TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə152/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   148   149   150   151   152   153   154   155   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      313 
Sehrbazın cəzası ölümdür.  Qazancı  haramdır.  Cahillər,  zalımlar  və  imanı  zəif 
olanlar bəzi insanlara düşmənçilik bəslədiklərinə görə onlardan intiqam almaq 
məqsədilə  cadu  edənlərin  yanına  cadu  etdirməyə  gedirlər.  Ruqiyyədə  şirk 
yoxdursa  və  sözləri  aydındırsa  bunu  etmək  olar.  Şirk  olan  Ruqiyyədə 
Allahdan  qeyrisindən  kömək istəmək, sığınmaq, şeytanı  isimləri  ilə çağırmaq 
vardır. Etiqad edilsə ki, ruqiyyə öz-özlüyündə şəfa verir - qadağandır. Ruqiyyə 
adı  altında  at  nalı,  təsbeh,  heyva  budağı,  gözmuncuğu  asırlar,  boyunlarına 
dəridən  olan  dualar,  imamların,  övliyaların,  seyyidlərin  şəkillərini  həm  öz 
üzərlərindən, həm evdən, həm də miniklərindən asırlar - asırlar ki, onları göz 
dəymədən  qorusun  və  ya  hansısa  xeyirə  nail  olsun,  şərdən  uzaq  etsin.  Hətta 
heç bir niyyətin olmasa da belə bu haramdır. Cadunu hansısa şirk olan yollarla 
və ya şirk olmayıb qadağan olunan yollarla aradan qaldırırlar. Bütün bu yollar 
haramdır  və  şəriət  bunu  qadağan  etmişdir.  Bəziləri  deyirlər  ki,  əgər  cadu 
olunan  kimsə  çarəsizdirsə  və  ona  müalicə  tapmaq  olmursa,  hansısa  bir  sehr 
olan  yollarla  onu  müalicə  etmək  olar.  İnsanın  sağalması  vardır.  Lakin  bu  da 
qadağandır. 
Sehrə  məruz  qalmış  kimsəni  Allahın  iznilə  qurtarmaq,  biri  haram  olan 
digəri halal olan iki yolla mümkündür: 1. Sehri, başqa bir sehrlə qaldırmaq bu 
kiçik küfrdür. Cabir  rəvayət edir ki, Peyğəmbərdən  sehrin (sehr yolu ilə) 
götrülməsi  haqqında  soruşanda,  o  buyurdu:  "Bu  şeytanın  əməllərindən 
biridir".
689
  Şeyx  Useyminə    sual  verirlər  ki:  “Müalicə  almaq  üçün,  ona 
mömin  cinlər  kömək  edirlər,  deyən  bir  kimsənin  yanında  müalicə  almaq 
olarmı?”  Cavab:  Cinlər  vasitəsilə  İstianə  etmək  istər  o  cin  müsəlman  olsun, 
istərsə  də  kafir  -  şirkə  aparan  bir  yoldur.  İstianə  kömək  tələb  etməkdir.  Elm 
əhli müsəlman cinlərdən kömək istəməyi qadağan ediblər. Səhabələrdən heç 
biri  buna  daha  layiq  olduqları  halda  cinlərdən  kömək  istəməyib....”.
690
  Hər 
hansı bir cin bir  insana girən başqa  cini  çıxarmaq üçün yardım etməyi  təklif 
etdiyi təqdirdə, o insan bu təklifi qəbul edə bilərmi?” İbn Bəzz  deyir: “Bu 
məkruh  bir  əməldir”.  Zamanımızda  cinlərdən  kömək  alanların  etdiklrəi 
dəccallıqlar çoxalmışdır. Cinlərdən kömək almaq düz bir iş deyildir. Bu halın 
möminin halına, etiqadına bir çox zərərləri vardır. Onun imanını zəiflərdir. Bu 
işlə məşğul  olanların  çoxları cahil  kimsələr  olduqları üçün  onların  sözlərinə 
güvənilməz. Ən doğru bilən Allahdır!” Günümüzdə cindarlar (cin çıxardanlar) 
barəsində  də  çox  eşidirik.  Səhablərdən  heç  kəs  cin  çıxardan  kimi 
                                                        
689
 Əbu Davud 3868, Əhməd 3/294.  
690
 Nişan  üzüyünün  qadağan  olumasının  səbəblərindən  biri  də:  Şeyx  Useymin    deyir:  “Nişan  üzüyü  iki 
sevən şəxsi bir-birinə bağlanması deməkdir. Bu üzüyü çıxarmaq olmaz. Artıq sən onu çıxardıqda, deyilir ki, 
sevmirsən.  Əgər  etiqad  etsə  ki,  üzük  sevginin  və  onlar  arasında  olan  bağlılığın  (xoşbəxtçiliyin)  səbəbidir  - 
kiçik  şirk  etmişdir.  Heç  bir  etiqadı  olmasa  da  belə  haramdır.  Çünki,  Kitab  Əhlinə  bənzəməkdir”.  “Qavlu 
Mufid”.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      314 
tanınmamışdı.  İndi  artıq  cin  çıxarmaq  pul  qazanmaq  üçün  bir  sənət  olub. 
Müalicə zamanı cinlərlə söhbət edir, onlara suallar verir və onun dediklərinə 
inanırlar.  Halbuki,  Peyğəmbər    onun  yalançı  olduğunu  söyləmişdir. 
Yalançının  sözünə  inanıb  onu  insanlar  arasında  danışmaq  olarmı?  Qeybi 
xəbərlərin doğru olduğunu sən haradan bilirsən? Məgər kimsə səhabələrdən 
belə edib. Şeyx Albaninin  yanına bir nəfər gəlir və öz müalicə üslubundan 
danışır. Şeyx: “Sən Sələfsən?”- deyə ona sual verir. O: “Bəli”- deyə cavab verir. 
Şeyx  deyir:  “Sənin  etdiyini  Sələflərdən  kimsə  edibmi?  Belə  bir  kimsəni 
tanıyırsan?”  O:  “Yox”-  deyir.  Şeyx  deyir:  “Mən  də  tanımıram”.  Bu  cür  edən 
Peyğəmbərin    hədisinin:  “Kim  bir  falçının  yanına  gedib  ona  inanarsa  qırx 
günlük namazı qəbul edilməz” hökmünə girər.  
2. İmam Süyuti  ovsun barəsində demişdir: "Alimlər belə bir yekdil fikrə 
gəliblər  ki,  üç  şərt  yerinə  yetirildikdə  ovsunla  müalicəyə  icazə  verilir:  1) 
Ovsunla  müalicə  Allahın  kəlamı,  yaxid  İsim  və  Sifətləri,  yaxud  da  Onun 
Peyğəmbərinin    hədisləri  ilə  olmalıdır;  "(Ya  Muhəmməd!)  de  ki:  “O,  iman 
gətirənlərə  hidayətdir  və  (cəhalət  xəstəliyinə  tutulmuş  ürəklərə)  şəfadır".  (əl-
Fussilət 44). "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil 
edirik". (əl-İsra 82). "(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə 
olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir". (Yunus 57). 
Aişə  rəvayət edir ki, Peyğəmbər  xəstələndiyi zaman Cəbrail  gələrək 
ona: "Bismilləh! Allah sənə hər xəstəlikdən şəfa versin və həsəd etdiyi zaman 
həsəd  edəndən,  hər  göz  sahibinin  (göz  dəyməsindən)  şərindən  də  səni 
qorusun"-  deyərək  ruqiyyə  edərdi”.
691
 Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki, 
Cəbrail    Peyğəmbərin    yanına  gələrək:  "Ya  Muhəmməd!  Narahatsan?"- 
deyə  soruşdu.  Peyğəmbər  :  "Bəli"-  deyə  buyurdu.  Cəbrail  :  "Bismilləh! 
Sənə  səni  incidən  hər  şeydən,  hər  şər  nəfsdən,  həsəd  edici  gözdən  ruqiyyə 
edirəm.  Allah  sənə  şəfa  versin.  Allahın  İsmilə  sənə  ruqiyyə  edirəm"-  dedi.
692
 
Aişə  rəvayət edir ki, bizdən bir kimsə narahat olduqda Peyğəmbər  onu 
sağ əli ilə məsh edər və: "Ey insanların Rəbbi! Bu xəstəliyi apar. Şəfa ehsan et. 
Ancaq  Sən  şəfa  verirsən.  Sənin  şəfandan  başqa  heç  bir  şəfa  yoxdur.  (Ya 
Rəbbim!  Bu  xəstəyə  elə  bir  şəfa  ver  ki,  xəstə  üzərində  heç  bir  xəstəlik  izi 
qalmasın".  Aişə    deyir:  "Peyğəmbər    xəstələndiyi  zaman  əlini  tutdum  və 
onun  etdiyinin  eynisini  etmək  istədikdə  əlini  əlimdən  çəkdi  və:  "Ya  Allahım! 
Məni  məğfirət  et  və  məni  ən  yüksək  Rəfiq  ilə  bərabər  et"-  deyə  buyurdu”.
693
 
Aişə    rəvayət  edir  ki,  Peyğəmbərin    ailəsindən  bir  kimsə  xəstələndiyi 
zaman  onun  üzərinə  (əllərinin  iç  hissələrini  birləşdirərək  içinə  üflər)  və 
                                                        
691
 Muslim 2185.  
692
 Muslim 2186.  
693
 Muslim 2191.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə