82
DƏSTƏMAZ
Məsələ 275: Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin
hovuzunun hamı üçünmü, yoxsa orada namaz qılanlar üçünmü
vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan dəstəmaz ala
bilməz. Amma əgər adətən orada namaz qılmaq istəməyən
şəxslər də o hovuzdan dəstəmaz alırsa, həmin hovuzdan
dəstəmaz ala bilər.
Məsələ 276: Otellərin, karvansaların və buna bənzər yerlərin
hovuzlarından orada yaşamayan şəxslərin dəstəmaz almaları,
ancaq orada yaşamayan şəxslərin də onların suyundan dəstəmaz
aldığı təqdirdə səhihdir.
Məsələ 277: Sahibinin razı olub-olmamasını bilməməsinə
baxmayaraq böyük çaylarda dəstəmaz almağın eybi yoxdur.
Amma onların sahibi dəstəmaz almağı qadağan etsə, yaxud
sahibi kiçik uşağ və ya dəli olsa, ehtiyat-vacibə görə oranın suyu
ilə dəstəmaz almasınlar.
Məsələ 278: Əgər insan suyun qəsb edilmiş olduğunu
unudaraq onunla dəstəmaz alarsa, işkallıdır. Amma suyu özü
qəsb etmiş olan şəxs onun qəsb etmiş olduğunu unudub həmin su
ilə dəstəmaz alarsa, dəstəmazı batildir.
4-cü şərt: Dəstəmazın suyunun qabı da mübah olsun.
5-ci şərt: Dəstəmazın suyunun qabı qızıl və ya gümüş
olmasın.
Məsələ 279: Əgər dəstəmazının suyu qəsbi və ya qızıl və
gümüş qabda olsa və o sudan başqa suyu olmasa, gərək
təyəmmüm etsin, o su ilə dəstəmaz ala bilməz. Əgər başqa suyu
olsa və o su, qəsbi yaxud qızıl və gümüş qabda olsa və o suda
irtiması dəstəmaz alsa, yaxud üzünə və ya əllərinə o qabdan su
töksə, dəstəmazı batildir. Amma ovucu ilə suyu o qabdan
götürüb üzünə və əllərinə töksə, dəstəmazı səhihdir.
Məsələ 280: Bir daşı və ya kərpici qəsbi olan hovuzda
dəstəmaz almaq, camaatın nəzərində o daşlardan və ya kərpicdən
istifadə etmək sayılarsa, irtimasi dəstəmaz kimi, ehtiyat-vacib
İzahlı şəriət hökmləri
83
budur ki, dəstəmaz alınmasın. Əgər istifadə etmək sayılmazsa
adətəndə belədir dəstəmaz almağın heç bir maneəsi yoxdur. Əgər
əli ilə suyu götürüb dəstəmaz üzvlərinə töksə dəstəmaz səhihdir.
Məsələ 281: İmamlardan
(ələyhimus-səlam)
və ya imam
övladlarından birinə aid olan yer əvvəlcədən qəbiristanlıq olub,
sonra orada hovuz düzəldilərsə və ya oradan arx axıdılarsa, insan
o səhnin yerinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu
bilməzsə, onda həmin hovuz və ya arxda dəstəmaz almağın eybi
yoxdur.
6-cı şərt: Dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə
pak olsun.
Məsələ 282: Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu
və ya məsh etdiyi bir yer nəcis olarsa, dəstəmaz səhihdir.
Məsələ 283: Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri
nəcis olsa, dəstəmaz səhihdir. Amma sidik və ya ğaitin məhəllini
yumamışsa, ehtiyat-müstəhəb budur ki, əvvəlcə onu paklasın və
sonra dəstəmaz alsın.
Məsələ 284: Əgər dəstəmaz üzvlərindən biri nəcis olsa və
dəstəmazdan sonra, əvvəldə oranı suya çəkib-çəkməməsində
şəkk etsə, belə bir surətdə dəstəmaz alan zaman o yerin pak,
yaxud nəcis olmasına diqqət etməyibsə, ehtiyat-vacibə əsasən
dəstəmazı batildir. Amma diqqət etdiyini bilirsə və ya diqqət
edib-etməməsində şəkk edirsə, dəsatəmaz səhihdir. Hər halda
nəcis olan yeri gərək suya çəksin.
Məsələ
285:
Üzündə
və
ya qollarında qanaxması
dayanmayan, suyun zərər vermədiyi bir kəsik yer və ya yara
olarsa, gərək ardıcıllıqla o üzvün sağlam yerlərini yuduqdan
sonra kəsik və ya yara olan yeri kürr və ya axar suya salıb qanı
kəsilincəyə qədər sıxmalı və onun üzərindən su axması üçün
suyun altında yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və ya
kəsiyi sıxmalıdır. Belə alınan dəstəmaz səhihdir.
84
DƏSTƏMAZ
7-ci şərt: Namaz və ya dəstəmaz üçün kifayət qədər vaxt
olsun.
Məsələ 286: Dəstəmaz alacığı halda namazın hamısı və ya bir
hissəsi öz vaxtından sonraya qalacaq qədər vaxt az olarsa, gərək
təyəmmüm etsin. Amma dəstəmaz və ya təyəmmümün hər biri
üçün eyni qədər vaxt olarsa, gərək dəstəmaz alsın.
Məsələ 287: Vaxtın azlığına görə təyəmmüm etməli olan
şəxs, əgər qürbət niyyəti ilə və ya Quran oxumaq kimi bir
müstəhəb iş üçün dəstəmaz alsa, səhihdir. Əgər bilərəkdən o
namazı qılmaq üçün, dəstəmaz alsa dəstəmazı batildir.
8-ci şərt: Dəstəmazı qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbinin
əmrlərini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma
sərinlənmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.
Məsələ 288: Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya
qəlbindən keçirməsi lazım deyil. Dəstəmazın bütün əməllərini
Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir.
9-cu şərt: Dəstəmazı qeyd olunan ardıcıllıqla yerinə yetirsin.
Yəni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yusun.
Ondan sonra başına, sonra isə ayaqlarına məsh etsin. Əgər bu
tərtiblə alınmasa, batildir.
10-cu şərt: Dəstəmazın işlərini fasiləsiz olaraq yerinə yetirsin.
Məsələ 289: Əgər dəstəmazın işləri arasında çoxlu fasilə
düşsə, belə ki, bir yeri yuyub, yaxud məsh etdikdə, ondan
əvvəlki yerin və ya məshin rütubəti qurusa, dəstəmaz batildir.
Əgər bir üzvü yumaq istəyəndə, ondan əvvəl yuduğu və ya məsh
etdiyi yerin rütubəti qurumuş olsa; məsələn: sol əli yumaq
istəyəndə sağ əli qurusa, amma üzü yaş olsa, dəstamazı səhihdir.
Məsələ 290: Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə
yetirdiyi halda havanın istiliyi, bədənin hərarətinin çox olması və
buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi
quruyarsa, dəstəmaz səhihdir.
Dostları ilə paylaş: |