Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə88/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   84   85   86   87   88   89   90   91   ...   111

KURMANJAN DATKA (1811-1907)
Tarixin,  nəticədə  millətinin  qəhrəman 
simasına  çevrilmiş  ictimai  xadim  qadınları  az 
deyildir.  Lakin  güman  ki,  ötmüş  inişilki  əsrin 
şərqli  qadınlarının  içərisində  ən  parlaq  və 
koloritli səxsiyyəti – xalq arasında Alay çariçası 
adlandırılan,  qeyri-adi  başçı  xanım  Kurmanjan 
datka  Mamatbəy  qızıdır.  Siyasi  meydanda 
nəzərəçarpacaq  iz  qoymuş  bu  qadının  ismi  öz 
xalqının  tarixindən  ayrı  çəkilmir.  O, Alayın  əsil 
çariçası,  hökmdarı  olmuşdur.  Kurmanjan  datka 
təkcə  qırğız  qadınlarının  ən  yaxşı  cəhətlərini 
deyil, həm də digər şərqli qadınların dərrakəsini, 
fədakarlığını,  alicənablığını  özündə  təcəssüm 
etdirən  millət  anası  kimidir.  O,  amirliyinin  50 
ili  dövründə  öz  xalqının  parçalanmasının  və 
təcridatının  əleyhinə  israrla  mübarizə  apararaq 
millətini  birləşdirməyə  çalışmışdı  ki,  bununla 
müasirlərinin hörmət-izzətini qazanmışdı.
Gəncliyində, çar rejimi zamanı onun cəsarəti 
hamını heyrətə gətirmişdi – mənfur ərinin əlindən 
qurtulub  sevgilisi  Alımbəyin  yanına  qaçır  və 
29  il  onunla  sevgi  və  razılıq  şəraitində  yaşayır. 
Bütün həyatı boyu ərinə nəinki sadiq həyat yoldaşı, 
eləcə  də  köməkçi  olur. Alay  qırğızlarının  çariçası 
vəzifəsini  isə  ərinin  ölümündən  sonraöhdəsinə 
götürür.  Xainlər  ərini  öldürəndə,  Kokand  xanı 
Xudayar,  Buxara  əmirinin  himayəsi  ilə  ona  fəxri 
“datka” rütbəsi vermişdi. 
Çar Rusiyasının hakimiyyəti Kurmanjan datkanı 
qəbul edir və Buxara əmiri, Kokand xanı, Türküstan 
vilayətinin general-qubernatoru və ya Finlandiyanın 
yeganə marşalı Karl Mannergeynə bərabər tutaraq 
dərrakəsinə, uğurlu diplomat cəsarətinə görə qadına 
hörmət bəsləyirdi. Finlandiyanın gələcək prezidenti 
marşal Mannergeyn sonralar 96 yaşlı çariçanı heyran 
və təəccüblə xatırlayırdı: “O, nəvəsinin köməyi ilə 
asanlıqla atlandı, yəhərində oturmağından bilinirdi 
ki,  at  çapmaq  onun  üçün  adicə  bir  işdir”.  Qırğız 
xalqının mərd qızı ölkəsinin azadlığı və müstəqilliyi 
uğrunda mətanətlə çıxış edirdi. Uzun, çətin və eyni 
zamanda  xoşbəxt  həyat  sürməklə  (96  il)  datka 
həqiqətən də bizim milli fəxrimizə çevrildi. 2011-
ci il respublikamızda rəsmən Kurmanjan datkanın 
200-illik yubileyi elan edildi. 
228


JENIJOK (1860-1916)
Jenijok  təxəllüslü  dahi  akın  Koko  uulu 
Toto  Talas  vadisi,  Qızıl-Küngəy  ailində  anadan 
olmuşdur.  Onun  ilk  müəllimi  həmin  dövrün 
məşhur müğənni-bədiyyəçisi Nurmoldo olmuşdur. 
Jenijok öz təxəllüsünü həmişə sadə qolsuz geyimdə 
olduğuna  və  xalq  qarşısında  məhz  bu  qiyafədə 
mahnılarını komuzda müşayiət edərək ifa etdiyinə 
görə almışdı. 
İllər  sonra  Jenijok  məşhur  akın-bədiyyəçiyə 
çevrildi.  O,  əsasən,  lakonik  formada  ədalət 
və  xeyirxahlığa  səsləyən,  xalq  müdrikliyinin 
və  ənənələrinin  əsasında  dəqiq  düşünülmüş 
nəsihətlərdən,  kəlamlardan,  öyüdlərdən  ibarət 
mahnı-çağırışlar oxuyurdu. 
Jenijok həmin dövrün digər çağdaş akınlarından 
fərqli olaraq, savad almışdı və öz əsərlərini yazıya 
köçürən  yeganə  şəxs  idi.    Yazılı  olduğuna  görə 
bu  günümüzə  qədər  gəlib  çatmış  fəlsəfi  “Axan 
su”  mahnısı  daima  yenilənən  təbiətdən  və  suyun 
tükənməyən sirli xüsusiyyətlərindən bəhs edir:
Qara dağlar bətnindən
Bir su axır tökülür. 
Həm bizə, həm torpağa,  
Axar sular tökülür...
On səkkiz min aləmi
Qidalandıran sudur. 
Yeni həyatı usanmadan
Axtarıb tapan sudur.
Vadidə firavanlıq və həyat
Doğuran sudur...
Sular axır, illər keçir, amma əsil istedadların 
ismi-şərifləri əsrlər boyu qalır. 
229


TOQOLOK MOLDO (1860-1942)
Xalq akını Toqolok Moldo – qırğız xalqının ilk 
maarifpərvərlərindən  biridir.  O,  14  yaşından  şeir, 
rəvayətlər yazmağa başlamışdı, “Manas” eposunu 
yaxşı bilirdi və xalq arasında yaxşı manasçı kimi 
tanınmışdı.  Əsil  humanist,  təmsilçi  kimi  “qırğız 
Krılovu”  adlandırılması  təsadüfi  deyildir.  Satira 
onun güclü silahı idi. Öz şeirlərində xalqının ümid və 
ağrılarını təsvir edir, onu xoşbəxt görmək istəyirdi. 
O  həmişə  qəlbinin  dərinliklərində  dərk  edirdi 
ki,  avamlıqla  yalnız  mənəvi  vasitə  ilə  mübarizə 
aparmaq olar. Çar rejiminin azğın və özbaşına üsuli-
idarəsinin əsarətinə rəğmən, o, qəlbən sadə xalqın 
tərəfində  duraraq  yalnız  həqiqətə  qulluq  edirdi. 
Toqolok  Moldonun  koşoklarının  qəhrəmanları, 
əsasən, zəhmətkeş xalqın nümayəndələri olmuşdur. 
T.Moldo hələ ötən əsrin əvvəllərində Ala-Too 
dağlarının gözəlliyinə həsr etdiyi gözəl poemasını 
yazdı.  Bu  poemanı  oxuyarkən  anlayırsan  ki, 
müəllif hər qırğızıstanlının fikrini şeir halında ifadə 
etmişdir.
 Ala-Too yüksəkdədir bizdə,
 Yaxşı otlaqlar yox savayı.
Çatır-Göl – rəngi firuzə,
Ak-Say daha lacivərdi. 
Kənarda daşlar gedər yallı.
Həmin dağlar sakinidir,
Ta qədimdən qırğız xalqı.
Toqolok  Moldonun  adı  hər  bir  qırğızın 
yaddaşına  uşaqlıqadan  həkk  olunmuşdur  və  bu 
səbəbdəndir ki, dahi aşıq haqqında xatirələr həmişə 
xalqın qəlbində yaşayacaqdır. 
230


TOKTOQUL SATILQANOV (1864-1933) 
Toktoqul  –  məşhur  akın  və  bəstəkardır.  Onun 
həyatı,  yaradıcılığı,  mahnıları  –  qırğız  xalqının 
bioqrafiyasınin  bir  hissəsidir.  Onun  beytləri  ədəbi 
yaradıcılığının leytmotivinə çevrilmişdir: 
Göylərdən təb almısansa,
Həqiqətə qulluq eylə, ey akın! 
Toktoqul  həqiqi  xalq  şairi  kimi  sadə  adamlar, 
onların  rəşadəti,  ədaləti,  ayrı-ayrı  hökmdarların 
əliəyriliyi  və  amansızlığı  haqqında  yaradardı. 
Bəzən  digər  akınlarla  deyişməyə  çıxardı.  Qırğız 
xalqının  ən  yaxşı  ənənələrini  özündə  daşıyaraq 
onları inkişaf etdirməyə çalışırdı. Toktoqulu 1898-
ci  ildə  saxta  ittihamla  həbs  etdilər.  Əvvəlcə,  ona 
ölüm  hökmü  kəsildi,  sonra  hökm  Sibirə  10  illik 
sürgünlə  əvəzləndi.  İki  dəfə  digər  katorqaçılarla 
qaçmaq  istəmişdi.  Həbsxanada  ona  oxumağı  qəti 
qadağan  eləmişdilər.  İllər  sonra  yazırdı  ki,  sanki 
“qanadlarımı  kəsmişdilər”.  Yalnız  12  ildən  sonra 
Toktoqul doğmaları və yaxınlarının onu gözlədikləri 
Vətənə qayıtmışdı. Əzmi qırılmayan Toktoqul əmək, 
xoşbəxtlik və azadlığın qüdrəti haqqında oxumaqda 
davam etdi. 
Həyat, sən gələndə
Bədirlənmiş ay kimisən. 
Həyat, sən gedəndə,
Qurumuş çay kimisən.
At yorulub geriləməsə,  
Cavan bilməz, qocalıq nədir!
Hərgah həyat üçün gəlmişiksə,
Ölməyəydik, əbədi yaşayaydıq!  
Bəlkə də çar rejimindən ən çox əziyyət çəkən o 
olmuşdu, lakin cəsur akın və şairin güclü iradəsini 
heç nə sındırmamışdı. İstənilən müsabiqədən qalib 
çıxdığına görə onu “Ak Tanday” çağırırdılar, bu da 
“gümüşsəs”  mənasını  verir.  O,  Kalık, Alımkul  və 
Korqol kimi şagirdlər pleyadası yetişdirdi ki, akınlar 
sonradan  Toktoqul  onların  müəllimi  olduqlarına 
görə qürur hissi duyurdular. Hətta ağır sınaq illəri də 
bu insanı sındırmadı, əksinə, bərkitdi.
Bu  gün  Bişkekin  mərkəzində Toktoqula  abidə 
var. Adına  küçə  salınmışdır,  ismi  respublikamızın 
ən  böyük  və  məşhur  SES-inə  verilmişdir.  Sanki 
o  heç  zaman  bizi  tərk  etməmiş,  daima  yanımızda 
olmuşdur. 
231


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə