T.Ş. Salavatov, M.Ə. Dadaş-zadə, X.İ. Dadaş-zadə “ yeralti hidravliKA” fənnindən dərs vəsaiti


FƏSİL 1. MƏSAMƏLİ MÜHİTDƏ SÜZÜLMƏ



Yüklə 0,58 Mb.
səhifə4/35
tarix18.01.2022
ölçüsü0,58 Mb.
#82948
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   35
C fakepathYeralt hidravl ka (d rs v saiti) (1)

FƏSİL 1. MƏSAMƏLİ MÜHİTDƏ SÜZÜLMƏ

1.1.Məsaməlik

Hər bir bərk cismin bərk maddə ilə tutulmamış boşluqları olur ki, bu da məsaməlik adlanır. Neft layının səciyyəsini müəyyən edən başlıca amillərdən biri də məsaməlikdir. Neftli layın məsaməliyi onun daxilində yerləşə biləcək mayenin miqdarını müəyyən edir. Layların məsaməlikləri nə qədər böyük olarsa, onlarda yerləşən neft və qazların miqdarı və yeraltı ehtiyatları da bir o qədər çox olar.

Süxurun məsaməliyi onun quruluşunda iştirak edən bütün boşluqların cəmindən ibarətdir , məsaməlik və aralıq əmsalları ilə təyin edilir, faizlə ölçülür .

Bütün məsamələrin həcminin süxurun həcminə olan nisbətinə məsaməlilik əmsalı deyilir və aşağıdakı kimi tapılır.



(1.1)

Burada m - məsaməlik əmsalı;

V – süxurda olan məsamələrin həcmi;

Vs – bütün süxur parçasının həcmidir.

Aralıq əmsalı isə, hərəkət istiqamətinə normal olan süxurun en kəsiyində məsamələrin sahəsinin süxurun sahəsinə olan nisbətinə deyilir.



(1.2)

Burada aralıq əmsalı, süxurun sahəsi , məsamələrin sahəsidir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə