Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə82/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   78   79   80   81   82   83   84   85   ...   111

mədəniyyəti  yetişdi,  vahid  qırğız  xalqı  haqqında 
təsəvvür  formalaşdı,  ictimai  düşüncəyə  qırğız 
dövlətçiliyi,  dili,  milli  tarixi  və  məsəniyyəti 
haqqında  ideyalar  möhkəm  daxil  oldu.  Milli 
özünüdərk,  milli  mənlik,  müstəqilliyə  cəhd 
hallarının artması nəzərə çarpdı. 
Qırğızıstan əhalisinin siyasi aktivlik göstərdiyi 
və milli özünüdərkin cücərdiyi dövrdə Qırğızıstan 
SSR-in  Ali  Soveti  hələ  Qırğızıstan  Komunist 
Partiyasının  tam  nəzarəti  altında  ola-ola,  23.09. 
1989  tarixdə  “Qırğızıstan  SSR-in  dövlət  dili 
haqqında”  qanun  qəbul  etdi  ki,  orada  qırğız  dili 
dövlət  dili  elan  olunur,  rus  dili  millətlərarası  dil 
təyin edilir, həmçinin respublikada yaşayan digər 
milliyyətlətlərin  dillərinin  azad  inkişafı  üçün 
təminat verilməsi göstərilirdi.
90-cı  illərin  əvvəllərində  kəskin  mənzil 
problemlərinin həllini tələb edən qırğız gənclərinin 
narazılıqları  artdı.  Onların  birinci  xahişi  şəxsi 
evlərin tikilməsi üçün torpaq sahələrinin ayrılması 
oldu.  Öz  maraqlarının  müdafiəsi  və  hüquqlarının 
qorunması  üçün  cavanlar  “Aşar”  ictimai-siyasi 
hərəkat  yaratdılar.  Lakin  gənclər  hakimiyyətdə 
olanlar  tərəfindən  dəstək  görmədilər.  Kortəbii 
surətdə Oşda da  bu sayaq təşkilat yaradıldı – “Oş 
aymağı”. Hakimiyyət onlarla konstruktiv əsaslarla 
işləmək  əvəzinə,  təqiblərini  artırdı.  Respublikada 
yığılıb  qalmış  problemlərin  həlli  üçün  tədbirlərin 
çatışmazlıqları  və  vaxtında  həyata  keçirilməməsi 
ictimai  həyatın  digər  sahələrinə  də  təsirini 
göstərirdi.  Cinayətkarlığın  artması,  partiya-dövlət 
orqanlarının  onlarla  mübarizədə  gücsüzlüyü, 
nəhayət,  kütləvi  iğtişaşlara  və  qırğınlara  gətirib 
çıxardı. 
 Nəticədə, əvvəlki hadisələrdən canı boğazına 
yığılmış  şəxslərin  səbir  kasası  dolub  daşdı,  
barışmaz konfrontrasiya böyüyüb əsil talan-qırğına 
çevrildi.  Qarşıdurmalar  əsil  qanlı  döyüşə  keçdi. 
Yerli  hakimiyyət  orqanları  qeyzlənmiş  gənclərin 
qarşısını  almaq  iqtidarında  olmadı.  Şəhərin  bir 
tərəfindən qırğızlar, digər tərəfindən özbəklər Oşda 
qanlı çaxnaşma törətdilər. Şəhər məhəllələrindəki 
toqquşmalarda  155  nəfər  vəhşicəsinə  qətlə 
yetirildi, 845 nəfər yaralandı. 262 ev, 24 mağaza və 
başqa tikili, 67 avtomaşın talan edilərək yandırıldı, 
iyun ayının 5-i Oş bütünülüklə mühasirəyə alındı, 
şəhərə hərbi hissələr yeridildi, iyunun 6-sı şəhərdə 
vəziyyət nəzarət altına alındı.
Artıq  1990-cı  ilin  mayında  ölkənin 
demokratikləşdirilməsi məqsədi ilə iyirmiyə qədər 
ictimai-siyasi  təşkilat  “Qırğızıstanın  Demokratik 
Hərəkatı”  adı  altında  birləşdi.  Onların  tərəfində 
respublika  Ali  Sovetinin  demokratik  hissəsi 
durdu  (144  deputat).  1990-cı  ilin  martında  SSRİ 
Xalq  deputatlarının  III  qurultayında  prezidentlik 
institutu yaradıldı. Yeni üsuli-idarə forması bir sıra 
köklü  demokratik  dəyişikliklərlə,  millətlərarası 
münasibətlərin  demokratik  təkamülü,  cəmiyyətdə 
çoxpartiyalılıq və plüralizmin inkişafı ilə şərtlənirdi. 
27.10.1990  tarixdə  Qırğızıstan  SSR-in 
Ali  Sovetinin  sessiyasında  alternativ  əsaslarla 
Ə.Akayev Qırğızıstanın birinci Prezidenti seçildi. 
  Onun  öhdəsinə  əvvəlki  hakimiyyətdən 
ciddi problemlərlə dolu miras düşdü. 1990-cı ilin 
yayındakı millətlərarası qanlı qarşıdurmadan sonra 
milli münasibətlər çox gərgin idi. 
15.12.1990 tarixdə Qırğızıstan SSR Ali Soveti 
tərəfindən  “Qırğızıstan  Respublikasının  dövlət 
müstəqilliyi  haqqında  deklarasiya”  qəbul  edildi. 
Deklarasiyada  qeyd  olunurdu  ki,  Qırğızıstan 
xalqını respublikanın vətəndaşları – orada yaşayan 
bütün xalq və millətlər təşkil edirlər və dövlət hər 
cəhətdən  onların  mədəniyyətlərinin,  dillərinin, 
adət-ənənələrinin  qayğısını  çəkməyə  və  inkişaf 
etdirməyə  təminat  verir.  Deklarasiya  həmçinin 
mülkiyyətçiliyin  çoxnövlüyünü  və  onların  dövlət 
qarşısında  bərabər  hüquqlara  malik  olduğunu 
bəyan edirdi.
Qırğızıstanın dövlət suverenliyi prinsiplərinin 
müzakirəsi zamanı dövlət hakimiyyətinin yenidən 
təşkil  olunması  və  möhkəmləndirilməsi  haqqında 
çox  təkliflər  irəli  sürülmüşdü.  Nəticədə,  onu  üç 
istiqamətə – qanunverici, icraedici və məhkəmə – 
bölmək qərarına gəlindi.
Bu günə qədər dövlət hakimiyyətinin daşıyıcısı 
və ifadəsi hesab edilən Sov.İKP ölkəni idarə etmək 
hüququndan  məhrum  edildikdən  sonra  Sovetlər 
yeni  şəraitdə  özlərinin  tam  qabiliyyətsizliyini 
göstərdilər. 
Dövlət 
hakimiyyətinin 
möhkəmləndirilməsi  məsələsi  respublika  üçün 
həyati dərəcədə əhəmiyyətli oldu. Bunu dərindən 
dərk  edən  Ə.Akayev  1990-cı  ilin  dekabrında Ali 
Sovetə  “Dövlət  hakimiyyəti  sisteminin  yenidən 
təşkili  üçün  ilkin  tədbirlər  haqqında”  müraciət 
göndərdi və parlamentə “Qırğızıstan SSR-in vilayət 
bölgüsünün təkmilləşdirilməsi və yeni vilayətlərin 
yaradılması”  haqqında  qanun  layihəsini  təqdim 
etdi.  14.12.1990  tarixli  sənədlərə  əsasən,  Çuy  və 
Cəlalabad  vilayətləri  yaradılmış,  Narın  və  Talas 
vilayətləri bərpa edilmişdi.
22.01.1991  tarixdə  Prezident  Ali  Sovetin  III 
sessiyasında dövlət hakimiyyətinin sonrakı inkişaf 
proqramını elan etdi.
214


Qırğız  Respublikasının  müdafiə  nazirinin  17.11.2001  tarixli  Sərəncamına  əsasən,  Qırğız 
Respublikasının  cənub  sərhədlərini  qoruyarkən  döyüş  əməliyyatları  zamanı  həlak  olmuş  ən  yaxşı 
oğullarımız həmişəlik Qırğız Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinə aid olunmuşlar. Onların 
adlarını xatırlayaq:
Оmurzakov K.K. Bəybalayev S.Т. Аnаrbayev J.K. Моldobayev E.J. Ərməkov Ş.А. Аytmаtоv Ç.А. 
Doulbəyov B.М. Baltabayev М.А. Quşbəyov Q.N. Qulmanbetov М.А. Osmonov Т.D. Nikituşkin V.Q. 
Zayarko R.N. İbrayev А.B. Мukambet uulu Ulan Sıdıkov Т.J. Аbdıkojoyev K.J. Beyşebayev U.S. Burхаnov 
D.А. Saypidinov K.О. Yunusov R.М. Kadıkov М.P. Haşımov S.М. Bekturqanov K.N. Samsakov R.Q. 
Şabdanov J.K. Мəhəmmədov А.А. Маmаtахunov S.E. Qolubev V.V. Аrjimanov R.А. Subanbəyov J.А. 
Əsənbəyov İ.А. Bukarbayev Т.А. Тurdubəyov U.K. Düşəbayev А.А. Seksenbayev B.J. Аlmabəyov B.B. 
Rahimbəkov B.J. Маmırkanov E.Z. Моldosanov J.А. Rəhmətullayev А.Q. Namazbayev D.А. Dоminov 
А.А. Kоçorbayev Z.U. Аrkabayev Т.А Тоrobəyov М.S. Səmədov K.М. Əgəmberdiyev J.U. Аbdullayev 
B.R.
Kojəhmədov D. “Frunzenin dəstəsinə” 1958-ci il, kətan, yağlı boya, 220 x 175
Cavanlığında çalışan – xeyrini görər, səfasını çəkər;
Kim gəncliyində işləyirsə, hər işə yarayar.
215


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə