TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə146/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   142   143   144   145   146   147   148   149   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      301 
kimsələrdir.  Onlar  avam  insanları  aldadaraq  Qurani-Kərimi  açırlar  və  itən 
əşyaların  yerlərinin  orada  yazıldığını  xəbər  verirlər.  Subhənəllah!  Bu  qədər 
yalan olar!?  Məgər  Qurani-Kərimdə  insanların itən  əşyaları  haqda  bir  şeylər 
yazılıb.  Bu  qədər  də  avamçılıq  olar.  Dəhşət  burasıdır  ki,  insanlar  da  onlara 
inanırlar. Artıq sehri insanlar bir incəsənət ediblər. Bunun üçün klublar açılır, 
yarışlar keçirilir, sehirbazlar seçilir. Allah Qorusun. Özünü Allahın yaxını və 
qeybi bildiyini bəyan edən kəs Allahın yaxını yox, şeytanın  dostudur. Qeybi 
bilmək  yalnız  Allaha  xas  olan  bir  haqdır;  "Qeybin  açarları  (Allahın) 
yanındadır. Onları ancaq O bilir.  (Allah)  suda və quruda nə varsa bilir.  Yerə 
düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə 
bir  toxum,  (kainatda)  elə  bir  şey  yoxdur  ki,  açıq-aydın  kitabda  olmasın".  (əl-
Ənam  59).  "Qeybi  bilən  ancaq  Odur  və  Öz  qeybini  heç  kəsə  əyan  etməz. 
Bəyənib  seçdiyi  Peyğəmbərdən  başqa!  Allah  onların  önündə  və  arxasında 
gözətçilər qoyar".  (əl-Cinn  26-27).  Buna  görə də  sehrbaza  inanan  bu  ayələrin 
həqiqiliyini inkar etmiş olur ki, bu da küfrdür. Falçının və ya cadugərin yanına 
gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa küfr etmiş olar. Əbu 
Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Kim  bir  kahinin 
(sehirbazın)  yanına  gələrək  onun  dediyini  təsdiq  edərsə,  Muhəmmədə  nazil 
olana  küfr  etmiş  olar".
651
  İmran  ibn  Huseyn    rəvayət  edir  ki,  Peyğəmbər   
buyurdu: "Kim (düşər-düşməzlik, nəhs gətirmək və s. mövhumatı) sınaq etsə, 
yaxud etdirsə, kim falcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud 
sehrbaza müraciət edib inansa bizdən deyildir. Kim də kahinin yanına gedib 
onun dediklərini təsdiqlərsə, Muhəmmədə nazil olana küfr etmiş olur".
652
 Əgər 
cadugər və ya falçı yanına gedən şəxs onun qeybi bildiyini qəbul etmirsə və 
onu sadəcə dinləmək və ya buna bənzər bir səbəblə gedirsə küfr etmiş olmur, 
lakin  fərz  namazları  qırx  gün  müddətində  qəbul  edilmir.
653
  Peyğəmbər   
buyurdu:  "Kim  Ərraf
654
  adlanan  bir  kahinin  yanına  gələrək  ondan  bir  şeylər 
barəsində soruşaraq təsdiq etsə (inansa), qırx günlük namazı qəbul edilməz".
655
 
İmam əl-Manavi  deyir: “Bizdən deyildir – yəni İslamın yolundan və bizim 
                                                        
651
 Əhməd 2/ 408, 429, 476, Əbu Davud 3903, ət-Tirmizi 135, əd-Dərimi 1136, əl-Albani səhih demişdir. 
652
 əl-Munziri  "Tərğib  vət-Tərhib" 4/ 52, 3044, əl-Heysəmi 5/ 117, əl-Bəzzar 3/ 399, əl-Albani “Səhih Tərğib” 
3041.  
653
 Qırx Günlük Namazı Qəbul Olunmaz – sözü nə deməkdir? İnanarsa qırx günlük namazı qəbul olunmaz, 
yəni onun  namazı  dəstəmazsız  namazı qılan  bir  kimsənin namazı kimi  səhih olmaz. O  savab  ki,  namzdan 
hasil olur, bu zaman olmayacaq. Nə üçün qırx gün? Bunun hikməti isə bilinmir.  
654
 Ərraf  –  Arif  –  bilən  deməkdir.  Ərraf  kimdir?  Bu  barədə  ixtilaf  vardır.  Kahindir  -  demişlər.  Şeytanlar 
vasitəsilə  gələcəkdən  xəbər  verəndir.  Bəziləri  isə:  Ərraf  daha  geniş  məna  olub  kahin,  astroloq,  insanın 
qəlbində,  ağlında  olanı  söyləyən,  müxtəlif  şeylər  vasitəsilə  fala  baxan  və  s.  deməkdir.  İbn  Əsir    deyir: 
"Münəccim, qeybi bildiyini iddia edən kimsədir". Xattabi  deyir: "Oğurlanmış əşyanın yerini deyən, qeyb 
olan şeylərin məkanını bilən və s. buna bənzər şeyləri söyləyən kimsədir".  
655
 Muslim 2230, Əhməd 5/ 380, 4/ 68, ət-Tabərani “Mucəmul-Kəbir” 23/ 210.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      302 
Sünnəmizdən  deyildir.  Çünki  bu  əməl  cahiliyyə  dövrünün  əməlidir”.
656
 
Sehirbazı ziyarət etmək insanı İslamdan çıxardır yoxsa yox? Alimlər sehirbazın 
yanına gələrək onun dediklərini təsdiq edən kimsənin küfrü barəsində ixtilaf 
ediblər. O alimlər ki, sehirbazın yanına gələrək onun dediklərini təsdiq edən 
kimsənin küfrünün İslamdan çıxardan olduğunu söyləmişlər - onların dəlilləri: 
"Kim bir kahinin və ya sehirbazın yanına gedib onun dediyini təsdiq edərsə, 
Muhəmmədə nazil olana küfr etmiş olar".
657
 Onlar: “Əgər bir kimsə sehirbazın 
yanına gələrək (onu təsdiq etmədiyi) halda bir şeylər soruşarsa, onun namazı 
qırx gün qəbul edilməz.  Bu da bu  əməlin  kiçik küfr olmasına dəlildir.  Lakin 
təsdiq edib iman gətirsə, artıq kafir olmuşdur”. Digər qrup alimlər: Bu əməlin 
kiçik  küfr  olduğunu  və  İslamdan  çıxarmadığını  söyləmişlər.  Küfürən  bəhs 
edən  bütün  hədislər  bu  əməlin  kiçik  küfr  olmasına  dəlildir.  Peyğəmbər   
buyurdu:  "Kim  Ərraf  adlanan  bir  kahinin  yanına  gələrək  ondan  bir  şeylər 
barəsində soruşarsa (inansa) qırx günlük namazı qəbul edilməz".
658
 Peyğəmbər 
  buyurdu:  "Kim  kahinin  yanına  gedib  onun  dediyini  (təsdiqləyərsə)  və  ya 
heyzli  qadınla  əlaqədə  olarsa  və  yaxud  qadınla  arxadan  yaxınlıq  edərsə, 
Muhəmmədə  nazil  olana  küfr  etmişdir".
659
  Bu  hədis  açıq-aydın  dəlildir  ki, 
söhbət  kiçik  küfdən  gedir.  Çünki,  digər  günahlarla  yanaşı  işlədilmişdir.  Bu 
əməli halal sayarsa – bu istisnadır.  
Qeybi Bilən Allahdır - Falçıya və cadugarə gəldikdə isə onların hər ikisi də 
Allahı  inkar  edənlərdir.  Onlar  qeybi  bildiklərini  iddia  edirlər.  Halbuki  qeybi 
yalnız  Allah  bilir;  "Allah  pisi  yaxşıdan  ayırmaq  üçün  möminləri  sizin  indi 
olduğunuz  vəziyyətə  qoyan  deyildir.  Allah  sizə  qeybi  də  bildirən  deyildir. 
Lakin  Allah öz Peyğəmbərlərindən  istədiyi  şəxsi  seçər  (ona qeybdən bəzi şeyləri 
bildirər).  Buna  görə  də  Allaha  və  Onun  Peyğəmbərinə  inanın.  Əgər  inanıb 
Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir". (Ali İmran 179). “De ki: 
"Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də 
bilmirəm  və  sizə  də  demirəm  ki,  mən  mələyəm.  Mən  özümə  gələn  vəhyə  tabe 
oluram".  De  ki:  "Kor  görənlə  bir  olurmu?  Məgər  düşünmürsünüz!"  (əl-Ənam 
50). “De ki: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər 
verə  bilərəm.  Əgər  qeybi  bilsəydim,  sözsüz  ki,  (özüm  üçün)  daha  çox  xeyir 
tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı 
qorxudan və  müjdələyənəm"  (əl-Əraf 188).  "Qeybi  bilən  ancaq  Odur!  O,  qeybi 
heç  kəsə  əyan  etməz".  (əl-Cinn  26).  "(Ya  Muhəmməd!)  De  ki:  ”Allahdan  başqa 
göylərdə  və  yerdə  olanı,  qeybi  heç  kəs  bilməz!  Onlar  yenidən  nə  vaxt 
diriləcəklərini  də  bilməzlər!"  (ən-Nəhl  65).  "Sonra  Süleymana  ölüm  hökmü 
                                                        
656
 “Feydul-Qadir” 5/ 384.  
657
 Əhməd 2/ 408, 429, 476, Əbu Davud 3903, ət-Tirmizi 135, əd-Dərimi 1136, əl-Albani səhih demişdir. 
658
 Muslim 2230, Əhməd 5/ 380, 4/ 68. 
659
 Əbu Davud 3904, əl-Beyhəqi 7/198, H. 13902, əl-Albani "Səhihul-Cəmi" 5918, 5942.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə