T.Ş. Salavatov, M.Ə. Dadaş-zadə, X.İ. Dadaş-zadə “ yeralti hidravliKA” fənnindən dərs vəsaiti


FƏSİL 9. QEYRİ-NYUTON MAYELƏRİN MƏSAMƏLİ MÜHİTDƏ SÜZÜLMƏİ



Yüklə 0,58 Mb.
səhifə28/35
tarix18.01.2022
ölçüsü0,58 Mb.
#82948
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
C fakepathYeralt hidravl ka (d rs v saiti) (1)

FƏSİL 9. QEYRİ-NYUTON MAYELƏRİN MƏSAMƏLİ MÜHİTDƏ SÜZÜLMƏİ

9.1. Qeyri-Nyuton mayelərin əsas reoloji parametləri və onların təyin edilmə üsulları

Nyuton mayeləri üçün surət qradienti ( ilə toxunan gərginlik ( arasında xətti asılılıq aşağıdakı kimi ifadə olnur:



(9.1)

Burada -maye hissəciyinin koordinatı ilə təyin edilən nöqtəsinin sürəti; µ-mayenin özlülüyldür.

Toxunan gərginlik ilə sürət qradienti arasındakı (9.1) şərtini ödəməyən mayeyə qeyri-Nyuton və ya anomal maye deyilir. Belə mayelər üçün bu asılılıq qeyri-xətti olur.

Şək.9. Nyuton və qeyri-Nyuton mayelər üçün asılılıq.

Sürət qradientinin artması ilə mayenin özlülüyü azalırsa, belə qeyri-Nyuton mayesi pzevdoplastik maye ( şək.9.1-də 1 və 2 əyriləri)adlanır. Əksinə,sürət qradienti artdıqca mayenin özlülüyü də artarsa, belə qeyri-Nyuton maye dilatant maye (4 əyrisi) adlanır. Mayenin özlülüyü sürət qradientindən asılı olmadıqda isə maye (3 əyrisi) Nyuton mayesi sayılır.

Psevdoplastik qrupa daxil olan qeyri-Nyuton mayesinin hərəkətini öyrənmək üçün sadə reoloji modellərdən geniş istifadə olunur:



  1. özlü-plastik maye modeli (Binqam-Şvedov)

(9.2)



  1. üstlü funksiya ilə ifadə olunan model

(9.3)

  1. ümumiləşdirilmiş Kessan modeli

(9.4)

Burada: -başlanğıc sürüşmə gərginliyi; µ-struktur özlülük; konsistensiya göstəricisi; -mayenin qeyri-Nyuton təbiətinin göstəricisi ( müsbət ədədlər olub,reoloji əyrinin və koordinatlarında xəttiləşdirmək şərtindən seçilir.

Dilatant mayelərin hərəkətini öyrənmək üçün (9.3) ifadəsindən istifadə edilir.Bu halda olur.

(9.2) ÷ (9.4) asılılıqlarına daxil olan sabit kəmiyyətlə , µ , reoloji parametrlər adlanır. Bu reoloji parametrləri tapmaq üçün kapillyar və rotasion viskozimetrlərdən istifadə olunur.Tədqiqat nəticəsində reoloji əyri qurulur və yuxarıda adı çəkilən modellərdən birinə uyğun olaraq reoloji parametrlər təyin edilir.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə