TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə28/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   24   25   26   27   28   29   30   31   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      61 
bağışlanmayacaqdır.  İbn  Teymiyyə,  İbn  Qeyyim,  Muhəmməd  İbn  Abdul-
Vahhab  –  Allah  Onlardan  Razı  Olsun  -  bu  rəydədirlər.  Allah  Özünə  şərik 
qoşanları  əfv  etməz  –  sözü  ümumidir,  hər  növ  şirki  əhatə  edir.  Digər  qrup 
alimlər  isə:  Ümumi  olsa  da  xüsusilə  -  böyük  şirk  qəsd  olunur.  Böyük  şirk 
bağışlanılmır,  Kiçik  şirk  isə  Allahın  istəyi  altındadır.  Ona  görə  də  insan 
“kiçikdir” deyib arxayın olmamalıdır. İki qrupdan hansından doğru olduğunu 
isə  Allah  bilir.  Uca  Allah  bildirir  ki,  O  tövbə  etməyənlərə  şirki  bağışlamır: 
"Allaha  şərik  qoşana  Allah  Cənnəti  haram  edər.  Onun  düşəcəyi  yer 
Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur". (əl-Maidə 72). "Allah ona 
şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə 
bağışlayar.  Allaha  şərik  qoşan  şübhəsiz  ki,  çox  azmışdır".  (ən-Nisa  116). 
Allaha  şərik  qoşaraq  ölən  kimsə  əbədi  olaraq  Cəhənnəmdə  qalacaqdır: 
"Şübhəsiz  ki,  Kitab  əhli  və  müşriklərdən  kafir  olanlar  Cəhənnəm  atəşində 
əbədi olaraq qalacaqlar. Onlar insanların  ən şərliləridirlər". (əl-Bəyyinə 6). Bu 
haramların  ən  böyüyüdür.  Şirk  –  Allaha  zatında,  sifətlərində,  hökmündə, 
ibadət və mülkündə şəriki olduğuna inanmaq və bunu mənimsəməkdir. Buna 
görə də Allah yanında dəyəri müqayisə edilməyəcək qədər böyük olan şirkdən 
qorxumalıdır. Çünki, bu ən murdar və qəddar haqsızlıqdır, aləmlərin Rəbbinin 
haqqını  itirməkdir,  Onun  haqqını  tapdalamaqdır.  Ona  müraciət  etməli 
olduqları  halda  başqasını  Onunla  eyniləşdirərək  Ona  şərik  qoşurlar.  İmanın 
ziddi küfr olduğu kimi, şirkin də ziddi Tövhiddir: "Göyləri və yeri xəlq edən, 
zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra kafir olanlar yenə də öz 
Rəbbinə  tay  tutarlar".  (əl-Ənam  1).  "Məgər  heç  bir  şeyi  yaratmağa  qadir 
olmayıb özləri yaradılanımı şərik qoşarlar? Halbuki bu bütlər nə onlara, nə də 
özlərinə bir kömək edə bilər". (əl-Əraf 191,192). Ən pis bənzətməkdə gücsüz və 
kasıbı, zənginə və hər şeyə qadirə bənzətməkdir. İbrahim  dua edərək deyir: 
"…Məni  və  övladlarımı  bütlərə  tapınmaqdan  uzaq  elə!"  (İbrahim  35).  Əgər 
möminlərin imamı və  Allahın sevimlisi şirkə  düşməkdən  qorxurdusa,  deməli 
bütün müsəlmanlar Onun qarşısında qorxu hissi keçirməlidirlər. Bundan sonra 
kim  əmin  ola  bilər:  "Ey  Rəbbim!  Onlar  (bütlər)  həqiqətən  çox  insanı  (haqq 
yoldan) azdırıblar. İndi kim arxamca gəlsə o, şübhəsiz ki, məndəndir. Kim mənə 
qarşı  çıxsa  sən bağışlayan,  rəhm  edənsən!".  (İbrahim 36).  “Bir  zaman  İbrahim 
öz  atasına  və  qövmünə  demişdi:  "Mən  sizin  ibadət  etdiklərinizdən  uzağam. 
Yalnız  məni  yaradandan  başqa!  Şübhəsiz  ki,  O  məni  doğru  yola 
yönəldəcəkdir".  (əz-Zuxruf  26-27).  İbrahimin    bu  sözləri  özündə  inkar  və 
isbatı əhatə edən şəhadət kəlməsidir. Lə İləhə - Mən sizin ibadət etdiklərinizdən 
uzağam  –  sözlərinə  uyğundur.  İlləllah  -  Yalnız  məni  yaradandan  başqa!  – 
sözlərinə  uyğundur.  Sonra  isə:  “O  bunu  ("lə  ilahə  illəllah"  kəlməsini)  öz  nəsli 
arasında daimi qalacaq bir kəlimə etdi ki, bəlkə doğru yola qayıtsınlar”.  (əz-


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      62 
Zuxruf  28).  "…Məni  və  övladlarımı  bütlərə  tapınmaqdan  uzaq  elə!"  (İbrahim 
35). Sanam – Əsnəm Allahdan qeyri ibadət olunan surəti olan bir şeydir. İnsan 
surəti,  heyvan  surəti,  heykəl,  büt  (insan  və  heyvan),  günəş,  ay  və  s.  Vasan  – 
Avsan surəti olmayan qəbir, ruh, övliya, xaç və s.  
İbn  Məsud    rəvayət  edir:  "Kim  Muhəmmədin    üzərində  möhürü  olan 
vəsiyyətini görmək istəyirsə uca Allahın: "De ki: "Gəlin Rəbbinizin sizə nələri 
haram etdiyini deyim: Ona heç bir şeyi şərik qoşmayın…" kəlamından "…Bu 
şübhəsiz  ki,  Mənim  doğru  yolumdur…"  (əl-Ənam  101-103)  kəlamınadək 
oxusun".
121
 Muaz ibn Cəbəl  rəvayət edir ki, bir dəfə Peyğəmbər  ilə birlikdə 
yol gedərkən ulağa  minib  məni  də  tərkinə  almışdı.  O,  mənə  dedi:  "Ey Muaz, 
bilirsənmi  Allahın  öz  bəndələri  və  bəndələrin  Allah  üzərində  haqqı  nədir?" 
Dedim: "Onu Allah və Onun Rəsulu daha yaxşı bilir". Peyğəmbər  buyurdu: 
"Allahın bəndələr üzərində haqqı odur ki, onlar Ona itaət etsinlər və Ona heç 
bir  şeyi şərik qoşmasınlar.  Bəndələrin  Allah  üzərində haqqı odur  ki,  Ona heç 
bir şeyi şərik qoşmayana əzab verməsin". Dedim: "Ya Rəsulullah! Bu şad xəbəri 
insanlara  çatdırımmı?"  Peyğəmbər    buyurdu:  "Xeyr,  onlar  bu  müjdəyə 
arxayın olub yaxşı işlərdən uzaqlaşarlar".
122
 Ənəs ibn Məlik   rəvayət edir ki, 
Allah  Elçisi    demişdir:  “Allah  buyurur:  “Ey  Adəm  oğlu!  Nə  qədər  ki,  sən 
Mənə dua edib Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni 
bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər 
çatsa,  sonra  Məndən  bağışlanma  diləsən,  Mən  səni  bağışlayaram.  Ey  Adəm 
oğlu!  Əgər  sən Mənim  hüzuruma yer  boyda  günahla Mənə  heç  bir  şeyi şərik 
qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram”.
123
 İbn 
Məsud    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Kim  Allahla  yanaşı  başqa 
birisinə  dua  edərək  ölərsə  Cəhənnəmə  düşər"
124
.  Cabir    rəvayət  edir  ki, 
Peyğəmbər    buyurdu:  "Kim  Allahın  hüzuruna  Ona  heç  bir  şeyi  şərik 
qoşmadan  gedərsə  Cənnətə  düşər  (Başqa  rəvayətdə:  Allaha  şərik  qoşmadan 
ölən),  kim  də  Ona  hər  hansı  bir  şeyi  şərik  qoşaraq  Onun  hüzuruna  gedərsə 
Cəhənnəmə  düşər".
125
 Müsəlman  bir  kimsə  şirkin  bütün  növlərindən  qaçaraq 
Allaha heç bir şeyi şərik qoşmursa, ibadətlərinin heç birini Allahdan qeyrisinə 
yönəltmirsə istər mələk, istər Peyğəmbər, istəq cinlər, ruhlar, istər daş, ağac və 
s.  olsun  belə  bir  kimsə  Cənətə  girəcəkdir.  Çünki,  Allah  belə  bir  kimsəyə  Öz 
rəhmətindən Cənnəti vəd vermişdir. Yox əgər əməl və sözlərində Allaha şərik 
qoşarsa  istər  böyük,  istər  kiçik,  istər  gizli  şirk  buna  görə  Cəhənnəm  əzabı 
                                                        
121
 Əbu Davud 4596, ət-Tirmizi 2640, 3072, İbn Məcə 3991, İbn Hibban 6247, əl-Həkim 10,144, əl-Albani səhih 
deyib.  
122
 əl-Buxari 13/ 300, Muslim 30.  
123
 ət-Tirmizi 3540, 3885. əl-Albani səhih olduğunu qeyd etmişdir. 
124
 əl-Buxari 4497, Əhməd 1/ 462, 464.  
125
 Muslim 93, Əhməd 3/ 325, 344, 374, 391.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə