Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə75/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   71   72   73   74   75   76   77   78   ...   111

torpaqlarını bütünlüklə ələ keçirən qırğızlar hakim 
mövqe tutdular”.
 XII əsrdə türk təsiri Kiçik Asiyaya, Uzaq Şərqə 
yayıldı. Qaraxanilər dövründə (940-1212) – “türk 
epoxasının  qızıl  əsri”ndə  –  Mərkəzi  Asiyadakı 
xalqlar  türk  qəbilələrinin  –  karluklar,  yağmalar, 
çiqillər, qırğızlar və b.-larının daxil olduğu dünya 
sivilizasiyasının  önünə  çıxdılar.  Qaraxanilərin 
ərazilərinin  tərkibinə  Yeddisu,  Çuy  və  Talas 
vadiləri daxil idi. Balasaqun isə paytaxtlardan biri 
hesab olunurdu. 
Qaraxanilər  o  dövr  üçün  möhtəşəm  hesab 
edilən  Buran  və  Üzgən  qüllələrinin  tikintisinə 
başladılar  ki,  bu  da  arxitektor  və  bənnaların 
yüksək  peşəkarlığından  bariz  surətdə  xəbər  verir. 
Sonradan Şərqi Türküstan və Cənubi Qazaxıstanın 
ərazisini  ələ  keçirən  Qaraxani  hökmdarları  bir-
biri  ilə  ümumi  dil  tapa  bilməyərək  iki  xaqanlığa 
parçalandılar:  Şərqi-qaraxanilər  xaqanlığının 
paytaxtı  əvvəl  Kaşğar,  sonra  Balasaqun,  Qərbi-
qaraxanilər xaqanlığının paytaxtı Üzgən şəhəri idi. 
Məhz  bu  mərhələdə  (XI-XII  əsrlər)  Qırğızıstanın 
ərazisində fəal surətdə islam yayılmağa başladı. 
Məşhur  tarixçi-alimlərdən  biri  XI-XII  əsr 
Qırğızıstanını  belə  təsvir  edir:  “Qırğızıstanda 
çoxlu  sayda  şəhərlər  vardı.  O  zaman  cənubun  iri 
şəhərləri  Oş,  Mədva  (indiki  Madı  qışlağı  tərəf), 
Üzgən  idi.  Üzgən  şəhərinin  taleyinə  Qaraxanilər 
dövlətinin  Mavəraünnəhr  diyarının  hökmdarları 
həmin  şəhərdə  bərqərar  olanda  hətta  Orta  Asiya 
paytaxtı  olmaq  da  düşmüşdü.  Bu  şəhərlər  təkcə 
siyasi  hakimiyyət,  ticarət  və  sənətkarlıq  mərkəzi 
deyildilər,  həmçinin  onların  ətrafında  şan-şöhrəti 
Fərqanənin hüdudlarından uzaqlara yayılan güclü 
inkişaf  etmiş  emal-çıxarma  sənayesi  toplaşmışdı. 
Sıx  şəhər,  qala  və  karvansara  şəbəkəsi  Şimali 
Qırğızıstanı,  Çuy  vadisini,  İssık-Kul  sahilini  və 
Tyan-Şanı  bürümüşdü.  Səmərqənd,  Buxara  və 
başqa  şəhərlərdən  çıxan  çoxsaylı  karvanlar  Şərqi 
Türküstana buradan gedirdilər. 
Talasu və Çu çayları boyu çoxlu xırda şəhərlər 
salınmışdı. Belə ki, Qırğızıstanın ərazisində Talas 
boyu Таrazdan cənuba (hazırkı Cambul) bu şəhərlər 
dururdu: Аtlax (Soldatski kəndinin yaxınlığında), 
Хаmukat  (Serafimovka  kəndinin  yaxınlığında), 
Şəlci  (Kirovsk  qəsəbəsi  yaxınlığında),  Susı 
(Vodnı  kəndi  yaxınlığında),  Kul  (Orlovka  kəndi 
yaxınlığında),  Теkabket  (Dmitriyevsk  kəndi 
yaxınlığında),  müasir  Qırğızıstanla  Qazaxıstanın 
sərhədində  Çuy  vadisində  Аşpara  (Çaldıvar 
kəndi),  Nuzkət  (Qarabaltı  kəndi),  Harran-Cuvan 
(Belovodskdan  şimala),  Cul  (Novo-Pavlovka 
kəndi yaxınlığında), Sarıq (Krasnaya reçka kəndi), 
Balasaqun  (Тоkmokun  yaxınlığında),  Nəvakət 
(Orlovka  kəndi),  Kümbrikət  (Sovetskoye  kəndi), 
Suyab (Novorossiyskoye kəndi). İssık-Kulun Ton 
körfəzindən  Tüp  körfəzinə  qədər Yuxarı  Barsxan 
vilayətinin 9 şəhəri və Tyan-Şandakı, daha dəqiqi, 
Koçkorkadakı digər şəhərlər yerləşirdi”.
Qırğızıstan 
şəhərlərinin 
mövqeləri 
özünəməxsusluğu ilə seçilir. Onların böyük hissəsi 
V-VII əsrlərdə qədim soqd müstəmləkləri və hərbi-
ticarət  faktoriyaları  bazasında  (Çuy  vadisi  və 
İssık-Kul) əmələ gəlmişdi. Yaşayış məntəqələrinin 
bəziləri köçəri torpaqlarının arasında, hərbi-ticarət 
faktoriyaları və xan ordugahları bazasında (Mərkəzi 
Tyan-Şanda Atbaş və Qacin-qarbaşı şəhərləri kimi 
– qədim yaşayış məskənləri Şirdakbəy və Koşoy-
Kurqan),  şimali  Yeddisuyun  Suyab  (Çon-Kəmin) 
və digər “şəhərləri”, məs., İli çayının hövzəsindəki 
(müasir  Taldı-Kurqan  yaxınlığında  əski  yaşayış 
məskəni  Düngənə)  Koylık  kimi  yaranmışdı. 
Əhalinin  ikinci  tip  yayılması  əsasən  XI-XII  əsrə 
aiddir. 
O  dövrün  şəhərinin  mərkəzini,  adətən, 
imkan  daxilində  yüksəklikdə  yerləşmiş  və 
möhkəmləndirilmiş  hissə  təşkil  edərdi;  burada, 
mərkəzdə,  hökmdar  sarayı  (ark-qala)  yerləşərdi. 
Ətrafında  isə  möhkəm  divarlar  arxasında,  məs., 
xəzinədarlıq,  cəbbəxana  və  onlarla  yanaşı,  digər 
mühüm dövlət təşkilatları və əlbəttə, hökmdarın, onun 
ailəsinin və arkda yaşayan qalan adamların nökər-naibi 
üçüb məişət-təsərrüfat tikililəri olurdu. Arkın yanında, 
yaxud çox vaxt ətrafında şəhristan – qülləli ümumi 
divarlı və möhkəmləndirilmiş darvazalı çevrələnmiş 
yer  olurdu.  Şəhristanın  daxilində  o  dövrün  şəhər 
həyatı üçün çox böyük əhəmiyyət kəsb edən dövlət 
müəssisələri,  zadəganların  və  məmurların  mülkləri, 
məscid və bazarlar yerləşdirilərdi. Bazarların çoxusu 
həmçinin  məhsulların  istehsal  və  emal  yeri  idi  ki, 
hərçənd, bu, o zamankı bütün Orta Asiya bazarlarının 
özünəməxsus  xüsusiyyətidir.  Şəhristanın  divarları 
xaricində isə ticarət-sənətkarlıq məkanları (rabadalar) 
yerləşirdi.  Bunlara,  əsas  etibarilə,  dəri  sənayesinin, 
bişirici  sobaların,  sallaqxana  və  b.-nın  istehsal 
prosesində  özünəməxsus  spesifik  xüsusiyyətlərinə 
görə şəhristanın daxilində olması məsləhət bilinməyən 
müəssisələr aid idi. 
Orta  Asiya  türk,  fars  və  ərəb  etnomədəni  və 
ideoloji birləşməsi yolu ilə dünyaya Birunu, İbn Sina, 
Ömər Xəyyam, Əl Xorəzmi, Mahmud Kaşğari və bir 
çoxları  kimi  üləma  fenomenlər  verdi.  Məhz  qırğız 
torpağında həmin dövrün iki böyük ulduzu doğdu – 
Yusif Balasaquni və Mahmud Kaşğari.
199


XII-XVII əsrlər. Böyük sınaqlar dövrüepoxasıdövrü
XII  əsrdə,  qırğız  xalqı  öz  dövlətçiliyini  təsdiq 
etdikdən  sonra  əsrlər  boyu,  yəni  XVIII  əsrə  qədər 
yadelli  istilaçılara  qarşı  –  monqollar,  kalmaklar, 
çinlilər, teymurilər və b. – daimi mübarəzə aparırdılar. 
Orta əsrtlərdə azsaylı qırğız xalqına öz mövcudiyyətini 
qorumaq heç də asan başa gəlmirdi. Qırğız torpağı bir 
çox qanlı müharibələr meydanına çevrilmişdi. Kifayət 
qədər  güclü  olan  uyğur  və  türklərin  amansız  və 
məhvedici  basqınları  qırğızları  həmişə  döyüşə  hazır 
vəziyyətdə olmağa sövq edirdi. Təsadüfi deyildir ki, 
B.Soltonoyevin  fikrinə  görə,  “oğlan  uşaqlarını  hələ 
kiçik  yaşlarından  müharibəyə  hazırlayırdılar  ki, 
onlar hərbi taktikanın ilkin mahiyyətini dərk etsinlər, 
qoçaq,  bacarıqlı  döyüşçü  kimi  böyüsünlər.  Hərbi 
mükəlləfiyyəti 17-50 yaşlı kişilər daşıyırdılar, amma 
müharibə  illərində  savaşlarda  60-70  yaşlı  qocalar 
da  iştirak  edir,  hətta  əlbəyaxa  döyüşə  də  girirdilər. 
Qırğızlar yalnız at üzərində döyüşür və vuruşurdular”. 
Təsadüfi  deyildir  ki,  bir  çox  tarixi  abidə-stelalar 
qırğız  döyüşçülərinin  savaşda  qəhrəmanlıq  və 
qormazlığı barədə məlumatları özlərində saxlamışdır. 
B.Soltonoyevin yazdığına görə, hətta milli oyunların 
ayrı-ayrı  növləri  uluların  hərbi  taktikalarının,  hərbi 
ruhun əksini özünə əxz etdirmişdir. 
X-XII  əsrlər  Tenir-Too  bölgəsində  Qaraxani 
xaqanlığının  iqtisadi  və  mədəni  tərəqqi  dövrüdür. 
Orta əsr dövrünün qırğızları “qara” sözünə “böyük”, 
“iri”,  “qüdrətli”,  “qəhrəman”,  “cəsur”  mənasını 
verirdilər.  Beləlikə,  “Qaraxan”  adı  “qüdrətli  xan, 
böyük hökmdar” mənasını verir.
“Qaraxanilər”  termini  XIX  əsr  Şərqi  araşdıran 
ruslar  tərəfindən  tarixi  dövriyyəyə  daxil  edilmiş  və 
ümumilikdə türk sülaləsinə aid edilməyə başlamışdı. 
Dövlətin  əsas  əhalisini  ümumi  Xaqan  türkləri  adı 
altında birləşmiş tayfalar ittifaqı təşkil edirdi. Onlar 
uyğurlarla güclü mübarizə aparırdılar. Məlumdur ki, 
dövlətdə aparıcı mövqeləri karlukların tayfa birliyinə 
daxil olan çiqil və yaqma kimi nəsillər tuturdular.
Yenisey qırğızları XIII əsrin əvvəllərində monqol 
istilasından  qurtulmaq  üçün  bütün  vasitələrdən 
istifadə  edirdilər.  Türküstanın  ərazisi  Çingiz  xanın 
oğulları arasında bölüşdürülmüşdü. Monqol orduları 
öz  hakimiyyətləri  dövründə  əhalini  talan  edir  və 
tamamilə  var-yoxdan  çıxarırdılar.  S.M.Abramzonun 
fikrinə görə: “Hələ 1207-ci ildə Çingiz xan qırğızlara 
itaət  tələbi  ilə  elçilər  göndərmişdi.  Lakin  qırğızlar 
nəinki  müstəqil  qaldılar,  həm  də  üstəlik  1218-ci 
ildə  monqollarla  döyüşə  də  girdilər.  Amma  qanlı 
döyüşlərdən sonra qırğızlar məğlub oldular”. Əlbəttə, 
o  dövrdə  Sakit  okeandan  Qara  dənizə  qədər  ərazisi 
olan  hərbi  imperiya  yaratmış  qüdrətli  müstəbidə 
qarşı  müqavimət  göstərmək  qeyri-mümkün  idi. 
Beləliklə,  XIII  əsrin  əvvəllərində  Yeniseydə  Yedi-
Orun  (Orta Yenisey), Tuvada  və Altayda  qırğızların 
monqollarla qonşuluq edən kiçik əraziləri (xanlıqları) 
onlara tabe oldular. 1293-cü ildə qırğız xaqanlığı öz 
mövcudiyyətini tam olaraq itirdi. Bunun nəticəsində 
Yeniseyin  yuxarı  axarlarında  yaşayan  qırğızların 
böyük  hissəsi  Mancuriyanın  cənub-şərqinə  köç 
etdilər, 1295-ci ildə isə qırğızların bir qismi Şandun 
(Çin)  vilayətinə  köçdü  və  həmişəlik  orada  qaldı. 
Yeri  gəlmişkən,  1998-ci  ildə  bu  bölgələrdə  olmaq 
xoşbəxliyi mənə nəsib oldu və yerli əhalinin müasir 
qırğızlarla çox oxşarlığına əmin oldum. 
Qırğızlar  xeyli  müddət  sonra,  Teymurləng 
hakimiyyətə  gəldiyi  zaman,  XIV  əsrin  sonlarında 
monqol  əsarətindən  qurtula  bildilər.  Sonralar  qırğız 
və  qıpçaq  tayfaları  tədricən  bir  yerə  toplaşmağa  və 
tədricən Tyan-Şan tərəfə köç etməyə başladılar. XV-
XVI əsrlərdə bizim əcdadlarımız Yenisey sahillərindən 
və  Sayan  dağlarından  çətin  və  uzun  yol  qət  edərək 
bütünlüklə  müqəddəs  torpaq  Ala-Too-da  məskən 
saldılar.  Ərəb-fars  müəllifləri  qırğızların  cəsurluğu 
barədə yekdilliklə danışırdılar. Məhz ərəblər və farslar 
qırğızlara “Moğolustanın meşə aslanları” fəxri adını 
vermişdilər. 
Qırğızlar  Teymurləngin  yürüşüləri  zamanı  öz 
torpaqları  uğrunda  inadla  mübarizə  aparırdılar. 
Tarixçilərin  rəyinə  görə,  Teymurləngin  hökmranlığı 
yalnız  Çuy  vadisinə  qədər  çatmışdı.  Həmin  dövrün 
qırğızları döyüşlərdəki cəngavərlik xüsusiyyətlərinə, 
mətanətlərinə və qoçaqlıqlarına görə “Moğolustanın 
meşə aslanları”  şöhrətlərini həqiqətən doğruldurdular.  
Teymurləngin varislərinin Ala-Tooda mövqelərini 
möhkəmlətmək  üçün  daha  bir  cəhdi  1425-ci  ildə, 
onun nəvəsi Uluğbəyin böyük qoşunla Talasa yürüşü 
200


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə