94
DƏSTƏMAZ
bu da mümkün olmasa, ehtiyat-vacib budur ki, dəstəmaz alıb
təyəmmüm də etsin.
Məsələ 336: Əgər cəbirə üzün, yaxud əllərdən birinin və ya
hər ikisinin hər yerini tutmüş olsa, gərək cəbirə dəstəmazı alsın.
Ehtiyat-vacibə görə, təyəmmüm də etsin.
Məsələ 337: Əgər cəbirə, dəstəmaz üzvlərinin hamısını
tutmuş olsa, təyəmmüm etmək kifayətdir.
Məsələ 338: Əgər bir şəxsin əlinin içində və barmaqlarında
cəbirə olsa, dəstəmaz alan zaman yaş əl ilə onun üstünə çəkibsə,
gərək başına və ayaqlarına da həmin rütubətlə məsh etsin. Əgər
əlinin içində nəmlik olmasa əlinin üstündən və ya qolundan
nəmlik götürsün.
Məsələ 339: Cəbirə ayağın üzərinin hamısını eninə əhatə
etmiş olduğu halda barmaq tərəfindən və ayağın üst tərəfindən
bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın üstünə və
cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir.
Məsələ 340: Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa,
gərək onların arasını yusun və əgər cəbirələr başda və ya
ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və
cəbirə olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin.
Məsələ 341: Əgər cəbirə, yaranın ətrafını adi qaydadan artıq
tutsa və onu götürmək mümkün olmasa, gərək cəbirənin
göstərişlərinə əməl etsin. Ehtiyat-vacibə əsasən təyəmmüm də
almalıdır. Əgər cəbirəni götürmək mümkün olsa, gərək cəbirəni
götürsün. Deməli, yara üzdə və əllərdə olarsa, onun ətrafını
yumalıdır; başda və yaxud ayaqların üstündə olsa, onun ətrafına
məsh çəkməli, yara olan yer üçün cəbirə göstərişlərinə əməl
etməlidir.
Məsələ 342: Əgər dəstəmazın yerində yara yaxud sınıqlıq
yoxdursa, amma başqa səbəblərə görə suyun ona zərəri olsa,
gərək təyəmmüm etsin. Ehtiyat-müstəhəb budur ki, cəbirə
dəstamazı da alsın.
İzahlı şəriət hökmləri
95
Məsələ 343: Əgər dəstəmaz üzvlərinin bir yerinin damarı
kəsilibsə və onu suya çəkmək mümkün deyilsə, yaxud suyun ona
zərəri varsa, gərək cəbirə qaydalarına əməl etsin.
Məsələ 344: Əgər dəstəmaz və qüsl yerlərinə qoparılması
mümkün olmayan, yaxud qoparılması dözülməz dərəcədə
məşəqqətli olsa, gərək cəbirə göstərişinə əməl etsin. Ehtiyat-
vacibə əsasən təyəmmüm də etməlidir.
Məsələ 345: Cəbirə qüslü, cəbirə dəstəmazı kimidir, gərək
onu tərtiblə yerinə yetirsinlər.
Məsələ 346: Vəzifəsi təyəmmüm etmək olan bir şəxsin
təyəmmüm üzvlərinin bəzisində yara, çiban, yaxud sınıqlıq olsa,
gərək cəbirə dəstəmazının qaydalarına uyğun olaraq cəbirə
təyəmmümü etsin.
Məsələ 347: Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı
olan şəxs, əgər vaxtın sonuna qədər üzrünün aradan
qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər.
Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağına
ümidvardırsa, ehtiyat-vacib budur ki, səbr etsin. Əgər üzrü
aradan qalxmazsa, vaxtın sonunda namazını cəbirə qüslü və ya
dəstəmazı ilə qılsın.
Məsələ 348: Əgər insan, gözündə olan xəstəliyə görə
kipriklərini yapışdırmalı olsa, gərək təyəmmüm etsin. Ehtiyata
əsasən dəstəmaz da alsın.
Məsələ 349: Vəzifəsi təyəmmüm və ya cəbirə dəstəmazı
olmasını bilməyən şəxs əgər məsələnin əslini bilməzsə gərək öz
mərcəi-təqlidinə müraciət etsin və ya hər ikisini yerinə yetirsin.
Əgər onun bilməməsi mövzunun xüsusiyyətini bilmədiyinə görə
olsa gərək hər ikisini yerinə yetirsin.
Məsələ 350: İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazlar
əgər üzrü vaxtın sonuna qədər qalıbsa, Əgər üzrü aradan qalxıbsa
ehtiyat budur ki, adi qaydada dəstəmaz alıb namazı yenidən
qılsın. Sonrakı namazlar üçün də dəstəmaz lazımdır.
İzahlı şəriət hökmləri
97
VACİB QÜSLLƏR
Vacib qüsllər səkkizdir:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məssi-meyyit qüslü.
6. Meyyit qüslü.
7. Nəzr, and içmə sair səbəblərlə vacib olan qüsllər.
8. Günəş və ya Ay kamil şəkildə tutularsa və mükəlləf
bilərəkdən ayət namazını qılmayıb qəzaya verərsə ehtiyat-vacibə
əsasən onun qəzasını qılmaq üçün gərək qüsl etsin. Qüsülsiz
qılınan qəza namazı batildir.
CƏNABƏTİN HÖKMLƏRİ
Məsələ 351: İnsan iki yolla cünub olur:
1. Cima (cinsi əlaqə) ilə;
2. Məninin xaric olması ilə; istər yuxuda olsun, istərsə
ayıqlıqda, istər az olsun, istərsə çox, istər şəhvətli olsun, istər
şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız.
Məsələ 352: Əgər insandan bir rütubət xaric olsa və onun
bövl, məni və ya başqa şey olmasını bilməsə, bu halda əgər
şəhvətlə, sıçrayışla çölə gəlsə və gələndən sonra bədən süstləşsə,
o rütubət məni hökmündədir. Əgər onda bu üç əlamətdən heç
biri, yaxud bəzisi olmasa, məni hökmündə deyil. Qadınlardan
şəhvətlə gələn su məni hökmündədir. Digər iki əlamətin olması
lazım deyil. Amma xəstəyə şəhvət gəlib və su gələrsə o suyun
məni olduğuna ehtimal verdiyi təqdirdə məni hökmündədir.
Sıçrayışla gəlməsi lazım deyil.
Məsələ 353: Əgər bir şəxsdən, su xaric olsa, onun məni yaxud
sidik olduğunu bilməsə əvvəlki məsələdə deyildiyi yollarla təyin
Dostları ilə paylaş: |