Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə78/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   74   75   76   77   78   79   80   81   ...   111

adlı nəvəsi oyuncaq kimi istifadə edilmək məqsədi 
ilə xan taxtına otuzdurulur. Şahmuradın dövründə 
rəsmən baş vəzir vəzifəsini tutmuş Alımbəy datka 
1862-ci ildə sui-qəsdçilər tərəfindən öldürülür. 
Kokandın  hakimiyyəti  dövründə  müstəqil 
Qırğız dövlətinin yaradılması, xalqın birləşdirilməsi 
uğrunda Alay qırğızlarının başçısı Alımbəy bahadır 
çıxış edirdi. Onun Kokand xanlığını parçalamaq və 
qırğızları  əsarətdən  qurtarmaq  cəhdləri  uğursuz 
nəticələndi, Alımbəy özü isə saray münaqişələrinin 
qurbanı oldu. Alımbəyin uzaqgörən siyasəti, onun 
siyasi duyumu Rusiya çarı II Aleksandr tərəfindən 
layiqincə  dəyərləndirildi  və  o,  sərəncamlarının 
birində 
Qərbi-Sibir 
general-qubernatoru 
Dyüqamelə Alımbəyə yardım göstərmək və onunla 
dostluq  münasibətləri  qurub-saxlamaq  göstərişi 
verdi. 
Alımbəy  tərəfindən  başlanılan  iş  onun  həyat 
yoldaşı  Kurmanjan  tərəfindən  davam  etdirildi. 
Tacsız “Alay çariçası” ilə Buxara əmiri Müzəffər və 
ona datka rütbəsi (çar ordusunda generala bərabər 
sayılan  rütbə)  vermiş  Kokand  xanı  Xudayar  da 
hesablaşırdılar. Kurmanjan datkanın siyasi kredosu 
öz  xalqını  qoruyub  saxlamaq,  ona  sülh  və  əmin-
amanlıq  bəxş  etmək  idi.  Bu  niyyətlə  o,  Rusiya 
ilə  ittifaqa  daxil  oldu  və  çar  xidmətinə  keçdi. 
Ələlxüsus, güclü düşmənlərə güclü də müttəfiqlər 
lazım  idi. Alay  qırğızlarının  itaətsizliyi  haqqında 
general  Skobelev  belə  yazır:  “Alay  qırğızları 
heç  zaman,  hətta  güclü  xanların  başçılığı  altında 
olsalar da, adi itaət göstərməməkləri ilə seçilirdilər. 
Müqayisədə  daha  döyüşkənliyi  ilə  seçilən  və 
dağ  köçəbə  obalarının  əlçatmazlığından  sui-
istifadə  edən  qara-qırğızlar  çox  asanlıqla,  demək 
mümkünsə,  mütəmadi  surətdə  xana  qarşı  etiraz 
edirdilər. Qara-qırğızların nisbi itaəti isə dağətəyi 
qışlaqlardakı  bazarlardan  asılılıq  və  qışlaqların  
çoxunun  aşağı  tərəflərdə,  daha  doğrusu  əlçatan 
məkanlarda yerləşməsinə görə idi...”.
XIX əsrin 40-cı illərində qırğız xalqının Kokand 
zülmünə  qarşı  azadlıq  hərəkatı  artdı  və  böyük 
ərazini tutdu. 1843-cü ildə İssık-Kul çökəkliyinin 
qırğızları üsyana qalxıb Qaragöl, Barskoon, Qonur-
Olen  qalalarından  Kokand  qarnizonlarını  qovub 
çıxartdılar.
Kokand hakimiyyəti dövrü qırğızların tarixində 
parlaq şəxsiyyətlər formalaşdırdı. Bu şəxsiyyətlərin 
adları  mühüm  tarixi  hadisələrlə  bağlıdır.  Onların 
arasında  milli  liderlər  Şabdan-Bahadır  və  Baytik 
bahadır  adları  diqqətəşayandır.  Bütünlükdə  isə 
XVIII əsrin ikinci yarısı-XIX əsrin birinci yarısında 
Rusiya və Tsin kimi nəhəng imperiyaların təzyiqinə 
davam gətirən xalqım öz mövcudiyyətini saxlamaq 
kimi  müşkülü  həll  edərkən,  vəziyyətdən  ən  az 
itkilərlə çıxdı.
Kokand  xanlığı  dövründə  qırğızlara  güclü 
hami  lazım  idi.  XIX  əsrin  birinci  yarısında 
intensiv  inkişaf  edən  çar  Rusiyası  öz  ərazilərini 
genişləndirmək üçün yeni, əsasən də, Qafqaz, Orta 
Asiya və Sibirdə torpaq və müstəmləkə axtarırdı. 
Bu bölgələr təbii resurslarının zənginliyi, münasib 
təbii-iqlim  şəraitləri  və  məhsuldar  torpaqları  ilə 
rusların  nəzər-diqqətini  cəlb  edirdi.  1785-ci  ildə 
Atake  bahadırın  elçiləri  Abdrəhman  və  Şerqazı 
imperatriça II Yekaterinanın qəbuluna düşdülər və 
ona qarşılıqlı dostluq haqqında məktub çatdırdılar. 
Bu  təklif  imperatriça  tərəfindən  qəbul  edildi 
və  bununla  Rusiya  ilə  Qırğızıstan  arasında  ilk 
diplomatik  əlaqələrin  başlanğıcı  qoyuldu.  1855-
ci ildə buqu tayfasının iri manapı səfir Borombay 
bahadır  Omsk  şəhərində  İssık-Kul  qırğızları 
adından  təntənəlu  surətdə  rus  imperatoruna 
sədaqət andı içdi ki, bu, bütün tayfanın Rusiyanın 
təbəəliyinə keçməsi demək idi. 
Ormon  xan  Rusiyanın  himayəsinə  ümid 
bəsləyir və qırğızlar içərisində təsirini artırırdı. O, 
düşmənlərə münasibətində fərasət və ustalıq işlədirdi 
ki, bu da onların arasında çaşqınlığa səbəb olurdu. 
Cənub  qırğızları  yalnız  qazax  Sultan  Kenensarı 
onlara hücum çəkdikdən sonra Ormonu xan kimi 
qəbul  etdilər.  1846-1847-ci  illərdə  Ormon  xan 
qırğızlar üzərində başçılığı qəbul edərək, qazaxlarla 
mübarizəyə  başladı.  Qeyd  etmək  lazımdır  ki, 
birinci hücum edən qazaxlar olmuşdular, qırğızlar 
isə, sadəcə olaraq, ərazi bütövlüyü uğrunda cavab 
mübarizəsi aparırdılar. Ormon xan bu müharibədə 
özünü  istedadlı  sərkərdə  kimi  göstərdi.  1847-ci 
ilin  aprelində  qazax  sultanı  Kenesarı  Qasımov 
beşminlik  dəstə  ilə  Çuy  vadisinin  əhalisi  üzərinə 
hücuma  keçdi.  Onların  hücumuna  Ormon  xan 
çoxminlik ordunu darmadağın etməklə cavab verdi, 
Kenensarı  özü  isə  kütlə  qarşısında  edam  olundu. 
Ormon xan bu cür dağıdıcı və yenilməz qələbədən 
sonra İssık-Kul sahillərində İssık-Kul, Çuy, Narın 
və Talas  vadilərinin qırğızlarını toplayıb qurultay 
çağırdı və orada xan elan edildi.  O, təxminən 8 il 
hakimiyyətdə oldu. Rəvayətdə deyilir ki, xan bunu 
belə izah etmişdi: “Qırmızı papaq yalnız bir dənə 
olmalıdır” – burada xan titulu nəzərdə tutulurdu.
1853-cü il qırğızların tarixində qara ləkə kimi 
qaldı.  Buqu  və  sarbağış  tayfalarında  birincilik 
uğrunda daxili müharibə başladı. Kalıqul dəfələrlə 
xalqı yola gəlməyə, düzgün addım atmağa çağırdı, 
fəqət onun sözünü heç kim eşitmədi. Bu mənasız 
qardaş  qırğınında  qırğız  xalqının  birliyinin 
parçalanması  baş  verdi.  Əsrlər  boyu  davam  edən 
205


tayfadaxili  nəsil  “haqq-hesablar”ı,  ambisiyalar, 
xalqda  vahid  iradənin  olmaması  və  bütün  bunlar 
millətin  formalaşmasına  həddindən  artıq  böyük 
zərbə  vurdu.  Nəsil  təkəbbürlüyü  millətin  özünün 
müstəqilliyini kölgə altına alması ilə nəticələndi ki, 
bu da qırğız xalqının tarixin bütün mərhələlərində 
inkişaf sürətinin azalmasına gətirib çıxardı. XVIII 
əsrin  sonlarında-XIX  əsrin  birinci  yarısında 
yaşamış  əsil  söz  peyğəmbəri  müdrik  Kalıqul  baş 
verən hadisələrə öz münasibətini qırğız poeziyası 
xəzinəsinə daxil olan seirində bildirmişdi:
Əsil qoçaq, cəsur igid 
Xalqına hörmət edər.
Oxuyar, baxar, düşünər,
Elmlərə sahib olar.
Ən müxtəlif xalqların
Dillərinə sahib olar.
Bənzər o kəs çinara,
Ağacda – o çinarda,
Bülbüllər oxuyarlar.
Ağac kök atar, möhkəmlənər,
Bur-budağı min olar.
Ağacın kölgəsi, sərini də
Çoxlarına qulluq edər.
Belə insanları tapmaq olar
Görəsən haralarda.
Ancaq belə adam gələcək 
Bu dünyaya. Axı ləl də,
Cavahirat da o danədəndir.  
Tayfalararası  münaqişənin  canlı  şahidi 
Semyonov-Tyanşanski  olmuşdu  (1856-1857).    O, 
“ölü sahə” adlandırılan döyüş yerlərində olduqdan 
sonra öz memuarlarında yazırdı: “Bu düzəngahın 
buraxdığı  təəssürat,  San-Bernardakı  morqla 
müqayisə ediləsi deyildir. ”
Siyasi vəziyyət akınların da yaradıcılığında öz 
əksini  tapmışdı.  Rus  xalqı  ilə  dostluq  əlaqələrini 
gələcəkdə  möhkəmləndirmək  kimi  proqressiv 
baxışlar  yaranırdı.  Ədalət  və  dərrakəyə  çağırışlar 
səslənirdi.  1710-cu  ildən  1876-cı  ilə  qədər 
qırğızların  başlıca  məqsədi  Kokand  xanlığının 
və  Tsin  imperiyasının  əsarətindən  tezliklə 
qurtulmaq  idi.  Pulat  xanın  başçılığı  altında  tez-
tez xalq üsyanları qalxırdı. 1842-ci ildə qırğızların 
birləşməsi baş tutdu. 
Mənəvi zənginlik bütöv bir pleyada şair, xalq 
dastansöyləyənləri və musiqiçilərin yaradıcılığında 
təmsil  olunmağa  başladı:  Gəldibəy,  Balıkooz, 
Tınıbəy,  Çoyükə,  Sağınbay,  Kalıqul,  Arstanbəy, 
Moldo  Kılıç,  Jenijok,  Moldo  Niyaz,  Kurənkə, 
Aydaralı,  Sırtbay,  Niyazəli,  Taykojo,  Booqaçı 
və  s.  Böyük  qazax  etnoqrafı  və  maarifpərvəri 
Çokan  Vəlixanov  1856-cı  ildə  Qırğızıstanı  gəzib 
dolaşdıqdan  sonra  1861-ci  ildə  “Manas”  eposu 
barədə  “Rus  İmperator  Coğrafiya  Cəmiyyətinin 
etnoqrafiya  bölməsinin  yazıları”nda  oçerk  çap 
etdirdi. Bu, ilk ədəbi qeyd idi. Sonradan akademik 
V.V.Radlov  1862-ci  ildə  Qırğızıstana  ilk  dəfə 
getikdən sonra 1869-cu ildə “Manas”, “Semetey”, 
“Seytek” trilogiyasını yazdı.
Qırğızıstanın  cənubunda,  Alay  vadisində 
Kokand  xanından  “bəy”  titulunu  almış  Alımbəy 
datka  hökmranlıq  edirdi.  1862-ci  ildə  solto 
qəbiləsinin  manapı  Baytik  bahadır  Kokand  bəyi 
Rəhmətullanın  Pişpek  yaxınlığındakı  qalasını  ələ 
keçirməyə müyəssər oldu. Sonralar Baytik bahadır 
türk  qoşunlarına  Mərkə,  Oluya-Ata,  Çimkənd 
qalalarını  ələ  keçirməyə  köməklik  göstərdi  və 
bunun  müqabilində  ordenlə  mükafatlandırıldı. 
1863-cü  ildə  Kokand  xanlığında  hakimiyyət 
qıpçaq-qırğızların  əlinə  keçdi  –  onların 
nümayəndəsi Altım Kul üç il ərzində hökmranlıq 
etdi. Altım Kul Kokand hökmdarı şəxsində şimal 
qırğızlarının başçıları Jantay xan və Baytiklə sülh 
bağlamağa çalışırdı. Qırğızıstanda olmuş görkəmli 
coğrafiyaşünas A.N.Severtsev 1864-cü ildə yazırdı:  
“İlk dəfə idi, qara-qırğızlarla tanış olurdum. Onlar 
M.İ.Venkjov  və  Ç.Valixanov  təsvir  edənlərdən 
daha səliqəlidirlər”. İ.Strelkovun söylədiyinə görə, 
Ç.Vəlixanov 1856-cı ildə İssık-Kula səfər edibmiş. 
O yazırdı: “Qirğızlar, Çokanda qazaxlara nisbətən 
daha  döyüşkən  xalq  təəssüratı  yaratmışdılar, 
qırğızlar ona dostcasına, yaşca böyük qadınlar isə 
anasayağı baxırdılar”.  Sonradan qırğızların məişət 
və həyat tərzləri ilə tanış olan digər rus alim-səyyah 
V.İ.Lipkin belə qeyd etmişdir: “Sözsüz ki, qırğızlar 
– Avropa mədəniyyətinə meyl edən qabiliyyətli və 
zadəgan əsilli tayfadır.”
1855-1868-ci  illərdə Kokand  əsarəti  qurtardı. 
Şimali  qırğızlar  Rusiya  imperiyasının  tərkibinə 
daxil oldular. 
11.07.1867-ci ildə Sır-Dərya və Yeddisu (Jeti-
Suu)  vilayətlərindən  ibarət  Türküstan  general-
qubernatorluğu  təşkil  edildi.  Yeni  inzibati-ərazi 
qurumun  strateji  əhəmiyyəti  nəzərə  alındı  və 
Türküstan  hərbi  nazirliyin  tərkibinə  daxil  edildi. 
Beləliklə,  tərkibinə  Qırğızıstanın  da  qatıldığı 
Türküstanın  hərbi  və  mülki  idarəçiliyi  üçün 
müstəmləkəçilik  aparatının  əsası  qoyuldu.  Rus 
hökuməti  inzibati  idarəçilik  təşkili  ilə  bərabər 
yeni  torpaqlarda  çarizmin  hərbi-siyasi  və 
sosial  istinadgahlarını  yaratmaq  məqsədilə  rus 
köçkünlərinin ərazilərdə yerləşdirilməsinə başladı.  
Qaragöl  (İssık-Kul)  və  Tokmokda  (Çuy)  1867-
206


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə