TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 63
vardır. Əbədi olaraq Cəhənnəmdə qalacaq, yoxsa müəyyən bir vaxt orada
qalacaq bu isə şirkin növündən aslı olaraq müəyyən ediləcəkdir. Əgər böyük
şirk qoşaraq tövbə etmədən dünyasını dəyişərsə - Allah Qorusun –
Cəhənnəmdə əbədi qalaraq, oradan heç bir zaman çıxmayacaqdır. Böyük şirk
həddinə çatmayıb kiçik şirk və ya gizli şirk edərək tövbə etmədən ölərsə - Allah
Qorusun – müddəti Allaha bəlli olan bir vaxt Cəhənnəmdə olacaqdır. Müddəti
bitəndən sonra oradan çıxacaqdır. Çünki, Tövhid əhli olmuşdur.
ŞİRKUL ƏKBƏR - BÖYÜK ŞİRK
əs-Sədi böyük şirkin tərifini belə vermişdir: “Şirk - insanın hər hansı bir
ibadət növünü və ya ibadət sayıla biləcək hər hansı bir şeyi Allahdan başqa bir
varlıq üçün etməsidir. Allah və Onun Rəsulunun əmr etdiyi bütün etiqad,
söz və əməllərin Allah üçün edilməsi Tövhid, iman və ixlas olaraq
adlandırıldığı halda, bunların Allahdan başqa bir varlıq üçün edilməsinə şirk
və küfr deyilir”.
126
Allaha şərik qoşmaq həm əməllərdə, həm sözlərdə, həm də
niyyətlərdə olur. Buna həmçinin əməllərdə, sözlərdə, niyyətlərdə, iradə də şirk
də deyilir. Əməllərdə şirkə misal olaraq: Allahdan qeyrisinə səcdə etmək,
Allahın evindən başqa evi təvaf etmək, Allahdan qeyrisinə qurban kəsmək və
s. Sözlərdə şirkə misal olaraq: Allahdan qeyrisinə dua etmək və s. Niyyətlərdə
şirkə gəlincə isə: Allahdan qeyrisindən Allahdan qorxduğun kimi qorxmaq,
Allahdan qeyrisini Allahı sevdiyin kimi sevmək və s daxildir.
"Allaha üz tutub Ona şərik qoşmayın. Allaha şərik qoşan göydən yerə
düşüb quşların diddiyi, küləklərin sovuraraq apardığı və uzaqlara atdığı
kimidir". (əl-Həcc 31). Şirk ən böyük zülmdür. İbn Məsud rəvayət edir ki:
"İman gətirib, imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar.
Haqq yola yönəlmişlər də onlardır". (əl-Ənam 82) ayəsi nazil olduqda, bu ayə
səhabələrə çox ağır gəldi və onlar dedilər: "Ya Rəsulullah! Bizdən kim özünə
zülm etmir?" Peyğəmbər : "Bu sizin fikirləşdiyiniz deyildir"- buyuraraq bu
ayəni oxudu: “Bir zaman Loğman oğluna nəsihət verərək demişdir: “Oğlum,
Allaha şərik qoşma! Həqiqətən də şirk ən böyük zülümdür”. (Loğman 13)
127
. "Bu
Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldər. Əgər onlar
Allaha şərik qoşsaydılar əməlləri puça çıxardı". (əl-Ənam 88). "Sənə və səndən
əvvəlkilərə belə vəhy olunmuşdur. Allaha şərik qoşsan bütün əməllərin puça
çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan". (əz-Zumər 65).
"…Müşriklərdən olmayın". (əl-Ənam 14, Yunus 105, əl-Qəsəs 87). Əbu Bəkrə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizə böyük günahların ən
126
"Qavlus-Sədid fi Məqasidit-Tövhid" s. 31, 54.
127
əl-Buxari 6/ 281.
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 64
böyüyündən xəbər verimmi?”- deyib, bu sözü üç dəfə təkrar etdi. Səhabələr:
"Bəli, ya Rəsulallah!"- dedilər. Peyğəmbər buyurdu: "Allaha şərik qoşmaq və
ana-ataya üsyan etmək". Peyğəmbər uzanmış halda durub oturdu və: “Yalan
söz, yalan şahidlik!”- deyərək bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş
ki, susaydı dedim”.
128
Abdullah rəvayət edir ki, Peyğəmbərdən Allah
qatında hansı günahın böyük olması haqda soruşdum? O: "Səni yaratmış
olduğu halda Allaha şərik qoşmaq"- deyə buyurdu. Dedim: “Sonra hansıdır?”
O: "Sənin yeməyinə şərik olmasın deyə öz uşağını öldürmək"- deyə buyurdu.
Dedim: “Sonra hansıdır?” O: "Qonşunun xanımı ilə zina etmək"- deyə
buyurdu və Allah bu ayələri nazil etdi: "Onlar Allahla yanaşı başqa bir
tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz,
zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər". (əl-Furqan 68)
129
. "Kasıblıq
üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verəcəyik".
(əl-Ənam 152). Ənəs rəvayət edir ki, Peyğəmbər böyük günahlar haqqında
buyurdu: "Allaha şərik qoşmaq, ana-ataya əziyyət vermək, adam öldürmək və
yalan danışmaq (yalan şahidlik)".
130
Əbu Hureyra rəvayət edir ki,
Peyğəmbər buyurdu: "Özünüzü yeddi həlak edici günahdan qoruyun".
Səhabələr: "Ya Rəsulullah! Onlar hansılardır?"- deyə soruşdular. Peyğəmbər :
"Allaha şərik qoşmaq, sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram
etdiyi insanı öldürmək, sələm (faiz) almaq, yetim malını yemək, döyüş günü
meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham
edərək böhtan atmaq".
131
Teysələ ibn Məyyas rəvayət edir ki, “Mən
Nəcdatlarla
132
həmrəy idim. Bir gün böyük günahlardan hesab etdiyim bir
günahı işlətdim, sonra da bunu ibn Ömərə dedim. İbn Ömər: “Nədir
onlar?”- deyə soruşdu. Mən dedim: “Filan, filan (işləri görmüşəm)”. O dedi:
“Bunlar ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik
qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq,
sələm yemək, yetimin malını yemək, məsciddə günah işlətmək, (dini)
məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”. (Sonra)
ibn Ömər mənə dedi: “Cəhənnəm odundan çəkinib Cənnətə girmək
istəyirsənmi?” Mən: “Bəli, vallahi ki, (istəyirəm)”- deyə cavab verdim. O
soruşdu: “Valideynin sağdırmı?” Dedim ki: “Yalnız anam yanımdadır!” O
dedi: “Allaha and olsun ki, əgər onunla mülayim danışsan və ona yemək-
içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən”.
133
128
əl-Buxari 2654, Muslim 87.
129
Muslim 86.
130
Muslim 88.
131
əl-Buxari 5/294, Muslim 89, Əbu Davud 2874, ən-Nəsai 6/257.
132
Xaricilərdən olan Nəcdat ibn Amrın tərəfdarlarının adıdır.
133
əl-Buxari "Ədəbul Mufrad" 8. əl-Albani səhih deyib.
Dostları ilə paylaş: |