TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə19/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   15   16   17   18   19   20   21   22   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      41 
 

 
 
TÖVHİD 
 
 
 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      42 
TÖVHİD 
 
Allah  hər bir şeydə birdir. Zatında, əməlində, İsim və Sifətlərində, ibadət 
edilməyə  layiq  olub,  bu  xüsusda  tək  haqq  sahibi  olmaqda  birdir.  Bu 
sayılanların  heç  birində  şəriki
76
 yoxdur.  Həmçinin,  yaratmaqda  da,  əmr 
etməkdə  də,  öldürməkdə  də,  diriltməkdə  də,  ruzi  verməkdə  də,  xəstəlik 
göndərmək  və  şəfa  verməkdə  də  şəriki  yoxdur:  “Doğrudan  da,  Rəbbiniz 
göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü 
sürətlə  təqib  edən  gecə  ilə  örtüb bürüyür.  Günəşi,  ayı və  ulduzları  Öz  əmrinə 
tabe  edən  də  Odur.  Əslində,  yaratmaq  da,  əmr  etmək  də  Ona  məxsusdur. 
Aləmlərin  Rəbbi  Allah  nə  qədər  xeyirxahdır”.  (əl-Əraf  54).  “Ey  insanlar! 
Allahın  sizə  verdiyi  lütfünü  bir  xatırlayın.  Allahdan  başqa  sizə  göylərdən və 
yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də 
haqdan döndərilirsiniz!” (Fatir 3).  
Tövhid  –  sözünün  mənası  bir  şeyi  bir  etmək,  birləmək  deməkdir.  Tövhidi 
Əfkar  –  etməliyik  deyildiyi  zaman, fikirlərin  bir və  tək olunması, hər  başdan 
çıxan  ayrı-ayrı  səslərin,  fikirlərin  bir  nöqtədə  birləşdirilməsi  istənmiş  olur. 
Lakin bir şeyi bir və tək etmək, bu ancaq inkar və isbatla olur.
77
 İbn Mənzur  
deyir:  "Tövhid  -  Allahın  hər  baxımdan  bir  və  tək  olduğuna,  heç  bir  ortağı 
olmadığına  inanmaqdır.  Allah  Vahid  və  Əhəddir.  Vəhdaniyyət  və  təvahhud 
sahibidir. "Allah Vahiddir" – demək, "Allah heç bir bənzəri və ortağı olmayan 
bir  Zatdır,  tək  və  birdir"-  deməkdir.
78
 əl-Bəycuri    deyir:  "Lüğət  etibarı  ilə 
Tövhid  kəlməsinin  mənası  bir  şeyin  bir  və  tək  olduğunu  bilməkdir".
79
 Şeyx 
Abdur-Rahman  Qasım    deyir:  "Tövhid  kəliməsi  Vahəddə,  Yuvəhhidu 
tövhidin  məsdəri  olan  bir  kəlmədir  ki,  Onu  bir  və  tək  etdi  mənasına  gəlir. 
Həmçinin,  Onun  bir  və  tək  olduğunu  söylədi  mənasını  gəlir".
80
 Şeyx  Abdul-
Əziz  ibn  Bəzz    deyir  ki:  "Tövhid  –  Vahhadə,  Yuvahhidu  –  kəlməsinin 
məsdəridir.  “Allahın  bir  və  tək  olduğunu  qəbul  etdi,  Allahın  Uluhiyyət  və 
Rububiyyət,  İsim  və  Sifətlərində  bənzərsiz  və  şəriksiz  olduğuna,  ibadətin 
yalnız  Allaha  olacağına  iman  etdi,  kimsə  Onu  Tövhid  etməsə  belə,  Onun 
zatında  və  hər  baxımdan  Bir,  Uca  və  Ulu  olduğuna  etiqad  etdi”  mənasını 
verir".
81
 Şeyx Muhəmməd əl-Useymin  deyir: "Tövhid – Vahhədə - kəlməsini 
                                                        
76
 Şərik – bir şeydə hissəsi (payı) olan kimsədir.  
77
 "Tövhidi Əvvələn" s. 15.  
78
 "Lisanul-Arab" 3/ 450 Vahhədə maddəsi. 
79
 "Cəvharətut-Tövhid" s. 10 
80
 "Haşiyətu Kitabut-Tövhid" s. 11.  
81
 "Məcmuu-Fətava" 1/ 34. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      43 
məsdəridir.  Tövhid  etdi  deyildiyi  zaman  bir  şeyin  birləndiyi  başa  düşülür. 
Ancaq bu, isbat və inkar olmadan olmaz".
82
  
Termin  olaraq  Tövhid  –  yalnız  uca  və  böyük  olan  Allaha  ibadət  etmək 
deməkdir.  Yəni  ona  heç  bir  şeyi  şərik  qoşmayaraq  nə  bir  rəsul,  nə  bir 
peyğəmbər, nə bir mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nə bir seyyid, 
nə bir daş, ağac, dəmir, nə də yaradılmışlardan hər hansı bir şeyi Ona – Allaha 
şərik qoşmayaraq bir və tək olaraq ona ibadət etmək deməkdir. Sevərək, təzim 
edərək, mükafatını umaraq, cəzasından qorxaraq yalnız Allaha qulluq etmək, 
ibadətə  sadəcə  onu  layiq  görməkdir.  İsbəhani    deyir:  "Bəzi  alimlərimiz 
Tövhid – Vahiddən bənzətməni rədd etməkdir"- deyə açıqlamışlar. Bəziləri də: 
"Tövhid  –  Təkləşdirilən  Vahiddən  və  Onun  sifətlərindən  bənzətməni  inkar 
etməkdir" demişlər. Bəziləri də: "Mütləq bir və tək olduğuna inanılan Zatın heç 
bir  şəriki  və  bənzəri  olmadığını  bilib  qəbul  etməkdir.  Kimsə  bunu  belə 
bilməzsə,  Allahı  təkləşdirmiş  olmaz,  Onu  tövhid  etmiş  olmaz"  deyə  açıqla-
mışlar.
83
 Şeyxulislam  İbn  Teymiyyə    deyir:  "Tövhid  -  Allahı  bir  və  bənzəri 
olmayan  bir  zat  olaraq  bilib  yalnız  və  yalnız  Ona  ibadət  etməkdir.  Ondan 
başqa  heç  bir  Rəbb  yoxdur  -  inancı  da  bura  daxildir".
84
 Şeyx  Muhəmməd  ibn 
Abdul-Vəhhab  deyir: "Məlumun olsun ki, Tövhid - Allahı ancaq Ona ibadət 
etmək  (Ona  tapınmaq)  surətiylə  təkləşdirməkdir".
85
 Şeyx  Muhəmməd  ibn 
Abdul-Vəhhab    deyir:  "Tövhid  –  Allaha ibadət  etmək,  Onu  Allah  və  Onun 
Rəsulu    necə  vəsfləndirmişsə  o,  cür  də  vəsfləndirməkdir.  Allah  və  Onun 
Rəsulu    Onu  eyib  və  nöqsanlardan, yaradılmışlara  bənzəməkdən necə  uzaq 
etmişsə, eləcə də uzaq etməkdir"
86
. Böyük alim əl-Bəycuri  deyir: "Tövhid – 
Məbudun  zatı,  sifətləri  və  felləri  baxımından  bir  və  tək  olduğuna  yəqinliklə 
inanmaqla  birlikdə,  yalnız  və  yalnız  Allaha  ibadət  etməkdir".
87
 İmam  Abdul-
Əziz  ibn  Bəzz    deyir:  "Allahı  Tövhid  etmək  Onun  bir  və  tək  olduğuna 
inanıb,  qəlbi  bu  inanca  möhkəm  bağlamaq  ilə  bərabər,  ibadətdə  də  Onu 
təkləşdirməkdir. Yəni  tam  bir iman  və sədaqətlə yalnız  Allaha ibadət  edərək, 
saleh  əməllər  etməkdir.  Yoxsa  yalnız  dil  ilə:  "Allah  birdir"  deməklə  tövhid 
həyata keçməz. Eyni zamanda bu tövhidin ziddi olan hər cür əməli batil edən 
şirk  və  şirk  yollarından  da  uzaq  olmağı  özündə  əhatə  edir".
88
 Abdullah  əl-
Ğuneyman    deyir:  "Tövhid  –  haqq  Məbudu,  Ona  olan  sevgi,  hörmət  və 
                                                        
82
 "Məcmuu-Fətava" 2/ 7. 
83
 "əl-Huccə Fi Bəyani Məhaccə" 1/ 306.  
84
 "Dəru Təaridu Aqli və Nəql" 1/ 306.  
85
 "Məcmuatur-Rəsailin-Nəcdiyyə" 4/ 4, "əd-Durərus-Səniyyə" 1/ 48. 
86
 "Usuli Dini İslam" s. 7. 
87
 "Cəvharətut-Tövhid" s. 10. 
88
 "Məcmuu-Fətava" 2/ 20.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə