T.Ş. Salavatov, M.Ə. Dadaş-zadə, X.İ. Dadaş-zadə “ yeralti hidravliKA” fənnindən dərs vəsaiti



Yüklə 0,58 Mb.
səhifə7/35
tarix18.01.2022
ölçüsü0,58 Mb.
#82948
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   35
C fakepathYeralt hidravl ka (d rs v saiti) (1)

1.4. Keçiricilik

Məsaməli mühitin quruluşundan asılı olub, müəyyən təzyiqlər fərqində onun özündən maye və qaz buraxma qabiliyyətini xarakterizə edən parametrə keçiricilik deyilir, k – keçiricilik əmsalı ilə xarakterizə olunur. Keçiricilik lay süxurlarında neft və qazın quyuya hərəkətini təcəssüm etdirən mühüm parametrdir. Bütün süxurlar keçiricilik qabiliyyətinə malikdir. Lakin bəzi süxurlara ( gil,dolomit və s. ) çox kiçik keçiricikli süxurlar kimi baxmaq olar.

Beynəlxalq vahidlər sistemində keçiricilik vahidi olaraq 1 qəbul edilir. 1 keçiricilik elə süxur nümuhəsinin keçiriciliyinə deyilir ki, onun en kəsik sahəsi 1 , uzunluğu 1 m olduqda özündən 1 təzyiqlər fərqində saniyədə özlülüyü 1 maye buraxsın.

Süxurların keçiriciliyini öyrənərkən daha əlverişli ölçü vahidi kimi darsidən istifadə edilir.



  1. darsi = 1,02 = 1,02

darsinin mində bir hissəsinə millidarsi deyilir.

1 mdarsi = darsi

Neft və qaz yataqlarında süxurların keçiriciliyi bir neçə millidarsidən darsiyədək ola bilər.

Süxurun keçiriciliyi onun fiziki xassələrindən başqa məsamələrdəki maye və qazların fiziki və fiziki-kimyəvi xüsusiyyətlərindən ,maye və qaz arasında gedən qarşılıqlı təsirlərdən də asılıdır. Müxtəlif cinsli mayelər üçün layın keçiriciliyi faza və ya effektiv keçiricilik ilə xarakterizə edilir.

Məsamə kanallarının hər hansı maye və qaz fazası yerləşən hissəsinin keçiriciliyi effektiv keçiricilik adlanır. Effektiv keçiricilik süxurun fiziki, maye və qazın fiziki-kimyəvi və onların məsamələrdəki hərəkət xüsusiyyətlərini xarakterizə edir.

Effektiv keçiricilikdən başqa mütləq keçiricilik və nisbi keçiricilik anlayışları da vardır.


Mütləq keçiricilik – süxurun özündən qaz keçirmə qabiliyyətinə deyilir.

Effektiv keçiriciliyin mütləq keçiriciliyə olan nisbətinə nisbi keçiricilik deyilir.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə