TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 58
Nəyə görə? Çünki, o, Allahın yaratdıqlarından birini Allaha bənzər, oxşar,
şərik tutmuşdur. Bu da cahilliyin ən uca nöqtəsidir. Həmçinin, də ən böyük
zülmdür. Bununla bərabər müşrik insan Rəbbinə zülm etmir. Yalnız zülmü
özünə etmiş olur. əl-Həris əl-Əşari rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Allah Yəhyə ibn Zəkəriyyəyə beş kəlməni, bunlarla əməl etməsini və
onlara əməl etmələrini Bəni İsrailə söyləməsini əmr etdi. Lakin Yəhyə bu sözü
söyləməyi unutdu (gecikdi). İsa ona dedi: “Allah sənə beş kəlimə öyrədib
onlarla əməl etməyini və Bəni İsrailə də onlarla əməl etmələrini əmr etməyini
söylədi. Ya sən bunları onlara əmr edəcəksən, ya da mən bunu onlara
söyləyəcəyəm”. Yəhyə: “(Ey mənim qardaşım!) Onlara (məndən öncə) sən əmr
etsən yerə batırılmağımdan və ya əzab edilməyimdən qorxuram – deyib xalqı
Beytul-Məqdisə topladı. Məscid ağzına kimi doldu. (Allaha həmd etdikdən
sonra) Allah mənə beş kəlimə öyrətdi və onlarla əməl etməyimi və sizə də
əməl etməyinizi mənə əmr etdi. Birincisi – Allaha ibadət edin və Ona heç bir
şeyi şərik qoşmayın. Allaha şərik qoşanın misalı: Bir nəfər öz malından (ən
yaxşı malından) qızıl və ya gümüş müqabilində bir kölə alır və ona: “Bu
mənim evim, bu da işim. Çalış (qazandığını) mənə ödə! Kölə çalışar, lakin
qazancını ağasından başqasına ödəyir. Kölənin belə etməsinə kim razı olar?
İkincisi – Eyni şəkildə Allah sizə namazı da əmr etdi. Namaz qılarkən sağa-
sola baxmayın. Çünki Allah Üzünü namaz qılanın üzünə yönəldər. O, sağa-
sola baxmadıqca, Allah da ona baxmağa (davam edər). Üçüncüsü – Allah sizə
oruc tutmağı əmr etdi. Bunun misalı bu insanın misalına bənzəyər: O, bir qrup
cəmaatın içərisindədir. Onunla bərabər (çantasında) misk vardır. Hər kəs
(camaatda olan) onun miskinin iyindən xoşlanar. Oruclunun (ağzından hasil
olan) qoxu Allah qatında miskin iyindən də xoşdur. Dördüncüsü – Allah sizə
sədəqə verməyi əmr etdi. Bunun misalı da bu adamın misalına bənzəyir:
Düşmənləri onu əsir edib əllərini də boynuna bağlamış, boynunu vurmaq
üçün cəllada təslim etmişlər. Adam deyir: “Mən bütün malımı verərək özümü
azad etmək istəyirəm” və özünü fidyə olaraq azad edir. Beşincisi – Allah sizi
Onu zikr etmənizi də əmr etdi. Bunun da misalı arxasınca düşməni düşən bir
kimsənin misalıdır. Bu adam möhkəm bir qalanın içərisinə girərək düşməndən
özünü qoruyur. Qul da belədir. Şeytana qarşı özünü yalnız Allahı zikr etmək
vasitəsilə qoruya bilər”. Peyğəmbər buyurdu: “Mən də sizə beş şeyi əmr
edirəm. Allah onları mənə də əmr etdi. Camaat (olmaq), dinləmək, itaət etmək,
cihad və hicrət. Çünki, kim camaatdan bir qarış ayrılarsa, İslamın
boyunbağısını çıxararaq atmışdır. Camaata yenidən qayıdarsa o başqa. Kim
cahiliyyə döyüşü apararsa (cahiliyyə sistemlərini müdafiə edərsə)
Cəhənnəmlikdir. Bir nəfər soruşdu: “Ey Allahın Rəsulu! O, kimsə namaz qılıb,
oruc tutsa da?” Peyğəmbər buyurdu: “Bəli, namaz qılıb, oruc tutsa da belə.
Siz müsəlman olaraq Allahın çağırışını (öndə) tutun. Çünki, O, sizə müsəlman,
mömin və Allahın qulları adını vermişdir”.
119
119
ət-Tirmizi 2863,3102, Əhməd 16042, əl-Albani səhih demişdir.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 59
ŞİRK
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 60
ŞİRK
Şirk nədir? İttixazu Şərik - İttixazu Niddən – şərik götürmək deməkdir.
Əşrakə - Kimisə öz işində köməkçi (şərik) götürmək deməkdir. Tasviyyətu
Ğeyrilləhi billəh fil əmri və fi Xasaisilləh – Şirk – Allahın layiq olduğu bir işdə
bir kimsəni Allah ilə bərabər (eyni) tutmaqdır. Şirk böyük və kiçik olaraq iki
qismə bölünür: 1) Böyük şirk İslam dinindən çıxardan şirkdir. Böyük şirk
zahiri və batini olaraq iki qismə bölünür: a) Zahiri - Bütlərə, qəbirlərə ibadət
edənlərin şirki. b) Batini - Şeyx və övliyalara təvəkkül edənlər, münafiqlərin
şirki və küfrü. 2) Kiçik şirk İslam dairəsindən çıxartmayan şirkdir. Kiçik şirk
zahiri və batini olaraq iki qismə bölünür: a) Zahiri - Allahdan qeyrisinə and
içən, amulet, ovsun, tilsim, bilərzik və s. taxan. b) Batini – riyadır. Riyanı isə iki
qismə bölmək olar: a) Böyük riya. Münafiqlərin riyası. "Münafiqlər Allahı
aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza
durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərərlər və Allahı da
olduqca az yad edərlər". (ən-Nisa 142). b) Kiçik riya – əgər namazı göstəriş
üçün qılarsa, bu Tövhid əhlində də ola bilər. Şirki üç qismə bölənlər də doğru
söyləmişlər: 1) Böyük şirk. 2) Kiçik şirk. 3) Gizli şirk.
Şirk və Şirkət kəlmələri iki varlığın bir yerə gəlməsi, ortaq olması, birinin
digəriylə birləşməsi mənasına gəlir. Allaha şirk qoşmaq Ona mülkündə və ya
ibadətdə ortaq olan bir varlığın olduğunu qəbul etmək mənasına gəlir. Bunu
edən isə müşrik adlanır.
120
Tövhidin şirklə olan savaşı Nuhun qövmünü
bütlərdən çəkindirib sadəcə Allaha ibadətə dəvət etdiyi gündən bəri davam
etməkdədir. Nuhdan sonra da Rəsullar gəldilər və göndərildikləri
toplumları yalnız Allaha ibadət etməyə, tapındıqları şeylərin ibadətə layiq
olmadıqlarını onlara başa saldılar. Bu haqq ilə batil arasında olan savaş
Muhəmməd Peyğəmbər gəlincəyə qədər davam etdi. Allah Rəsulu ona
Peyğəmbərlik verilməmişdən əvvəl Sadiqul Əmin – doğru və güvənilən olaraq
tanınmasına baxmayaraq qövmünü Tövhidə, yalnız Allaha qul olmağa dəvət
etdikdə yalançı, sehirbaz və məcnun adlanaraq təqsirləndirildi. Bu hal bütün
toplumları, ümmətləri şirkdən çəkindirərək tövhid əqidəsinə çağıran hər bir
Peyğəmbərin qarşılaşdığı bir haldır. Bu mübarizə hər zaman mövcud
olmuşdur: "Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz. Lakin
istədiyi şəxsə bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan
şəxs əlbəttə ki, böyük günah etmişdir". (ən-Nisa 72). Bu ayədən aydın olur ki,
şirk ən böyük günahdır. Ayəyə əsasən bir qrup alimlər deyirlər ki: Burada həm
kiçik, həm də böyük şirk qəsd olunur. Kiçik şirkin bağışlanıb
bağışlanmamasında alimlər arasında ixtilaf vardır. Ona görə də hər ikisi də
120
"Qamusul-Muhit" Kəf babı, Sin fəsli s. 1240.
Dostları ilə paylaş: |