TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə155/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   151   152   153   154   155   156   157   158   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      319 
dostlarım  (vəlilərim)  deyildir.  Mənim  dostlarım  Allah  və  saleh  (təqvalı) 
möminlərdir"
710
. Həsənul-Bəsri  deyir: "Bir dəstə kimsələr Allahı sevdiklərini 
iddia etdilər. Uca Allah: "De ki: “Əgər Allahı sevirsinizsə mənə uyun ki, Allah 
da  sizi  sevsin…".  (Ali  İmran  31).  İmam  Şafii    deyir:  "Siz  bir  adamın  su 
üzərində yeridiyini və ya havada uçduğunu görsəniz belə, onun Peyğəmbərə 
  tabe  olması  haqqında  bir  bilgi  sahibi  olmadığınız  müddətdə  onu 
təsdiqləməyin. Onun bu halına aldanmayın".  
Kəramət Və Sehr - 1. Kəramət insanın istəyi ilə gəlmir. Onu Allah istədiyi 
vaxt  və  istədiyi  saleh  quluna  verir.  2.  Kəramət  mömin  bəndə  üçün  olur.  3. 
Kəramət  sahibi  təkəbbürlü  olmaz  və  onu  insanlar  arasında  yaymaz.  4. 
Kəraməti heç nə məhv edə bilməz. Möcüzə Və Sehr - 1. Bu dünyada möcüzə 
yoxdur.  Kəramət  və  ya  sehr  vardır.  Peyğəmbərlər  yoxdursa  möcüzə  də 
yoxdur.  2.  Möcüzə  qeyri  adi  bir  şey  olur.  Allah  elə  bir  möcüzə  göstərir  ki, 
insanlar dəhşətə gəlirlər. 3. Möcüzə iman gətirən şəxs üçün olur. Sehr isə kafir, 
fasiq və s. üçün olur. 4. Möcüzənin qarşısını heç nə ilə almaq olmaz. Sehrin isə 
Quran  ayələri,  dualarla  qarşısını  almaq  olar.  Sehirbazın  Əlamətlərindən  - 
mənası başa düşülməyən sözləri donquldaması, “Ananın adı nədir? Atanın adı 
nədir?”  və  s.  mənasız  suallar  verməsi,  murdar  yerlərdə  xoruz  və  s.  heyvanı 
qurban  kəsməyi  tələb  etməsi,  boynundan  Quran  ayələrindən  ibarət  olan 
amuletlərin  asılması.  Maraqlı  orasıdır  ki,  belə  şeyləri  asan  kimsələr  bu 
tilsimlərin  Qurandan  olan  ayələrdən  ibrət  olduğunu  söyləyirlər.  Lakin  açıb 
içinə nəzər saldıqda heç də belə olmadığını və əksinə qarmaqarışıq sözlərdən 
ibarət olduğunun şahidi olurlar. Aç və yoxla!  
 
                                                        
710
 Muslim 215.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      320 
 

 
 
TƏVƏSSÜL 
 
 
 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      321 
TƏVVƏSÜL – VƏSİLƏ 
 
Təvəssül  –  məqsədə  (qayəyə)  sürətlə  -  Vəsilə  ilə  çatmaq,  istənilən  şeyə 
yaxınlaşmaq  və  ona  arzulu  bir  şəkildə  çatmaq  deməkdir.  Həmçinin  tələb 
edilənə  yaxın  olmaq,  ona  arzu  ilə  çatmaq,  hökmdarın  yanında  yer,  yaxınlıq 
mənasındadır.  Vəsilə  isə  məqsədə  çatılan  şeydir.  Biz  Allahın  razılığına  necə 
çata  bilərik?  Bunun  üçün  hansı  yollar  vardır?  Allah  və  Rəsulunun    şəriət 
etdiyi yollar hansılardır? “Onların yalvardıqları məbudların özləri də Rəbbinə 
–  hansı  daha  yaxın  olacaq  deyə  vəsilə  axtarırlar,  Onun  rəhmətini  umurlar, 
əzabından  qorxurlar. Həqiqətən,  Rəbbinin  əzabından qorunmaq  gərəkdir”. (əl-
İsra  57).  İbn  Abbas    deyir:  “Bu  ayə  bir  dəstə  ərəblər  barəsində  nazil 
olmuşdur. Onlar cinlərə ibadət edirdilər. Cinlər Allaha iman gətirdikən sonra 
Onun  razılığını  qazanmaq  üçün  Ona  yollar  axtarırdılar.  İnsanlar  isə  bunu 
bilmədikləri halda onlara ibadət edirdilər”.
711
 Azandan sonra oxunan duada da 
deyilir:  "Allahım,  Muhəmmədə  vəsiləni  ver".
712
 Burada  vəsilə  ilə  qəsd  Allaha 
yaxınlıq,  Qiyamət  günündə şəfaətdir.  Həmçinin bunun Cənnətdə  bir  mərtəbə 
olduğu  da  söylənilmişdir.
713
 Firuzabadi    deyir:  “Allaha  yaxınlaşdırıcı  bir  iş 
etdi”  mənasında  Vəssələ  İlləllahi  Təalə  Təvsilən  –  deyilir”.
714
 "Ey  iman 
gətirənlər!  Allahdan  qorxun.  Ona  yol  axtarın.  Allah  yolunda  cihad  edin  ki, 
bəlkə  nicat  tapasınız".  (əl-Maidə  35).  Allaha  vəsilə  axtarmaq  elm  və  ibadətlə 
Onun  yolunu  getmək  və  şəriətin  əxlaqi  gözəlliklərini  axtarıb  tapmağa 
çalışmaqdır. Vəsilə Allahı arzu edən deməkdir".
715
 İmam Təbəri  deyir: “Ey 
iman  gətirənlər!  Allahdan  qorxun,  Onun  əmrlərini  yerinə  yetirin  və 
qadağalarından  çəkinin.  Allaha  Onun  razı  olduğu  şeylərlə  yaxınlıq  axtarın”. 
İstilahi  mənası  –  Allaha  yaxınlaşdırıcı  məşhur  bir  səbəbə  sarılmaq  və  Allah 
rizası  üçün  olan  bir  ibadəti  Allah  Rəsulunun    tərif  etdiyi  şəkildə  etməkdir. 
Allaha  yaxınlaşmaq  isə  yalnız  Allahın  əmr  etdiyi  və  Peyğəmbərin   
buyurduğu formada saleh əməllərlə mümkündür.  
Qayda - Allah nəticəni əldə etmək üçün müəyyən səbəblər qoymuşdur. Bu 
səbəblər Şəri və Kovni (dünyəvi) ola bilər. Məs: 1. Şəri səbəb - Şəhadət kəliməsi 
İslam  dininə  girmək  üçün  vasitədir,  Peyğəmbərin    şəfaətinə  nail  olmaq 
istəyirsənsə  azandan  sonra  onun  üçün  Vəsiləni  dilə.  Fatihə  surəsi  şəri  bir 
səbəbdir.  Nədən?  Gözdən,  bədnəzərdən,  ilan  və  əqrəb  sancmasından 
                                                        
711
 İbn Abbas  deyir: “Bu İsa, Uzeyr, Məryəmdir”. Bəzi təfsirçilər: “Cinlər, Mələklər, Günəş, Ay” demişlər. 
İbn Teymiyyə  deyir: “Bütün bu deyilənlər haqdır. Bu ayə özündə Allahdan qeyri bütün ibadət olunanları 
əhatə edir. Çünki, onların hər biri Allaha yaxın olsunlar deyə yol axtarırlar”.  
712
 Muslim.  
713
 Lisanul-Arab 9/ 724.  
714
 Qamusul-Muhit 1379.  
715
 Rağib əl-İsfəhani "Mufrədətu Əlfazil-Quran" s. 871.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə