TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə158/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   154   155   156   157   158   159   160   161   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      326 
səhabələr  Peyğəmbər    dünyasını  dəyişdikdən  sonra  onun  əmisi  Abbasa   
yönəldilər və onun duasıyla təvəssül etdilər. Əgər məqsəd Abbasın   zatı və 
ya  məqamı  ilə  olsaydı,  səhabələr  Peyğəmbərin    məqamını  buraxıb  əmisi  ilə 
təvəssül  etməzdilər.  Halbuki,  Abbasın    məqamı  Peyğəmbərin    məqamı 
yanında  aşağı  idi.  Məs:  "Bir  insanın  başına  xoşlanmadığı  bir  şey  gələrsə  və 
yanında  da  bir  Nəbi  ilə  bir  başqa  insan  olsa,  sıxıntıya  düşən  insan  Nəbi  ilə 
təvəssül  edər,  yoxsa  o  kimsə  ilə?  Əlbbətə,  Nəbi  ilə.  Əgər  o  kimsə  Nəbini 
buraxıb  başqası  ilə  təvəssül  edərsə  cahillərdən  və  günahkarlardan  olar. 
Həmçinin,  Peyğəmbərin    qəbri  də  onların  yanlarında  idi.  Necə  ola  bilər  ki, 
Ömər    və  onunla  olan  səhabələr  Allah  Rəsulunun    zatı  ilə  təvəssül  caiz 
ikən,  onu  buraxıb  başqasının  zatı  ilə  təvəssül  etsinlər.  Səhabələrin  hamısının 
bu cür təvəssülə etiraz etməyərək səssiz qalmaları ən böyük dəlil və ən açıq bir 
icmadır.  Çünki,  onlar  Sünnəyə  zidd  bir  əməl  görsəydilər  dərhal  onu 
düzəldərdilər. Çünki, onları Peyğəmbər  öyrətmişdir.  
2)  Ölmüş  vəlilərə  və  salehlərə  dua  etmək  və  nəzir  vermək. 
Peyğəmbərlərdən,  vəlilərdən  və  saleh  insanlardan  ölmüş  və  ya  həyatda 
olanların  zatı  ilə  Allaha  təvəssül  etmək,  onlarla  dua  etmək,  onlardan  yardım 
diləmək,  məqamlarıyla  təvəssül  etmək,  onlar  üçün  nəzir  demək,  Allahdan 
başqa  heç  kimsənin  etməyəcəyi  bir  işi  onlardan  istəmək  və  Allah  ilə  öz 
aralarında  onları  vasitə  etmək  şirk  olub  dinimiz  tərəfindən  qadağan 
edilmişdir.  Allahın  dinində  belə  bir şey yoxdur və saf  Tövhid  əqidəsinə zidd 
olan bir şeydir; “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı 
başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz 
ki, kafirlər nicat tapmazlar!” (əl-Muminun 117). Qurani-Kərimdə qaydadır ki, 
Yəsəlunəkə” – “soruşanda” sözü gəldikdə “Qul” – “de ki” sözü işlədilir. Məs: 
"(Ey Muhəmməd!) Səndən  qənimətlər  barəsində  soruşurlar.  De ki: “Qənimətlər 
Allaha və Peyğəmbərə aitdir". (ən-Ənfal 1). "Səndən şərab və qumar haqqında 
soruşurlar.  De  ki:…".  (əl-Bəqərə 219). "(Ey Muhəmməd!) Səndən  heyz  barəsində 
soruşurlar. De ki:…". (əl-Bəqərə 222). "Səndən yetimlər haqqında soruşurlar. De 
ki:…". (əl-Bəqərə 220). "Səndən nələrin halal olduğunu soruşurlar. De ki:…". (əl-
Maidə 4). Lakin bu ayədə Allah istisna edərək Peyğəmbərə  gələn vəhydə "De 
ki"  kəlməsini  zikr  etməmişdir.  Ey  Muhəmməd!  Qullarım  səndən  mənim 
barəmdə  soruşsalar  mən  onlara  yaxınam.  Ondan  istəyənin  duasını  qəbul 
edərəm.  Dua  etmək  üçün  kiminsə  qəbrinə,  pirinə  getmək  lazım  deyil;  "Əgər 
bəndələrim səndən Mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Dua edən 
Məni çağırsa onun duasına cavab verərəm". (əl-Bəqərə 185). "Rəbbiniz buyurdu: 
“Mənə  dua  edin,  mən  də  sizin  dualarınızı  qəbul  edim!"  (əl-Mumin  60).  Allah 
demir ki, övliyaları çağırın, onlara dua edin və ya Mənim saleh bəndələrimdən 
kömək diləyin.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      327 
3) Vəlilərin ruhları üçün qurban kəsmək. Qurani-Kərimdə və Peyğəmbərin 
 Sünnəsində varid olan çox sayda dualar vardır. Bu duaların heç birində nə 
məqamı, nə hörməti, nə haqqı, nə də qullardan hər hansı birinin yeri üçün dua 
yoxdur.
726
 "De ki: “Mənim namazım da, qurbanım da, həyatım və ölümüm də 
aləmlərin  Rəbbi  Allah  üçündür!  Onun  heç  bir  şəriki  yoxdur.  Mənə  belə 
buyurulmuşdur və mən ilk müsəlmanam!" (ən-Ənam 162-163).  
Müsəlmanların  Təvəssül  Mövzusunda  Azmalarının  Səbəbi  –  1.  Təqlid 
etmələri (filan şeyx belə dedi, filan molla belə dedi və s). 2. Ayə və hədislərin 
bir qismini götürüb, bir qismini isə tərk etmək. 3. Zəif və uydurma hədislərə və 
xəbərlərə əməl etmək; "Onlara: "Allahın nazil etdiyinə və Onun Peyğəmbərinə 
tərəf  gəlin!”–  deyildiyi  zaman:  “Atalarımızın  getdiyi  yol  bizə  yetər”–  deyə 
cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?" 
(əl-Maidə 14). “Allahın göndərdiyinə tabe olun!”– deyildiyi zaman onlar:  “Biz 
ancaq  atalarımızın  getdiyi  yolla  gedəcəyik”–  deyirlər.  Bəs  ataları  bir  şey 
anlamayıb,  doğru  yolda  deyildilərsə  necə?"  (əl-Bəqərə  170).  "Çünki  onlar 
atalarını  azmış  gördülər.  Bununla  belə  yürüyə-yürüyə  onların  ardınca  düşüb 
getdilər".  (əs-Saffət 69-70). "Allah yanında yer üzündə  gəzən  canlıların  ən  pisi 
(haqqı) dərk  etməyən karlar və  lallardır".  (əl-Ənfal 22). “Üzləri odda o yan-bu 
yana  döndəriləcəyi  gün  onlar  deyəcəklər:  "Kaş  biz  Allaha  ibadət  edəydik, 
Onun  Elçisinə  müti  olaydıq!"  Onlar  deyəcəklər:  "Ey  Rəbbimiz!  Biz 
başçılarımıza  və  böyüklərimizə  itaət  etdik,  onlar  da  bizi  haqq  yoldan 
azdırdılar”.  (əl-Əhzab  66-67).  “Onlar  Allahı  qoyub  baş  keşişlərini  və 
rahiblərini,  bir  də  Məryəm  oğlu  İsanı  tanrılar  qəbul  etdilər”.  (ət-Tövbə  31). 
Huzeyfə ibn Yəmən  bu ayə haqqında soruşulduqda, o: "Rahibləri və alimləri 
onlar üçün haramı halal edir, onlar da halal sayırlar. Halalı onlara haram edir, 
onlar da bunu haram sayırlar".
727
 "İbrahim atasına və tayfasına: “Sizin tapınıb 
durduğunuz bu heykəllər nədir?”– dediyi zaman onlar: “Biz atalarımızı onlara 
ibadət edən gördük!”– deyə cavab vermişdilər". (əl-Ənbiya 52-52).  
Bidət  Əhlinin  Gətirdiyi  Şübhələr  Və  Onlara  Verilən  Cavablar  -  "Ey  iman 
gətirənlər!  Allahdan  qorxun.  Ona  yol  axtarın.  Allah  yolunda  cihad  edin  ki, 
bəlkə nicat tapasınız". (əl-Maidə 35). “Onların yalvardıqları məbudların özləri 
də  Rəbbinə  – hansı daha yaxın  olacaq  deyə vəsilə  axtarırlar,  Onun  rəhmətini 
umurlar,  əzabından  qorxurlar.  Həqiqətən,  Rəbbinin  əzabından  qorunmaq 
gərəkdir”.  (əl-İsra  57).  Bütün  Əhli  Sünnə  vəl-Camaat  alimləri  İbn  Abbas, 
Mucahid,  Əbu  Vail,  Səuri,  Zeyd,  əl-Həsən,  Alusi,  Təbəri,  İbn  Kəsir   
deyirlər ki: "Bu ayədə qəsd olunan Allaha itaət edərək və razı olduğu əməllər 
                                                        
726
 Bu  haqda  daha  geniş  məlumat  üçün  dualar  kitabı  olan  Səid  əl-Qahtaninin  "Müsəlmanın  Qalası",  "Şəfa 
duaları və ovsunlar" kitabına baxa bilərsiniz.  
727
 Təbəri "Təfsir" 6/114, Təfsir İbn əbi Hatim 6/1784.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə