İzahlı şəriət hökmləri
573
Məsələ 2789: Kişinin öz arvadına aldığı paltar, arvadı
geyinmiş olsa belə, kişi öldükdən sonra kişinin mallarından
hesab olur.
İRSİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
Məsələ 2790: Meyyitin Quranı, üzüyü və qılıncı, həmçinin
geydiyi paltarlar böyük oğlunun malıdır. Əgər ölünün bu dörd
şeyin hər birindən bir neçədənədirsə, məsələn: iki quran və ya iki
üzüyü varsa, ehtiyat-vacib budur ki, böyük oğul vərəsələr ilə
razılaşsınlar.
Məsələ 2791: Əgər ölünün birdən artıq böyük oğlu olsa,
məsələn: iki arvaddan eyni zamanda iki oğlu dünyaya gəlmiş
olsa, gərək ölünün libas, Quran, qılınc və üzüyünü bərabər
şəkildə öz aralarında bölsünlər.
Məsələ 2792: Əgər ölünün borcu varsa, borc onun malının
dəyəri qədər və ya ondan çoxdursa, böyük oğula çatacaq dörd
şey, (keçən məsələdə deyildi) gərək onun borcuna verilsin.
Əlbəttə böyük oğul o dörd şeyi götürüb onların qiymətini ödəyə
bilər. Əgər borc, onun malından az olarsa, gərək yenə də ən
böyük oğula çatan dörd şeydən ödənsin; məsələn: onun bütün
varı, iyirmi tüməndirsə və onun borcu iyirmi beş tümən olsa
gərək beş tümən miqdarında, o dörd şeydən ölünün borcunu
ödəsin.
Məsələ 2793: Müsəlman kafirdən irs aparır. Amma kafir,
müsəlman meyyitin oğlu ya atası olsa da, ondan irs aparmır.
Məsələ 2794: Əgər bir şəxs, öz yaxınlarından birini qəsdən və
haqsız olaraq öldürərsə, ölüdən ona irs çatmaz. Amma səhv
üzündən olarsa (məsələn: daşı havaya ata və təsadüfən daş, onun
yaxınlarından birinə dəyib öldürsün), ölüdən ona irs çatır. Amma
qətlin diyəsindən ona irs, çatmır.
Məsələ 2795: Əgər irsi bölmək istəsələr, ana bətnində olan və
diri dünyaya gəldikdə irs aparan, uşağın bir ya bir neçə olması,
574
İRSİN HÖKMLƏRİ
habelə qız və ya oğlan olması məlum olsa, hətta elmi vasitələrin
köməyi ilə olsa belə, gərək onun payını saxlasınlar. Əgər məlum
olmasa, bir neçə dənə olmasına etibarlı ehtimal verirlərsə,
ehtimal verilən miqdarda oğlan uşağının payını saxlasınlar. Əgər
sonradan, məsələn; bir oğlan və bir qız dünyaya gələrsə, artıq
qalanını varislər öz aralarında böləcəklər.
İzahlı şəriət hökmləri
575
BƏZİ GÜNAHLAR ÜÇÜN TƏYİN …
BƏZİ GÜNAHLAR ÜÇÜN TƏYİN
OLUNMUŞ CƏZA HÖKMLƏRİ
Məsələ 2796: Əgər bir şəxs, özünün (ana və bacı kimi)
məhrəmləri ilə zina etsə, gərək şəri hakimin hökmü ilə onu
öldürsünlər. Həmçinin, əgər kafir kişi, müsəlman qadınla zina
etsə, gərək şəri hakimin hökmü ilə onu öldürsünlər. Hədislərdə
gəlib çatıb ki, hədlərdən birinin yerinə yetirilməsi, camaatın
qeyri-şəri işlər görməməsinə səbəb olar. Onların dünya və
axirətini qoruyar. Onun xeyri, qırx gün yağış yağmasının
xeyrindən çoxdur.
Məsələ 2797: Əgər bir kişi zina etsə, gərək ona yüz şallaq
vurulsun. Üç dəfə zina etsə, hər dəfə də yüz şallaq vursalar,
dördüncü dəfədə, gərək onu öldürsülər. Əgər bir şəxsin daimi
əqdində olan arvadı varsa, baliğ, aqil və azad olduğu halda
onunla yaxınlıq edibsə, hər vaxt da istəsə, onunla yaxınlıq edə
bilərsə, əgər büluğa çatmış və aqil bir qadın ilə zina etsə, gərək
onu daşqalaq etsinlər.
Məsələ 2798: Əgər bir kişi, bir şəxsin onun arvadı ilə zina
etdiyini görsə özünə zərər yetirmələrindən qorxmasa, hər ikisini
öldürə bilər. Əgər onları öldürməsə, o qadın ona haram olmur.
Məsələ 2799: Əgər mükəlləf aqil kişi, başqa aqil kişi ilə lavat
edərsə, gərək onların hər ikisini öldürsünlər. Şəri hakim, qılınc
ilə ləvat edəni öldürə bilər, daşqalaq edə bilər, diri-diri yandıra
bilər, əl-ayağını bağlayıb hündür yerdən aşağı buraxa bilər və ya
divarı onun üzərinə yıxa bilər.
Məsələ 2800: Əgər bir nəfər, başqa bir şəxsə, haqsız olaraq
birini öldürməsini əmr etsə, qatil və ona əmr edən, hər ikisi
mükəlləf və aqildirlərsə, qatil gərək öldürülsün və ona əmr edən,
ölənədək ömürlük həbs edilsin.
576
BƏZİ GÜNAHLAR ÜÇÜN TƏYİN …
Məsələ 2801: Əgər övlad ata və ya anasını qəsdən öldürərsə,
gərək onu öldürsünlər. Amma bir ata, öz övladını qəsdən
öldürərsə, gərək diyə hökmlərində deyilən qayda üzrə diyə
versin və şəri hakimin səlah bildiyi qədər onu döysünlər.
Məsələ 2802: Hər kəs bir oğlanı şəhvət üzündən öpərsə, şəri
hakim ona otuzdan doxsan doqquzadək; nə qədər məsləhət
bilərsə, şallaq vurar. Rəvayət olunub ki,” Allah təala, onun
ağzına atəşdən noxta vurar. Göyün-yerin mələkləri və rəhmət-
qəzəb mələkləri, ona lənət edərlər. Cəhənnəm onun üçün
hazırlanıb.” Amma tovbə etsə, onun tövbəsi qəbul olar.
Məsələ 2803: Əgər bir şəxs, kişi və qadın arasında zina üçün
və ya kişi və oğlan arasında ləvat üçün vasitə olarsa, qadındırsa,
yetmiş beş şallaq vursunlar; kişidirsə, yetmş beş şallaqdan sonra
başını qırxıb, küçə və bazarda dolandırılsın. O işi gördüyü
məhəldən çıxarılsın.
Məsələ 2804: Əgər bir şəxs, bir qadınla zina və ya oğlanla
ləvat etmək istəsə, öldürməzdən qabaq, onun qarşısını almaq
mümkün olmasa, öldürülməsi caizdir.
Məsələ 2805: Əgər bir şəxs, baliğ və aqil müsəlman kişi və ya
qadını, zina və ya ləvatda ittiham etsə, yaxud onlara “vələdüz-
zina” desə, gərək səksən şallaq libasın üstündən, ona vursunlar.
Məsələ 2806: Mükəlləf və aqil bir şəxs, əgər ixtiyarlı şəkildə
şərab içsə, birinci və ikinci dəfələrdə övrətdən başqa, tamam
soyundurub ona səksən şallaq vursunlar. Üçüncü dəfədə, gərək
onu öldürsünlər.
Məsələ 2807: Bir şəxs mkəlləf və aqildirsə, əgər üç noxud
yarım sikkə qızıl və ya bu dəyərdə olan başqa şeyi oğurlasa, əgər
şəriətdə müəyyən olunan şərtlər onda varsa, birinci dəfədə gərək
sağ əlinin dörd barmağını dibindən kəssinlər və əlinin içi və baş
barmağına dəyməsinlər. İkici dəfə, ehtiyat budur ki, sol ayağını
ortadan kəssinlər. Üçüncü dəfə, gərək onu ölənədək həbs
etsinlər. Əgər malı varsa, onun xərcini öz malından, yoxdursa
Dostları ilə paylaş: |