TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə148/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   144   145   146   147   148   149   150   151   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      305 
Barihə - Bavarih - Sola uçardısa şərdi. Natihə - Navatih - Sənə tərəf, arxaya 
uçardısa Qaid adlanardı. Mövhumat, Xurafat – əksər vaxtı heç quşlarla əlaqəsi 
olmur. Hansısa bir əlamətlərlə səfərin yaxşı və ya pis olacağına inanırlar. Nə 
zaman şirk sayılır? Qəlbdə narahatçılığın yaranmasından sonra o narahatçılıq 
onu  əməli  etməkdən  qoyursa  şirk  olur  (Mövhumat,  Xurafat  –  ya  səni  əmələ 
yönəldir,  ya  da  çəkindirir,  qəlbdə  narahatçılığın  yaranması  hələ  də  şirk 
deyildir).  Lakin  ondan  sonra  əməl  gələrsə  artıq  şirkdir.  Tətəyyur  -  İnsan 
gördüyü və eşitdiyinin  (hiss etdiyinin) bədbəxtliyə gətirib çıxardığına etiqad 
edir. Onu bir səbəb kimi görərsə - kiçik şirk, əgər gördüyü və eşitdiyinin öz-
özlüyündə,  Allahdan  başqa  bir  varlıq  kimi  ona  bədbinlik  gətirdiyinə  etiqad 
edərsə, bu zaman, artıq böyük şirk etmiş olar. Gördüyündən və eşitdiyindən 
bədbinlik gözləyən insan iki vəziyyətə düşə bilər: 1) Gördüyü, eşitdiyi və ya 
hansısa  vaxtın,  məkanın,  görəcəyi  işə  uğursuzluq  gətirəcəyinə  inanıb,  bu 
səbəbə görə fikrindən əl çəkərsə, cox böyük günaha - şirkə düşmüş olar. 2) Belə 
bir şey gördükdə işini davam etdirən, amma rastlaşdığı xoşagəlməz halın işinə 
əngəl olacağından narahatlıq keçirən insanların düşdüyü vəziyyətdir. Bu halda 
onlar haram iş tutmuş olur. Həmin vaxt o insan Allaha olan ümidini artırmalı, 
təvəkkül  etməlidir  ki,  qəlbində  olan  şübhə  ondan  uzaqlaşsın.  Auf    deyir: 
"İyafə – quşların uçuş istiqamətlərinə görə gələcəkdən xəbər verməkdir. Tarq – 
yer üzərində xətlərin çəkilməsidir". Rimmal - Yerə və qum üzərinə sehr etmək 
qəsdi  ilə  cizgilər  çəkmək,  sehr  etmək  və  ya  qeybi  bilmək  üçün  daş  atmaq”- 
deyən də olmuşdur. Həsənul-Bəsri  deyir: "Cibt – şeytanın əks-sədasıdır".
664
 
Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Kim  bir  düyün 
bağlayıb  ona  üfürərsə,  sehr  etmiş  olur.  Kim  də  sehr  edərsə,  Allaha  şərik 
qoşmuş olur. Kim bir şeyə bağlanarsa, ona təvəkkül etmiş olur".
665
 İbn Məsud 
 rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Tıyra şirkdir, Tıyra şirkdir. Elə bir 
kimsə  yoxdur  ki,  bu  hisslərə  qapanarkən  Allaha  təvəkkül  etdikdə  bu  ondan 
getməsin”.
666
  Peyğəmbər    buyurdu:  "Uğursuzluğa  inanmaq  şirkdir".
667
  Fadl 
ibn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Tıyra səni işindən qoyan 
və ya irəli aparan bir şeydir”.
668
 Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  
                                                        
664
 Əhməd  “Musnəd”  20081,  Əbu  Davud  3907,  ən-Nəsai  “Sunənul-Kubra”  11108,  İbn  Hibban  6131,  əl-
Beyhəqi 8/ 139, İbn Əbu Xatim, Səid ibn Cubeyrin  sözlərini rəvayət edir ki: "Uca Allah İblisi lənətliyəndə 
onun siması dəyişərək mələklərin simasından tam başqa bir sima aldı və o, inildədi. Onun bütün əks-sədası 
bu dünyada Qiyamət gününə qədər qalacaqdır". Bəki ibn Məhləd özünün Qurana verdiyi təfsirində yazır ki: 
“İblis dörd dəfə inildəyib: Lənətlənəndə, qovulduqda, Allah Rəsulu  anadan olanda və Fatihə surəsi nazil 
olanda". Səid ibn Cubeyr  rəvayət edir ki, İbn Abbas  dedi: "Allah Rəsulu  Məkkəni fəth edəndə İblis elə 
fəryad çəkdi ki, səsinə bütün ordusu toplandı".  
665
 ən-Nəsai 7/ 112, Əhməd 4/ 310, əl-Hakim 4/ 216, ən-Nəsai “Sunənul-Kubra” 3542, ət-Tabərani “Mucəmul-
Əvsat” 1492, əl-Albani “Zəif” 5702.  
666
 Əbu Davud 3910, ət-Tirmizi 1614, İbn Məcə 3537, İbn Hibban 6122, əl-Hakim 43, əl-Albani səhih demişdir.  
667
 Əhməd 1/ 389, əl-Albani "Səhihul-Cəmi" 3955.  
668
 Əhməd 1/ 213, Zəif.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      306 
buyurdu: "Quş uçuran və onun üçün quş uçurulmasını istəyən, kahinlik edən 
və etdirən, cadu edən və etdirən bizdən deyildir".
669
 
Kəffarəsi  -  İbn  Ömər   rəvayət  edir  ki,  Peyğəmbər   buyurdu:  "Kim  quş 
uçurmaqla  (işin  nəhs  gətirməyinə  inanıb)  işindən  qalsa  şirk  etmiş  olur". 
Soruşdular:  "Bəs bu günahı nə ilə yumaq olar?" Peyğəmbər : "İlahi nə Sənin 
verdiyin  xeyirindən  başqa xeyir  yoxdur,  nə  də  Sənin  (uçmasına) izn  verdiyin 
quşdan başqa quş yoxdur və səndən başqa ilah yoxdur".
670
  
Mövhumat,  Xurafat  –  müşriklərin  sifətlərindəndir.  Müsəlmanın  bunları 
bilməsi  mühümdür.  Mövhumat  ümumi  bir  addır  və  onun  bir  neçə  növü 
vardır.  Tövhid  əqidəsinə  zidd  olan  belə  haram  əməllərdən:  Ayların  uğursuz 
olmasına  inanmaq  (Cahiliyyə  ərəbləri  Səfər  ayında  evlənməzdilər.  Çünki,  bu 
ayı uğursuz  ay sayırdılar  və  aylarda  baş  verən nigahın  uğursuz olduğuna  da 
inanırdılar.  Bu  ayı  boş  bir  ay  sayardılar.  Aişə    deyir  ki,  Peyğəmbər   
mənimlə  bu  ayda  evləndikdən  sonra  bu  xurafata  son  qoydu),  may  ayında 
evlənməmək,  günlərin  uğursuzluğuna  inanmaq  (Birinci  gün  ağır  gündür.  Bu 
gündə  iş  görmək  olmaz,  beşinci  günü  ayın  on  üçünə  düşərsə),  rəqəmlərin 
uğursuzluğuna  inanmaq  (on  üç  rəqəminə),  adların  və  ya  şikəst  adamların 
bədbəxtlik gətirməsinə inanmaq (dükançının ilk alıcısı şikəs birisi olarsa, o gün 
ticarətin  zəif  olmasına  inanmaq),  filankəsin  əli  yüngüldür  və  s.  bu  kimi 
xurafatlara inanmaq.  Əbu  Hureyra   rəvayət  edir  ki,  Peyğəmbər   buyurdu: 
"Nə  xəstəliyə  yoluxma  (infeksiya),  (Başqa  rəvayətdə:  “(Ey  mömin!)  Sən 
cüzəmlidən  aslandan  qaçdığın  kimi  qaç
671
),  nə  işin  nəhs  gətirməsi,  nə 
bayquşun ulaması, nə də Səfər ayının nəhs ay olması, ulduzların təsiri yoxdur, 
təşəüm  (hər  hansı  bir  şeyi  uğusuzluq  saymaq)  da  yoxdur,  qulyəbani  də 
yoxdur,  şər  qüvvələr  də".
672
 Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 
"Nə  xəstəliyə  yoluxma,  nə  də  işin  nəhs  gətirməsi  doğrudur.  Lakin  gözəl  bir 
söz,  xoş  bir  kəlmədən  ibarət  olan  Təfəul  –  söz  mənim  xoşuma  gəlir".
673
 Əbu 
Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: "Təşəüm yoxdur. Onun ən 
xeyirlisi  təfəuldur”.
674
 “Ya  Rəsulullah!  Təfəul  nədir?”-  deyə  soruşdular. 
Peyğəmbər    buyurdu:  “Sizdən  birinizin  eşidəcəyi  gözəl  bir  kəlimə  (Başqa 
                                                        
669
 ət-Tabərani 18/162, əl-Albani "Səhihul-Cəmi" 5435.  
670
 Əhməd 2/ 220, əl-Heysəmi "Məcməuz-Zəvaid" 5/ 180, əl-Albani "Səhih Silsilə" 1065.  
671
 Səqif heyəti  içində  cüzəmli bir kimsə  vardır. Peyğəmbər  ona buyurdu: “Biz  səninlə  beyətləşdik. Artıq 
sən geri dön”- diyə xəbər göndərdi (Başqa rəvayətdə: “Cüzəmli ilə görüşdükdə aranızda bir və ya iki süngü 
boyu qədər məsafə olsun”). Muslim 2231.  
672
 əl-Buxari 10/ 182, 5757, Muslim 2220, Əbu Davud 3911, ən-Nəsai 7591, İbn Hibban 6133.  
673
 əl-Buxari 10/ 181, 5756, Muslim 2224, Əbu davud 3916, ət-Tirmizi1615.  
674
 Təfəul  –  uğurlu  və  xeyirli  saymaqdır.  Gözəl  sözlə  təfəul  haqqında  ən  gözəl  misal  Peyğəmbərin   
Hudeybiyyə  səfərində  Suheyl  ibn  Amrın  adı  ilə  təfəul  etməsidir.  Məmər  deyir  ki,  Əyyub  İkrimədən  xəbər 
verir  ki,  Suheyl  ibn  Amr  gəldikdə  Peyğəmbər    səhabələrə  buyurmuşdu:  "Artıq  sizin  bütün  işləriniz 
yüngülləşdi!" əl-Buxari 2731, Muslim 1783.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə