Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə195/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   191   192   193   194   195   196   197   198   ...   209

İzahlı şəriət hökmləri

       581 

 

Əgər  qəsdən  və  haqsız  olaraq  öldürsə,  əfv  olduğu  və  ya  diyə 



ödədiyi təqdirdə, gərək iki ay oruc tutsun, altımış fəqiri doyursun 

və bir qul azad etsin. 



Məsələ  2812:  Bir  heyvana  minən  şəxs,  o  heyvanın  bir  şəxsə 

zərər  yetirəcəyinə  səbəb  olsa,  ona  zamindir.  Həmçinin,  əgər 

başqası,  heyvanın  onun  minəninə  və  ya  başqasına  zərər 

yetirməsinə səbəb olarsa, zamindir. 



Məsələ  2813:  Əgər  insan  qadının  uşağı  siqt  etməsinə  səbəb 

olan  bir  iş  etsə,  siqt  olunan  azad  və  müsəlman  olmasına  hökm 

olunarsa,  siqt  olunan  nütfə  olsa  diyəsi  şəri  iyirmi  misqal  qızıl 

sikkədir  onun  hər  bir  misqalı  on  səkkiz  noxuddur.  Əgər  ələqə 

yəni laxta qan olsa, qırx misqal; əgər muzğə olsa yəni ət parçası 

olsa  altımış  misqal;  əgər  sümük  bağlasa  səksən  misqal;  əgər 

sümüyü ət örtərsə və ruh daxil olmazsa yüz misqal;əgər ruh daxil 

olarsa  oğlan  olduğu  təqdirdə  onun  diyəsi  min  misqal;  əgər  qız 

olarsa  onun  diyəsi  beş  yüz  şəri  misqal  sikkəli  qızıldır.  Qeyd 

olunan  surətlərin  hamısında  hər  bir  misqal  qızılın  müqabilində 

on dirhəm gümüş versə kifayətdir. 

Məsələ  2814:  Əgər  qadın,  uşağının  düşməsinə  səbəb  olarsa, 

gərək  onun  diyəsini  keçən  məsələdə  müfəssəl  deyildiyi  kimi, 

uşağın varisinə versin. Qadının özünə heç bir şey çatmır. 

Məsələ  2815:  Əgər  bir  şəxs  hamilə  qadını  öldürərsə,  gərək 

qadının və uşağın diyəsini versin. 



Məsələ  2816:  Əgər  kişinin  başının  və  ya  üzünün  dərisini 

kəsərsə,  insanın  diyəsinin  yüzdə  biri  qədər  (2809-cu  məsələdə 

qeyd olunduğu kimi) gərək ona diyə versin. Əgər ətini də, onunla 

birlikdə  kəsmiş  olsa,  yüzdə  ikisini;  ətindən  çoxunu  kəsərsə, 

yüzdə  üçünü;  sümüyün  nazik  pərdəsinə  çatarsa,  yüzdə  dördünü; 

sümük (üzə çıxıb) görünərsə, yüzdə beşini; sümük sınarsa, yüzdə 

onunu  versin.  Əgər  sümüyün  bəzi  qırıntıları  yerindən  çıxarsa, 

yüzdə  on  beşini;  beyinin  pərdəsinə  çatarsa,  gərək  yüzdə  otuz 

üçünü diyə versin. 



582        

DİYƏNİN HÖKMLƏRİ 

 

Məsələ  2817:  Əgər bir şəxsin üzünə sillə və ya başqa bir şey 

vursa  və  nəticədə  onun  üzü  qızararsa,  gərək  (hər  misqalı  18 

noxud  həcmində)  bir  şəri  misqal  yarım  sikkəli  qızıl;  göyərərsə, 

üç  misqal; qaralarsa, altı şəri misqal sikkəli  qızıl versin. Amma 

bir  şəxsin  bədəninin  başqa  yerini  vurmaqla  qırmızı,  göy  və  ya 

qaraldarsa, gərək deyilənlərin yarısı qədər versin. 



Məsələ 2818: Əgər əti halal olan heyvanı bir şəxs yaralayarsa 

və  ya  bir  qədər  onun  bədənini  qoparsa,  gərək  onun  eyibsiz  və 

eyibli arsaında olan qiymət fərqini sahibinə versin. 

Məsələ  2819:  Əgər  insan  birinin  ov  itini,  evin  keşikçisi  olan 

itini,  sürüsünün  keçikşçisi  olan  itini,  əkinin  keşiyini  çəkən  itini 

öldürsə, gərək onun qiymətini versin. Əgər ov itinin qiyməti qırx 

dirhəmdən az olsa, qırx dirhəm verməsi lazımdır. 



Məsələ 2820: Əgər heyvan, birinin əknini və ya malını məhv 

etsə,  heyvanın  sahibi  onu  saxlamaqda  səhlənkarlıq  etdiyi 

təqdirdə,  gərək  zərərin  miqdarı  qədər  sahibinə  mal  və  ya  əkin 

versin.  



Məsələ  2821:  Əgər  uşaq,  böyük  günahlaran  birini  edərsə, 

onun vəli və  ya  müəllimi vəlinin icazəsi ilə onu, ədəbləndirmək 

üçün diyə vacib olmayacaq qədər döyə bilərlər.  

Məsələ  2822:  Əgər  bir  şəxs  bir  uşağı  diyənin  vacib  olacağı 

tərzdə döyərsə, diyə uşağındır. Əgər ölsə, diyəni onun vərəsəsinə 

versin. Əgər məsələn: uşağın atası onu döyərsə və nəticədə ölsə 

onun  diyəsini  başqa  vərəsəsinə  versinlər.  Atanın  özünə  diyədən 

bir şey çatmır. 



İzahlı şəriət hökmləri

       583 

 

ETİKAFIN HÖKMLƏRİ 

Etikaf  ibadətdir.  Etikaf  şəri  baxımdan  budur  ki,  məsciddə 

qürbət  qəsdi  ilə  qalmaqdır.  Ehtiyat-müstəhəb  budur  ki,  qalmaq 

(namaz kimi) ibadət niyyəti ilə olmalıdr. Onun üçün müəyyən bir 

vaxt  yoxdur.  Hər  bir  zaman  oruc  tutmaq  səhihdirsə  etikaf 

etməkdə  səhihdir.  Etikaf  üçün  fəzilətli  vaxt  Ramazan  ayıdır, 

daha üstünü Ramazan ayının son on günüdür. 

Məsələ 2823: Etikafda bir neçə iş olmalıdır: 

1. Etikaf edən aqil olmalıdır. Yaxşı ilə pisi seçən uşağın etikaf 

etməsi düzgündür. 

2.  Qürbət  qəsdi  ilə  olmalıdır.  (Dəstəmaz  bölməsində  qeyd 

olundu). 

3.  Oruc;  deməli  on  gün  bir  yerdə  qalmaqı  niyyət  etməyən 

müsafir kimi, orucu batil olan şəxs etikaf bağlaya bilməz. 

4.  Məscidul-həramda,  Məscidun-nəbiyydə,  Kufə  məscidində, 

Bəsrə məscidində yaxud came məscidində olmalıdır. Bir tayfaya 

yaxud  bir  məhəllənin  camaatına  aid  olan  məsciddə  etikaf 

saxlamaq olmaz. 

5.  İzn  verməsi,  etibarlı  olan  şəxsin  izni  ilə  olsun.  Deməli 

qadın  ərinin  icazəsi  olmadan  etikaf  bağlasa  və  ərin  haqqının 

aradan getməsinə səbəb olsa etikafı düzgün deyil. Əlbəttə evdən 

qırağa getmək üçün icazə almalıdır. Əgər icazəsiz gedərsə etikafı 

batildir. 

6.  Müddəti  üç  gün  olmalıdır,  iki  gecə  onun  arasında  üç  gün 

etikaf  saxladığı  məsciddə  qalmalıdır.  Zəruri  işi  olmasa 

məsciddən  qırağa  getməsin.  Xəstəni  görmək,  meyyitin  qüslü, 

namazı və dəfni kimi işlər üçün məsciddən qırağa gedə bilər. 

Məsciddən qırağa getməyin icazəli olduğu yerlərdə məsciddən 

qırağa gedərsə, görmək istədiyi iş üçün lazım olan vaxdan artıq 

məsciddən qırağda qalmasın. Ehtiyat-vacibə görə ən axın yol ilə 

məscidə  qayıtsın  və  məsciddən  qıraqda  oturmasın.  Əgər 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə