İzahlı şəriət hökmləri
85
Məsələ 291: Dəstəmaz əsnasında yol getməyin eybi yoxdur.
Deməli, bir şəxs üzü və əlləri yuduqdan sonra bir neçə addım
gedib sonra başa və ya ayaqlara məsh etsə, dəstəmazı səhihdir.
11-cu şərt: Üzün, əllərin yuyulmasını, başa və ayağa məsh
çəkilməsini insanın özü yerinə yetirsin. Başqası onun üçün
dəstəmaz alsa və ya suyu onun üzünə və əllərinə tökməkdə
yaxud da baş və ayaqlarına məsh etməkdə kömək etsə, dəstəmazı
batildir.
Məsələ 292: Əgər bir şəxsin özü dəstəmaz ala bilmirsə,
dəstəmaz almaq üçün gərək özünə nayib tutsun. Əgər (nayib)
muzd istəsə, verə biləcəyi təqdirdə gərək versin. Amma gərək
onun özü dəstəmaz niyyəti etsin. Ehtiyata əsasən, tutduğu nayib
də dəstəmaz niyyəti etsin. Gərək öz əli ilə məsh çəksin. Əgər
bunu edə bilməsə, nayibi gərək onun əlini tutub məsh yerlərinə
çəksin. Bu da mümkün olmasa, nayib onun əlinin rütubətindən
götürüb başına və ayaqlarına məsh etməlidir.
Məsələ 293: Dəstəmazın bəzi əməllərini ozü (köməksiz)
yerinə yetirə bilirsə onlar üçün kömək almamalıdır.
12-cu şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir
maneəsi olmamalıdır.
Məsələ 294: Dəstəmaz aldığı zaman, susuz qalacağından və
ya bərk xəstələnəcəyindən qorxan şəxsin vəzifəsi, dəstəmaz
almaq deyildir, gərək təyəmmüm etsin. Əgər bu həddə çatmasa
amma suyu istifadə etmək onun üçün çətin olsa belə ki, əksər
camaat ona dözə bilmirlərsə, dəstəmazı tərk edib təyəmmüm edə
bilər. Əgər çətinliyə dözüb dəstəmaz alsa dəstəmazı səhihdir.
Əgər sudan istifadə etdiyi zaman ona zərərli olduğunu bilməyib
dəstəmaz alarsa, həqiqətdə isə suyun ona zərəri varsa, dəstəmazı
işkalıdır.
Məsələ 295: Əgər üz və qollarına dəstəmazın səhih olacağı az
bir miqdarda su toxundurmasının zərəri olmazsa və ondan
çoxunun zərəri olarsa, o az miqdar su ilə dəstəmaz almalıdır.
86
DƏSTƏMAZ
13-ci şərt: Dəstəmaz üzvlərində suyun bədənə dəyməsinin
qarşısını alan maneə olmasın.
Məsələ 296: Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını
bilirsə, amma onun suyun yetişməsinə mane olub-olmadığında
şəkk edirsə, onu aradan aparmalı və ya suyu onun altına
çatdırmalıdır.
Məsələ 297: Dırnağın altının çirkli olmasının dəstəmaz üçün
eybi yoxdur; amma əgər dırnaq kəsildiyi zaman, o çirklər suyun
dəriyə çatmasına maneçilik törədərsə, gərək dəstəmaz üçün
onları təmizləsin. Həmçinin əgər dırnaq normadan artıq uzun
olarsa, normadan artığının altındakı çirkləri təmizləmək gərəkdir.
Məsələ 298: Üzdə, qollarda, başın ön hissəsində və ya
ayaqlarının üstündə yanıq və ya başqa bir səbəbdən qabar olarsa,
onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu qabar
deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər
qabarın bir bölümünün dərisi soyulsa belə, suyu soyulmamış
olan qisminin altına çatdırmaq lazım deyil. Amma soyulmuş dəri
bəzən bədənə yapışır, bəzən də qalxırsa, onu qopartmalı və ya
suyu onun altına çatdırmalıdır.
Məsələ 299: Əgər insan, dəstəmaz üzvlərinə bir şey yapışıb-
yapışmamasında şəkk etsə, bu halda onun ehtimalı camaatın
nəzərində yerli ehtimal olsa; məsələn: palçıqla işlədikdən sonra,
palçığın əlinə yapışıb-yapışmamasında şəkk etsə, gərək axtarış
aparsin və ya əlini o qədər sürtsün ki, əminlik hasil olsun ki, olan
halda o təmizlənib və ya olan halda su onun altına çatıb.
Məsələ 300: Yuyulmalı və məsh edilməli yerlərdə hər nə
qədər çirk olarsa, suyun bədən üzvlərinə çatmasına maneçilik
törətməzsə eybi yoxdur. Həmçinin, əgər gəc (təbaşir) və s. iş
nəticəsində əldə qalan ağartı kimi şeylər, suyun bədənin dərisinə
çatmasının qarşısını almasa (eybi yoxdur). Amma onun olması
ilə suyun bədənə çatıb-çatmamasında şəkk etsə, gərək onu
təmizləsin.
İzahlı şəriət hökmləri
87
Məsələ 301: Əgər dəstəmazdan qabaq, dəstəmaz üzvlərinin
bəzisində, suyun üzüvlərə çatmasının qarşısını alan maneə
olduğunu bilib dəstəmazdan sonra, dəstəmaz alan vaxt suyun o
hissələrə çatıb-çatmamasında şəkk etsə, dəstəmazı səhihdir. Bu
şərtlə ki, dəstəmaz aldığı zaman (sözü gedən yerə) suyun
dəyməsində diqqət yetirməsinə ehtimal versin.
Məsələ 302: Əgər dəstəmaz üzvlərinin hər hansı birində bir
maneə olsa ki, bəzi vaxtlar su öz-özünə onun altına çatır, bəzi
vaxtlar isə çatmır və insan dəstəmazdan sonra, suyun onun altına
çatıb-çatmamasında şəkk etsə, bu halda dəstəmaz aldığı vaxt
suyun onun altına çatmasına diqqət yetirməyibsə, ehtiyat-vacib
budur ki, dəstəmazı yenidən alsin.
Məsələ 303: Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun
dəriyə keçməsinin qarşısını alan maneənin olduğunu görsə və
onun dəstəmaz alanda mövcud olduğunu, yoxsa sonradan
meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir. Amma
dəstəmaz alarkən o maneədən agah olmadığını bilirsə, ehtiyat-
vacibə əsasən yenidən dəstəmaz alsın.
Məsələ 304: Əgər dəstəmazdan sonra, suyun dəriyə çatmasına
mane olan bir şeyin dəstəmaz üzvlərində olub-olmamasında şəkk
etsə, dəstəmaz alan zaman o maneəyə diqqət etdiyini ehtimal
versə, dəstəmazı səhihdir.
DƏSTƏMAZIN HÖKMLƏRİ
Məsələ 305: Əgər bir şəxs dəstəmazın işlərində və onun
şərtlərində, məsəlsən, suyun pak olması və onun qəsbi
olmamasında çox şək etsə, əgər vəsvəsə həddinə çatsa, gərək öz
şəkkinə etina etməsin
Məsələ 306: Əgər dəstəmazının batil olub-olmamasında şəkk
etsə, dəstəmazlı olduğunu qəbul etməlidir. Amma sidikdən sonra
istibra etməmiş dəstəmaz alsa və dəstəmazdan sonra ondan
Dostları ilə paylaş: |