Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə26/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   22   23   24   25   26   27   28   29   ...   209

64        

PAKLAYICILAR 

 

Sonra  həmin  çalanın  pak  torpaq  ilə  doldursunlar.  Ən  asan  yol 



budur ki, ğüsalə suyunu toplayıb sonra kənara töksünlər. 

Məsələ  182:  Əgər  daş  duzun  zahiri  və  s.  bunun  kimi  şeylər 

nəcis olsa, kürrdən az olan su ilə də pak olur. Bu, bir haldadır ki, 

o su, müzaf suya çevrilməsin. 

Məsələ  183:  Ərimiş  nəcis  şəkərdən  hazırlanan  qənd,  kürr  və 

ya axar suya qoyulmaqla pak olmaz. 





-

 

TORPAQ 

Məsələ 184: Yer, üç şərtlə nəcis olmuş ayağın və ayaqqabının 

altını pak edər: 



1.

 Yer pak olmalıdır; 



2.

 Quru olmalıdır; 



3.

 Ayağın və ya ayaqqabının altında tapılan qan və sidik kimi 

eyni nəcis və ya nəcis olmuş palçıq kimi sonradan nəcis olan şey

yol  yerimək  və  ya  ayağı  sürtməklə  aradan  qaldırılmalıdır. 

Həmçinin  yer  ya  torpaq  olmalı,  ya  da  daş,  kərpic  və  ya  bunlara 

bənzər  şeylərlə  döşənmiş  olmalıdır.  Xalça,  həsir  və  çəmənlik 

üzərində yol getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı 

pak olmaz. 



Məsələ  185:  Nəcis  ayaq  və  ayaqqabının  altının,  asfalt  və  ya 

ağacla döşənmiş yer üzərində yeriməklə pak olması işkallıdır. 



Məsələ  186:  Ayağın  və  ayaqqabının  altında  olan  nəcasət  on 

beş  ziradan



1

 az  yol  getməklə  və  ya  yerə  sürtməklə  aradan 

aparılsa  belə,  ayaq  və  ya  ayaqqabının  pak  olması  üçün,  on  beş 

zira və ya daha artıq yol getmək daha yaxşıdır. 



Məsələ  187:  Ayağın  və  ayaqqabının  altının  nəcisinin  yaş 

olması lazım deyil; əgər quru da olsa, yol getməklə paklanır. 

                                              

1

.  Zira-dirsəkdən  barmaqların  ucunadək  olan  məsafəyə  deyilir.  Təqribən 



yarım metrdir.  


İzahlı şəriət hökmləri

       65 

 

Məsələ  188:  Nəcis  olan  ayağın  və  ayaqqabının  altı,  yol 

getməklə  paklandıqdan  sonra,  adətən  onun  ətrafından  palçığa 

bulaşan tərəfləri də 184-cü məsələdə qed olunan şərtlər daxilində 

pak olur. 



Məsələ  189:  Əlləri  və  dizləri  üzərində  yeriyən  şəxs,  əl  və  ya 

dizləri  nəcis  olsa,  onların  yol  getməklə  pak  olmaları  işkallıdır. 

Həmçinin çəliyin, süni ayağın altı, heyvanların nalı, avtomobilin, 

faytonun təkərləri və buna bənzər şeylər də eyni hökmü daşıyır. 



Məsələ  190:  Yol  getdikdən  sonra,  ayağın  və  ya  ayaqqabının 

altında nəcasətin gözlə görünməyən zərrəciklərinin, yaxud iyinin 

və ya rənginin qalmasının eybi yoxdur. Amma ehtiyat-müstəhəb 

budur  ki,  bunların  da  qalmamaları  üçün  bir  qədər  yol  getmək 

lazımdır. 

Məsələ 191: Ayaqqabınin içi və ayağın altının yerə dəyməyən 

hissəsi,  yol  getməklə  pak  olmur.  Corabın  altının  yol  getməklə 

paklanması işkallıdır.  



-

 

GÜNƏŞ 

Məsələ  192:  Günəş,  beş  şərt  daxilində  yeri,  binanı  və  binada 

işlənən qapı-pəncərəni, həmçinin divara vurulan mıxı pak edir: 

1-Nəcis  şey  yaş  olsun;  başqa  şeyə  toxunacağı  təqdirdə,  onu 

yaş etsin. Deməli, quru olsa, günəşin onu qurutması üçün, gərək 

onu bir vasitə ilə yaş etsinlər. 

2-Nəcasətin  eyni  (zərrələri)  o  şeyin  üstündə  olsa,  günəşin 

onun üzərinə saçmasından qabaq, onu aradan qaldırsınlar; 

3-Günəş  şüalarının  qarşısını  bir  şey  almasın;  deməli,  əgər 

günəş  pərdə,  bulud  və  s.  kimi  şeylərin  arxasından  düşüb  nəcis 

şeyi  qurutsa,  pak  olmaz.  Amma  bulud,  çox  nazik  olub  günəşin 

saçmasınin qabağını almazsa, eybi yoxdur. 

4-Günəş  təklikdə  nəcis  şeyi  qurutmuş  olsun;  deməli,  əgər, 

misal  üçün,  nəcis  şey  külək  və  günəşin  vasitəsilə  qurusa,  pak 



66        

PAKLAYICILAR 

 

olmaz. Amma külək çox az olsa və həmin “şeyin qurudulmasına 



kömək edib” deyilməsə, eybi yoxdur. 

5-Günəş, nəcis hopmuş binanı və tikilini, bir dəfəyə qurutsun; 

deməli,  nəcasət  dəymiş  bina  və  yerə  günəş  bir  dəfə  saçıb  onun 

üst tərəfini və ikinci dəfə isə onun altını qurutsa, təkcə onun üst 

tərəfi pak olur və alt tərəfi isə nəcis olaraq qalır.  

Məsələ  193:  Ehtiyat-vacibə  əsasən  nəcis  həsir  günəş  vasitəsi 

ilə pak olmur. Həmçinin bir tərəfini qurutsa da digər tərəfin pak 

olması  çətin  məsələdir.  Amma  ağac  və  bitkilər,  torpağa  bitişik 

olduğu müddət boyu, günəşin vasitəsilə pak olur. 



Məsələ 194: Günəş nəcis bir yerə saçdıqdan sonra, əgər insan, 

günəş  saçdığı  anda  o  yerin  yaş  olub-olmamasında  və  ya 

yaşlığının  günəş  vasitəsi  ilə  quruyub-qurumamasında  şəkk 

edərsə,  o  yer  nəcisdir.  Həmçinin  o  yerdən  eyni  nəcisin  aradan 

aparılıb-aparılmamasında  və  ya  günəşin  şüalarına  bir  şeyin 

maneə olub-olmamasında şəkk edərsə, o yer nəcisdir. 



Məsələ  195:  Əgər  günəşin  şüası,  nəcis  divarın  bir  tərəfinə 

düşsə, onun düşmədiyi digər tərəfi pak olmur. 



4- İSTİHALƏ

1

 

Məsələ 196: Əgər nəcis olan bir şeyin cinsi dəyişərək pak bir 

şeyin  şəklini  alırsa,  pak  olur.  Məsələn,  nəcis  ağacın  yanıb  kül 

olması  və  ya  itin  duzlağa  düşüb  duza  çevrilməsi  kimi,  amma 

əgər  nəcis  şeyin  cinsi  dəyişməzsə  məsələn:  nəcis  buğdadan  un 

hazırlanması və ya çörək bişirilməsi kimi, pak olmaz. 

Məsələ 197: Nəcis palçıqdan hazırlanan kuzə və buna bənzər 

şeylər  nəcisdir.  Həmçinin  nəcis  odundan  əldə  edilən  kömür  də 

nəcisdir. 

Məsələ  198:  İstihalə  olub-olmaması  məlum  olmayan  nəcis 

şey, öz nəcisliyində qalır. 

                                              

1

 Bir haldan başqa hala keçmək.  




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə