TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə23/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   19   20   21   22   23   24   25   26   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      50 
işlərində və ehtiyaclarında  arxalanırlar. Ondan qorxduqlarına görə onun qulu 
olurlar:  “Nəfsinin  istəyini  ilahiləşdirən  şəxsi  gördünmü?  Allah  əzəli  elmi 
sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə 
çəkdi.  Allahdan  başqa  kim  onu  doğru  yola  yönəldə  bilər?  Məgər  düşünüb 
anlamırsınız?” (əl-Casiyə 23). Onların qəlbləri Allahdan qeyrisinə bağlandığına 
görə,  tövhidi  həqiqi  surətdə  həyata  keçirmədiklərinə  görə  onlarda  qorxu 
yaranır. İnsanların halına  baxırsan  ki, zəiflədikdə nə günə düşürlər. Allahdan 
qeyrilərindən  qorxurlar.  Kahinlərdən,  falçılardan,  kiminsə  cəddindən
104
 və  s. 
Gecə  və  gündüz  onu  dərd  basır.  Həqiqi  mömin  isə  heç  kəsdən  qorxmur. 
Çünki,  o  bilir  ki,  zərər  və  mənfəət,  xəstəlik  və  şəfa  yalnız  Allahın  əlindədir: 
“De:  "Bir  deyin  görək,  əgər  Allah  mənə  bir  zərər  toxundurmaq  istəsə,  sizin 
Allahdan  başqa  ibadət  etdikləriniz  Onun  zərərini  aradan  qaldıra  bilərlərmi? 
Ya  da  O  mənə  bir  mərhəmət  göstərmək  istəsə,  onlar  Onun  mərhəmətinin 
qarşısını ala bilərlərmi?" De: "Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona 
təvəkkül edirlər!" (əz-Zumər 38). "Əgər Allah sənə bir zərər yetirsə, səni ondan 
Allahdan  başqa  heç  kəs  qurtara  bilməz.  Əgər  Allah  sənə  bir  xeyir  diləsə,  heç 
kəs onun nemətinə maneçilik edə bilməz". (Yunus 107). "De ki: "Bir deyin görək 
əgər  Allah  sizin  qulaqlarnızı  və  gözlərinizi  əllərinizdən  alsa,  ürəklərinizə  də 
möhür  vursa  onları  sizə  Allahdan  başqa  kim  qaytara  bilər.  Gör  biz  onlara 
ayələrimizi necə izah edirik ki, onlar da necə üz döndərirlər". (əl-Ənam 46). Qul 
hər şeyin Allahdan gəldiyini bildiyinə görə yalnız Allah hüzurunda qorxu və 
hörmət  duymalı  və  yalnız  Ona  qarşı  təqvalı  davranmalıdır:  "O,  halda 
insanlardan  qorxmayın  Məndən  qorxun".  (əl-Maidə 44).  "…Və  yalnız  Məndən 
qorxun". (əl-Bəqərə 40). "Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan 
qorxub  çəkinənlər  məhz  belələri  uğura  çatanlardır".  (ən-Nur  52).  "…Qorxub 
çəkinməyə  də,  (günahları)  bağıışlamağa  da  layiq  olan  ancaq  Odur".  (əl-
Muddəssir 56).  “O  şeytan  sadəcə  sizi  öz  dostları  ilə  qorxudur.  Möminsinizsə, 
onlardan qorxmayın, Məndən qorxun!” (Ali-İmran 175).  
Hər  bir  məxluqun  bir  yaradılmışdan  və  ya  Yaradandan  qoxmasının 
qaçılmaz  olduğu  məlumdur.  Yaradılmışdan  qorxmanın  zərəri  bir  çox 
baxımdan  faydalarından  daha ağırdır.  Allahdan qorxmaq isə  dünya və  axirət 
səadətinin  səbəbidir.  Həqiqətən,  Allah  ondan  qorxulmağa  daha  layiqdir.  İbn 
Abbas    rəvayət  edir  ki,  bir  gün  (minikdə)  Peyğəmbərin    arxasında 
oturmuşdum.  O,  buyurdu: "Ey oğul! Mən sənə  bir neçə  kəlimə öyrədəcəyəm. 
Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. 
Bir  şey  dilədikdə,  Allahdan  dilə.  Kömək  istədikdə  yenə  də  Allahdan  kömək 
istə.  Bunu  da  bil  ki,  əğər  bütün  insanlar  sənə  xeyir  vermək  üçün  bir  yerə 
                                                        
104
 Cədd  sözü  bəzilərinin  təsəvvür  etdiyi  kimi  nəyəsə  qadir  olmaq,  hansısa  qüvvəyə  sahib  olmaq  demək 
deyil. Mənası sadəcə baba deməkdir. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      51 
yığışsalar da belə Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. 
Bunu  da  bil  ki,  əğər  sənə  zərər  vermək  üçün  bir  yerə  yığışsalar  da  yenə  də 
Allahın  yazdığından  artıq  sənə  zərər  verə  bilməzlər.  (Artıq)  qələmlər 
qaldırılmış,  səhifələrin  (mürəkkəbi)  qurumuşdur".
105
 İnsanlar  tövhiddən 
uzaqlaşdıqlarına  görə,  tövhidi  həqiqi  surətdə  həyata  keçirmədiklərinə  görə, 
Allahdan  qeyrilərinə  bağlandıqlarına  görə  insanlardan  qorxurlar.  Həqiqi 
müsəlmanlar isə şiddət anında da, çətinliklərdə də Allaha yönəlirlər.  
Bəziləri isə dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə və 
gündüz  gedirlər.  Onlar  dünyanın  şəhvəti  üçün  sevinir  və  onun  üçün 
ağlayırlar.  Bəzən  də  buna  görə  gecələri  də  yatmırlar.  Dünyada  bir  şey  əldə 
etdikdə  sevinir,  əldə  etmədikdə  isə  kədərlənirlər:  "Kim  (axirətdən  vaz  keçib) 
dünya  və  onun  bər-bəzəyini  istəyirsə,  biz  onun  əməllərinin  əvəzini  (sağlamlıq, 
sərvət,  övlad,  gözəl  yaşayışı)  elə  dünyada  ikən  verərik.  Onların  dünyadakı 
mükafatları  əsla  azaldılmaz.  Belələrinin  axirətdə  atəşdən  başqa  heç  bir  payı 
yoxdur.  Onların  dünyada  gördükləri  işlər  puç  olar  və  bütün  əməlləri  boşa 
çıxar".  (Hud  15-16).  Peyğəmbər    buyurdu:  "Dinarın  qulu  bədbəxt  olsun, 
dirhəmin  qulu  bədbəxt  olsun.  Pal-paltarın,  zinətin  qulu  bədbəxt  olsun. 
Beləsinə  istədiyi  veriləndə  razı  qalar,  verilməyəndə  isə  qəzəblənər.  Bədbəxt 
olsun  və  başı  aşağı  çevrilsin.  Onun  ayağına  batan  tikan  belə  çıxmasın".
106
 
İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən qabıqdan çıxması insanın bu 
şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn edirlər ki, xoşbəxtlik yalnız pulun 
çox  olmasındadır.  Bölünmüş,  yazılmış  ruzini  tələb  etməkdə  vaxtı  zay 
etməkdir.  Ruzi  artıq  bölünmüşdür.  Həris,  tamahkar  insan  isə  məhrumdur. 
Sələflər  deyərdilər:  "Qədər  haqdırsa  onda  tamahkarlıq  boş  şeydir.  Əgər 
xəyanət insanın  təbiətində  varsa onda  hər  kəsə  bel  bağlamaq  acizlikdir. Əgər 
ölüm hər kəsi gözləyirsə onda dünyaya da arxalanmaq axmaqlıqdır". İnsan bu 
ömründə uca dərəcələri və əbədi nemətləri qazana bilərdi. Lakin dünya malını 
toplayaraq bu dünyada qoyub gedir. Hesabı özünə qalır, kefi isə başqalarına. 
Cabir  ibn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    ilə  birlikdə  Mədinənin 
Aliyə  tərəfindən  bazara  daxil  olduq.  Ölmüş  kiçik  qulaqlı  bir  oğlaq  gördü. 
Onun qulağından tutaraq buyurdu: "Sizdən kim bunu bir dirhəm qarşılığında 
almaq istəyər?" Səhabələr dedilər: "Allaha and olsun ki, o diri olsaydı da belə 
onu heç kəs almazdı. Çünki, qüsurlu oğlaqdır. Qulaqları kiçikdir". Peyğəmbər 
  buyurdu:  "Allaha  and  olsun  ki,  bu  sizin  üçün  nə  qədər  dəyərsizdirsə,  du 
dünya  da  Allah  üçün  o,  qədər  dəyərsizdir".
107
 Peyğəmbər    buyurdu: 
"Dünyanın axirətdəki durumu ancaq sizdən hər hansı bir kimsənin barmağını 
                                                        
105
 ət-Tirmizi 2516, əl-Albani səhih demişdir. 
106
 əl-Buxari 6/ 61, İbn Məcə 11/ 216. 
107
 Muslim, şərhi 5/ 814, Muslim "Zuhd" 2.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə