Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə83/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   79   80   81   82   83   84   85   86   ...   111

 XX əsrin sonu-XXI əsrin əvvəli. 
Azadlıq mücadiləsi
1990-cı  il  dekabrın  15-də  Qırğızıstan 
Respublikasının Ali Soveti tərəfindən respublikanın 
SSRİ  tərkibində  müstəqilliyi  barədə  Deklarasiya 
qəbul  edildi.  1991-ci  il  avqustun  31-də  isə 
dünyanın geosiyasi xəritəsində yeni dövlət yarandı 
–  Qırğızıstan  Respublikası.  Həmin  gündən  bizim 
milli  tariximizin  yeni  salnaməsi  başlandı.  Həmin 
gün  günəş  böyük  Azadlıq  ruhundan  nurlanaraq 
qeyri-adi  parlaq  şəfəq  saçırdı.  Qırğızıstanın 
müstəqilliyi haqqında gizli ümid və böyük arzular 
həyata keçdi. 
1991-ci il dekabrın 8-də Belarus Respublikası, 
Rusiya  Federasiyası  və  Ukrayna  Minsk  şəhəri 
yaxınlığındakı  Belovej  meşəliyində  Müstəqil 
Dövlətlər  Birliyinin  (MDB)  yaradılması  barədə 
Müqavilə  imzaladılar.  Bu  hadisə  SSRİ-nin 
dağılması  başlanğıcı  prosesinin  əsasını  qoydu  və 
onu sürətləndirdi. 21 dekabr 1991-ci ildə Almatıda 
MDB-nin  yaradılması  haqqında  müqaviləyə 
Belarus  Respublikası,  Rusiya  Federasiyası, 
Ukrayna,  Azərbaycan,  Ermənistan,  Gürcüstan, 
Qırğızıstan,  Moldaviya, Tacikistan, Türmkənistan 
və  Özbəkistan  imza  atdılar.  Bu  o  demək  idi  ki, 
SSRİ öz mövcudiyyətini dayandırmışdır. SSRİ-nin 
ləğvi ilə əlaqədar olaraq, M.S.Qorbaçov dekabrın 
25-i  özünün  Prezident  postundan  istefası  barədə 
bildiriş elan etdi.
1991-ci ildə uzun-uzadı müzakirələrdən sonra 
respublikanın paytaxtının tarixi adı Bişkek özünə 
qaytarıldı. Siyasi dərketmə və siyasi mədəniyyətin, 
milli özünüdərkin, demokratik qüvvələrin və bütün 
cəmiyyətin  möhkəmlənməsinin  inkişafı  xüsusilə 
nəzərə çarpırdı. Qırğızıstan Respublikası BMT-nin 
Baş  Assambleyası  tərərindən  BMT-yə  üzv  oldu, 
demokratik institutlar yarandı. Qırğızıstan 1993-cü 
ildə özünü suveren demokratik dövlət elan etdi. Elə 
həmin ildə də Qırğızıstan parlament debatlarından 
sonra  Mərkəzi  Asiyada  ilk  olaraq  özünün  milli 
valyutasını – somu dövrüyyəyə buraxdı və faktiki, 
radikal  bazar  islahatlarına  başladı.  Müstəqil 
respublikanın Konstitusiyası, yeni dövlət və milli 
rəmzləri  qəbul  edildi,  Dövlət  gerbi,  bayrağı  və 
ölkənin himni təsdiq olundu.
Prezidentin  1992-ci  il  3  avqust  tarixli 
qərarında dövlət, kommunal əmlakının mülkiyyət 
sahibliyindən 
çıxarılması 
və 
mülkiyyətin 
özəlləşdirməsi  haqqında  proqram  təsdiq  olundu. 
Buradan  da  ölkənin  iqtisadiyyatında  yeni  dövr 
başlandı. Qırğızıstan müstəqillik əldə edənə qədərki 
bütün  Konstitusiyalar  ölkənin  suverenliyini  sırf 
deklarativ formada qəbul edirdi. 5 may 1993-cü ildə 
Qırğızıstanın Ali  Soveti  tərəfindən  qəbul  edilmiş 
yeni Konstitusiya respublikanı “suveren, müstəqil, 
demokratik,  hüquqi  və  dünyəvi  əsaslar  üzərində 
qurulmuş”  dövlət  kimi  elan  etdi.  Qırğızıstanın 
Respublikasının Konstitusiyası elan edir ki, insan, 
onun hüquqları və vəzifələri ali dəyərlərdir, dövlət 
bu hüquq və azadlıqları qəbul etməli, onlara riayət 
etməli və qorumalıdır, Qırğızıstan Respublikasının 
suverenliyi onun bütün ərazisində qüvvədədir. 
Qırğızıstan  Respublikası  Konstitusiyasına 
yazılmiş  qaydalar  insan  hüquqları  haqqında 
Ümumi  deklarasiyaya,  beynəlxalq  paktlara  və 
insan  hüquqları  sahələri  sənədlərinə  uyğun  gəlir. 
Milli  qanunvericiliyə  əsasən,  milli  və  sosial 
mənsubiyyətindən,  cinsindən,  dilindən,  siyasi  və 
digər  baxışlarından,  dinindən,  yaşayış  yerindən, 
mülkiyyət  vəziyyətindən  və  digər  şəraitdən  asılı 
olmayaraq,  respublikanın  bütün  vətəndaşları 
öz  hüquq  və  azadlıqlarını  müdafiə  etmək  üçün 
bərabər hüquqa malikdirlər. Hüquq və azadlıqların 
məhkəmədə  müdafiəsinə  təminat  verilir,  bu 
səbəbdən  də,  əgər  vətəndaşlar  güman  edirlərsə 
ki,  onların  hüquqları  pozulmuşdur,  məhkəməyə 
müraciət etmək hüququna malikdirlər.
İndi  demək  olar  ki,  bütün  dünya  Qırğızıstanı 
artıq tanıyır. Bütün proqressiv dünya ictimaiyyətinin 
nəzər-diqqəti mənim ölkəmdə baş verən demokratik 
proseslərə  yönəlmişdir.  Hal-hazırda  Qırğızıstanda 
həqiqətən  də  tarixi  hadisələr  baş  verməkdədir, 
bunlar da özülündən dağıdıcı deyil, siyasi və iqtisadi 
cəhətdən  qurucu  xarakter  daşıyır.  Qırğızıstan, 
bütün  çətinliklərə  baxmayaraq,  distansiyadan 
çıxmamaqla, daha qətiyyətlə sürət yığır. Zənnimcə, 
burada  minilliklər  ərzində  formalaşmış  xalqımın 
mentalitetinin də rolu az olmamışdır.
216


İqnatyev A.İ. “Frunze – Qırğızıstanın paytaxtı”, 1977-ci il, kətan, yağlı boya, 118 x 159
Çağdaşların bicliyi də eynidir;
Hər zamanın öz nəğməsi.
217


 Lakin Sovet İttifaqının dağılması və müstəqil 
dövlətlərin  yaranması  ilə  respublikadan  yaxın 
və  uzaq  xaricə  miqrasiya  aktivləşdi.  Əsasən  də 
rusdilli  xalqların:  slavyan,  alman,  yəhudi,  tatar 
və  s.  ölkədən  öz  tarixi  vətənlərinə  kütləvi  axını 
başlandı.  Miqrasiyanın  ən  yüksək  nöqtəsi  1993-
1994-cü  illərə  təsadüf  edir.  Eyni  kökdən  olan, 
eyni  taleni  yaşamış  bu  millətlərin  kütləvi  halda 
ölkəni  tərk  etməsi  qırzızıstanlıları  laqeyd  qoya 
bilməzdi.  Onların  axınının  qarşısını  azacıq  da 
olsa, azaltmaq, həmin millətlərin yaşayış şəraitinin 
yaxşılaşdırılması  üçün  qətiyyətli  addımlar  atıldı. 
Bu  məqsədlə  rus  dilinə  rəsmi  dil  statusu  verildi. 
Bu  gün  qırğız  cəmiyyətində  rus  dili  həm  rəsmi 
səviyyədə, həm də kütləvi danışıq dili kimi geniş 
istifadə edilir. Qırğız-Rusiya (Slavyan) Universiteti 
rus  dili,  ədəbiyyatı,  tarixi  və  mədəniyyətinin 
öyrənilməsi üçün mərkəz hesab edilir. 
Xalqların  birləşdirilməsi  planında  böyük 
rolu  Qırğızıstan  xalqının  Assambleyası  oynadı. 
Assambleya 1994-cü ildə keçirilmiş I Qurultayda  
Qırğızıstanın  bütün  etnoslarının  təşəbbüsü  və 
Prezidentin  dəstəyi  ilə  yaranmışdır.  Onun  əsas 
məqsədi həm qırğızlarla birgə Qırğızıstan xalqını 
təşkil  edən  milli  azlıqların  maraqlarını,  həm 
də  Qırğızıstan  əhalisinin  etnik  əksəriyyətinin 
müdafiəsidir.
  Assambleya  öz  fəaliyyətini  Ümumdünya 
İnsan  Hüquqları  Deklarasiyasına,  sosial,  iqtisadi 
və  mədəni  hüquqları  üzrə  Beynəlxalq  pakta 
əsasən  həyata  keçirir.  Milli,  etnik,  dini  və  dil 
azlıqlarına  mənsub  şəxslərin  hüquqları  barədə 
Deklarasiya ilə, Qırğız Respublikası Konstitusiyası 
və  Qırğızıstan  Respublikasının  ictimai  birliklər 
barədə qanunvericiliyi ilə. Hal-hazırda Assambleya 
aşağıdakı millətlərin diasporalarını təmsil edən 28 
milli-mədəni  mərkəzi  və  ictimai  birliyi  özündə 
birləşdirir:  rus,  alman,  Ukrayna,  belorus,  yəhudi, 
Koreya,  qazax,  tacik,  özbək,  dunqan,  qaraçay, 
Dağıstan,  yunan,  gürcü,  erməni,  azərbaycanlı, 
tatar,  başqırd,  uyğur,  türk,  kürd,  çeçen,  inquş. 
Beynəlxalq təşkilat “Tuqelbay-Ata” və “Çoxuşaqlı 
ailə”  Fondu.  Qırğızıstanın  başlıca  sərvəti  onun 
xalqı, biliyi, yaradıcılığı və iradəsidir. Bu səbəbdən 
də,  bizim  respublikamız  məhz  bu  resursların 
inkişafına diqqət yetirir. Bu bizə nə verəcəkdir? İlk 
növbədə insanın ən ali dəyərli varlıq olduğu, inkişaf 
etmiş  iqtisadiyyatlı  və  mədəniyyətli  demokratik 
cəmiyyətin quruluşu. 
1995-ci  ildə  xalqım  üçün  çox  əlamətdar 
hadisələrdən  biri  də  bütün  dövrlərdə  azadlıq 
uğrunda  mübarizə  simvolu  olmuş  “Manas” 
eposunun  1  000  illiyini  keçirmək  oldu.  BMT-
nin sərəncamı ilə 1995-ci il – “Manas” eposunun 
1  000-ci  ildönümünün  ili  elan  edildi.  Bişkekdə 
təqribən  500  nəfərin  iştirakı  ilə  beynəlxalq 
simpozium keçirildi. 29-31 avqust tarixində eposun 
1000  illiyi  münasibətilə  bayram  tədbirlərində 
Bişkekdə  türkdilli  dövlətlərin  dövlət  başçılarının 
görüşü keçirildi. “Manas”ın 1000 illik yubileyinə 
həsr  olunmuş  təntənəli  yığıncaqda  Azərbaycan 
Respublikasının  Prezidenti  H.Əliyev,  Qazaxıstan 
Respublikasının 
Prezidenti 
N.Nazarbayev, 
Özbəkistan Respublikasının Prezidenti İ.Kərimov, 
Türkiyə  Respublikasının  Prezidenti  S.Dəmirəl, 
Türkmənistan 
Respublikasının 
Prezidenti 
S.Niyazov  və  Qırğızıstan  Respublikasının 
Prezidenti Ə.Akayev çıxış etdilər. Onlar tərəfindən 
“Manas”  eposunun  1000  illiyi  ilə  bağlı  türkdilli 
ölkələrə  bəyanat  qəbul  edildi.  “...“Manas”da 
qoyulmuş  ümumbəşəri  birləşdirici  ideyaların 
rolunun əhəmiyyəti üçüncü minilliyin astanasında 
daha  da  artmaqdadır”.  Baş  tutmuş  beynəlxalq 
sammit  hüdudlarında  dahi  eposa  bütün  min  il 
ərzində və qırğızların cəmi tarixi boyu bu dərəcə 
yüksək səviyyədə verilmiş dəyər belə idi. 
Bu  bayram  həqiqətən  də  ümummilli  oldu. 
Bişkekin  küçə  və  meydanlarında  müxtəlif  milli 
geyimlər  geyinmiş  insanlara  rast  gəldim,  onların 
simaları  sevincdən  işıq  saçırdı,  fərəhləri  yerə-
göyə  sığmırdı.  Ətrafda  Qırğızıstanın  müxtəlif 
millətlərinin  dilində  nəğmələr  eşidilirdi:  rusca  və 
Ukraynaca, belarusca və özbəkcə, uyğurca, almanca, 
dunqanca, koreyaca və bir çox başqa dillərdə. 80-
dən çox dildə danışıb oxuyan insanla dolu meydan 
və küçələri təsəvvür edin! Qırğızıstanda məhz elə o 
qədər də millət yaşayır.
1995-ci  ildə  Joqorku  Keneş  parlamenti 
deputatlarının  və  Qırğızıstan  Respublikasının 
Prezidentinin  demokratik  seçkiləri  keçirildi. 
Birlik,  həmrəylik,  xalqın  ruhunun  qaldırılması, 
öz vətəninin tarixinə görə qürur –ölkənin mənəvi 
həyatında  əsas  imperativə  çevrildi.  1998-ci  ildə 
ümumxalq referendumunda qəbul edilmiş torpağa 
mülkiyyət  hüququnun  qüvvəyə  minməsi  ölkənin 
iqtisadi həyatında inqilabi başlanğıc oldu. 
1999-cu  ildə  minlərlə  beynəlxalq  quldur 
dəstələri  Batken  vilayəti  ərazisinə  soxulub, 
vətəndaşlarımızdan  bir  neçəsini  girov  götürməyə 
müyəssər  oldular.  İtkilərimiz  də  oldu.  Ölkəmizin 
bütövlüyü  və  müstəqilliyi  uğrunda  49  əsgər  və 
zabitimiz qəhrəmancasına həlak oldular. 
2001-ci  ildə,  Oş  şəhərinin  3  000  illik 
yubileyinin  keçirilməsi  xalqın  birləşməsinin 
möhkəmlənməsində və milli dəyərlərin dirçəlişində 
daha bir əlamətdar  hadisə oldu. QR parlamentinə 
seçkilər keçirildi. Bugünkü tələblərə uyğun olaraq, 
peşəkarlığın,  məsuliyyətin  artması  tempi  və 
218


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə