Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə87/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   83   84   85   86   87   88   89   90   ...   111

JUSUP BALASAQUNI (1018-1070)
Jusup  Balasaquni  insan  ruhunun  müdrik 
bilicisi,  feyləsuf,  alim-ensiklopediyaçı,  ərəb  və 
fars nəzminin incəliklərinə, habelə türk folkloruna 
bələd  görkəmli  şair  olmuşdur.  İndiki  Tokmok 
şəhərinin  yaxınlığında,  Çu  çayının  sahilindəki 
Balasaqun  şəhərində  anadan  olmuşdur.  13 
min  sətirdən  ibarət  “Kutadqu  biliq”  (“Nemətli 
bilik”)  poemasını  yazmış  və  orada  əski  şərq 
pedaqogikasının prinsiplərini parlaq nəzmdə izhar 
etmişdir.  O  prinsiplər  elə  bu  gün  də  uşaqların 
tərbiyəsində etibarlı orientir ola bilər – mahiyyətləri 
əsrlərlə sınanmışdır:
Bax ki, qalmasın oğlun işsiz, –  
Bikarların bütün ömrü dəyərsizdir, dəyərsiz.
Uşaqlara qarşı əgər insan sərt olsa,
Cürəti olmaz kimsənin onları lağa qoymağa.
“Bu kitabın əsası”, – Balasaquni yazır, – “bir 
neçə  sönməz  tinətdir:  birincisi  –  ədalət,  ikincisi 
–  saədət,  üçüncü  –  dərrakə,  dördüncü  –  qeyri-
tələbkarlıq”.  
Amirə saysız ərmağanlar verilir 
Mənimki — “Nemətlli bilik” məcəlləsidir. 
Nə yığsan, toplasan, gəldi-gedərdir,
Yazının nuru çox, heç vaxt azalmaz! 
Həqiqətən, doqquz əsr onun əsərinin üzərində 
amir ola bilmədi. Bununla bahəm, “Nemətli bilik”, 
hər  şeydən  əlavə,  ötüb-keçməyən  estetik  dəyərə 
malik,  vaqiən  dünya  mədəniyyəti  xəzinəsinin  bir 
dürrü,  ruhlanmış şairanə əsərdir.  Bu,  fikirlərin və 
husslərin xəlitəsi, yaşantı və fəlsəfi əxlaq dərsi, daha 
səhihi isə hər şəxs üçün cinsindən, milliyyətindən 
və  etiqadından  asılı  olmayaraq,  özünəməxsus 
mənəvi məcəllədir. Xülasə, bu poemanı müdriklik 
kitabı  adlandırmaq  olar.  Belə  miqyaslı  əsər  min 
ildən bir peyda olur, bəlkə də bəşəriyyət tarixində 
yeganə haldır.
225


MAHMUD BARSKANI (KAŞĞARI) (1038-...) 
Mahmud Kaşğari türk dilinin özülünü qoyan 
və türkdilli xalqların mənəvi dünyasının ən parlaq 
nümayəndələrindən  biridir.  Linqvist,  türkoloq, 
müxtəlif şəhərlər, düzənliklər və dağları gəzmiş, 
İssık-Kul gölü və dünyanın paytaxtı adlandırdığı 
Barskan  şəhərinin,  Qırğızıstanın  uca  dağlarının 
səhih  qeyd  olunduğu  Yer  kürəsinin  və  Mərkəzi 
Asiyanın  ilk  çoxrəngli  coğrafi  xəritəsini  tərtib 
etmiş  xəritəçəkən.  Onun  xəritəsi  qədim  xalqlar, 
şəhərlər və dövlətlər barədə çox yeni məlumatlar 
vermişdir.  Xəritə  mirasının  informasiyaları  öz 
unikallığı  ilə  Avropadan  olan  bir  çox  alimləri 
heyrətləndirmişdir.  Mahmud  Kaşğari  özünün 
əsas  yaratdığını  –  “Divan-i-Lüğəti-Türk” 
lüğətini  –  nəsillərə  miras  ötürmüşdür.  “Divan-
i-Lüğəti-Türk”  lüğətinin  nəinki  türk  xalqları, 
eləcə  də  bütün  bəşəriyyət  üçün  böyük  dəyəri 
vardır.  Onun  lüğətinə  hərbçilərin,  kəndlilərin, 
tacirlərin  və  əkinçilərin  işlətdikləri  qədim 
sözlər,  atalar  sözləri,  zərbül-məsəllər,  poetik 
sətirlər,  qırğızların  tarixindın  çoxlu  kəlamlar 
və  fraqmentlər  daxildir.  Həmin  söz  və  ifadələr 
saxlanılmışdır  və  məişətimizin  danışıq  dilində 
bu  gün  də  işlədilməkdədir.  Kaşğari  qəlbi  söz 
ilə  sağaldan  şəxs  olmuşdur  və  olmaqdadır. 
Kaşğarinin tərkibinə təqribən doqquz min sözün 
daxil  olduğu  lüğəti,  məhrəm  kəlam  kimi,  türk 
dünyası üçün monumental abidəyə çevrilmişdir. 
Bir qədər sonra ən qədim, ilk gümüş sikkələr məhz 
Kaşğarinin  doğulduğu  Barskaunda  tapılmışdır. 
Güman ki, Kaşğarini məhz bu səbəbdən, həm də 
Barskani adlandırırdılar. XX əsrin sonunda onun 
adı bəşəriyyət səmasında yeni qüvvə ilə parladı. 
Xaricdə təhsil alan yeni nəsil ağıl, biliklərə güclü 
meyl nümayiş etdirir, bu isə onun təcəssümüdür 
ki,  gənclər  miraslarının  günəşin  zərrin  şüaları 
kimi insan qəlbinin dərin guşələrini nurlandırdığı 
görkəmli maarifçilərini işini davam etdirirlər. 
226


ORMON XAN (1790-1853)
XIX  əsrin  ikinci  rübündə  Sarıbağış  manapının 
oğlu  Niyazbəy  uuulu  Ormon  öz  tayfasının  baş  manapı 
olur  və  dərrakəli  rəhbərliklə  onu  möhkəmləndirir. 
Feodal-sülb  xanimanlığı  arasında  liderliyi  ələ  alan 
Ormon  şimal qırğızlarının tayfalarını hakimiyyəti altına 
gətirməyə  çalışır,  lakin  bununla  belə,  hamını  birliyə 
çağırırdı.  1842-ci  ildə  sarıbağış,  solto,  sayak,  quşçu, 
çerik  və  başqa  tayfaların  nümayəndələrinin  iştirak 
etdiyi qurultay çağırdı. Bu qurultayda Ormon xan elan 
edildi.  O  öz  hökmranlığının  məxsusi  rəmzini  –  bayraq 
təsis  etdi  və  xalq  arasında  “Ormon  okuu”  (“Ormonun 
nəsihəti”)  adı  ilə  məşhur  qanunu  yaratdı.  Dağınıq 
tayfaların  özünəməxsus  dövlətçilik  birliyi  əsasında 
mərkəzləşdirilmiş  idarə  sisteminin  yaradılması  Ormon 
xana nəsib oldu. Bu, qırğızların tarixində ilk siyasi dövlət 
birliyi idi. Hələ 1944-cü ildə akademik B.Camgerçinov 
bu barədə yazırdı: “Sözsüz ki, qırğız xalqının müəyyən 
dövlət  qurumu  bazasında  mərkəzləşdirilmiş  siyasi 
idarəsi  uğrunda  çalışan  Ormon  xanın  tarixi  rolu  qırğız 
tayfalarının feodal parçalanması və təcridatı ilə qarşılıqlı 
nisbətdə proqressiv amildir”. 
Günümüzə  qədər  gəlib  çıxmış  əlyazmalara  əsasən 
məlum  olur  ki,  1846-cı  ildə  qazax  sultanı  Kenensarı 
adından Ormon xanın yanına birləşmək və çar Rusiyasına 
qarşı mübarizə aparmaq təklifi ilə elçilər gəlmişdir. Sultan 
həmçinin öz şərtlərini də irəli sürürdü – xan hakimiyyətini 
bütünlüklə ona vermək. Amma Ormon xan razılaşmır və 
onların arasında əvvəlkindən də qanlı, amansız müharibə 
davam edir. Kenensarı ilə müharibə vaxtı müdrik Ormon 
xan  öz  dəstələrinə  dağdan  enərək,  yol  ilə  addımlayaıb 
daha çox toz qaldırmaqla çoxsaylı qırğız ordusu təəssüratı 
yaratmaq əmrini vermişdi. Kenensarı həqiqətən uzaqdan 
yolu müşahidə edərkən bundan şaşırmışdı. Ormon xanın 
yığma  ordu  döyüşçüləri  bu  hiyləgər  fəndi  gecələr  də 
həyata keçirir, dağlarda çoxsaylı tonqallar yandırırdılar. 
Bununla da o özünü mahir hərbi strateq kimi göstərmiş 
olmuşdu. Ormon xan Kenensarının ordusunu darmadağın 
edir,  sultanın  özünü  isə  qırğız  xalqını  məhv  etmək  və 
torpaqlarını  ələ  keçirmək  istəyinə  görə  edam  edirlər. 
Kenensarının ölümünü təsdiq etmək üçün onun kəsilmiş 
başı  Qərbi  Sibirin  general-qubernatoru  P.D.Qorçakova 
göndərilmişdi.
Sözsüz  ki,  dövlət  qurumu  uğrunda  mübarizə 
aparmaqda və həmişə qırğız tayfalarının pərakəndəliyinin 
və dağınıqlığının əleyhinə olmaqda Ormon xanın böyük 
rolu olmuşdu. Xeyli müddət keçdikdən sonra, illər ötüb-
dolandı  və  qırğız  tayfa  zadəganları  çar  hökumətinə 
xidmətə getdilər.
227


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə