İzahlı şəriət hökmləri
577
beytul-maldan versinlər. Zindanda oğurluq edərsə, gərək onu
öldürsünlər.
578
DİYƏNİN HÖKMLƏRİ
DİYƏNİN HÖKMLƏRİ
Məsələ 2808: Əgər baliğ və aqil bir şəxs, qəsdən və haqsız
olaraq müsəlmanı öldürərsə, ölən kişi və ya oğlan olsa
öldürülənin vəsisi, qatili bağışlaya və ya ölddürə bilər. Əgər
öldürülmüş şəxs kafirdirsə və onun qatili müsəlmandırsa,
müsəlmanı öldürmək olmaz. Əgər öldürülən müsəlman qadın
yaxud qızdırsa, onun müsəlman qatilini öldürmək olar, lakin
qatil müsəlman kişidirsə gərək diyənin yarısını, oldürənin
vəlisinə versinlər. Əgər qatil dəli və ya balığ deyilsə, mütləq
olaraq, gərək diyə versinlər. Onun diyəsi aqiləyədir ki, sonradan
izah olunacaqdır. Həmçinin ölənin vəlisi tərəflərin razı olduqları
miqdarda qatildən diyə ala bilər. Amma onlar şəriətdə təyin
olunmuş diyəyə razı olsalar, şəri diyələrin miqdarı müxtəlif
olduğuna görə, onun miqdarını təyin etməyin ixtiyarı qatilin
öhdəsindədir. Hər biri onun üçün asan olsa onu seçə bilər.
Deməli digərlərinə nisbətən qiyməti az olan gümüşün qiymətini
verə bilər. Amma səhvən (məhz səhv üzündən) öldürərsə,
məsələn: bir heyvana atdığı güllə, başqasını öldürsə, ölənin
vəsisinin, onu öldürməyə haqqı yoxdur. Amma aqilə yəni qatilin
ata tərəfindən olan yaxınlarından və qohumlarından diyə ala
bilər. Onlar vermədiyi təqdirdə qatilin özündən diyə alsın.
Amma qəsdə oxşar, səhv üzündən öldürərsə, məsələn: bir şəxs,
adətən öldürücü olmayan alətlə, başqasını vursa və öldürmək
məqsədi də olmadığı halda, təsadüfən öldürsə, ölənin vəsisinin,
onu öldürməyə haqqı yoxdur. Qatil gərək diyə versin.
Məsələ 2809: Azad müsəlman kişini öldürən qatilin verəcəyi
diyə, (öldürülmüş, müsəlman kişidirsə,) altı şeydən biridir:
1-Altı yaşa daxil olmuş yüz baş dəvə. Bu hökm, qəsdən
öldürmənindir. Səhvən və qəsdə oxşar olan halda, dəvələrin yaşı
bundan az olcaq.
2-İki yüz inək.
İzahlı şəriət hökmləri
579
3-Min qoyun.
4-İki yüz hellə (geyim). Hər bir hellə iki qat parçadır, daha
yaxşı olar Yəməndə toxunan parça olsun.
5-Min (şəri) misqal qızıl sikkə. Onun hər bir misqalı, 18
noxud həcmindədir.
6-On min dirhəm. Onun hər biri, on ikidə alti (12/6) noxud
gümüş sikkədir.
Əgər ölən müsəlman və azad qadındırsa onun diyəsi bu altı
şeyin hər birində müsəlman kişinin diyəsinnin yarısı qədərdir.
Zimmi kafirin diyəsi; kişidirsə, səkkiz yüz dirhəm, qadındırsa,
dörd yüz dirhəmdir. Qeyri-zimmi kafirin diyəsi yoxdur.
Məsələ 2810: Bəzi şeylərin diyəsinin miqdarı, yuxarıdqakı
məsələlərdə deyilən qətlin diyəsi qədərdir:
1-Bir şəxsin iki gözünü kor edən və ya göz qapaqların hər
dördünü sıradan çıxaran, (qətl diyəsi versin). Əgər bir gözünü
kor etsə, qətl diyəsinin yarısı qədər diyə versin.
2-Bir şəxsin iki qulağını kəsərsə və ya hər iki qulağın kar
olmasına səbəb olan iş görsə (qətl diyəsi versin). Əgər bir
qulağını kəsərsə və ya kar edərsə, gərək öldürməyin yarısı qədər
diyə versin. Qulağın (aşağı) yumuşaq hissəsini kəsərsə,
öldürümə diyəsinin üçdə biri qədər diyə versin.
3-Bütün burnu və ya aşağı (yumşaq) hissəni kəsərsə,
(öldürülənin diyəsini versin).
4-Bir şəxsin dilini dibdən kəsərsə, (öldürmə diyəsi
verməlidir). Əgər onun bəzi hissəsini kəsərsə, hərfləri
tələffüzünə diqqət etməklə, dilin nə qədər kəsildiyini müəyyən
etmək lazımdır və bütöv diyəni, hərfin tələffüzündə yaranan
nöqsana görə bölüb o miqdarını verəməlidir. Daha yaxşı olar
dilin ölçüsünü nəzərə alıb görsün nəqədəri vacib olur (yəni
yarısı, üçdə biri, dördə biri və bunun kimi hesab edib görsün
nəqədəri vacib olur) hansı çoxdursa, onu versinlər.
580
DİYƏNİN HÖKMLƏRİ
5-Birinin bütün dişlərini sıradan çıxararsa, (öldürmə diyəsi
verməlidir). Dişləri düşən şəxs kişi olarsa və dişlərinin bəziləri
düşərsə ağızda olan on iki qabaq dişlərin hər biri üçün, beş yüz
dirhəm diyə verməlidir. Qalan on səkkiz dişin hər biri üçün iki
yüz əlli dirhəm diyə versin. Qadının diyəsi, kişinin diyəsinin
üçdə birə çatınca, bərabərdir. Üçdə birdən keçdikdən sonra, onun
dişlərinin diyəsi, kişinin dişinin diyəsinin yarısı qədərdir.
6-Bir şəxsin hər iki əlini biləkdən kəsərsə, öldurmə diyəsi
verməlidir. Əgər bir əlini biləkdən kəsərsə, onun diyəsi
öldürməyin yarısı qədərdir.
7-Bir şəxsin on barmağını kəsərsə öldürmənin diyəsini
verməlidir. Şəhadət barmağının (baş barmağın yanındakı
barmaq) diyəsi, əlin diyəsinin üçdə biri qədərdir. Digər
barmaqların diyəsi əlin diyəsinin altıda biri qədərdir. Qadının
diyəsi üçdə birə çatsa, kişinin diyəsinin yarsı qədərdir.
8-Qadının hər iki döşünü kəsərsə, öldurmə diyəsi verməlidir.
Əgər bir döşünü kəsərsə, gərək öldürməyin yarısı qədər diyə
versin.
9-Bir şəxsin hər iki ayaqlarını, qatlanacağadək kəsərsə, yaxud
ayaq barmaqlarının onunu da kəsərsə, öldurmə diyəsi verməlidir.
Ayağın hər bir barmağın diyəsi əlin barmağının diyəsi qədərdir.
10-Kişinin yumurtalıqlarını sıradan çıxaran, öldurmə diyəsi
verməlidir.
11-Bir şəxsə, ağlını itirəcək şəkildə xəsarət yetirməyin diyəsi,
öldurməyin diyəsi qədərdir.
12-Birinin belini, heç vaxt düzəlməyəcək şəkildə sındırarsa,
onun diyəsi, öldürmənin diyəsi qədərdir. Ehtiyat budur ki,
razılaşsınlar.
Məsələ 2811: Əgər səhvən bir şəxsi öldürsə, (2808-ci
məsələdə qeyd olunduğu kimi) onun diyəsini verməkdən əlavə
gərək bir qul azad etsin, əgər qul azad edə bilməsə iki ay ardıcıl
oruc tutsun, əgər bunu da bacarmasa, altımış fəqiri doyursun.
Dostları ilə paylaş: |