İzahlı şəriət hökmləri
61
Məsələ 162: Əgər bir şey, südəmər, hələ yemək yeməyən,
donuz südü, kafir qadının südünü yeməyən və başqa nəcis alətinə
dəyməyən oğlan uşağın bövlü ilə nəcis olsa, onun üstünə bir dəfə
su töksələr və su nəcis yerlərinin hamısına dəysə, pak olar.
Amma ehtiyat-müstəhəb budur ki, ikinci dəfə də həmin yerin
üstünə su töksünlər. Bu halda paltar, xalça və s. kimi şeyləri
sıxmaq lazım deyildir.
Məsələ 163: Əkər bir şey, bövldən başqa bir şeylə nəcis olsa,
nəcasəti aradan qaldırdıqdan sonra, onun üzərinə bir dəfə su
töksələr və üstünə tökülən su həmin şeydən ayrılsa pak olar.
Həmçinin, əgər onun üzərinə birinci dəfə su töküləndə nəcasət
aradan getsə və nəcasət aradan götürldükdən sonra onun üzərinə
su yığılarsa, pak olar. Amma hər halda paltar və s. kimi şeyləri
sıxmaq lazımdır ki, onun ğüsaləsi çıxsın.
Məsələ 164: Əgər iplə toxunmuş nəcis bir həsiri kürr və ya
axar suya salsalar, eyni nəcis aradan gedəndən sonra pak olur.
Amma onu az su ilə yumaq istərlərsə, ehtiyat-vacibə əsasən
gərək mümkün olan bir yolla, tapdalamaqla olsa belə, sıxaraq
ğüsaləsini çıxartsınlar.
Məsələ 165: Əgər buğda, arpa, düyü, sabun və s. kimi şeylər
nəcis olsa kür, yaxud axar suya batırmaqla pak olar. Amma
batini nəcis olsa, pak olmaları çətin məsələdir. Amma suyun
onun batininə çatdığı bilinərsə, o, pak olar.
Məsələ 166: Əgər insan, nəcis suyun sabunun içinə keçib-
keçməməsində şəkk edərsə, onun içi pakdır.
Məsələ 167: Əgər düyü, ət və bunlara bənzər şeylərin zahiri
nəcis olsa onları pak bir qaba qoyaraq, üzərinə üç dəfə su töküb
boşaltsalar, pak olar. Bu zaman qab da pak olur. Əgər libas və
buna bənzər sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq
istərsələr, üzərinə su töküldüyü hər dəfəsində sıxılmalı və qabı
əyərək içərisində cəm olan ğüsaləsini tökməlidirlər.
62
PAKLAYICILAR
Məsələ 168: Lil və buna bənzər bir rənglə boyanmış olan
nəcis libası, kürr və ya axar suya batırsalar və su libasın rəngilə
muzaf halını almazdan qabaq onun hər tərəfinə yetişərsə, sıxanda
rəngli suyun tökülməsinə baxmayaraq o libas pak olur.
Məsələ 169: Paltarı kürr və ya axar suda yuduqdan sonra
onun üzərində su yosunu olduğu görünsə və onun, suyun paltarın
içinə keçməsinə mane olduğu ehtimal olunmazsa, o paltar
pakdır.
Məsələ 170: Əgər libas və buna bənzər şeyləri yuduqdan
sonra üzərində palçıq və ya sabun parçası olduğu görünsə, onun,
suyun libasa yetişməsinə mane olduğu ehtimalını verməsələr, o
libas pakdır. Amma nəcis su palçığın və ya sabunun içinə
işləmişdirsə, onların zahiri pak, daxili isə nəcisdir.
Məsələ 171: Hər nəcis şeydən, nə qədər ki, nəcasətin eyni
aradan qaldırılmayıb, pak olmaz. Amma nəcasətin rəngi və ya iyi
o şeydə qalsa eybi yoxdur. Deməli, əgər qanı paltardan
təmizləyib suya çəkdikdən sonra qanın rəngi o paltarda qalsa
paltar pakdır. Amma nəcasətin iyi və ya rəngi vasitəsilə
nəcasətin zərrələrinin o şeydə qalmasını yəqin etsələr, yaxud
ehtimal versələr, nəcisdir.
Məsələ 172: Əgər bədənin nəcasətini kürr, yaxud axar suda
aradan qaldırıb təmizləsələr, bədən pak olur və sudan çölə çıxıb,
yenidən suya girmək lazım deyil.
Məsələ 173: Dişlərin arasında qalan nəcis yemək, ağıza su
alınıb dolandıraraq nəcis yeməyin hər tərəfinə çatdırılsa, pak
olar. Bir neçə dəfə ağıza su alıb dolandırmaq lazım olan yerdə
gərək bu iş təkrarlansın ki, su nəcis yeməyin hamısına dəysin.
Məsələ 174: Əgər baş və üzün tükünü az su ilə suya çəksələr,
ehtiyata əsasən onun ğüsaləsini çıxartmaq üçün, gərək sıxsınlar.
Məsələ 175: Bədən və ya paltarın bir yeri az su ilə
yuyulduqda, o yerə bitişik olub, yuyulma zamanı suyun adətən
çatdığı yerlər də nəcis yerin pak olması ilə pak olar. Yəni nəcis
İzahlı şəriət hökmləri
63
yerin ətrafını ayrıca yumaq lazım deyil. Əksinə nəcis yer və
onun ətrafı suya çəkilərkən birlikdə pak olurlar. Həmçinin nəcis
bir şeyin yanına pak bir şey qoyub və hər ikisinin üzərinə su
töküldükdə də hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq
üçün barmaqların hamısının üzərinə su tökülsə, nəcis su onların
hamısına yetişsə, nəcis olan barmaq pak olduğu zaman o biri
barmaqlar da pak olur.
Məsələ 176: Nəcis olan ət və quyruq digər şeylər kimi
yuyulur. Suyun daxilinə keçməsinə maneə olmayacaq miqdarda,
az yağlı olan bədən, qab və libas da eyni hökmü daşıyır.
Məsələ 177: Nəcis olan bədən və ya qab, sonradan suyun
yetişməsinə mane olacaq bir şəkildə yağlansa, o bədən və ya
qabı suya çəkmək istədikləri zaman, suyun qabın səthinə
yetişməsi üçün yağın aradan aparılması lazımdır.
Məsələ 178: Kürr suya birləşmiş olan krantdan gələn su, kürr
su hökmündədir.
Məsələ 179: Bir şeyi yuyub pakladığını yəqin etdikdən sonra,
onun üzərindən eyni nəcisin aradan aparıb-aparmamasında şəkk
edərsə, eyni nəcisi aradan aparılmasına yəqin etməsi üçün onu
yenidən yuması lazımdır.
Məsələ 180: Üzərində su axa bilməyən torpaq nəcis olarsa, az
su ilə pak olmaz. Amma üstü çınqıllı və qumlu olan torpaq, su
onun üstünə töküləndə ondan ayrılıb quma və çınqıla batdığına
görə, qəlil su ilə pak olur. Amma, çınqılların altı nəcis qalır.
Məsələ 181: Suyun batmadığı daş, kərpic döşənən yerlər,
həmçinin bərk torpaq, nəcis olsa, qəlil su ilə pak olur. Amma, bu
halda onun üzərinə o qədər su tökülməlidir ki, axmağa başlasın.
Əgər onun üstünə tökülən su bir dəlikdən axıb çölə çıxsa, torpağ
bütünlüklə pak olur. Amma axıb çölə çıxmasa, o suyun yığıldığı
yer nəcis qalır. Onun pak olması üçün bir çala qazmaqla olsa
belə, su çalaya yığılsın, sonra oranın suyunu çölə çəksinlər.
Dostları ilə paylaş: |