunun da məsəli ağac əkən bağbana bənzəyir ki, daima ağaca qulluq edir, onun gec böyüdüyünü
gördükdə onu tərk edir. Həmçinin, insan dua etdiyi vaxt hazır olması, qəlbinin büs-bütün Allaha yönəlməsi
və həmçinin də qəbul olunma vaxtlarına münasib olması, xuşu ilə etmək, Allah qarşısında zəlil olmaq, dua
edərkən qibləyə yönələrsə, dəstəmazlı olarsa, əllərini Allaha tərəf qaldırarsa və Allaha həmd-səna etməklə
və Peyğəmbərə salavat gətirməklə və bağışlanma diləməklə, duasını davamiyyətli olaraq diləyərsə bu dua
heç vaxt rədd olunmaz. Xüsusən də Peyğəmbərin xəbər verdiyi dualara uyğun olarsa və həmçinin Allahın
əzəmətli adı ilə olarsa Yə Həyyu, Yə Qəyyum, Yə Zəl-Cələli vəl-İkram, Yə Əhəd, Yə Saməd.
708
əl-Buxari 3/ 51-52, Muslim 8/ 89-90.
709
əl-Buxari 4/ 140, Muslim 8/ 3-4.
Dostları ilə paylaş: |