Turizm sah?sind? biznesin t?skili pdf



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə116/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   ...   113   114   115   116   117   118   119   120   121
turizm-sahasinda-biznesin-taskili

8Œ1ā23Œ8ā(Œā
3
124


ictimai qruplarla - məsuliyyətli vətəndaş 
olmaq və vətəndaş cəmiyyətinin təşəkkülünə 
yardım etmək. Buraya mədəni dəyərlərin 
inkişaf etdirilməsi və vətəndaş qurumlarının 
möhkəmləndirilməsi üzrə fəaliyyətin 
dəstəklənməsini aid etmək olar. 
İşgüzar etiketin qızıl qaydaları
İş görüşlərində gözəl davranışlar mütləqdir.
Necə salamlaşmaq lazımdır
* Məkana daxil olarkən, ilk olaraq siz salamlaşın. Yanına gəldiyiniz adamın yanında başqa insanlar 
varsa, baş endirərək salamlaşmaq kifayətdir. Daha sonra sizi dəvət edən şəxslə əl sıxışın.
* Kimisə salamlayarkən, rəsmi “Salamla” kifayətlənməyin. Həmsöhbətinizin adını çəkin.
* Tanışlıq zamanı təqdim edilərkən və ya özünüz özünüzü təqdim edərkən əlinizi uzatmağa 
tələsməyin. Təqdim edildiyiniz şəxs bunu ilk etməlidir. Rəsmi görüşdə xanımın əlini öpmək lazım 
deyil.
* Oturmusunuzsa, salamlaşarkən, vəziyyətə uyğundursa qalxın.
Əli necə sıxmaq lazımdır
* Bir qrup insana yaxışlaşmısınız və bir insanla görüşmüsünüzsə, digərlərinin də əlini sıxmaq 
lazımdır. 
* Kandardan, stoldan və ya aranızda oturan başqa adamın başı üstündən əl sıxmaq lazım deyil.
* İkinci əlinizi cibinizdə saxlayaraq, həmsöhbətinizin əlini sıxmayın. İlk olaraq, əlini həmişə rəhbər 
şəxs uzadır.
* İki əllə əl sıxmaq məqbul deyil, çünki bu, insanlarla daha yaxın münasibətlərin nümayişi üçün 
nəzərdə tutulub.
Necə tanış olmaq lazımdır
* Ətrafda tanış olmayan adamlar varsa, utanmaq lazım deyil: cəsarətlə özünüzü təqdim edin və sizi 
kiminsə tanış etməyini gözləməyin.
* İş görüşündə tanışlıq zamanı (konfransa, qəbulda) öz nailiyyətləriniz barədə dərhal danışmayın. 
Nə ilə məşğul olduğunuzu və görüş və ya tədbirə niyə gəldiyinizi qeyd etməyiniz kifayətdir.
* Sizi kimisə təqdim edərkən, onun adını yadda saxlamağa fikrinizi yönəldin və söhbət zamanı tez-tez 
ona adı ilə müraciət edin. Həmsöhbətin adını unutsanız, vəziyyəti yumşaltmağa çalışın və soruşun: 
“Üzr istəyirəm, mən son zamanlar bir az unutqan olmuşam, adınızı yadıma sal bilərdinizmi?”

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə