TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə150/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   146   147   148   149   150   151   152   153   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      309 
  səhabələrə  buyurmuşdu:  "Artıq  sizin  bütün  işləriniz  yüngülləşdi!".
678
 İnsan 
daima  xeyir  düşünməlidir.  Bu  insanın  qəlbini  genişləndirir,  qəlbi  rahatlayır. 
Müsəlmanda  Təfəul  olmalıdır.  Nə  baş  verirsə  xeyrədir.  Əgər  bütün  işlərini 
qara pişiklə səbəb olaraq bağlayarsa kiçik şirk, bir başa bağlayarsa böyük şirk 
etmişdir və ya hansısa bir mövhumat ilə qarşılaşır, lakin əhəmiyyət vermədən 
keçib  gedir.  Getdikdən  sonra  şeytandan  ona  vəsvəsələr  gəlir,  qəlbi  sıxılır, 
daralır,  qorxuya  düşür  və  s.  Bu  şirk  olmasa  da  haramdır.  Ona  görə  də 
müsəlmana  vacibdir  ki,  qəlbinə  bir  şey  düşərsə  Allaha  təvəkkül  edib  yoluna 
davam  etsin.  Baş  verən  şeylərə  də  əhəmiyyət  verməsin.  Hər  şey  qəza  və 
qədərdəndir.  Təvəkkülü  güclü olan  kimsə  bu fikirlər  qəlbə  düşməzdən  əvvəl 
onu  qəlbindən  çıxardar.  Allah  insanı  imtahan  da  edə  bilər,  görəsən  Allaha 
iman  edəcək  yoxsa,  bu  mövhümata.  Mütləq  Allah  barəsində  gözəl  zənn 
etməlisən.  Səbəb  və  hadisənin  baş  verməsi  Allahdandır.  Batan  kimsə  sahildə 
olanı köməyə çağırırsa, o da Allahın izni ilə onu xilas edirsə, deməli bu səbəbi 
yaradan,  göndərən  də  Allahdar.  Əgər  Allah  istəsəydi  heç  kəs  ona  kömək 
etməzdi. Bütün güc və qüvvət Allaha aiddir.  
Bütün  bunlar  quşların  uçuşu,  qara  pişiyin  yoldan  keçməsi,  həftənin 
müəyyən  günlərini,  gecə  vaxtı  dırnaq  tutmaq,  ev  süpürmək,  qaşıq  düşdü 
qonaq  gələcək,  gecə  vaxtı  güzgüyə  baxmazlar  və  s.  müxtəlif  əşyaları,  sözləri 
yozmaqla  bədbinliyə  qapanmaqdır.  Allah  mövhümatçılığı  haram  buyurub  və 
pis  əlamətləri  inananları  qınayır.  O,  gözəl  əlamətləri  sevir  və  pis  əlamətlərə 
nifrət  edir.  Bu  iki  anlayış  arasında  xeyli  fərq  vardır.  Xoş  əlamət  insanın 
əqidəsinə  və şüuruna  təsir etmir.  Həmçinin onun  qəlbini Allahdan  başqa  heç 
nə ilə bağlamır. İnsan bəd əlamət gördükdə qəti olaraq etmək fikrində olduğu 
işdən  imtina  edər  və  ya  hansısa  işdən  dönə  bilər.  Bu  da  insanın  qəlbinin  bu 
haram  əmələ  bağlanması  və  öz  iradəsini  və  inancını  ona  tabe  edərək  onun 
ardınca  getməsidir.  Şübhəsiz  ki,  bu  da  onun  Allaha  olan  inamına,  Tövhidinə 
və  təvəkkül  etməyinə  təsir  edir.  Bu  kimi  fikirlər  insana  gələrsə,  bununla 
mübarizə aparmalı, Allaha sığınmalı və Ondan kömək diləməlidir.  
Ulduzlar - barəsində elm iki qismdir: 1) Elmun Təsir – Ulduzların təsiri. Bu 
da  Astrologiya    elmidir.  Hökmü  nədir?  Sehrin  növlərindəndir.  Küfr  və 
şirkdir.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Astrologiya 
elmindən bir sahəni öyrənən sehrdən bir sahə öyrənmiş olur. Artırdıqca, o da 
artar".
679
 Münəccimin  qeybdən  ulduzlarla  xəbər  verməsidir.  İnsanlar  etiqad 
edirlər  ki,  ulduzlar  öz-özlüyündə  təsir  edirlər.  Yer  üzündə  baş  verən 
hadisələrin  bir  çoxu  ulduzlar  vasitəsilədir  -  Bu  da  Sabiilərin  etiqadıdır.  Bir 
qrup insanlar etiqad edirlər ki, ulduz və planetlərin düzülüşü, çıxması, itməsi 
                                                        
678
 əl-Buxari 2731, Muslim 1783.  
679
 Əhməd 1/ 277, 311, Əbu Davud 3905, İbn Məcə 3726, əl-Albani “Səhihul-Cəmi” 6074, “Səhih Silsilə” 893.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      310 
yer  üzündə  hansısa  bir  hadisənin  baş  verməsi  və  ya  gələcəkdə  baş  verməsi 
deməkdir.  Ulduzların  düzülüşü  kiminsə  xoşbəxt,  bədbəxt  olması,  talelərin 
həlli  deməkdir.  Bu  da  qeybdən  xəbər  verməkdir  -  küfrdür.  Ulduzlar  bunun 
üçün yaradılmamışdır. Qatadə  deyir: "Allah ulduzları üç məqsədlə yaradıb; 
səmaya zinət salmaq üçün, onlarla şeytanları vurmaq üçün və səfərdə olanlara 
(yolu  tapmaq  üçün)  səmt  göstərmək  üçün.  Kim  onlardan  başqa  məqsədlər 
üçün istifadə etsə xəta etmiş və əməlini puç etmişdir. Ayrıca haqqında heç bir 
biliyi  olmayan  bir  yükün  altına  girmiş  olar".
680
 "And  olsun  ki,  Biz  dünya 
səmasını  qəndillərlə  (ulduzlarla)  bəzədik,  onları  şeytanlara  atılan  mərmilər 
etdik  və  onlar  (şeytanlar)  üçün  yandırıb-yaxan  alovlu  atəş  əzabı  hazırladıq". 
(əl-Mulk  5).  "Suyun  və  qurunun  zülmətində  (yolunuzu)  düz  getmək  üçün 
ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün 
bu cür ətraflı izah etdik". (əl-Ənam 97). Həmçinin – jurnal və qəzetlərdən ulduz 
falına baxmaq da bu qəbildəndir. Taleyinə ulduzların (bürclərin) və planetlərin 
təsiri olduğuna inananlar  müşrik,  asi  və günahkardırlar.  Bunları inkar  etmək 
vacibdir.  Hətta  kimsə  buna  inanmasa  da  belə  əylənmək,  “baxım  görüm  filan 
bürc  haqqımda  doğru  deyir,  yoxsa  yalan”  üçün ulduz fallarını oxuyarsa  belə 
kimsə kahinin yanına getmiş sayılar və onun namazı qırx gün qəbul olunmaz. 
Əgər inansa artıq Muhəmmədə  nazil olana küfr etmiş olar. Bu da Tövhidin 
kamilliyinə ziddir.  
Ulduz  Falı  –  şeytan  əməlidir.  Nə  üçün?  Çünki,  onun  dedikləri  əgər  düz 
olsaydı  onda  insanın  həyatı  zəhrimara  dönərdi.  Birinci  gün  evdən  bayıra 
çıxma  -  başına  bəla  gələcək,  üçüncü  gün  filan  dostunla  görüşmə  -  xətrinə 
dəyəcəkdir, dördüncü gün filan yerə getmə - səni aldadacaqlar və s. Ulduzlarla 
gələcəyi söyləməyin yalan olduğu haqda bir çox rəvayətlər vardır. Peyğəmbər 
 buyurdu: "Mən ümmətimdə üç şeyin yaranmasından qorxuram. İmamların 
ədalətsizliyindən,  ulduzlara  inanmaqdan  və  qədəri  inkar  etməkdən".
681
 
Peyğəmbər    buyurdu:  "Mən  özümdən  sonra  ümmətimdə  iki  şeyin 
yaranmasından  qorxuram;  qədəri  inkar  etməkdən  və  ulduzlara  inanmaq-
dan".
682
 Peyğəmbər    buyurdu:  "Üç  nəfər  Cənnətə  girməz;  sərxoşluq  edən, 
sehrin  doğruluğunu  təsdiq  edən,  qohumluq  əlaqələrini  kəsən".
683
 2)  Elmun 
Təsyir  –  insan  ulduzlarla  vaxtı,  istiqaməti  təyin  edir,  filan  ulduzun 
istiqamətində  filan  ölkə  yerləşir,  Qiblə  yerləşir  və  s.  Bəzi  alimlər  icazə 
vermişlər. İcazənin səbəbi: Ulduzların hərəkətini, düzülüşünü yalnız müəyyən 
vaxtlarda  baş  verməklə  əlaqələndirirlər.  Lakin  ulduzu  səbəb  götürmürlər. 
Demir  filan  ulduza  görə  yağış  yağır.  Lakin  deyir  ki:  İlin  filan  vaxtı  bu  ulduz 
                                                        
680
 əl-Buxari 6/ 211, 341.  
681
 İbn Asakir.  
682
 Əbu Yala.  
683
 Əhməd 4/ 399, İbn Hibban 1380, 5346, əl-Hakim 4/ 146, əl-Albani “Səhih” 678.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə