TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə22/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   18   19   20   21   22   23   24   25   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      48 
üzərində  qurulub.  Bu  kəlimə  əsası  yerdə  möhkəm  olan,  budaqları  göyə 
yüksələn gözəl ağaca bənzəyir. Bu gözəl kəlimə də Lə İləhə İlləllah kəlməsidir. 
Bunun da ən böyük səmərəsi saleh əməldir. Gözəl ağac səmərə, bəhrə verdiyi 
kimi  Lə  İləhə  İlləllah  ağacının  səmərəsi  də  saleh  əməldir.  Bu  kəlmənin  əsası 
möhkəmdir. Bu  kəlimə sadəcə dillə deyilən bir  kəlimə deyildir. Bu kəlimənin 
rükunları,  şərtləri  və  dayaqları  vardır.  Bu  kəlimə  əsaslı  bir  kəlmədir.  Ağacın 
kökləri yerdə möhkəm olduğu kimi iman ağacı da möminin qəlbində möhkəm 
yer  tutmuşdur.  Bu  ağac  göyə  yüksəlir,  Lə  İləhə  İlləllah  kəlməsinin  sahibi 
bununla  izzətlənir.  Həmçinin,  bu  kəlmənin  bu  ağaca  bənzədilməsi  bizə  iki 
mühüm şeyi bəyan edir;  
1.  Bu  əkilmiş  ağacdır.  Bu  ağacı  vaxtlı-vaxtında  suvarmaq,  belləmək  və 
qulluq  etmək  lazımdır.  Həmçinin,  Lə  İləhə  İlləllah  kəlməsini  də  vaxtlı-
vaxtında suvarmaq  lazımdır.  Bu  kəlmənin suvarılması isə elm,  saleh  əməl  və 
Allaha yaxınlaşmaqla olur. Bu kəlmənin daima mömin tərəfindən qorunmağa, 
xidmət edilməyə ehtiyacı vardır.  
2.  Bu  ağac  əkildikdən,  xidmət  edildikdən  sonra  bu  ağacı  ətrafında  ağaca 
ziyan  vuran  alaq  otlardan  təmizləmək  lazımdır.  Həmçinin  də  möminin 
qəlbində olan o, Lə İləhə İlləllah ağacının ətrafında da qəribə bitkilər bitir. Şirk, 
riya,  küfr,  bidət  və  s.  Buna  görə  də  mömin  qəlbində  olan  Lə  İləhə  İlləllah 
ağacının,  Tövhid  ağacının  salamat  qalması  üçün  qəlbində  olan  bu  ağacla 
daima  maraqlanmalıdır.  Maraqlanmalıdır  ki,  Ona  etiqad  edənlərdən,  Ona 
inananlardan və Ona heç bir şeyi şərik qoşmayanlardan olsun. 
 
TÖVHİDİN ALƏMLƏRƏ OLAN TƏSİRİ 
 
Tövhidin təsiri üç qismə bölünür. 1). Tövhidin fərdlərə, şəxslərə olan təsiri. 
2). Tövhidin cəmiyyətə, ümmətə olan təsiri. 3) Tövhidin axirətdə olan təsiri. 
Tövhidin  Fərdlərə  Olan  Təsiri;  Ən  böyük  təsiri  qəlb  rahatlığı,  nəfsin 
salamatçılığıdır.  Ruhun  qidasıdır.  İbn  Qeyyim    deyir  ki,  insanın  həqiqəti, 
mahiyyəti onun qəlbi və ruhudur. Bunların da salamat olması, düzgün olması 
yalnız  Rəbbinin  tövhidi,  Ona  olan  ibadəti,  Ondan  qorxması  və  bütün  işlərdə 
Rəbbinə  ümid  etməsi  ilədir.  İnsanın  ən  böyük  ləzzəti,  ən  böyük  səadəti  və 
neməti  də  elə  bundadır.  Kainatda  elə  bir şey yoxdur  ki,  insanın  qəlbi onunla 
rahatlıq  tapsın.  Bu  yalnız  Allahla  mümkün  olur.  Allaha  iman  gətirmək,  Onu 
sevmək,  Ona  ibadət  etmək,  Allahı  ucaltmaq,  Onu  zikr  etmək  bu  kimi  şeylər 
insanın qidasıdır, onun gücüdür. Bunların da hər birinə Quran, Sünnə və fitrət 
dəlalət  etmiş  və  şahidlik  göstərmişdir.  Amr  ibn  əl-As    rəvayət  edir  ki, 
Rəsulullah    buyurdu:  "Sizin  qəlbinizdə  olan  iman  paltar  köhnəldiyi  kimi 
köhnəlir.  Buna  görə  də  Allahdan  qəlbinizdə  olan  imanın  təzələnməsini 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      49 
istəyin".
100
 İmanın  zəifləməsi  insanda  qəlb  sıxıntısı  yaradır.  İnsan  bu  qəlb 
sıxıntısından  necə  qurtara  bilər?  Yalnız  Allaha  bağlanmaqla.  İbn  Abbas   
rəvayət  edir  ki,  Rəsulullah    buyurdu:  "Allahı  Rəbb,  İslamı  din  və 
Muhəmmədi Rəsul olaraq qəbul edən kimsə imanın şirinliyini tapar".
101
 İmanın 
tamını, şirinliyini, dünyanın ləzzətləri və şəhvəti ilə tapmaq olarmı? Əlbəttə ki, 
yox! İnsan imanın ləzzətini yalnız bununla tapa bilər. Ənəs  rəvayət edir ki, 
Peyğəmbər    demişdir:  “Kimdə  (bu)  üç  şey  olsa,  imanın  şirinliyini  dadmış 
olar: Allahı və Onun elçisini   başqalarından daha çox sevmək; adamı yalnız 
Allah  üçün  sevmək;  Cəhənnəmə  atılmağı  xoşlamadığı  kimi,  küfrə  qayıtmağı 
da  xoşlamamaq”.
102
 Bu işlərin  üçü  də sevgi  və  məhəbbətlə  bağlıdır.  Bu yalnız 
tövhid kəlməsini həqiqi surətdə həyata keçirməklə mümkün olur.  
Sələflər  görərdilər  ki,  dünya  öz  əhli  və  şəhvətləri  içərisində  dalğalanır. 
Kimisi  öz  vəzifəsinə,  kimisi  də  öz  şəhvətlərinə  qapanıblar.  Kimisi  şərəf,  şan-
şöhrət  axtarır.  Hamı  nə  isə  axtarır.  Lakin  möminin  qəlbi,  nəfsi  tək olan  Allah 
ilə  bağlıdır.  Allaha  bağlanır  və  buna  görə  də  qəlb  rahatlığı  tapır.  Fudeyl  ibn 
İyad    deyir:  “Günəş  batdıqda  mən  Rəbbimlə  tək  qaldığıma  görə  bu  zülmət, 
qaranlığa  görə  sevinirəm.  Günəş  doğduqda  isə  mən  insanların  yanıma  daxil 
olduqlarına  görə  kədərlənirəm”.  Çünki,  onlar  bu  ləzzəti  təklikdə  tapırlar. 
Ləzzəti  insanlarla  yox,  Allah    ilə  danışmaqda,  tək  qalmaqda  tapmaq  olar. 
Sələflər deyərdilər: "Gecə əhlinin - gecəni ibadətdə keçirənlərin - ləzzəti gecəni 
əyləncədə keçirənlərin hiss etdiklərindən daha üstündür. Əgər gecə olmasaydı 
biz  bu  dünyada  qalmaq  istəməzdik".  Aişə    rəvayət  edir  ki,  Peyğəmbər   
buyurdu:  "Sübh  namazının  iki  rükət  (sünnəsi)  dünya  və  onun  içindəkilərdən 
xeyirlidir.  Həqiqətən,  mən  onları  bu  dünyadan  da  çox  sevirəm".
103
 Gecənin 
ortasında  Allah  üçün  etdiyin  bu  ibadət  sənin  qəlbində  imanı,  ləzzəti,  səadəti 
əkir. Bu elə bir ləzzət və səadətdir ki, var-dövlətlə əldə olunmaz. Nə mülk, nə 
şərəf bu sevinci əldə edə bilməz. Tövhid insanı Allahdan başqasına qulluqdan 
xilas  edir.  Həqiqi  qulluq  da  elə  budur.  Həqiqi  qulluq  insanın  Allaha  qul 
olmasıdır.  
Görürsən  ki,  bəzi  insanlar  Allahdan  qeyrisinə  bağlanırlar.  Allahdan 
qeyrisinə qəlbən bağlandıqlarına görə o, bağlandıqları şeyin qulu olurlar. Nəyə 
görə?  Çünki,  o  insanın  qəlbi  yoxdur.  Hər  gün  onun  bir  ilahı  vardır.  Allahı 
buraxaraq  o,  ilahlara  ibadət  edir.  Bu  gün  bir  pirə,  səhəri  isə  başqa  pirlərə 
gedirlər. Bəziləri qəbirlərə, övliyalara, seyyidlərə, ağaclara, daşlara bəziləri də 
fal  oxlarına,  bürclərə  inanıb  bağlanırlar.  Onların  qəlbləri  Allahdan  qeyrisinə 
bağlandıqlarına  görə  onun  qulu  olurlar.  Çünki,  bağlandığı  şeyə  bütün 
                                                        
100
 əl-Albani "Həsən".  
101
 Muslim 34. 
102
 əl-Buxari 16. 
103
 Muslim.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə