KURMANJAN DATKA (1811-1907)
Tarixin, nəticədə millətinin qəhrəman
simasına çevrilmiş ictimai xadim qadınları az
deyildir. Lakin güman ki, ötmüş inişilki əsrin
şərqli qadınlarının içərisində ən parlaq və
koloritli səxsiyyəti – xalq arasında Alay çariçası
adlandırılan, qeyri-adi başçı xanım Kurmanjan
datka Mamatbəy qızıdır. Siyasi meydanda
nəzərəçarpacaq iz qoymuş bu qadının ismi öz
xalqının tarixindən ayrı çəkilmir. O, Alayın əsil
çariçası, hökmdarı olmuşdur. Kurmanjan datka
təkcə qırğız qadınlarının ən yaxşı cəhətlərini
deyil, həm də digər şərqli qadınların dərrakəsini,
fədakarlığını, alicənablığını özündə təcəssüm
etdirən millət anası kimidir. O, amirliyinin 50
ili dövründə öz xalqının parçalanmasının və
təcridatının əleyhinə israrla mübarizə apararaq
millətini birləşdirməyə çalışmışdı ki, bununla
müasirlərinin hörmət-izzətini qazanmışdı.
Gəncliyində, çar rejimi zamanı onun cəsarəti
hamını heyrətə gətirmişdi – mənfur ərinin əlindən
qurtulub sevgilisi Alımbəyin yanına qaçır və
29 il onunla sevgi və razılıq şəraitində yaşayır.
Bütün həyatı boyu ərinə nəinki sadiq həyat yoldaşı,
eləcə də köməkçi olur. Alay qırğızlarının çariçası
vəzifəsini isə ərinin ölümündən sonraöhdəsinə
götürür. Xainlər ərini öldürəndə, Kokand xanı
Xudayar, Buxara əmirinin himayəsi ilə ona fəxri
“datka” rütbəsi vermişdi.
Çar Rusiyasının hakimiyyəti Kurmanjan datkanı
qəbul edir və Buxara əmiri, Kokand xanı, Türküstan
vilayətinin general-qubernatoru və ya Finlandiyanın
yeganə marşalı Karl Mannergeynə bərabər tutaraq
dərrakəsinə, uğurlu diplomat cəsarətinə görə qadına
hörmət bəsləyirdi. Finlandiyanın gələcək prezidenti
marşal Mannergeyn sonralar 96 yaşlı çariçanı heyran
və təəccüblə xatırlayırdı: “O, nəvəsinin köməyi ilə
asanlıqla atlandı, yəhərində oturmağından bilinirdi
ki, at çapmaq onun üçün adicə bir işdir”. Qırğız
xalqının mərd qızı ölkəsinin azadlığı və müstəqilliyi
uğrunda mətanətlə çıxış edirdi. Uzun, çətin və eyni
zamanda xoşbəxt həyat sürməklə (96 il) datka
həqiqətən də bizim milli fəxrimizə çevrildi. 2011-
ci il respublikamızda rəsmən Kurmanjan datkanın
200-illik yubileyi elan edildi.
228
JENIJOK (1860-1916)
Jenijok təxəllüslü dahi akın Koko uulu
Toto Talas vadisi, Qızıl-Küngəy ailində anadan
olmuşdur. Onun ilk müəllimi həmin dövrün
məşhur müğənni-bədiyyəçisi Nurmoldo olmuşdur.
Jenijok öz təxəllüsünü həmişə sadə qolsuz geyimdə
olduğuna və xalq qarşısında məhz bu qiyafədə
mahnılarını komuzda müşayiət edərək ifa etdiyinə
görə almışdı.
İllər sonra Jenijok məşhur akın-bədiyyəçiyə
çevrildi. O, əsasən, lakonik formada ədalət
və xeyirxahlığa səsləyən, xalq müdrikliyinin
və ənənələrinin əsasında dəqiq düşünülmüş
nəsihətlərdən, kəlamlardan, öyüdlərdən ibarət
mahnı-çağırışlar oxuyurdu.
Jenijok həmin dövrün digər çağdaş akınlarından
fərqli olaraq, savad almışdı və öz əsərlərini yazıya
köçürən yeganə şəxs idi. Yazılı olduğuna görə
bu günümüzə qədər gəlib çatmış fəlsəfi “Axan
su” mahnısı daima yenilənən təbiətdən və suyun
tükənməyən sirli xüsusiyyətlərindən bəhs edir:
Qara dağlar bətnindən
Bir su axır tökülür.
Həm bizə, həm torpağa,
Axar sular tökülür...
On səkkiz min aləmi
Qidalandıran sudur.
Yeni həyatı usanmadan
Axtarıb tapan sudur.
Vadidə firavanlıq və həyat
Doğuran sudur...
Sular axır, illər keçir, amma əsil istedadların
ismi-şərifləri əsrlər boyu qalır.
229
TOQOLOK MOLDO (1860-1942)
Xalq akını Toqolok Moldo – qırğız xalqının ilk
maarifpərvərlərindən biridir. O, 14 yaşından şeir,
rəvayətlər yazmağa başlamışdı, “Manas” eposunu
yaxşı bilirdi və xalq arasında yaxşı manasçı kimi
tanınmışdı. Əsil humanist, təmsilçi kimi “qırğız
Krılovu” adlandırılması təsadüfi deyildir. Satira
onun güclü silahı idi. Öz şeirlərində xalqının ümid və
ağrılarını təsvir edir, onu xoşbəxt görmək istəyirdi.
O həmişə qəlbinin dərinliklərində dərk edirdi
ki, avamlıqla yalnız mənəvi vasitə ilə mübarizə
aparmaq olar. Çar rejiminin azğın və özbaşına üsuli-
idarəsinin əsarətinə rəğmən, o, qəlbən sadə xalqın
tərəfində duraraq yalnız həqiqətə qulluq edirdi.
Toqolok Moldonun koşoklarının qəhrəmanları,
əsasən, zəhmətkeş xalqın nümayəndələri olmuşdur.
T.Moldo hələ ötən əsrin əvvəllərində Ala-Too
dağlarının gözəlliyinə həsr etdiyi gözəl poemasını
yazdı. Bu poemanı oxuyarkən anlayırsan ki,
müəllif hər qırğızıstanlının fikrini şeir halında ifadə
etmişdir.
Ala-Too yüksəkdədir bizdə,
Yaxşı otlaqlar yox savayı.
Çatır-Göl – rəngi firuzə,
Ak-Say daha lacivərdi.
Kənarda daşlar gedər yallı.
Həmin dağlar sakinidir,
Ta qədimdən qırğız xalqı.
Toqolok Moldonun adı hər bir qırğızın
yaddaşına uşaqlıqadan həkk olunmuşdur və bu
səbəbdəndir ki, dahi aşıq haqqında xatirələr həmişə
xalqın qəlbində yaşayacaqdır.
230
TOKTOQUL SATILQANOV (1864-1933)
Toktoqul – məşhur akın və bəstəkardır. Onun
həyatı, yaradıcılığı, mahnıları – qırğız xalqının
bioqrafiyasınin bir hissəsidir. Onun beytləri ədəbi
yaradıcılığının leytmotivinə çevrilmişdir:
Göylərdən təb almısansa,
Həqiqətə qulluq eylə, ey akın!
Toktoqul həqiqi xalq şairi kimi sadə adamlar,
onların rəşadəti, ədaləti, ayrı-ayrı hökmdarların
əliəyriliyi və amansızlığı haqqında yaradardı.
Bəzən digər akınlarla deyişməyə çıxardı. Qırğız
xalqının ən yaxşı ənənələrini özündə daşıyaraq
onları inkişaf etdirməyə çalışırdı. Toktoqulu 1898-
ci ildə saxta ittihamla həbs etdilər. Əvvəlcə, ona
ölüm hökmü kəsildi, sonra hökm Sibirə 10 illik
sürgünlə əvəzləndi. İki dəfə digər katorqaçılarla
qaçmaq istəmişdi. Həbsxanada ona oxumağı qəti
qadağan eləmişdilər. İllər sonra yazırdı ki, sanki
“qanadlarımı kəsmişdilər”. Yalnız 12 ildən sonra
Toktoqul doğmaları və yaxınlarının onu gözlədikləri
Vətənə qayıtmışdı. Əzmi qırılmayan Toktoqul əmək,
xoşbəxtlik və azadlığın qüdrəti haqqında oxumaqda
davam etdi.
Həyat, sən gələndə
Bədirlənmiş ay kimisən.
Həyat, sən gedəndə,
Qurumuş çay kimisən.
At yorulub geriləməsə,
Cavan bilməz, qocalıq nədir!
Hərgah həyat üçün gəlmişiksə,
Ölməyəydik, əbədi yaşayaydıq!
Bəlkə də çar rejimindən ən çox əziyyət çəkən o
olmuşdu, lakin cəsur akın və şairin güclü iradəsini
heç nə sındırmamışdı. İstənilən müsabiqədən qalib
çıxdığına görə onu “Ak Tanday” çağırırdılar, bu da
“gümüşsəs” mənasını verir. O, Kalık, Alımkul və
Korqol kimi şagirdlər pleyadası yetişdirdi ki, akınlar
sonradan Toktoqul onların müəllimi olduqlarına
görə qürur hissi duyurdular. Hətta ağır sınaq illəri də
bu insanı sındırmadı, əksinə, bərkitdi.
Bu gün Bişkekin mərkəzində Toktoqula abidə
var. Adına küçə salınmışdır, ismi respublikamızın
ən böyük və məşhur SES-inə verilmişdir. Sanki
o heç zaman bizi tərk etməmiş, daima yanımızda
olmuşdur.
231
Dostları ilə paylaş: |