Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə200/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   196   197   198   199   200   201   202   203   ...   209

İzahlı şəriət hökmləri

       599 

 



600        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

BANKLARIN HÖKMLƏRİ 

Banka pul qoymaq və kiredit almaq 

Məsələ  2881:  İstər dövlət bankı olsun istərsədə xüsusi  yaxud 

müştərək  banklardan  borc  edilən  məbləğdən  artıqlaması  ilə 

verilməsi şərti ilə borc almaq, riba və haramdır. Əgər bir şəxs bu 

qaydada  borc  alarsa  borcun  özü  səhih,  şərt  isə  batildir.  Artıq 

məbləği  almaq  və  vermək  haramdır.  Qeyri  banklardan  artıq 

qaytarmaq şərti ilə almaq da eyni hökmdədir.  



Məsələ 2882: Borcun riba olmasında (artıq məbləğ qaytarmaq 

şərti ilə) şərti dilə  gətirmək lazım deyil. Hətta  tərəflərin borcun 

əslindən  artıq  qaytarmaq  niyyəti  olsa  ribalı  borcdur.  Məsələn 

bank  və  müştəri  faizsiz  borcun  heç  bir  mənfəətinin  olmadığını 

lakin  uzun  müddətli  və  ya  qısa  müddətli  əmanət  qoymağın 

müəyyən  bir  mənfəəti  olduğunu  bilsələr,  bu  halda  müştəri 

pulunu  bu  əmanət  bölmələrinin  birinin  hesabına  qoysa,  bu  borc 

riba və haramdır. 



Məsələ  2883:  Ribadan  qurtarmaq  üçün  müəyyən  yollar  qeyd 

edilib, o cümlədən: 

1-Borc  alan  şəxs,  misal  üçün,  bankdan,  yaxud  onun 

vəkilindən  müəyyən  bir  malı  həqiqi  qiymətindən  on  və,  yaxud 

iyirmi faiz artıqlaması ilə alır və, yaxud hər hansı bir malı onun 

həqiqi qiymətindən az qiymətə banka satır və müamilə əsnasında 

şərt  edilir  ki,  bank  iki  tərəfin  razılaşdığı  məbləği  müəyyən  bir 

müddətdə  ona  borc  versin.  Belə  vəziyyətdə  bankdan  borc 

götürmək riba deyildir. 

2-Borcu  alverə  çevirsinlər.  Məsələn,  nəqd  pulu  müyyən 

müddətə  qiymətindən  artıq  dəyərə  satsın.  Belə  olan  halda  əgər 

pullar  fərqli  olarsa  məsələn:  İran  riyalını  dollara  satarsa  eybi 

yoxdur. Əgər pullar fərqli olmasa məsələn: min İran riyalını min 



İzahlı şəriət hökmləri

       601 

 

iki  yüz  İran  riyalına  satsa  düzgün  olması  qeyri  mümkün  deyil. 



Bunu izahı 2904-ci məsələdə qeyd olunacaq. 

3-Bir malı müəyyən vaxta nisiyə satır, sonra onu az məbləğə 

alır, belə müamilə iki şərt daxilində düzgündür: 

1. Satan zaman almaq şərti qoymasın; 

2. Müamilə edən zaman, müamilə etməkdə ciddi olsun. Al-ver 

zahiri olmasın. 



Məsələ 2884: Əgər bir malı nisiyə alıb müəyyən olunan vaxta 

qiymətini  ödəyə  bilməsə,  qərardad  bağlanan  zaman  şərt 

edilməsinə  baxmayaraq  gec  ödədiyinə  görə  artıq  nəsə  almaq 

olmaz.  Başqa  söz  ilə  desək  gecikdirdiyi  üçün  borcludan  artıq 

məbləğ ala bilməz.  

Məsələ  2885:  Banka  əmanət  qoymaq  və  kiredit  almaq 

haqqında  deyilənlər  islami  dövlət  banklarına  və  sərmayə 

qoyanları  müsəlman  olan  banklara  aiddir.  Lakin  əmanət  qoyan 

gəlir  əldə  etmək  sərmayəsi  mallarının  ehtiramı  olmayan 

kafirlərin  bankı  olsa,  icazəlidir.  Çünki  onlardan  riba  almaq 

icazəlidir.  Amma  onlardan  artıq  qaytarmaq  şərti  ilə  borc  almaq 

haramdır.  Amma  dinində  ribalı  müamilə  icazəli  olan  zimmi 

kafirdən müamilə baş tutandan sonra riba almaq ilzam qaydasına 

əsasən icazəlidir. 

KREDİTLƏR 

Kredit iki növdür: 

1.  Xarici  malları  ölkəyə  daxil  etmək  istəyən  bir  şəxs  banka 

müraciət  edərək  kredit  götürmək  istəyir  (kredit  götürməsi  üçün 

sənəd verir). Nəticədə bank öhdəsinə götürür ki, ölkəyə gətirilən 

xarici  əmtəələrin  sənədlərini  kredit  sahiblərinə  təhvil  versin  və 

onun  məbləğini  əmtəəni  ixrac  edən  şəxsin  hesabına  köçürsün. 

Tərəflərin  arasında  vəkalət  yaxud  yazmaq  vasitəsi  ilə  müamilə 

qurtarandan  və  əmtəələrin  keyfiyyət  və  kəmiyyətini  bəyan  edən 

listi aldıqdan sonra, əmtəənin qiymətinin bir hissəsini (məsələn: 




602        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

onda  birini)  bankın  hesabına  köçürür,  bank  bütün  müamiləni 



xaricə  mal  göndərənə  elan  edir  və  onun  qiymətini  satıcıya 

ödəyir.  Bankların  işi  ixrac  olunan  və  idxal  olunan  mallar  üçün 

hesab  açmaqda  eynidir.  Hər  ikisi  üçün  gərək  qanuna  əsasən 

bankda  hesab  açılsın.  Bank  da  verdiyi  sözə  əsasən  malın 

qiymətini mal göndərənə ödəyib, nizamnaməyə əsasən sənədləri 

qəbul etməyə vizifəlidir. 

2.  Bankda  hesab  açmağın  başqa  bir  növü  də  vardır.  Belə  ki, 

satıcı  heç  bir  şəxs  ilə  müamilə  etmədən  malların  siyahısını 

xaricdə  olan  banka  göndərir,  bank  da  vəkil  olaraq  malların 

siyahısını  bir  şəxsin  və  ya  bir  neçə  şəxsin  ixtiyarında  qoyur  ki, 

siyahıda  qeyd  olunan  əmtəələri  almaq  istəyirsə  bankdan  kredit 

götürməsi  üçün  sənəd  versin,  bank  da  malların  qiymətinin  onda 

birini yaxud onda ikisini almaqla onu müştəriyə satır. 

Məsələ  2886:  Yuxarıda  qeyd  olunan  kredit  növlərinin 

hamısının  banklarda  açılması  və  bu  işlərin

 

banklar  tərəfindən 



köçürülməsi caizdir. 

Məsələ  2887:  Bank  gördüyü  işin,  kiredit  götürülməsi  üçün 

hesab  açması  və  sifariş  verəndən  təəhhüdat  açması  üçün 

müəyyən  məbləği  cüalə  yaxud  icarə  şəraiti  olarsa,  icarə 

ünvanında alması icazəlidir.  



Məsələ  2888:  Əgər  bank  hesab  açılanda  bütün  yaxud  malın 

bir  miqdarının  qiymətini  özü  ödəyərsə  bir  müddətdən  sonra 

müştəridən  (ixarcçıdan  və  ya  idxalçıdan)  ödədiyindən  artıq 

alarsa iki halda düzgündür. 

1. Bank, bank xidmətlərinin məsələn: borcu ödəməyə verdiyi 

sözün,  malı  ixrac  edən  ilə  əlaqə  saxlaması  və  sənədləri  alıb 

alıcıya təhvil verməsi üçün mənfəət alarsa, bu çür mənfəət almaq 

icazəli və cüalə ünvanındadır. 

2.  Bank  alıcının  öhdəsində  olan  xarici  valyutanı  ölkədə 

işlənən pula satsa (o valyutanın və mənfəətinin dəyərində) al-ver 

əqdi alınan və satılanın müxtəlif olduğu halda icazəlidir.  



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə