Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə76/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   72   73   74   75   76   77   78   79   ...   111

zamanı  olmuşdu.  Amma  elə  həmin  zaman  da, 
məcburən  geri  çəkilmələrinə  baxmayaraq,  qırğızlar 
tabe olmadılar.  
Teymurləngin ona heç də həmişə istədiyi nəticəni 
gətirməmiş Ala-Tooya münasibətini onun geniş işğal 
planında  kontekstindən  ayırmaq  olmaz. Teymurləng 
Toxtamışa qarşı etdiyi üç yürüş nəticəsində XIV əsrin 
sonlarında  Qızıl  Ordanı  xeyli  zəiflətmiş,  paytaxtı 
Saray-Berkeni və digər şəhərləri qarət etmişdi ki, son 
nəticədə də Rusiyada monqol-tatar əsarətinin sonunu 
yaxınlardırmışdı.  1398-ci ildə Hindistana soxulması 
nəticəsində  onun  əsas  şəhəri  Dehli  ələ  keçirilmişdi. 
1402-ci  ildə  Türkiyə  məğlubiyyətə  uğradı,  sultan 
Bəyazid  isə Ankara  savaşında  əsir  düşdü.  Sonradan 
1404-cü  ildə  Çin  yürüşü  gəldi.  O  Çin  yürüşü  ki, 
Teymurun  ölümü  ilə  əlaqədar  olaraq  1405-ci  ildə 
yarımçıq  qaldı.  Uzun  sözün  qısası,  Teymurləng  öz 
yürüşləri ilə bütün Avrasiyanı alt-üst etmişdi. 
Qırğızların  Monqolustanda  hökmranlıqları 
haqqında  xatirələr,  V.Bartold  yazdığı  kimi, 
“monqolların yaddaşlarında bu günə qədər qalmışdır, 
bəlkə ona görə ki, qırğızlar Monqolustanda yaşamış 
və  hökmranlıq  etmiş  sonuncu  xalqdır”.  XIV  əsrin 
sonlarında Əmir Teymur (o zaman Mərkəzi Asiyada 
onların  qüdrətli  dövləti  yaradılmışdı)  çoxmilyonlu 
ordusu  ilə  Tarbaqatay  dağlarının  ətəklərində  Kobuk 
çayı  vadisində  Baymuratın  rəhbərliyi  altında  olan 
qırğızlara  hücum  etdi.  Düşmən  güclü  idi.  Yenə  də 
qırğızlar  Teymurun  ölümünə  qədər  teymurilərin 
əsarəti  altına  düşdülər.  XIV  əsrdə  öz  dövlətçiliyini 
itirmiş qırğızlar ayrı-ayrılıqda tayfa birlikləri halında 
sağ qalmaq üçün cəhd göstərərək yaşamağa başladılar. 
Moğolustanın  şərq  hissəsində,  Altayda  və 
Cunqariyada  köçəri  həyat  sürən  qırğızlar  tədricən 
tərk  edilmiş  torpaqlara  köç  etməyə  başladılar, 
Əmir  Teymurun  müntəzəm  yürüşləri  nəticəsində 
Kurmanov T. “Payız atı” 2001-ci il, B., quaş, 40 x 30
201


darmadağın  edilmiş  moğol  tayfalarının  qalıqlarını 
ram  edib  onları  özlərinə  qarışdırdılar.  Bu  dövrlərdə 
Baymurat-Çerikin başçılıq etdiyi qırğız döyüşçüləri öz 
qəhrəmanlıq və dözümlüyünə görə xüsusi seçilirdilər. 
Məşhur Məhəmməd Heydər özünün iki dəftərdən 
ibarət  “Tarix-i-Rəşidi”  (“Rəşidin  tarixi”)  əsərində 
qırğızları  “Moğolustan  meşələrinin  aslanları” 
adlandırmışdır ki, bu da qırğızşünaslara həmin epitet 
barədə düşünməyə əsas verir. 
XV  əsrin  əvvəllərində  qazax  və  qırğızların 
ərazilərinə müdaxilə etmiş cunqarlarla (kalmaklarla) 
müharibə  başladı.  Uzun  (200  ildən  artıq),  qanlı 
müharibə getdi. Və yalnız ümumi qüvvə ilə, qırğızlar 
qazaxlarla  birləşdikdən  sonra  cunqarlara  qalib  gələ 
bildilər. Və həmin dövrdən bu yana xalqın hafizəsində 
o  zamanın  bütün  faciəviliyini  özündə  əxz  etdirən 
belə  bir  məsəl  qalmışdır:  “Qazaxlar  tozağacından 
şirə  çəkərkən,  qırğızlar  Qissara  daxil  oldular” 
(Tacikistandakı  Qissar  vadisi).  Müharibənin  lap 
başlanğıcında məğlub olmuş qırğızlar, hər halda, illər 
sonra qalib gəldilər. Təəssüf ki, həmin böyük hadisə 
barədə  biz  çox  az  bilirik  və  hələ  də  bu  tarixi  dövr 
layiqincə dəyərləndirilməmişdir. Axı məhz o dövrdə 
qırğız xalqının döyüş əzmi öz davamlılığına görə ağır 
sınaqdan keçmişdi. Güman ki, döyüşçüləri analarının 
duası  xilas  edirdi,  məs.,  təqribən  Ç.Aytmatov 
tərəfindən hələ 1957-ci ildə qələmə alınmış “Üzbəüz” 
povestində  Kertolqo-zayip  ananın  duası  kimi:  “Ey 
Tengri, təhlükəli və qorxulu saatda oyrat düşməninin 
qarşısında tab gətirmək üçün bizə qüvvə ver. Bizim altı 
arxa nəsli birləşdirən, dağlarda sənin ruzinlə yaşayan, 
otlaqlarda  və  çəmənliklərdə  mal-qara  otaran  qırğız 
xalqını qoru.  Bizim ocaqlarımızın oyratların atlarının 
dırnaqları altında əzilməyinə qoyma. Ədalətli ol, açıq 
savaşda  bizə  zəfər  verməyə  etiraz  etmə.  O  dağlar 
arxasında, Talçuy vadisində nələr var? Orada nə baş 
vermişdir? Nə xəbər var, nə müharibə meydanından 
gələn çapar var, ürək həyəcan içində çırpınır. Orada 
nə  var,  nə  yox?  Bizi  sabah  nə  gözləyir?  Qoru, 
qoru,  Tengeri,  döyüşlərə  gedənləri.  Onları  atlarının 
yəhərlərində oturmuş görməyə şərait yarat, dəvələrə 
yüklənmiş  meyitlərini  görməyə  yox.  Eşit  dualarımı, 
Tenqri, mən üç oğul anasıyam...” 
XVII-XVIII  əsrlərdə  oyrot-kalmak  işğalçıları 
Qırğızıstana fasiləsiz talançı yürüşlər edirdilər. Türk 
xalqları monqolların “sağ” qollarına aid olan tayfaları 
qədimdən  kalmak,  cunqar,  oyrot  adlandırırdılar. 
Oyrotlar  Monqolustanın  qərb  hissəsində  böyük 
ərazini tutmuşdular.
XV  əsrdə  müstəqil  Oyrot  xanlığı  yaradıldı. 
Oyrotlar  tədricən  möhkəmlənərək  XVI  əsrdə 
tərkibində  tırqoot,  derbet,  xoşut,  çoros  tayfalarının 
daxil  olduğu  “Derben  oyrot”  (“Dörd  oyrot”) 
ittifaqında  birləşdilər.  Bundan  sonra  kalmaklar 
qazaxlar  və  qırğızlara  real  təhlükə  yaradaraq  qərbə 
doğru  irəlilədilər.  Tarixi  mənbələrə  əsasən,  Doolos 
batırın  başçılıq  etdiyi  qırğız  qəbilələri  kalmakların 
aqressiv iddialarını qəti şəkildə dəf edə bilmişdilər. 
Uzun  zamandır  bir-birinə  dayaq  durmuş  qırğız 
və qazaxların başının üzərində sıxlaşmış yeni təhlükə 
onları  birləşdirdi.  Həmin  ittifaq  xüsusilə  XVII 
əsrdə,  qırğız-qazax  xanı  Eşimin  (doğum  tarixi  bəlli 
deyil-1628)  hakimiyyəti  dövründə  möhkəmləndi  ki, 
bu da işğalçılara qarşı uğurla dayanıb tab gətirməyə 
və onların həmlələrinin qarşısını almağa kömək etdi. 
Onların  müvəffəqiyyətləri  həmçinin  yerli  qırğız 
hökmdarlarının  düşmən  əleyhinə  aktiv  fəaliyyətləri 
ilə möhkəmləndi. 
Qırğız-qazax 
koalisiyasının 
möhkəmləndirilməsində,  cunqar  işğalçılarına  qarşı 
kəsərli cavab verməklə böyük işlər görənlər Manap-
biy, onun oğlu Jarban-bahadır, Tursun-xan, Kokum-
biy, Tüqol biy, Çaa və başqaları oldular. 
XVI  əsrin  ortalarında  qırğızların  və  qazaxların 
vahid  xanları  vardı,  lakin  sonradan  onlar  müstəqil 
hərəkət  etməyə  başladılar.  Artıq  1558-ci  ildə  vahid 
siyasi  birlik  yaratmayan  qırğızlar  Kaşğaristana, 
qazaxlar isə Daşkəndə hədə-qorxu gəlirdilər. Həmin 
dövrün təsvirlərinə əsasən, bizim əcdadlarımız çətin 
keçilən  məkanlarda  yaşayır,  düşmən  həmlə  etdiyi 
məqamda  öz  ailələrini  dağların  ucqarına  göndərir, 
özləri isə bütün keçidləri bağlayırdılar. 
Burada  A.N.Bernştamın  tarixi  təqdiqi  yerinə 
düşər:  “XVI  əsrdə  qırğızlar  Tyan-Şanda  siyasi 
hegemonluğa nail oldular,  hətta formal olaraq XIII-
XVI  əsrlərdə  monqolların,  XVII-XVIII  əsrlərdə 
kalmıkların, XVIII-XIX əsrlərdə çinlilərin, XIX əsrdə 
Qaşqar, Kokand və rus çarlığının əsarəti altında olsalar 
da, Tyan-Şanın sayəsində öz iqtisadi müstəqilliklərini, 
müstəqillik uğrunda mübarizənin həyata keçirilməsinə 
yönəldilmiş suveren siyasi istiqaməti saxladılar”. 
Şimal  qırğız  tayfalarının  kalmak  işğalçıları 
ilə  mübarizəsinə  Atake-bahadır,  Ər-Soltonoy, 
Berdike-bahadır  və  başqaları  başçılıq  edirdilər. 
Onlar  düşmənlərin  hücumundan  sonra  parçalanmış 
qırğızların birləşməsi və xalqın müstəqillik uğrunda 
səfərbərliyi naminə böyük səylər göstərmişlər. 
Təxminən 130 il mövcud olmuş Cunqar xanlığı 
(1628-1758)  Rusiyanın  millətlərinin,  qırğızların, 
monqolların,  qazaxların,  sartların,  türkmənlərin, 
qıpçaqların, qaraqalpaqların və başqalarının tarixində 
nəzərəçarpacaq iz qoydu. 1652-ci ildə kalmak dəstələri 
Tyan-Şan qırğızlarına qarşı yürüş etdilər. Kalmakların 
qırğızlara qarşı növbəti yürüşü 1749-cu ildə 27 minlik 
süvari  ordusunun  hücumu  ilə  başlamışdı  ki,  7  min 
döyüşçüsünü  itirməklə,  məğlubiyyətə  uğradılar. 
1758-ci ildə tsin ordusu kalmakları darmadağın etdi. 
Nəticədə, milyondan çox adam qırıldı, amma çoxusu 
202


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə