Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə77/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   73   74   75   76   77   78   79   80   ...   111

Rusiyaya qaçmaqla canlarını qurtardı, onların nəsilləri 
isə müasir Kalmıkiyada yaşayırlar. 
  Qırğız  qəbilə  hökmdarları  bir  müddət 
monqollardan  qalma  adətlər  üzrə  hərəkət  edərək, 
hakimiyyətə  Çingiz  xanın  nəslindən  olanları 
gətirməklə  yanaşı,  faktiki  ərazi  üzrə  idarəetməni  öz 
əllərinə keçirdilər. XV əsrdən başlayaraq Ala-Toonun 
ərazisi  sabit  siyasi-dövlət  anlamına  –  Qırğızıstan 
torpağı anlamına çevrilməyə başladı.
  1508-ci  ildə  Məhəmməd  Qırğız  ağ  keçə 
xalçada  yuxarı  qaldırıldı  və  qırğız  hökmdarı  elan 
edildi.  Onun  hakimiyyəti  altında  olan  bölgə  “qırğız 
ulusu”  adlandırıldı.  Məhəmməd  Qırğız  qırğızların 
tarixinə  əfsanəvi  Taqay  biy  adı  ilə  daxil  olmuş  və 
qırğızların  ulubabası,  onların  ilk  ali  hökmdarları 
hesab  edilibən  öz  yerini  tutmuşdur.  Bu,  qırğız 
tarixində, qırğız qəbilə və tayfalarının birləşməsində 
çox əhəmiyyətli taleyüklü mərhələ idi. 
Məhəmməd  Qırğızın  şəxsiyyəti  haqqında 
o  dövrdən,  demək  olar  ki,  birbaşa  heç  bir  xatirə 
qalmamışdır. Lakin hərəkətlərini, əməllərini izlədikcə, 
o  şəxsin  güclü  siyasi  iradəli,  tükənməz  enerjili  və 
məqsədyönlü olduğunu təsəvvür etmək çətin deyildir. 
Onun  məqsədi  qırğızların  birləşdirilməsi  və  həmin 
şəraitdə  müstəqil  qırğız  dövlətçiliyinin  yaradılması 
idi. 
XVI  əsrin  ikinci  yarısı  qırğız  qəbilələrinin 
birləşməsi  və  qüvvələrinin  cəmləşdirilməsi,  Tyan-
Şanda  müstəqil  qırğız  xanlığının  yaranması  ilə 
əlamətdardır.  Əvvəlcə  bu  xanlıq  Çingiz  xanın 
nəslinin nümayəndəsi tərəfindən idarə olunurdu, fəqət 
Məhəmməd Qırğız (Taqay biy) Çingizilərlə mübarizə 
apararaq qələbə çaldı və amirlərin yalnız Çingiz xanın 
nəslinin nümayəndəsi olmaq məcburiyyəti ənənəsinə 
son  qoydu.  Мəhəmməd  Qırğız  qırğız  tayfalarının 
“sol” və “sağ” qanadlarının etnosiyasi cəmləşməsini 
möhkəmlətdi.  XV  əsr  Teymurun  (Teymurləngin) 
dövlətinin  tamamən  süqutu,  qazax  xanlığının 
yaranması  və  Tyan-Şan  ərazisində  iki  güclü  qırğız 
etnosiyasi birliyinin meydana gəlməsi ilə (on qanad, 
sol  qаnаd),  həmçinin  qırğızlarla  qazaxların  arasında 
monqol,  özbək  və  oyrat  feodallarının  təcavüzünə 
qarşı ittifaqın bağlanması ilə əlamətdardır. Bu dövrdə 
dağınıq qırğız tayfalarının konsolidasiyası gücləndi və 
yeni tarixi ümumiliyə – qırğız xalqının yaranmasına 
–  keçid  reallaşdı.  1510-cu  ildə  Məhəmməd 
Qırğıza  (Taqay  biy)  çar  titulu  veridli.  Məhəmməd 
Qırğız  1514-cü  ildə  monqol  xanı  Sultan  Seyidə 
Qaşqarıstanın  ələ  keçirilməsində  güclü  köməklik 
göstərdi.  1517-ci  ildə  isə  Məhəmməd  Türküstana 
yürüş etdi. Onun hakimiyyəti dövründə (1510-1524) 
müstəqil  qırğız  dövləti  yaradılmışdı.  V.V.Bartoldun 
sözlərinə görə, düşmənləri onu “qırğızların padşahı” 
adlandırırdılar.  Lakin  elə  1517-ci  ildə  də  Sultan 
Seyid özü güclü ordunun başında duraraq xaincəsinə 
qırğızların İssık-Kul sahilindəki torpaqlarına soxuldu. 
Məhəmmədin  döyüşçüləri  qeyri-bərabər  qovğada 
məğlubiyyətə uğradılar. Çox təəssüf ki, biz, qırğızlar 
hələ  də  bu  sərkərdənin  əməllərini  lazımi  səviyyədə 
dəyərləndirməmişik.  XV  əsrin  sonu-XVI  əsrin 
əvvəllərində  Seyf-əd-din  Əksikənd  qırğızların  tarixi 
haqqında  ilk  məlumatları  ərəb  əlifbası  ilə  qələmə 
aldı. Sonradan qırğızların yenə də Şərqi Türküstanın 
(1616-1630)  hökmdarlarının  və  kalmakların  (1635-
1758)  əleyhinə  qanlı  müharibələri  başladı.  Qələbə 
əldə etmiş biylər 1680-ci ildən 1702-ci ilə qədər bu 
geniş məkanlarda hökmranlıq etdilər. Qırğızlar həmin 
dövrdə  Sır-Dərya  vilayətinin  Auleatin  uyezdində 
yaşayırdılar.  Qırğızlar  XVIII  əsrin  ikinci  yarısında 
qazax  xanı  Ablay  xan  tərəfindən  hücuma  məruz 
qaldılar. 
Digər  görkəmli  şəxsiyyət  –  quşçu  tayfasından 
olub, öz xalqının azadlığı uğrunda mübarizə aparan 
Kubat  biydir.  Tyan-Şanda,  Fərqanədə  və  Şərqi 
Türküstanda  qırğız  tayfalarını  məhz  o  birləşdirə 
bilmiş  və  hətta  qırğızların  dövlətçiliyini  yaratmaq 
uğrunda ilk addımlar atmışdı. 
Qırğızların  tarixinin  bu  mərhələsi  barədə 
İ.Biçurin bunları qeyd edir: “Qırğızlar kasıb, amma 
qoçaqdırlar, öz həyatlarını qorumazlar, müharibədə 
cəsurdurlar.  Qazaxlar  və  bolurlar  onlardan 
çəkinirlər.  Hətta  cunqarlar  öz  hökmranlıqları 
dövründə  qırğızları  hakimiyyətlərinə  tabe  etdirə 
bilməmişdilər”. A.Bernştamın sözlərinə görə isə: “...
XVIII əsrin qırğızlar barədə Çin mətnlərinin təhlili 
həmin  dövrdə  Sintszyanın  ərazisində  baş  vermiş 
hadisələrdə  qırğızların  əhəmiyyətli  rolunu  göstərir. 
Çin  imperiyasını  onlarla  hesablaşmağa  məcbur 
edən qırğızların hərbi-demokratik quruluşu bu kiçik 
xalqın  ən  mühüm  sosial  qüvvəsini  təşkil  edirdi. 
Çin  mənbələrinə  istinadda  bu  tayfaların,  ələlxüsus 
da  onlar  iri  konferderasiyalar  halında  birləşəndə, 
azman qüvvəsi haqqında  sənəddə “hətta cunqarlar 
da  öz  qüdrətli    hökmdarlıqları  zamanı  onları 
hakimiyyətlərinə tabe edə bilməmişdilər” sözləri ilə 
əyani  surətdə  bildirilmişdir.  Bu  sözlər  öz  tarixində 
çox  zaman  geridə  qalmış  Şərq  zülmkarlarının 
sistemində bulunub, çox əziyyətlərə qatlaşmış, həyat 
qüvvəsini saxlamış qırğız xalqının asi ruhunu ifadə 
edir”. 
1909-cu  ildə  Almaniyada  işıq  üzü  görmüş 
kitabında professor Martin Qartman qırğızları cəld, 
güclü, mənlik hissi olan və verdikləri vədə naxələf 
çıxmayan insanlar kimi xarakterizə edir. 
203


XVIII-XIX əsrlər. Millətin möhkəmlənməsi dövrü 
XVIII  əsrin  əvvəllərində  qırğızların  tarixində 
ən  ağır  dövr  olmuşdu,  fəqət  eyni  zamanda 
bu  mərhələdə  xalqın  mənəvi  vətənpərvərliyi 
və  birliyinin  yüksəlişi,  etnik  özünüdərkin 
möhkəmlənməsi nəzərə çarpırdı. Bu, eposlar dövrü 
idi.  Qırğızların  kalmaklarla  mübarizəsi  öz  əksini 
xalq dastanlarında tapmışdı: “Kurmanbəy”, “Janış-
Bayış”,  “Ər  Tabıldı”,  “Janıl  Mirzə”,  “Sarıncı 
Bokoy”  və  başqaları.  Bu  dövr,  xalqın  birliyini 
möhkəmləndirmiş  və  ideologiyada  rol  oynamış 
şifahi xalq yaradıcılığında parlaq surətdə öz əksini 
tapmışdı. 
Qırğız etnosunun yaranması prosesi neçə əsri 
– uzun bir dövrü əhatə edir. Bu proses  XVI-XVIII 
əsrlər  ərzində  həmin  dövrdə  Şərqi  Sibir  və  Şərqi 
Türküstanda,  Tyan-Şan,  Pamir-Alay,  Orta  Asiya 
və Ural (başqırdların arasında) ərazisində yaşamış 
tayfaların  iştirakı  ilə  baş  vermişdir.  Birləşməyə 
əsas şərt möhkəm tayfa-qohumluq əlaqələri, dilin 
ümumiliyi və daimi ərazinin olması idi.
Cənub qırğızları 107 il ərzində (1769-1876-cı 
illər),  sonra  şimal  qırğızları  38  il  ərzində  (1825-
1863) böyük hissəsini özbəklər, qıpçaqlar, qırğızlar 
və taciklər təşkil edən Kokand xanlığının (paytaxtı 
Kokand ş.) tərkibində olmuşlar. Qırğızlar Kokand 
xanlığı  dövründə  Taylak  bahadır  və  Pulat  xanın 
başçılığı ilə 20 dəfədən çox üsyan qaldırmışdılar. 
1825-ci  ildə  Taylak  bahadır  onminlik  ordu 
toplayaraq, Şimali və Cənubi Tyan-Şanın ərazisinə 
soxulmuş Tsin döyüşçülərinin xeyli hissəsini məhv 
etdi. 
XIV əsrin sonundan-XVIII əsrə qədər, demək 
olar  ki,  400  il  ərzində  qırğızlar  milli  dövlətçiliyi 
bərpa  etmək  uğrunda  çıxış  edirdilər.  Amma 
məqsədlərinə çata bilmirdilər. Bu sayaq çıxışların 
birində qırğız tayfasının başçısı Kubat biy Kokand 
xanlığının əleyhinə olan döyüşlərdə öz qoçaqlığı ilə 
seçilmişdi.  Mərkəzi  Tyan-Şanda,  “Dağlar  aslanı” 
adını almış Taylak bahadır sayak, monoldor, çerik 
qırğız tayfalarının başında duraraq iki dəfə Kokand 
xanlığının  dəstələrinə  qarşı  çıxmış  və  qələbə 
qazanmışdı. Amma qırğız tayfalarını birləşdirmək 
ona müyəssər olmamışdı. 
Münasib təbii-iqlim şəraitli zəngin dağlıq diyar 
həmişə yadelli işğalçıların diqqətini cəlb etmişdir. 
Feodal  Kokand  xanlığının  hökmranlığı  dövründə 
(1769-1876)  milli-azadlıq  xarakterli  20-dən  çox 
üsyan  baş  vermişdi.  Qırğız  xalqı  ağlagəlməz 
məbləğdə  töycü  verməli,  üstəlik,  Kokand 
ordusunda  hərbi  xidmət  keçməli  idi.  Məşhur 
şərqşünas  A.Kun  o  zaman  yazırdı  ki,  Kokand 
xanlığı insanın doğulması və ölümü üçün də vergi 
verməyə məcbur edirdi, töycüsüz yalnız hava idi. 
Məğrur, azadlıqsevər xalq bu cür alçaldıcı vassallıq 
vəziyyəti  ilə  razılaşmaq  istəmirdi.  Qırğızların 
vaxtaşırı öz əsarətçilərinə qarşı qiyamları bununla 
izah  edilir.  Baxmayaraq  ki,  bu  üsyanlar  kifayət 
qədər  insan  itkisinə  gətirib  çıxarırdı,  qırğızlar  öz 
müstəqillik  və  azadlıqları  üçün  qızğın  mübarizə 
aparmaqda davamlı idilər.
Tarixi  salnamələrə  əsasən,  Narboto  biy, Alim 
xan,  Mədəli  xan  və  Şeralı  xan  kimi  kokandlı 
hökmdarların qırğızlarla qohumluq əlaqələri vardı 
və  kokandlılar  nəinki  qırğızlara  rəğbət  bəsləyir, 
hətta  bəzən  öz  həmyerlilərindən  daha  çox  onlara 
etibar göstərirdilər. Nəticədə, kokandlıların inzibati 
idarələrində rəhbər vəzifələri qırğızların xanəman 
və tayfalarından nümayəndələr tuturdular.
Kokand  xanlığının  tarixində  təqribən  30  il 
hakimiyyətdə  olmuş  Xudayar  xanın  şəxsiyyəti 
xüsusilə seçilir. O, qırğızların əhatəsində böyümüş 
və  tərbiyə  edilmişdi,  ona  görə  davranışında, 
nitqində  və  xasiyyətində  onlardan  götürdüyü 
vərdişləri saxlamışdı.
Doğrudur,  təsdiq  edilir  ki,  o,  qırğız  mühiti 
tərəfindən yüksəldilmişdisə, elə onun tərəfindən də 
devrilmişdi. 1858-ci ildə hakimiyyətə gəlmiş Məllə 
xan  Alayda  hökmranlıq  edən  Alımbəy  datkaya 
xanlığın inzibati tərkibində, faktiki olaraq hədsiz-
hüdudsuz hüquqlar verdi. 
Saray  münaqişələri  həmişə  bütün  dövr,  ölkə 
və xalqların hökmdarlarının həyatlarının ayrılmaz 
hissəsi  olmuşdur.  Kokand  xanlığında  da  belə  idi. 
Məllə  xanın  Alımbəy  datkanın  başçılığı  altında 
qırğız əshabələri dörd ildən sonra onu kənarlaşdırır. 
Onun  devrilişindən  sonra  Şerəli  xanın  Şahmurad 
204


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə